Month: September 2020

  • Yüksək bal toplasa da, universitetə qəbul ola bilməyənlərin sayı açıqlandı – RƏSMİ

    Qəbul imtahanları zamanı yüksək bal toplayan, universitetə daxil olmayan abituriyentlərin sayı açıqlanıb.

    Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

    Onun sözlərinə görə, I ixtisas qrupu üzrə 400 baldan yuxarı nəticə göstərib, kənarda qalan abituriyentlərin sayı dörd nəfər olub:

    “II ixtisas qrupu üzrə 200 baldan yuxarı bal toplayan bir nəfər belə kənarda qalmayıb. Ill ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və ali təhsil müəssisəsinə daxil olmayan cəmi bir nəfərdir.

    Səbəb budur ki, abituriyent bir ödənişsiz ixtisas yazıb. IV ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və universitetə daxil olmayanların sayı səkkiz nəfərdir”.

    O qeyd edib ki, həmin şəxslər ikinci mərhələdə iştirak edə bilərlər.

  • Azərbaycanda üç aylıq fasilədən sonra yarış keçiriləcək

    Sabah Azərbaycanda daha bir yarış baş tutacaq.

    Azərbaycan Velosiped İdmanı Federasiyası üç aylıq fasilədən sonra növbəti yarışını keçirəcək.

    Sabah saat 16:00-da trek velosipedi üzrə Bakı Kuboku yarışına start veriləcək.

    Bununla əlaqədar bu gün məşqçi və hakimlərin iştirakı ilə bağlı seminar təşkil olunub.

  • Azərbaycanda məhkəmə sədrinə töhmət verildi

    Məhkəmə-Hüquq Şurasının iclasında aşkar edilmiş pozuntulara görə bir məhkəmə sədrinə töhmət verilib.

    Bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

    Bildirilib ki, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlər, mühüm qanunvericilik və institusional tədbirlər qeyd olunub.

    İclasda hakimlər barədə intizam icraatlarına baxılıb. Şura tərəfindən məhkəmələrdə işlərin bölüşdürülməsinin monitorinqi zamanı aşkar edilmiş pozuntulara görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri Kəramət Əliyevə irad tutulub, korrupsiyaya şərait yaradan hallara və digər nöqsanlara yol verdiyinə görə Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahova töhmət verilib. Eyni zamanda icraatda olan daha dörd hakim barədə intizam işlərinə Şuranın növbəti iclaslarında baxılacaq.

  • В Азербайджане выявлены 162 новых случая инфицирования COVID-19, скончался еще один человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 162 новых случая инфицирования коронавирусом, еще 133 человека вылечились и были выписаны домой.

    Об этом 24 сентября сообщает оперативный штаб при Кабинете министров.

    За последние 24 часа от COVID-19 скончался еще один пациент.

    В целом в Азербайджане заразились 39 686 человек, 581 – скончался, 37 255 – излечились, 1 850 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 1 080 873 теста (за последние 24 часа – 7 618) на COVID-19.

  • Azərbaycanda koronavirusa yoluxanların sayı sağalanları üstələdi: Bir nəfər öldü – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7618, ötən müddət ərzində isə ümumilikdə 1 080 873 test aparılıb.

  • Обнародована последняя ситуация в связи с коронавирусом в школах – ОФИЦИАЛЬНО + ФОТО

    Министерство образования Азербайджана распространило последнюю статистику по COVID-19 в общеобразовательных заведениях.

    На 24 сентября у 94 учащихся и двух сотрудников температура превышала 37 градусов.

    Кроме того, у 19 школьников и трех работников общеобразовательных заведений был выявлен коронавирус.

    Количество классов, перешедших на дистанционное обучение, на сегодня составило три, а в целом – девять. Одна школа закрылась на карантин и перешла на “удаленку”.

    С начала учебного года и до сегодняшнего дня COVID-19 был подтвержден у 131 учащегося и 42 работников общеобразовательных заведений.

  • Azərbaycanda daha 19 şagird koronavirusa yoluxdu – RƏSMİ

    Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb.

    Məlumata görə, sentyabrın 23-də 94 şagirddə hərarət 37 dərəcədən yüksək olub.

    Bu gün iki nəfər işçi heyətdə də 37 dərəcədən yüksək olub.

    19 şagirddə, üç nəfər işçi heyətdə isə koronavirus aşkarlanıb.

    Qeyd edək ki, yeni tədris ili başlayandan bu günədək 131 şagird və 42 nəfər işçi koronavirusa yoluxub.

  • Nobel mükafatının məbləği artırılır

    2020-ci ildə Nobel mükafatlarının hər birinin məbləğinin 10 milyon İsveç kronuna (1 883 000 AZN) qədər artırılacağı bildirilib.

    Bu barədə “RİA Novosti” Nobel Fondunun açıqlamasına istinadla xəbər yayır.

    Qeyd olunur ki, 2012-ci ildən bəri fondun investisiya kapitalı 3 milyard krondan (564 900 000 AZN) 4,6 milyard krona (866 180 000 AZN) qədər artıb və bununla əlaqədar ildə beş Nobel mükafatının ödənildiyi gəlir də çoxalıb.

    Nobel mükafatı 2011-ci ilə qədər 10 milyon kron olub. Fondun gəlirindəki azalma səbəbiylə mükafatın məbləği həmin ildən 8 milyon krona (1 506 400 AZN) endirilib.

    2017-ci ildə mükafatlar 9 milyon krona (1 694 700 AZN) qaldırılıb.

  • İlham Zəkiyev İstanbulda əməliyyat olundu – YENİLƏNİB + FOTO

    Cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev Türkiyədə əməliyyat olunmasından danışıb.

    O, Oxu.Az-a açıqlamasında əməliyyatın necə keçdiyini bildirib:

    “Sağ dirsəyimdə zədə vardı. Həm də sümük qırıntıları vardı ki, onlar təmizlənməliydi. Sümük çıxıntıları isə düzəldilməliydi. Bir sözlə, deyildi ki, təcili əməliyyat olunmalıyam. Mən də pandemiyadan istifadə edib, əməliyyat olunmağa qərar verdim.

    Əməliyyatım dünən baş tutdu. İstanbulun Memorial xəstəxanasında əməliyyat olundum. Əməliyyat bir az ağır keçdi. Ancaq əsas məsələ nəticə yaxşıdır. Ayyarımdan sonra məşqləri yavaş-yavaş bərpa edə bilərəm. Bazar günü isə artıq Bakıya qayıdacağam”.

    * * * * *

    Cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev əməliyyat olunub.

    Dirsəyində zədəsi olan idmançının əməliyyatı Türkiyənin İstanbul şəhərində baş tutub.

    İdmançı sosial şəbəkədə artıq sağalmaq üzrə olduğunu bildirib.

  • Azərbaycanda yüngül həyat tərzi keçirdiyindən şübhələndiyi qızını zəncirləyən ata həbs edildi

    Xəbər verildiyi kimi, Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə onu döyüb işgəncə verməsi faktı ilə bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

    Bununla bağlı Biləsuvar Rayon Prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, istintaqla 1970-ci il təvəllüdlü Adil Həbiyevin doğma qızı, 1989-cu il təvəllüdlü Bağdagül Həbiyevanın həyat tərzi ilə bağlı yaranmış narazılıqlara görə cari il aprelin 2-dən iyulun 9-dək Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən yaşadıqları evdə zəncirlə bağlayıb qanunsuz azadlıqdan məhrum edərək, sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Adil Həbiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilib.