Month: September 2020

  • Direktor olmaq istəyənlərin nəzərinə

    28 sentyabr – 2 oktyabr tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulunun həyata keçirilməsi nəzərdə tutulur.

    Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər 28 sentyabr tarixindən miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

    Müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID‑19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.

    Namizədlər yaşadıqları şəhər və ya rayona ən yaxın imtahan mərkəzinə yönəldiləcəkləri üçün elektron qeydiyyatdan keçərkən “faktiki yaşadığı rayon/şəhər” xanasında hazırkı yaşayış yerini qeyd etməlidirlər.

    Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

    Aşağıdakı linklərdə test imtahanı, müsahibə mərhələsi üçün müsabiqə proqramı və izahlı test tapşırığı nümunələri ilə tanış ola bilərsiniz:

    Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə dair sual-cavab
    Test imtahanı və müsahibə mərhələsi üzrə müsabiqə proqramı
    Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi ilə bağlı test tapşırığı nümunələri

  • Ən yaxşı futbolçu və baş məşqçi adına namizədlər – UEFA açıqladı

    UEFA 2019/2020 mövsümü üçün ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqlayıb.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, “Bavariya”dan Manuel Noyer və Robert Levandovski, “Mançester Siti”dən isə Kevin de Bruyne ən yaxşı futbolçu adına namizəddir.

    Hans-Diter Flik (“Bavariya”), Yulian Naqelsmann (“Leyptsiq”) və Yurgen Klopp (“Liverpul”) isə ən yaxşı baş məşqçi adına namizəd olublar. Maraqlıdır ki, hər üç mütəxəssis almandır.

    Münhen təmsilçisi ötən mövsüm Hans Flikin başçılığı ilə Bundesliqanın, Almaniya kubokunun, eləcə də Çempionlar Liqasının qalibi olub.

    “Liverpul” isə “Yurqen Klopp” ilə UEFA Superkubokunu qazanıb və 30 illik fasilədən sonra İngiltərə Premyer Liqasının qalibi olub.

    Yulian Naqelsmanna gəldikdə isə “Leypsiq” 33 yaşlı məşqçi ilə Çempionlar Liqasının yarımfinal mərhələsinə kimi irəliləyib.

    Qeyd edək ki, qaliblər oktyabrın 1-də, Çempionlar Liqasının püşkatma mərasimində açıqlanacaq.

  • Biləsuvarda “Mercedes”in traktorla toqquşması nəticəsində bir nəfər ölüb – YENİLƏNİB

    Biləsuvar rayonunda baş vermiş qəzada bir nəfər ölüb.

    “Report”un Muğan bürosunun məlumatına görə, bu, sürücü, Lerik rayonunun Nuravud kənd sakini, 1982-ci il təvəllüdlü Dadaşov Əfqan Ənvər oğludur.

    * * * * *

    Biləsuvarda “Mersedes” markalı minik avtomobili ilə traktor toqquşub.

    “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun M.İbrahimov küçəsində qeydə alınıb.

    Minik avtomobilinin sürücüsü və sərnişinləri ağır bədən xəsarətləri ilə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

  • Emin: “Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalıdırlar”

    Rusiyada yaşayan tanınmış azərbaycanlı biznesmen, Xalq artisti Emin Ağalarov bu ölkənin “Çto eto znaçit?” proqramına qonaq olub.

    Proqram zamanı Eminə Azərbaycanla Ermənistan arasındakı münaqişə haqda sual ünvanlanıb.

    “Bu sual mənim üçün çətindir. Azərbaycan pasportum olmasa da, özümü azərbaycanlı hesab edirəm. Mən Rusiyada yaşayan azərbaycanlıyam. Bu münaqişənin ağlabatan hesab etdiyim yeganə həlli bizim Azərbaycan torpaqlarının – Dağlıq Qarabağın erməni işğalından azad olunmasıdır.

    Bu hal baş verərsə, düşünürəm ki, münaqişənin həllinə doğru ilk addım atılmış olacaq. Münaqişənin, bizim gündəlik həyatımıza təsirinə gəldikdə isə, əlbəttə ki, təsir edir. Çünki iki ölkə münaqişədədir. Şəxsən mən istəyirəm ki, münaqişə həllini tapsın. Lakin yeganə yol, Azərbaycanın ərazi bütövlüyüdür”.

  • “Həmzə” diviziyasının komandiri Azərbaycana gələcəkləri ilə bağlı xəbəri təkzib etdi

    Son günlər xarici mediada və bəzi sosial şəbəkə profillərində guya Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi barədə yayılmış məlumatlar növbəti dəfə təkzib olunub.

    Məşhur türkiyəli jurnalist Levent Kemal bununla bağlı xəbər paylaşıb.

    Şəxsi “Twitter” hesabından açıqlama yayan jurnalist qeyd edib ki, Azərbaycana cəlb olunacağı iddia olunan “Həmzə” diviziyasının komandiri ilə danışıb:

    “Həmzə” diviziyasının komandiri Seyf Əbubəkr ilə danışdım. O, briqadasının döyüşçülərinin Azərbaycana gətirilməsi ilə bağlı məlumatları təkzib etdi. Türk ordusuna yaxın mənbələr də bunu inkar edirlər”.

  • Арестован глава ООО AzGold

    Арестован глава ООО AzGold Мухтаров Мушфиг Рахман оглу.

    Об этом сообщили в Генеральной прокуратуре.

    “На основании материалов, собранных Главным управлением по борьбе с коррупцией при генеральном прокуроре на основании обращения гражданина, были выявлены основания для подозрения в том, что фактический руководитель ООО AzGold Мухтаров Мушфиг Рахман оглу в 2012-2014 годах путем злоупотребления служебными полномочиями для получения незаконного преимущества умышленно занес в отчет о финансовом положении ложные сведения и по кредитным соглашениям, заключенным с Гейчайским филиалом ЗАО AccessBank взял незаконный кредит на общую сумму 700 тыс. долларов, тем самым нанес ущерб банку в крупных размерах, умышленно не выплатив по кредитам 572 тыс. 377 манатов, нарушил нормальную деятельность ЗАО AccessBank.

    В ходе расследования были установлены обоснованные подозрения в том, что Мушфиг Мухтаров, в июле 2014 года, обманув граждан предложением якобы об инвестировании в бизнес по доставке и продаже золотых слитков на территории страны, путем мошенничества присвоил денежные средства трех человек на общую сумму 2 миллиона 19 тысяч манатов.

    За указанные незаконные действия Мушфиг Мухтаров привлечен к следствию в качестве обвиняемого по статьям 178.3.2 (Мошенничество в крупном размере), 195.2 (Незаконное получение кредита или использование его не по назначению) и 308.2 (Злоупотребление должностными полномочиями) Уголовного кодекса, решением суда в его отношении была избрана мера пресечения в виде ареста.

    Оперативно-следственные мероприятия по делу продолжаются», – говорится в информации Генрокуратуры.

  • “AzGold”un rəhbəri həbs edildi

    Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən öz vəzifələrinin icrası zamanı yol verilən qanunsuz hallara qarşı mübarizə istiqamətində prokurorluq orqanları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

    Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

    Məlumatda deyilir:

    “Həyata keçirilən tədbirlərin davamı kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaş müraciəti əsasında toplanmış materiallarla “AzGold” MMC-nin faktiki rəhbəri Muxtarov Müşfiq Rəhman oğlunun 2012-2014-cü illər ərzində özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən sui-istifadə etməklə maliyyə vəziyyətinə dair bilə-bilə yalan məlumatlar təqdim etdiyi “AccessBank” QSC-nin “Göyçay” filialı ilə aralarında bağlanmış kredit müqavilələri əsasında ümumilikdə 700 min ABŞ dolları məbləğində qanunsuz kredit vəsaitini götürərək, “AccessBank” QSC-yə külli miqdarda ziyan vurmasına, kredit vəsaiti üzrə həmin dövrün məzənnəsi ilə cəmi 572 min 377 manat məbləğində pul vəsaitini qəsdən ödəməməklə, “AccessBank” QSC-nin normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.

    Araşdırmalarla həmçinin, Müşfiq Muxtarovun özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin iyul ayında bir neçə vətəndaşı qızıl külçələrinin ölkə ərazisinə gətirilib-satılması biznesinə sərmayə yatırıb qazanc əldə etmək adı ilə aldatmaqla üç şəxsə məxsus cəmi 2 milyon 19 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə şübhələr üçün əsaslar müəyyən edilmişdir.

    Qeyd edilən qanunsuz hərəkətlərə görə, Müşfiq Muxtarov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.

    Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsi təmin ediləcəkdir”.

  • Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı RƏSMİ AÇIQLAMA

    “Bu ilin iyununda Dağıstanın Kullar qəsəbəsində baş vermiş etiraz aksiyasından sonra saxlanılan vətəndaşlarımızın vəziyyəti daim Azərbaycan dövlətinin diqqətdədir”.

    Bu barədə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Qeyd edilib ki, məlum hadisə zamanı saxlanılan, barələrində həbs qətimkan tədbiri seçilmiş və ya ev dustaqlığı qərarı verilmiş Azərbaycan vətəndaşlarının həm vəkillərlə təmin olunması, həm də maddi çətinliklərinin aradan qaldırılması üçün Dövlət Komitəsi öz imkanları və səlahiyyətləri daxilində müvafiq qurumlarla əməkdaşılıq çərçivəsində lazımi bütün addımları atır. Proses digər dövlət orqanları ilə informasiya mübadiləsi aparılmaqla daim nəzarətdə saxlanılır.

    Komitənin məsul əməkdaşları Rusiyanın müxtəlif əyalətlərindən Dağıstan ərazisinə cəmlənmiş vətəndaşlarımızın ölkəyə qayıtmaq istəklərinin təmin edilməsinə dəstək vermək və qeyd edilən bu məsələ ilə əlaqədar dəfələrlə Dağıstana ezam olunub.

    Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsi və digər müvafiq dövlət qrumları vətəndaşlarımızın hüquqlarının qorunması, onların problemsiz ölkəmizə geri dönmələri üçün bundan sonra da lazım olan bütün zəruri tədbirləri həyata keçirəcək.

  • Bakıda iynəyarpaqlı ağacların qurumasının səbəbləri araşdırılır

    Bakı və Abşeron yarımadası ərazisində aparılan müşahidələr göstərib ki, son zamanlar bəzi ərazilərdə yaşı 40-dan yuxarı olan iynəyarpaqlı ağaclar quruyur.

    AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev bildirib ki, ağacların quruma səbəbinin müəyyənləşdirilməsi, fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi və Mərkəzi Nəbatat Bağının əməkdaşlarından ibarət İşçi Qrup yaradılıb:

    “İşçi Qrup tərəfindən Bakı və Abşeron yarımadası ərazisində monitorinqlər həyata keçirilib. Monitorinqlər zamanı Bayıl yamacının şimal və cənub hissəsində, Mərdəkan qəsəbəsindəki Sergey Yesenin küçəsində, Buzovna qəsəbəsinin müxtəlif ərazilərində, Nərimanov rayonundakı Aşıq Molla Cümə küçəsində, Nizami rayonu ərazisindəki park və yaşıllıqlarda çoxlu sayda Eldar şamı, Leylandr və Həmişəyaşıl sərv kimi iynəyarpaqlı ağacların quruduğu, bəzilərinin isə yarıqurumuş vəziyyətdə olduğu müəyyən edilib”.

    V.Fərzəliyevin sözlərinə görə, ağacların quruma səbəbinin müəyyən olunması məqsədilə onların gövdəsindən, yarpağından və torpaq örtüyündən nümunələr götürülərək analiz olunması üçün laboratoriyaya göndərilib:

    “Mütəxəssislər tərəfindən rəy verilib ki, köküstə qurumuş və bioloji inkişafdan dayanmış ağaclar mövsümdə yeniləri ilə əvəzlənməsi şərtilə götürülsün. Yarıqurumuş ağacların isə budanması və analizin nəticələrindən asılı olaraq zərərvericilərə qarşı mübarizə məqsədilə dərmanlanması qərara alınıb”.

  • Обнародована ситуация в связи с коронавирусом в школах на сегодня – ОФИЦИАЛЬНО + ФОТО

    Министерство образования распространило статистику по COVID-19 в общеобразовательных заведениях на сегодняшний день.

    Согласно информации, 23 сентября у 59 учащихся и четырех сотрудников температура превышала 37 градусов.

    Кроме того, у семи школьников и шести работников общеобразовательных заведений был выявлен коронавирус.