Month: September 2020

  • Azərbaycanlı müğənnilər onları aldadan şirkətdən şikayətçi deyillər – YENİLƏNİB

    Azərbaycanlı müğənnilər Türkiyənin “WediaCorp” şirkətindən şikayətçi deyillər.

    Müğənni Şəbnəm Tovuzlu və Nəfəsin piar meneceri Rövşən Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı adı çəkilən hər iki müğənni məlumat vermək istəmir:

    “Həmin şirkətə bildirdik ki, 100 min dollardan çox pulu mənimsənildiyi deyilən şirkətdən Şəbnəm Tovuzlu və Nəfəs şikayətçi deyillər. Mənimsənilən bütün pulları da həmin şirkətə tam halallığı ilə bağışlayırlar”.

    * * * * * *

    Azərbaycanda bir müddətdir fəaliyyət göstərən Türkiyənin “WediaCorp” şirkəti ilə məşhur müğənnilər arasında qalmaqal yaşanıb. Belə ki, agentliyin Azərbaycan üzrə menecerləri sənətçilərin “YouTube” gəlirlərini mənimsəməkdə ittiham edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisədən xəbər tutan şirkətin rəhbəri Funda Şən İstanbuldan Bakıya gələrək zərərçəkən sənətçilərlə görüşüb. Məlum olub ki, müğənnilər – Şəbnəm Tovuzlu, Türkan Vəlizadə, bəstəkar Ruslan Səfəroğlu və Nəfəs kimi bir neçə tanınmış simaların ümumilikdə 200 min dollardan çox pulu mənimsənilib.

    Ən çox zərərçəkən isə Şəbnəm Tovuzlu olub. Dörd ildir çalışdığı şirkətin azərbaycanlı menecerləri tərəfindən müğənninin 100 min dollara yaxın pulu “yeyilib”.

    “WediaCorp” direktoru Funda Şən məlumatı “Qafqazinfo”ya təsdiqləyib. O, azərbaycanlı menecerlərlə əməkdaşlığa son qoyduğunu qeyd edib:

    “Məlumat doğrudur. Azərbaycanda heç bir menecerlə işləməyəcəyəm. Hamısının mərkəzi ofislə əlaqəsini kəsdim. Ortada gəzib pul qazanan insanlardır. Rəqəmlər də doğrudur. 140-200 min dollara yaxın pul mənimsənilib. Çox olub ki, az olmayıb”.

  • Plan yerləri dolan universitetlər açıqlandı – RƏSMİ

    Bu il qəbul imtahanlarında plan yeri dolan ali təhsil müəssisələrinin adları açıqlanıb.

    Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

    Onun sözlərinə görə, bu il Bakı Ali Neft Məktəbi və Dövlət Gömrük Komitəsinin Akademiyasında plan yerləri 100 faiz dolub:

    “Azərbaycan Milli Konservatoriyasında plan yeri 98 faiz, Azərbaycan Dillər Universitetində plan yeri 95 faiz, Bakı Dövlət Universitetində plan yeri 93 faiz dolub. Bunlar çox yüksək göstəricilərdir”.

    DİM sədri qəbul planı ən aşağı faizlə dolan universitetlərdən də danışıb:

    “Azərbaycan Kooperasiya Universitetində plan yeri 62 faiz dolma var, Azərbaycan Əmək və Sosial Akademiyası da aşağı faizlə dolan universitetlər sırasındadır. Bu il kifayət qədər subbakalavr ali məktəblərə qəbul olunub. Ən çox subbakalavr Texnologiya Universitetinə qəbul olunub, ki, bu da 36 faiz təşkil edib. Bakı Biznes Universitetində isə plan yeri 53 faiz olub”.

  • Расширен перечень структур по рассмотрению дел о нарушении противоэпидемиологического режима

    Президент Азербайджана Ильхам Алиев внес изменения в указ “Об утверждении Кодекса об административных проступках” от 15 февраля 2016 года.

    Указом расширены полномочия Минздрава, Государственного агентства по туризму, Агентства продовольственной безопасности, Госслужбы по антимонопольной политике и защите прав потребителей при Минэкономики

    До внесения изменений дела об административных проступках по статье 211 кодекса рассматривались Министерством внутренних дел, а в отношении субъектов предпринимательства и должностных лиц – Государственной налоговой службой при Минэкономики.

    Теперь же их будут рассматривать и Минздрав, Государственное агентство по туризму, Агентство продовольственной безопасности, Госслужба по антимонопольной политике и защите прав потребителей.

    Отметим, что статья 211 Кодекса об административных проступках устанавливает штрафы за нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режимов.

    Другими указами главы государства внесены соответствующие изменения в “Положение об Агентстве продовольственной безопасности” и “Положение о Государственном агентстве по туризму”.

  • Epidemiya əleyhinə rejimin pozulmasına görə inzibati işlərə baxan qurumların sayı artırıldı – FƏRMAN

    Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanda dəyişiklik edib.

    Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

    Fərmanla Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə yeni səlahiyyətlər verilib.

    Dəyişikliyə qədər Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi baxırdı.

    Bundan sonra isə Səhiyyə Nazirliyi, Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti də həmin işlərə baxacaq.

    İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələri müəyyənləşdirir.

    Prezidentin digər fərmanları ilə “Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə və “Dövlət Turizm Agentliyi haqqında Əsasmayə” müvafiq dəyişikliklər edilib.

  • Rusiyada azərbaycanlı onunla tanış olmaq istəməyən qızı qaçırdı

    Rusiyanın Pskov şəhərində adam oğurluğunda ittiham edilən azərbaycanlı beş ilə qədər həbs edilə bilər.

    Pln-pskov.ru xəbər verir ki, 26 yaşlı Azərbaycan vətəndaşı yol ilə gedən qıza tanışlıq təklif edib.

    Rədd cavabı alan oğlan fiziki güc tətbiq edərək qızı “QAZ” markalı furqonlu avtomobilinin yük hissəsinə sürüyüb.

    Polis avtomobilin izinə düşüb və cinayətkarı yaxalaya bilib. Qız xilas edilib.

    Cinayəti törədən şəxs qızı davranışına görə bu yolla cəzalandırdığını deyib.

  • Xarici dil imtahanlarında yenilik olacaq – AÇIQLAMA

    “Bu il buraxılış imtahanı zamanı Azərbaycan dili – Dövlət dili imtahanında dinləyib-anlama bacarığını ləğv edib, daha qısa imtahan keçirdik”.

    Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

    Onun sözlərinə görə, gələn il üçün buraxılış imtahanında xarici dildən danışma qabiliyyətinin yoxlanılması nəzərdə tutulub:

    “Hələlik biz bunu həyata keçirə bilməyəcəyik. Bunun üçün texniki və maliyyə vəsaiti tələb olunur. Bilirsiniz ki, indiki halda vəziyyət çətindir. Bu istiqamətdə təkmilləşdirmə gedəcək. Buna cəmiyyət də hazır olmalıdır”.

    O qeyd edib ki, hazırda təlim-tədris prosesində də müəyyən müsbət dəyişikliklər var:

    “Bizim üçün vacibdir ki, monitorinq imtahanları keçirək. Təəssüf ki, bu il pandemiya ilə əlaqədar 5-6-7-8i-c siniflərdə də monitorinq imtahanları keçirə bilmədik”.

  • Azərbaycanda həssas əhali qruplarından olan abituriyentlərlə bağlı YENİLİK

    “Gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyənləşdirilə bilər”.

    Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

    Onun sözlərinə görə, hələlik həmin şəxslərin sayı barədə məlumat yoxdur:

    “Biz ərizələri qəbul edən zaman abituriyentin FİN kodu vasitəsilə kimliyini yoxlayırıq”.

    M.Abbaszadə əlavə edib ki, qəbul imtahanlarında ödənişli qəbul olunanların bir qisminin ödənişi dövlət hesabına həyata keçiriləcək:

    “Bu, həmişə olub, amma bu ildən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin övladları sənədlərini hazırlamalı və ali təhsil müəssisəsinə təqdim etməlidir. Bu zaman onların təhsil haqqı dövlət hesabına ödəniləcək”.

    //oxu.az

  • В Баку мужчина зверски убил бабушку и тетю – ОБНОВЛЕНО

    Стали известны имена женщин, убитых в Сураханском районе Баку. Это – Тамилла Джавадова (1959 г.р.) и ее мать Симирзада Джавадова (1932 г.р.). Личность подозреваемого в преступлении полностью пока не установлена.

    По предварительным данным, он приходился племянником Т.Джавадовой и проживал по тому же адресу, где и было совершено убийство.

    Убийца нанес женщинам многочисленные ножевые ранения. Смерть обеих наступила примерно в двенадцать часов дня.

    * * * * *

    В поселке Ени Гюнешли Сураханского района Баку мужчина убил бабушку и тетю, передает Oxu.Az.

    В настоящее время следственно – оперативная группа находится на месте преступления. Сообщается, что убийца скрылся, ведется его розыск.

  • Bakıda DƏHŞƏT: Nənəsini və bibisini qətlə yetirdi – YENİLƏNİB

    Bakıda baş verən dəhşətli qətl hadisəsində ölənlərin şəxsiyyətləri müəyyənləşib.

    Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qətlə yetirilənlərdən biri qatilin bibisi, 1959-cu il təvəllüdlü Cavadova Tamilla, digəri isə nənəsi, 1932-ci il təvəllüdlü Simirzadə Cavadova adlı qadın olub.

    İlkin məlumatlara görə, onlar həmin ünvanda birlikdə yaşayıblar. Hadisə bu gün saat 12 radələrində baş verib.

    Kişi qurbanlarına çoxsaylı bıçaq zərbələri vuraraq, hadisə yerindən qaçıb.

    Onun axtarışları aparılır.

    * * * * *

    Bakıda dəhşətli qətl hadisəsi baş verib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.

    Belə ki, kişi qəsəbənin “D” massivi, bina 27, blok 6-da yaşayan nənəsini və bibisini öldürüb.

    Cinayətin hansı səbəbdən və hansı şəraitdə baş verdiyi bilinmir.

  • Elektron Su Portalında abonentlərə 24 saat xidmət göstəriləcək

    “Azərsu” ASC-nin bu gündən istifadəyə verdiyi Elektron Su Portalı (http://e-su.az) Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərmanı əsasında hazırlanıb.

    Bu barədə “Azərsu” ASC-nin məlumatında qeyd olunub.

    Bildirilib ki, portalın hazırlanmasında məqsəd vətəndaşlara göstərilən xidmətlərdə əlçatanlığın, operativliyin, şəffaflığın və səmərəliliyin artırılmasıdır. Bu məqsədlə istifadəyə verilən portala giriş “Asanlogin” üzərindən həyata keçirilir.

    Sistemə daxil olduqdan sonra abonent kodu, telefon nömrəsi və elektron poçt ünvanı qeyd olunur. Sistem Elektron Hökumət Portalına inteqrasiya olunduğundan qeydiyyat zamanı istifadəçi barədə məlumatlar dərhal sistemdə görünür. Bundan sonra sistemdə aktivləşdirilən xidmətlərdən istifadə etmək mümkündür.

    Portalda vətəndaşlar üçün “online çat” imkanı da yaradılıb və istifadəçilər 24 saat bu imkandan yararlana bilərlər.