Month: September 2020

  • В Баку скончался завотделом ИВ

    Заведующий хозяйственным отделом Исполнительной власти (ИВ) Наримановского района Баку Гусейн Джафаров скончался в возрасте 61 года. По предварительным данным, он перенес инфаркт.

    В ИВ подтвердили Oxu.Az данный факт, а также выразили соболезнования семье покойного.

  • Bakıda icra hakimiyyətinin şöbə müdiri vəfat etdi

    Nərimanov Rayon İcra Hakimiyyətinin işçisi vəfat edib .

    Belə ki, İcra hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Hüseyn Cəfərov 61 yaşında vəfat edib. İlkin olaraq, H.Cəfərovun infarkt keçirdiyi və bu səbəbdən də vəfat etdiyi deyilir.

    Faktı Oxu.Az-a Nərimanov Rayon İcra Hakimiyyətindən təsdiq ediblər və əməkdaşlarının vaxtsız vəfatı səbəbindən ailə yaxınlarına baş sağlığı bildiriblər.

  • Azərbaycanda övladlığa verilən uşaqlardan neçəsi geri qaytarılıb? – AÇIQLAMA

    Bu gün müəssisələrdə valideyn himayəsindən məhrum olunmuş sağlamlıq imkanları məhdud uşaqların sayı 300 nəfərdir.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial Saat” verilişi zamanı Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.

    Onun sözlərinə görə, həmin uşaqların hamısı övladlığa verilmə üçün təklif edilmir:

    “Onların bir neçəsi övladlığa verilə bilər. Qalan sağlamlıq imkanları məhdud uşaqların valideynləri var. Onların imkanları olmadığı üçün uşaqlar Bakıda reabilitasiya mərkəzlərinə verilib”.

    C.Şahmalıyev bildirib ki, əvvəlki illərdə 40-60 arası övladlığa götürülən uşaq geri qaytarılıb:

    “Hazırda isə belə hal müşahidə edilmir”.

  • Azərbaycanda valideynləri tərəfindən övladlığa verilən uşaqların sayı açıqlandı

    “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin tətbiqinə başlanılandan, yəni ötən ilin noyabrın 1-dən 20 uşaq övladlığa verilib.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial Saat” verilişi zamanı Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.

    O qeyd edib ki, onlardan 13-ü oğlan, yeddisi isə qızdır:

    “Övladlığa götürülən uşaqlardan dördü ögey ata-ananın müraciəti əsasında olub. 12 uşaq yaxın qohumlar arasında razılaşma ilə övladlığa verilib. Bir müraciət isə valideynlər arasında razılaşma əsasında olub. Üç uşaq isə müəssisədən götürülüb”.

    O əlavə edib ki, hazırda övladlığa verilə biləcək uşaqların sayı 50-yə yaxındır.

  • Polis Tbilisidə azərbaycanlıların yaşadığı kənddə əməliyyat keçirdi: Saxlanılanlar var – VİDEO

    Gürcüstan Daxili İşlər Nazirliyi paytaxt Tbilisinin İsani-Samqori inzibati-ərazi vahidində yerləşən Poniçala kəndində əməliyyat keçirib.

    Bununla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Əməliyyat zamanı narkotik alveri ilə məşğul olan 11 nəfər saxlanılıb.

    Nazirliyin rəsmi saytında əməliyyatın görüntüləri yerləşdirilib.

    Saxlanılan şəxsləri 8 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

  • Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların sayı bilindi – RƏSMİ

    Hazırda Azərbaycanda müəssisələrdə valideyn himayəsindən məhrum olan 1500 uşaq var.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial Saat” verilişi zamanı Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.

    Onun sözlərinə görə, 0-3 yaşa qədər uşaqlarla bağlı qeydiyyat səhiyyə müəssisələri tərəfindən aparılır:

    “Üç yaşdan yuxarı uşaqlarla bağlı qeydiyyat isə Təhsil Nazirliyinin və İcra Hakimiyyətinin nəzdində olan uşaq evlərində aparılır. Eyni zamanda, dövlət statusu olmayan sığınacaqlarda da uşaqlar var. Hər valideynindən məhrum olmuş uşaq övladlığa götürülmə üçün münasib sayılmır. Təhlillər aparılır, valideyn razı olarsa, övladlığa verilir”.

    “Şəxs valideyn hüququndan məhrum edildikdən sonra bir müddət onların rəftarları qiymətləndirilir. Davranışları etinasız olarsa, onların övladları qanunla övladlığa verilə bilər”, – deyə nazirlik rəsmisi qeyd edib.

  • Gürcüstandan Azərbaycana qanunsuz yolla siqaret keçirənlər saxlanıldı

    Gömrük əməkdaşları iki fakt üzrə tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

    Dövlət Gömrük Xidmətindən verilən məlumatda bildirilir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn DAF markalı yük avtomobilləri saxlanılıb.

    Sorğu-sual zamanı hər iki vətəndaş həmin nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

    Lakin kinoloji xidmət itlərinin tətbiqi ilə keçirilən yoxlama zamanı avtomobillərdə gömrük orqanlarına bəyan olunmayan 2200 ədəd “Marlboro Edge” markalı siqaretlər aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda kafedə qətl törədən şəxsin işi məhkəməyə göndərildi

    Bakıda qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib.

    Trend-in məlumatına görə, hadisə martın 12-i saat 03:30 radələrində paytaxtın Nəsimi rayon ərazisində yerləşən “Qalaltı” kafesində qeydə alınıb.

    Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Gəncağa İbrahimov kafedə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı xəstəxanada dünyasını dəyişib.

    Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, 1984-cü il təvəllüdlü Natiq Ələkbərov saxlanılıb, bıçaq istintaqa təhvil verilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    N.Ələkbərov barədə başlanmış cinayət işinin istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesinə hakim Mirzə Xankişiyev sədrlik edəcək.

  • Минобороны ответило на предложение депутата ММ взять в плен жену Пашиняна

    Пресс-служба Министерства обороны Азербайджана прокомментировала высказывание депутата Милли Меджлиса (парламента) Гудрата Гасангулиева о том, что “наши солдаты с нетерпением ждут, когда они возьмут в плен жену Пашиняна”.

    “Заявляем, что подобные высказывания противоречат национальным традициям, особенностям и духовным ценностям нашего народа, в частности боевому настрою и дисциплине азербайджанского солдата, а также законам войны в целом.

    В отличие от противника, который всегда проявлял жестокость к мирному населению АР – женщинам, детям и старикам, азербайджанская армия всегда действует в рамках норм международного права.

    Ходжалинская трагедия, убийство мирных жителей в ходе апрельских событий 2016 года, несовершеннолетней Захры и ее бабушки в июле 2017-го и 76-летнего Азиза Азизова в июле 2020-го, а также другие убийства являются ярким примером грубого нарушения Арменией базовых принципов и норм международного гуманитарного права.

    У азербайджанской армии только одна цель – освободить наши оккупированные территории. И она полностью готова к достижению этой цели”, – заявили в пресс-службе Минобороны.

  • Sergey Lavrov: “Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır”

    “Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.

    “Report” xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə deyib.

    O, yüksək səviyyəli dövlət məmurlarının, o cümlədən Azərbaycanın yeni xarici işlər nazirinin Rusiyaya bu cür səfərlərini tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmli olduğunu bildirib.