Month: October 2020

  • Mədət Quliyev İran səfirini qəbul edib

    Müdafiə Sənayesi naziri Mədət Quliyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvini qəbul edib.

    Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən nazir iki dövlət arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafından danışıb.

    Nazir sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə, Bərdə şəhərlərinin, bir sıra kənd və qəsəbələrin, yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində mülki əhalimizə qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsini, o cümlədən 4, 11 və 17 oktyabrda Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin, 27, 28 oktyabrda Bərdə şəhərinin raket zərbələrinə məruz qalmasını qeyd edib və bildirib ki, ümumilikdə 91 nəfər dinc sakin həlak olub, 400 vətəndaşımız yaralanıb, minlərlə yaşayış evinə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

    M.Quliyev səfirin diqqətinə çatdırıb ki, Ermənistanın hücumlarının qarşısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmaqdadır. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, onlarla kənd, qəsəbə və yaşayış məntəqələri işğaldan azad edilib, qədim Xudafərin körpüsünə Azərbaycan bayrağı sancılıb.

    Nazir İran dövlətini və xalqını Zəngilan rayonunun Ağbənd qəsəbəsi və Ağbənd sərhəd zastavasının işğaldan azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə təbrik edib.

    Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Seyid Abbas Musəvi diplomatik fəaliyyəti dövründə Azərbaycan və İran arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməcəyini bildirib.

    Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

  • Türkiyənin Egey dənizi sahillərində 5.1 bal gücündə növbəti zəlzələ

    Türkiyənin Egey dənizi sahillərində növbəti dəfə zəlzələ baş verib.

    Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Zəlzələ Aydın şəhərinin Kuşadası rayonunda qeydə alınıb. Yerli vaxtla 18:14-də baş verən zəlzələ nəticəsində insan itkisi və ya dağıntılar bərədə hələlik məlumat verilməyib.

  • Ermənilər Tərtərin kəndinə “Smerç” raketi atıb

    Ermənistan silahlı qüvvələri Tərtər rayonunun Ələsgərli kəndini “Smerç” raketi ilə atəşə tutub.

    “Report”un məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə məlumat verib.

    “Raket tezliklə ANAMA tərəfindən zərərsizləşdiriləcək. Xoşbəxtlikdən raket partlamayıb”, – o qeyd edib.

  • Журналистка DW – главе МИД Армении: Признаете ли вы, что устраиваете провокации в регионе? – ВИДЕО

    Попытка США добиться прекращения огня в Нагорном Карабахе не увенчалась успехом. Еще до поездки в Вашингтон глава МИД Армении Зограб Мнацаканян дал интервью немецкому изданию Deutsche Welle, рассказав о позиции Еревана по урегулированию карабахского конфликта.

    Журналистка DW своими вопросами фактически загнала главу МИД Армении в угол.

    Представляем вниманию читателей данное видео.

  • Almaniyanın DW nəşrinin müxbiri Mnatsakanyana: “Regionda təxribatlarla məşğul olduğunuzu etiraf edirsinizmi?”

    ABŞ-ın Dağlıq Qarabağda atəşkəsə nail olmaq cəhdi uğursuz alındı.

    Hələ Vaşinqtona səfərdən əvvəl Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Almaniyanın DW nəşrinə müsahibə verib, Yerevanın Qarabağ münaqişəsinə dair mövqeyindən bəhs edib.

    Nəşrin jurnalisti isə öz sualları ilə Ermənistanın XİN rəhbərini faktiki olaraq küncə sıxışdırıb.

    Sözügedən videonu təqdim edirik:

  • Azərbaycan Ordusu düşməni dəqiq zərbələrlə məhv edib – VİDEO

    Azərbaycan Ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrini dəqiq zərbələrlə məhv edib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

  • “İndi anlaşıldı toy niyə məhz Qarabağ müharibəsində baş tutub”

    “İki saatdı videonu göndəriblər. Barmaqlarımla düz iki saatdı müharibə edirəm ki, paylaşma!

    Bacarmadım… Bu toy dünən gecə Borçalıda olub. Mən də Borçalı qızıyam, amma ayıbıma kor ola bilmədim. Əvvəla, Azərbaycanda hələ xonçası oynamamış, şaxı qalxmamış, çırağı yanmamış oğullar hər gün şəhid olur. Xınası islanmamış, çiçəyi burnunda qönçə qızlarımız başına qırmızı kəlağayı örtməyə həsrət qaldığı halda qara yaylıq bağlayır, şəhid nişanlısı olurlar…

    Bunu da keçdim, bəs son bir ayda tək Borçalı mahalından 50-yə yaxın başda Polkovnik İlqar Mirzəyev olmaqla Qarabağ uğrunda şəhid olan qardaşlarımızın ruhundan da utanmadınızmı? Təcili toy etmək üçün ya qızın, ya oğlanın “defekti” olmalı.

    Bunların nə ayıbı vardı ki, ölkə yas içində toy çaldırdınız? Axı şəhidlərin qanı qurumayıb, cəsədi soyumamışdı, torpaq uddu…”

    Median.Az baku.ws-ə istinadən bildirir ki, sözləri şairə Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşıb. O, Gürcüstanda baş tutan toyu səhifəsində yayımlayaraq toy edən şəxsləri tənqid edib:

    “Bunu da deməsəm, ölərəm: – Ay bu toyun başbiləni, ay bu qızı bu oğula yaraşdırıb alan böyük, bu toyun sevgi üzərində qurulmadığı açıq-aşkar görsənir. Deyin görüm belə enerjili, xəyalları gündə üç kruq dünya turundan qayıdan, parlamaqda olan ulduz, Damladan da yüksək səhnə performansına malik, hiperaktiv və aşırı göyçək qızı bu cür sakit, təmkinli, üzündə qız həyası olan oğlana alanda nə düşündünüz? Bu gənclərin gələcəyini necə təsəvvür etdiniz? Açığı, mənə maraqlıdı… Allah xoşbəxt eyləsin!

    İndicə mənə məlumat gəldi ki, oğlanın anası Marina ermənidi. İndi anlaşıldı toy niyə məhz Qarabağ müharibəsində baş tutub. Borçalının yarım milyon namuslu insanına bu xəyanəti necə etdi bu qızın ailəsi??! Necə???!!!

    Bu videoya görə mənə zəng eyləyənin, videonu sil deyənin, paylaşdığım üçün məni qınayanın, hədə-qorxu gələnin lap ən yekə böyüyünə verməyə cavabım var!”

  • Apple огласила потери на бирже после публикации финансовой отчетности

    Компания Apple потеряла порядка 100 млрд долларов США рыночной стоимости после падения своих акций на бирже на 5%.

    Как передает Median.Az со ссылкой на агентство Reuters. Причиной такого снижения стоимости стала квартальная финансовая отчетность, опубликованная компанией в четверг.

    Несмотря на рекордные показатели выручки и рост чистой прибыли, отчетность показала, что выручка от продаж iPhone упала более чем на 20%. Это самое серьезное снижение реализации флагманского продукта компании за последние два года.

    Основанная в 1976 году Apple производит, помимо iPhone, планшеты iPad, компьютеры iMac, ноутбуки MacBook, музыкальные плееры iPod и другую высокотехнологичную технику. Корпорация является одной из крупнейших в мире. Ее рыночная капитализация составляет почти 2 трлн долларов США.

  • “Apple” 100 milyard dollar itirdi

    “Apple” şirkəti cümə axşamı rüblük maliyyə hesabatını təqdim etdikdən sonra dəyər itirib.

    Median.Az
    “Reuters” agentliyinə istinadən xəbər verir ki, “Aplle”ın birjadakı səhmləri 5% ucuzlaşdığından şirkət təxminən 100 milyard ABŞ dolları həcmində bazar dəyəri itirib.

    Gəlir və xalis mənfəət baxımından rekord göstəricilər qeydə alınsa da, hesabat “iPhone” satışından əldə olunan gəlirin 20%-dən çox azaldığını göstərib. Bu, son iki ildə şirkətin flaqman məhsulunun satışlarındakı ən böyük enişdir.

    1976-cı ildə qurulan “Apple” şirkəti “iPhone”dan əlavə, “iPad” planşetləri, “iMac” kompüterləri, “MacBook” noutbukları, “iPod” musiqi pleyerləri və digər yüksək texnoloji avadanlıqlar istehsal edir. Korporasiya dünyanın ən böyük şirkətlərindən biridir. Onun bazar kapitallaşması təxminən 2 trilyon ABŞ dollarıdır.

  • Mesut Özil: “İslam dinində terrora yer yoxdur”

    İngiltərənin “Arsenal” klubunun futbolçusu Mesut Özil Fransada baş vermiş faciəvi hadisəyə münasibət bildirib.

    “Report”un məlumatına görə, Türkiyə əsilli almaniyalı yarımmüdafiəçi bununla bağlı özünün “Instagram” hesabında paylaşım edib.

    32 yaşlı oyunçu “İslam dinində terrora yer yoxdur” yazıb.

    Qeyd edək ki, Fransanın Nitsa şəhərində naməlum şəxs kilsənin qarşısında insanlara hücum edərək terror aktı törədib. Hadisə nəticəsində 3 nəfər ölüb. Bir neçə saatdan sonra isə Avinyonda bıçaqla silahlanmış şəxs polislərə hücum çəkib.