Month: September 2020

  • ЗАО “Азербайджанские железные дороги” отменило сегодняшнее решение – ОБНОВЛЕНО

    Учитывая многочисленные обращения, аннулированы изменения в расписании электропоездов Баку – Сумгайыт.

    Об этом говорится в сообщении ЗАО “Азербайджанские железные дороги”.

    Таким образом, не изменен график движения электрички Сумгайыт – Пиршаги – Баку, отправляющейся в 19:35 из Сумгайыта, и Баку – Пиршаги – Сумгайыт, отправляющейся в 20:30 из Баку.

    * * * * *

    В связи с комендантским часом с 28 сентября вносятся изменения в расписание электропоездов, сообщает ЗАО “Азербайджанские железные дороги”.

    Так, приостановлено движение электрички № 6626 Сумгайыт – Пиршаги – Баку, отправляющейся в 19:35, а также № 6625 Баку – Пиршаги – Сумгайыт, время отправления которой – 20:30.

  • Azərbaycan Dəmir Yolları bugünki qərarını ləğv etdi – YENİLƏNİB

    Çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunur.

    Bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, beləliklə Sumqayıtdan saat 19:35-də yola düşən Sumqayıt-Pirşağı-Bakı, Bakıdan saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki olduğu kimi saxlanılır.

    * * * * *

    Komendant saatının tətbiq edilməsi ilə əlaqədar olaraq 28 sentyabr tarixindən etibarən qatarlarının cədvəlinə dəyişiklik edilir.

    Bununla bağlı Azərbaycan Dəmir Yolları məlumat yayıb.

    Bildirilib ki, Sumqayıtdan saat 19:35-də yola düşən 6626 Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən 6625 Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.

  • Международный аэропорт Гейдар Алиев временно перешел на ограниченный режим работы

    В связи с введением военного положения на территории Азербайджана Международный аэропорт Гейдар Алиев временно переходит на ограниченный режим работы. Об этом сообщает пресс-служба воздушной гавани.

    Так, приостановлены все рейсы “Азербайджанских Авиалиний” (AZAL) по направлению Баку-Нахчыван-Баку, запланированные до 30 сентября включительно.

    Также отменены авиарейсы AZAL Баку-Лондон-Баку, запланированный на 1 октября, и Баку-Берлин-Баку, запланированный на 2 октября.

    Пассажиры отмененных рейсов “Азербайджанских Авиалиний” могут без выплаты штрафа обменять билеты на другие даты либо вернуть деньги.

    Кроме того, авиакомпания FlyDubai отменила рейсы по маршруту Дубай-Баку-Дубай, запланированные на 29 сентября, 1 и 3 октября, авиакомпания “Аэрофлот” – авиарейсы Москва-Баку-Москва на 1 и 4 октября, авиакомпания “Белавиа” – авиарейсы Минск-Баку-Минск на 2 и 4 октября.

    За дополнительной информацией пассажиры отмененных рейсов могут обратиться в указанные авиакомпании.

  • Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud rejimdə işləyir

    Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud iş rejiminə keçir.

    Bununla bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

    Bununla əlaqədar, “Azərbaycan Hava Yolları”nın Bakı-Naxçıvan-Bakı istiqamətində sentyabrın 30-dək (30 sentyabr daxil olmaqla) nəzərdə tutulmuş bütün reyslər dayandırılıb.

    Eyni zamanda, AZAL aviaşirkətinin 1 oktyabr tarixinə nəzərdə tutulmuş Bakı-London-Bakı, həmçinin 2 oktyabr tarixinə nəzərdə tutulmuş Bakı-Berlin-Bakı istiqamətində aviareysləri ləğv edilib.

    AZAL aviaşirkətinin ləğv edilmiş reyslərinin sərnişinləri aviabiletlərini cərimə ödənilmədən digər tarixlərə dəyişə və ya ödənilmiş vəsaiti geri ala bilərlər.

    Bundan əlavə, Fly Dubai aviaşirkəti 29 sentyabr, 1 və 3 oktyabr tarixlərinə nəzərdə tutulmuş Dubay-Bakı-Dubay istiqamətində reyslərini, “Aeroflot” aviaşirkəti 1 və 4 oktyabr tarixinə nəzərdə tutulmuş Moskva-Bakı-Moskva istiqamətində aviareyslərini və “Belavia” aviaşirkəti 2 və 4 oktyabr tarixlərinə nəzərdə tutulmuş Minsk-Bakı-Minsk istiqamətində aviareyslərini ləğv edib.

    Qeyd olunan ləğv edilmiş reyslərin sərnişinləri əlavə məlumat üçün adıçəkilən aviaşirkətlərə müraciət edə bilərlər.

  • Обнародованы потери среди гражданского населения Азербайджана в результате армянских провокаций

    В результате провокаций Армении погибли шесть и ранения получили 19 мирных жителей Азербайджана. Об этом на встрече с послами зарубежных стран в Баку 28 сентября заявил министр иностранных дел АР Джейхун Байрамов.

    Он отметил, что в ходе переговоров, проведенных в связи с ситуацией на фронте, азербайджанская сторона проинформировала о провокациях Армении.

  • Ermənistanın təxribatları nəticəsində Azərbaycanın itkiləri açıqlandı – RƏSMİ

    Ermənistanın təxribatları nəticəsində altı nəfər mülki şəxs həlak olub, 19 nəfər isə yaralanıb.

    Bunu Xarici İşlər naziri Ceyhun Bayramov xarici ölkələrin Azərbaycandakı səfirləri ilə keçirilən görüşdə deyib.

    O bildirib ki, Azərbaycan tərəfi cəbhədəki vəziyyətlə əlaqədar apardığı danışıqlarda Ermənistanın təxribatları barədə məlumat verib.

  • Президент наделил Вилаята Эйвазова новым полномочием на период военного положения

    Президент Азербайджана Ильхам Алиев 28 сентября подписал распоряжение о назначении министра внутренних дел Вилаята Сулейман оглу Эйвазова на период военного положения комендантом территорий, где введен комендантский час.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • Prezident Vilayət Eyvazova hərbi vəziyyət dövründə yeni səlahiyyət verdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib.

  • Глава МИД Азербайджана выразил благодарность Турции

    Турция открыто, однозначно поддержала справедливую позицию Азербайджана, поэтому мы выражаем благодарность братской стране.

    Об этом заявил министр иностранных дел АР Джейхун Байрамов на встрече с послами иностранных государств в Баку.

    Он подчеркнул, что в связи с положением, возникшим на фронте, проведены телефонные переговоры с представителями многих стран.

    Дж.Байрамов отметил, что об этих переговорах будет обнародована дополнительная информация.

  • Azərbaycanın XİN rəhbəri Türkiyəyə təşəkkür etdi

    “Türkiyə Azərbaycanın haqlı mövqeyinə açıq, birmənalı dəstək göstərib. Buna görə qardaş ölkəyə təşəkkür edirik”.

    Bunu Xarici İşlər naziri Ceyhun Bayramov xarici ölkələrin Azərbaycandakı səfirləri ilə keçirilən görüşdə deyib.

    O bildirib ki, cəbhədə yaranmış vəziyyətlə əlaqədar bir çox ölkələrlə telefon danışıqları aparılıb.

    C.Bayramov həmin danışıqlar barədə əlavə məlumatlar veriləcəyini də deyib.