Month: September 2020

  • “Кладбище” газет в киосках – ВИДЕО

    Роль газет в азербайджанской прессе снижается.

    Быстрое развитие Интернет-СМИ и проникновение социальных сетей в жизнь людей привело к снижению популярности традиционного жанра газетной журналистики.

    Ряд газет прекратили свою деятельность, а многие продолжают издаваться в настоящее время, но не имеют желаемого тиража и общественного признания.

    Граждане не покупают газеты и они скапливается в киосках.

    Подробнее – в видеосюжете Real TV.

  • Moskvada avtomobillə üç nəfəri vuran Elmin Quliyev həbs edildi – YENİLƏNİB+VİDEO

    Rusiyanın Moskva şəhərində üç piyadanı vuran azərbaycanlı reper Elmin Quliyev həbs edilib.

    Rusiya KİV məlumat verir ki, yerli məhkəmə onun haqqında iki aylıq həbs qətimkan tədbiri seçib.

    Quliyev məhkəmədə narkotik maddələr qəbul etdiyini və bunu kürəyindəki ağrılar səbəbindən istofadə etdiyini boynuna alıb.

    Araşdırmalar zamanı o da məlum olub ki, Elmin Quliyev bu qəzaya qədər 49 dəfə yol hətəkət qaydalarını pozubmuş və dələduzluğa görə saxlanılıbmış.

    ***

    Rusiyanın Moskva şəhərində üç piyadanı vuran azərbaycanlı reper Elmin Quliyev qəza anında narkotik maddənin təsiri altında imiş.

    RBK xəbər veir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən məlumat yayılıb.

    Qeyd edilib ki, yoxlamalar zamanı sürücünün qanında narkotik maddənin izi aşkarlanıb.

    Xatırladaq ki, bir neçə gün bundan əvvəl Moskvada “Infiniti” markalı avtomobil “Mercedes”lə toqquşub. Nəticədə “Infiniti” səkidə olan piyadaların üstünə çıxıb. Qeyd olunur ki, Elmin Quliyev maşını qırmızı işıqda, yüksək sürətlə idarə edib.

    Qəza nəticəsində dörd nəfər yaralanıb, onların üçü xəstəxanaya yerləşdirilib. Bir nəfər isə xəstəxanaya getməkdən imtina edib. Digər zərərçəkənlərin ikisi – bir kişi və bir qadın piyada, digəri “Infiniti”də olan qadın sərnişindir.

    Qeyd edilib ki, qəza törədən avtomobilin sürücüsü 26 yaşlı müğənni Elmin Quliyev ELLEY səhnə adı ilə tanınır.

  • “30 ildə ilk dəfə Oqtayı ağlayan gördüm”

    “Çox sevincliyəm, yeni bir statusa qədəm qoymuşam. Düşünürəm ki, balamıza layiqli nənə olacam. Qəribə sevinc hissi mənə məsuliyyət gətirib. Keçirdiyim hissləri sözlərə sığdıra bilmirəm. Tanrıdan diləyim, bütün valideynlərin bu, xoş ovqatı yaşamasıdır”.

    Median.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva “7 Canlı” proqramında deyib. Bir neçə gün əvvəl nənə olan aktrisa nəvəsindən söz açıb. O bildirib ki, həyat yoldaşı, “Soy” prodakşının rəhbəri Oqtay Əliyev baba olduğunu eşidəndə ağlayıb:”Aytən nə qədər balaca idi çəkilişlərə qatılırdı. Hamı deyirdi, gün gəlsin toyu olsun. Düşünürdüm ki, eh, hələ onun gəlin olmasına nə qədər var. İndi toy oldu, Aytən gəlinlikdə, quruyub baxıram ki, həmin gün gəldi? Bu dəfə isə uşaq qucağımda baxıram ki, bu mənim nəvəmdir?Oqtayla 30 ildir evliyik. Bu illər ərzində bir dəfə də olsun Oqtayın gözünün yaşardığını görməmişəm. Ona zəng edəndə ki, gözün aydın, baba oldun, səsi titrədi. Oqtayın ilk dəfə ağlamağını onda gördüm”.

  • Rusiyalı qadınların ən çox ərə getdiyi millətlər açıqlandı – Siyahıda Azərbaycan yoxdur

    Rusiyalı qadınların ən çox ərə getdiyi millətlərin siyahısı açıqlanıb.

    Oxu24.com haberler-ə istinadla bildirir ki, ötən ilin statistikasına görə rus qadınlar ən çox türkiyəlilərlə ailə qurublar. İkinci sırada Nigeriya, üçüncü yerdə isə Vyetnam qərarlaşıb.

    Siyahının qalanında ABŞ, İngiltərə, İsrail, İtaliya və Almaniya yer alıb.

    Statistikaya görə, bu il əcnəbilərlə ailə quran rusların sayı 6 mini keçib.

  • Rəmişin həyat yoldaşı Minadan üzr istədi, Mina isə onu “ələ saldı”

    Müğənni Mina Hüseyn ARB TV-də yayımlanan “Xəbər Ətər” verilişinin qonağı olub.

    Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü canlı efirə zəng edərək Minanı sərt tənqid edib.

    Milli.Az big.az-a istinadla həmin dialoqu təqdim edir.

    “Elə oturmaq olmaz. Bütün altın-üstün görünür. Mən sənin şəklini çəkmişəm. Körpələr baxır, kişilər baxır. Qadın qadın kimi oturmalıdır. Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradovamız olub.Hamının da sinəsi, qolu bağlı olub”.

    Minanın Güllüyə cavabı gecikməyib. Müğənni sərt şəkildə “Sara Qədimovanın dövrü getdi, əziz xanım!. Biz 21-ci əsrdə yaşayırıq. Bəlkə ayaq üstə durum,heç oturmayım”.deyərək Güllünü ələ salıb.

    Bu sözləri eşidən Güllü “Ola bilər aqressiv danışdım. Bağışlayın üzr istəyirəm” deyərək telefon xəttindən ayrılıb.

  • Nazirlər Kabinetindən ordu ilə bağlı VACİB QƏRAR

    “Prezidentin rəhbərliyi altında ortamüddətli perspektivdə, o cümlədən 2021-ci ildə də Hökumət qarşısında qoyulan bütün tapşırıqlar vaxtında və bütövlükdə icra olunacaqdır”.

    Median.Az-ın məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclasında deyib.

    Oxu24.com-un məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclasında deyib.

    “Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması növbəti büdcə ilində də öz prioritetliyini saxlayacaqdır”.

  • Biləsuvarın icra başçısının köməkçisi işdən çıxarılıb

    Biləsuvar Rayon İcra Hakimiyyətində (RİH) növbəti kadr dəyişikliyi olub.

    “Report”un Muğan bürosunun məlumatına görə, bununla bağlı Biləsuvar RİH-nin başçısı Faiq Qürbətov sərəncam imzalayıb.

    Sərəncamla Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Pöhran Şahbazov işdən çıxarılıb.

    Hələlik onun yerinə təyinat olmayıb.

    Qeyd edək ki, bir neçə gün öncə də rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Yaşar Əzimov işdən çıxarılıb.

  • Характеристики Google Pixel 5 утекли в сеть

    Профильное издание WinFuture опубликовало подробные характеристики смартфона Google Pixel 5, который будет представлен 30 сентября.

    Как передает Report, аппарат получит 6-дюймовый экран с разрешением 2340:1080 пикселей, частотой обновления 90 Гц, поддержкой HDR и стеклом Gorilla Glass 6, врезанную в дисплей фронтальную камеру на 8 Мп, сдвоенную основную камеру с главным 12,2 Мп модулем с оптической стабилизацией и 16 Мп сверхширокоугольным модулем, восьмиядерную платформу Qualcomm Snapdragon 765G с модемом X52 5G, 8 ГБ оперативной и 128 ГБ флеш-памяти, сканер отпечатков пальцев, стереодинамики, модули Wi-Fi (2,4/5 ГГц) и Bluetooth 5.0, поддержку NFC, аккумулятор емкостью 4080 мАч, поддержку быстрой зарядки на 18 Вт и защиту от пыли и влаги по стандарту IP68. В Европе за смартфон попросят 629 евро.

  • “Google Pixel 5”in göstəriciləri internetə sızıb

    “Google”un yeni qabaqcıl smartfonu “Pixel 5”in təfərrüatları rəsmi təqdimatından bir həftə öncə internetə sızdırılıb.

    “Report” xəbər verir ki, bu barədə məlumatı “WinFuture” yayıb.

    Məlumata görə, rəsmi olaraq “Google Pixel 5” “dördlüyün” varisi hesab edilsə də, yeni smartfon flaqman platformasında deyil, “Snapdragon 765G” prosessorunda qurulub. Bununla belə, smartfonda beşinci nəsil mobil şəbəkənin olacağı vəd olunub. “Pixel 5”in daxili yaddaşı 128 GB və operativ yaddaşın isə 8 GB olacağı gözlənilir.

    Bundan başqa, smartfon 6 düymlü 2340×1080 piksel ölçülü OLED-displey əldə edəcək. O, görüntünü 90 Hs tezliklə yeniləyə biləcək.

    Qeyd olunub ki, 8 meqapiksel ön kamera matrisə yerləşdirilib. Əsas kamera modulu dəbə zidd olaraq ikisensorlu olacaq: əsas 12,2 meqapiksel və ultra geniş bucaqlı 16 meqapiksel. Smartfon “Pixel” seriyasının digər modellərindən fərqli olaraq irihəcmli batareyaya sahib olacaq: saatda 4080 MA.

    Yeni flaqman “Pixel”in Avropada 629 avrodan satılacağı gözlənilir.

    Qeyd edək ki, “Google Pixel 5”in təqdimatı sentyabrın 30-da keçiriləcək.

  • Köşklərdə qəzet “qəbiristan”ı – VİDEO

    Azərbaycan mətbuatında qəzetlərin rolu getdikcə azalır.

    Belə ki, internet mediyasının sürətli inkişafı və sosial mediyanın insanların həyatına daxil olması ənənəvi qəzet jurnalistikası janrının getdikcə diqqətdən düşməsinə səbəb oldu.

    İnsanların maraq dairəsindən çıxan bir sıra qəzetlər fəlaiyyətini dayandırdı, bir çoxu isə hazırda çap olunsa da, tirajı və cəmiyyət tərəfindən mənimsənilməsi arzuolunan səviyyədə deyil.

    Bir çox qəzetlər isə köşklərdə qalaraq tozun, küləyin, günəşin qarşısında saralmaqla “məşğuldur”.

    Məsələ ilə bağlı “Real TV” süjet hazırlayıb.