Month: October 2020

  • Qırğızıstan parlamenti prezidenti impiçment edir

    Qırğızıstan parlamenti Prezident Sooronbay Jeenbekovun impiçment prosedurunu başladıb.

    “RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə parlamentdə təmsil olunan müxalif “Ata Meken” partiyasının deputatı Kanıbek İmanəliyev məlumat verib.

    “Bir qrup parlamentari impiçment sənədini imzaladılar. İmpiçment çox mürəkkəb bir prosedurdur, amma bunu başlatdığımızı deyə bilərik”, – K. İmanəliyev qeyd edib.

    Qeyd edək ki, Qırğızıstanda Prezidentin vəzifəsindən kənarlaşdırılmasını nəzərdə tutan qanun layihəsini parlament üzvlərinin üçdə biri imzalamalıdır.

  • Baş Prokurorluq: Erməni hüçumları nəticəsində 30 mülki şəxsi qətlə yetirib, 143 nəfəri yaralayıb – FOTO

    Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

    Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 30 mülki şəxsi qətlə yetirilib, 143 nəfəri isə yaralanıb.

    66 mülki obyekt və 427 yaşayış evləri yararsız vəziyyətə düşüb.

  • Anar Eyvazov: “Düşmən tərəfdən ciddi itkilər var”

    “Ötən müddət ərzində bütün cəbhə boyu döyüşlər davam edib. Ordumuz əldə edilən nailiyyətləri genişləndirmək məqsədilə əraziləri düşməndən təmizləyib, onların zirehli texnikalarını məhv edir, yeni dayaq nöqtələrini ələ keçirir”.

    Oxu24.com -un məlumatına görə, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə nazirliyin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

    O bildirib ki, qarşılıqlı artilleriya atəşləri də müşahidə olunur:

    “Düşmən tərəfdən ciddi itkilər var. Düşmənin digər bölmələrində döyüş sursatları və yanacaq sahəsində də problemlər var. Ordumuzun qətiyyətli əməliyyatları nəticəsində məğlub vəziyyətə düşən erməni tərəfinin rəsmiləri ziddiyyətli açıqlamalar verir. Ordumuz tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür. Ordumuzun qələbə əzmi tamdır. Ali Baş Komandan tərəfindən verilmiş bütün döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilir. Qələbə bizimlədir”.

  • Президент Азербайджана: Оснащение Азербайджана турецким вооружением поднимется на более высокий уровень

    У нас есть комплексы ПВО С-300, которые мы закупили у России. Мы приобрели у нее много вооружения. Здесь нет никаких ограничений. Разница в том, что мы покупаем за деньги и это очень дорогие системы. А Армения зачастую получает их бесплатно в качестве подарка или в кредит. Но этот кредит остается на бумаге.

    Об этом заявил Президент Азербайджана Ильхам Алиев в интервью CNN-Türk:

    “Нет сомнений в том, что если бы Армении не было передано бесплатно дорогое вооружение, конфликт решился бы давно. Потому что это вселило в нее уверенность в том, что наши земли можно держать под оккупацией вечно. Но у нас есть возможность приобретать у России оружие. Мы покупаем и у других стран. У нас в связи с этим нет ограничений.

    В настоящее время география рынка вооружения расширилась. Сегодня оборонная промышленность Турции развивается ускоренными темпами и в будущем оснащение Азербайджана турецким вооружением поднимется на более высокий уровень”.

  • Ordumuz düşmənin daha bir neçə zirehli texnikasını məhv edib – VİDEO

    Azərbaycan silahlı qüvvələri tərəfindən düşmənin daha bir neçə zirehli texnikası məhv edilib.

    Bununla bağlı görüntülər əldə olunub.

  • Uyğunluq sertifikatının verilməsi qaydası müəyyənləşib

    Nazirlər Kabineti “Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”nı təsdiq edib.

    APA-nın məlumatına görə, milli standartlaşdırma qurumu “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs, uyğunluğun qiymətləndirilməsi malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlarda göstərilən tələblərə uyğunluğunun müəyyən edilməsi prosesi, uyğunluğun qiymətləndirilməsinin obyektləri – mal (iş, xidmət), onunla əlaqəli proseslər (o cümlədən idarəetmə sistemləri), istehsal metodlarıdır.

    Uyğunluq sertifikatının aşağıdakı formaları tərtib edilir:

    – malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatı;

    – mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatı.

    Həmin uyğunluq sertifikatlarında aşağıdakı məlumatlar göstərilir:

    – sertifikatın adı;

    – sertifikatı verən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı və akkreditasiya attestatının qeydiyyat nömrəsi;

    – blankın qeydiyyat nömrəsi;

    – sertifikatın verilmə tarixi;

    – sertifikatın qeydiyyat nömrəsi;

    – sertifikat verilən hüquqi şəxsin adı və hüquqi ünvanı, fiziki şəxsin adı, soyadı, atasının adı və ünvanı;

    – standartlaşdırma üzrə normativ sənədlərin adı, nömrəsi və tarixi;

    – sertifikatın verilmə əsası;

    – əlavə məlumat (olduqda);

    – akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun rəhbərinin (səlahiyyətli nümayəndəsinin), uyğunluğu qiymətləndirən səlahiyyətli şəxsin imzası, adı, soyadı və atasının adı;

    – möhür yeri (olduqda).

    Bunlardan əlavə, malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatında uyğunluğu qiymətləndirilmiş malın (işin, xidmətin) adı, növü, markası, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, “Məhsul növləri təsnifatı” üzrə kodu, məhsulun istehsal edildiyi, işin və xidmətin göstərildiyi yerin ünvanı, mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatında isə idarəetmə sistemlərinin və istehsal metodlarının sertifikatlaşdırıldığı müəssisənin tam adı, mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) tətbiq edildiyi fəaliyyət sahəsi göstərilir. Uyğunluq sertifikatı dövlət dilində tərtib edilir. Dövlət dilində tərtib edilmiş uyğunluq sertifikatı digər dillərə tərcümə edildikdə tərcümənin düzgünlüyü notariat qaydasında təsdiqlənməlidir.

    Uyğunluq nişanı texniki reqlamentlərin tələblərinə cavab verən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini və sertifikatlaşdırılmasını bildirir. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluq sertifikatı ilə təmin edilmiş uyğunluğun qiymətləndirilməsinin obyektlərinə təsərrüfat subyekti tərəfindən uyğunluq nişanı tətbiq edilə bilər. Texniki reqlamentlərin tələblərinə cavab verməyən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğu qiymətləndirilməmiş və sertifikatlaşdırılmamış uyğunluğun qiymətləndirilməsinin obyektlərinə uyğunluq nişanı vurula bilməz.

    Uyğunluq nişanını birbaşa mala (qazlı, maye və dənəvər materiallara və maddələrə) tətbiq etmək mümkün olmadıqda qablaşdırmaya tətbiq edilir. Uyğunluğun qiymətləndirilməsinin obyektlərinin istismar, texniki və müşayiətedici sənədlərində uyğunluğunun qiymətləndirilməsi haqqında məlumatın (uyğunluq sertifikatının nömrəsi və verilmə tarixi, sertifikatı verən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı) göstərildiyi yerdə uyğunluq nişanı ilə nişanlanmalıdır. Belə məlumatlar olduqda uyğunluq nişanı ilə nişanlanmış mal uyğunluq sertifikatının surəti ilə müşayiət olunmaya bilər. Uyğunluq sertifikatı ilə təmin edilmiş malın partiyası uyğunluq sertifikatının surəti ilə müşayiət edilir. Uyğunluq nişanı aydın görünən olmalı və tətbiq edilən səthin rəngindən fərqlənməlidir. Malın uyğunluq nişanı ilə nişanlanmasına aşınma, tökmə, oyma, çapetmə, ştamplama yerlərində yol verilmir və aydın görüntüsünü, xarici təsirlərə qarşı müqavimətini və malların yararlılıq müddətində dayanıqlılığını təmin edən üsullarla həyata keçirilir. Uyğunluq nişanının təsvirinin ayrı-ayrı elementlərinin qismən təkrar edilməklə tətbiqinə icazə verilmir. Uyğunluq nişanı qablaşdırmaya tətbiq edildikdə sertifikatlaşdırılmamış mallar üçün belə qablaşdırmanın istifadəsi yolverilməzdir. akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluq sertifikatının ləğvi barədə qərar qəbul edildikdə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun səlahiyyətli nümayəndəsinin iştirakı ilə tətbiq edilmək üçün hazırlanmış uyğunluq nişanları təsərrüfat subyekti tərəfindən tamamilə məhv edilmə ilə nəticələnən, onların sonrakı bərpası və onlardan ilkin şəkildə istifadənin mümkünlüyünü istisna edən termik, kimyəvi, mexaniki və ya başqa təsir üsulları ilə məhv edilir.

  • На юго-востоке Франции из-за наводнения погибли пять человек

    На юго-востоке Франции из-за наводнения, вызванного сильными дождями, погибли пять человек.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом заявил президент страны Эммануэль Макрон.

    “Как вы знаете, пять жертв в этом департаменте и 13 возможно пропавших без вести”,- сказал Макарон.

    Президент выразил слова поддержки близким погибших. Он также поблагодарил всех, кто устранял последствия стихии. Макрон подчеркнул, что спасатели продолжат искать пропавших.

    Сильные дожди обрушились на департамент Приморские Альпы 2 октября.

  • Fransada daşqınlar 5 nəfərin həyatına son qoydu

    Fransanın cənub-şərqində aramsız yağan yağışların səbəb olduğu daşqınlar nəticəsində beş nəfər ölüb.

    Median.Az xəbər verir ki, bunu ölkənin prezidenti Emmanuel Makron deyib.

    Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 13 nəfər itkin düşüb. O, qeyd edib ki, xilasedicilər itkin düşən şəxslərin axtarışlarını davam etdirəcək.

    Qeyd edək ki, daşqın nəticəsində yaşayış binalarına ciddi ziyan dəyib. Nitsa şəhərindəki məktəblər və aeroport bağlanıb.

  • 49 dövlət əmlakı hərraca çıxarılacaq

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 3 noyabr 2020-ci il tarixində növbəti hərrac keçirəcək.

    Nazirlikdən verilən məlumata əsasən, hərraca 49 dövlət əmlakı çıxarılacaq. Bunlardan 24-ü kiçik dövlət müəssisəsi və obyekti, ikisi yarımçıq tikili, 23-ü isə səhmdar cəmiyyətdir.

    Belə ki, kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb.
    Hərraca çıxarılacaq dövlət əmlakları respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri və istehsal müəssisələridir.

    Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərə seçdikləri dövlət əmlakı üzrə elektron sifariş etməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb.

    Prosesə maraqlı olan şəxslər hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

    Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına (emlak.gov.az) və ya özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər.

    Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.

  • Azərbaycanın Ali Məhkəməsindən Ermənistanın təxribatları ilə bağlı dünya ölkələrinin Ali məhkəmələrinə BƏYANAT

    Azərbaycan Respublikasının Ali Məhkəməsi Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının qarşısının alınması məqsədilə görülən tədbirlərlə bağlı bəyanat qəbul edib.

    Ali Məhkəmənin mətbuat xidmətindən bildirilib ki, bəyanat dünya ölkələrinin, o cümlədən Avropa Şurasının üzv dövlətlərinin Ali məhkəmələrinə göndərilib.

    Bəyanatda deyilir: “Ermənistan Respublikasının silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, eləcə də yaşayış məntəqələrini intensiv atəşə tutaraq təmas xətti boyunca Azərbaycan Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

    Bu hərbi təcavüzə cavab olaraq, Azərbaycanın Silahlı Qüvvələri özünümüdafiə hüququna və beynəlxalq humanitar normalara əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun surətdə Ermənistanın işğalçı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarını davam etdirir.

    Sentyabrın 27-dən etibarən təmas xəttindən 50-250 kilometr məsafədə yerləşən şəhər və kəndlərimizdə – Gəncə, Biləsuvar, Tərtər, Ağcabədi, Bərdə, Xızı və digər yaşayış məntəqələrimizdə azərbaycanlı mülki əhalinin davamlı olaraq atəşə tutulması nəticəsində üçü uşaq olmaqla 29 mülki şəxs həlak olub və 144-dən çox şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.

    Həmçinin əhalinin 500-ə yaxın mülkü, o cümlədən xüsusi mülkiyyət, su anbarı və Mingəçevirdəki elektrik stansiyası, Xəzər dənizindən Avropaya xam neft və təbii qaz tədarük edən enerji boru kəmərləri (Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənubi Qafqaz Boru Kəməri) və Tərtər bölgəsindəki regional məhkəmə binası Ermənistan silahlı qüvvələrinin atəş hədəfləri olub.

    Bu son hadisələr Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünün və Azərbaycana qarşı son təxribatlarının davamıdır. Belə ki, 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələri təcavüzkar ekspansionist siyasətini Dağlıq Qarabağ bölgəsindən şimala doğru dəyişdirərək Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi qulluqçuları və mülki şəxsləri öldürərək hərbi mövqelərə və mülki obyektlərə ağır artilleriya zərbələri endirib.

    İndiki Ermənistan-Azərbaycan silahlı qarşıdurmasının kökündə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və tarixən Azərbaycan torpaqları olan Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun qanunsuz işğalı ilə bağlı erməni siyasəti dayanır.

    Bu gün Azərbaycan ərazilərinin təxminən 20 faizi qeyri-qanuni erməni işğalı altındadır və Azərbaycanın mülki əhalisinə qarşı aparılan etnik təmizləmə nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün evlərindən qovulub, 20 min insan öldürülüb, 50 min insan yaralanıb və ya əlil olub, təxminən 5 min nəfər Azərbaycan vətəndaşı hələ də itkindir.

    1992-ci ilin fevralında Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı misli görünməmiş bir qırğın törədildi. Fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri 106 qadın, 63 uşaq və 70 qoca olmaqla 613 mülki şəxsi qətlə yetirib. Bundan başqa, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi bu günə qədər bilinmir. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədənlər indiyədək tutulmayıb və məsuliyyətə cəlb olunmayıblar.

    Mövcud silahlı münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar da daxil olmaqla bütün beynəlxalq diplomatik səylərin Ermənistan hökuməti və rəhbərliyinin qeyri-konstruktiv yanaşması səbəbindən bu günə qədər uğursuz olduğu xüsusi olaraq vurğulanmalıdır.

    Ermənistan hökuməti Dağlıq Qarabağı və ona bitişik rayonlarını Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrini, Qoşulmama Hərəkatı, Avropa Şurası və Avropa Birliyi kimi aparıcı beynəlxalq təşkilatların bir sıra qətnamələrini açıq şəkildə yerinə yetirməyib.

    Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” qərarında (№ 13216/05, 16 iyun 2015) qeyd olunur: “Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən etibarən Ermənistanın “Dağlıq Qarabağ respublikası” üzərində əhəmiyyətli və həlledici təsiri olub. Bu iki qurumun praktik olaraq bütün vacib məsələlərdə yüksək səviyyədə inteqrasiyası bu günə qədər davam edir. Başqa sözlə desək, “Dağlıq Qarabağ respublikası” və onun rəhbərliyi Dağlıq Qarabağ və ətraf ərazilər üzərində təsirli nəzarəti həyata keçirən Ermənistanın ona verdiyi hərbi, siyasi, maliyyə və digər dəstək sayəsində yaşayır … ”.

    Azərbaycan Respublikasının sərhədlərinin xarici təhdidlərə qarşı toxunulmazlığını qoruması və ərazilərindəki hər kəsin insan hüquq və azadlıqlarını təmin etməsı 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokolları da daxil olmaqla, beynəlxalq hüquqa dair bütün vəzifələrinə və öhdəliklərinə uyğundur. Azərbaycan hökuməti hər zaman silahlı qüvvələrin döyüşçülərlə mülki şəxsləri, hərbi obyektlərlə mülki obyektləri ayırd etməsini tələb edən beynəlxalq humanitar hüququn təməl prinsipinə əməl etdiyini bəyan edir. Bundan əlavə, Azərbaycan silahlı qüvvələri mülki insanları hədəfə alma və ya mülki insanların əmlakına zərər vuran hücumlara qarşı mütləq qadağaya hörmət etmək öhdəliyini təsdiqləyir.

    Biz Azərbaycan hökumətinin ərazi bütövlüyünü bərpa etmək və bütün məcburi köçkünlərin hüquqlarını bir daha təsdiq edərək öz evlərinə qayıtmalarını təmin etmək səylərinin tərəfdarıyıq. Bununla, bölgədə həqiqi və davamlı sülhə kollektiv şəkildə nail olmaq mümkündür.

    Qanunun aliliyinin gücləndirilməsinə, insan hüquqlarının və əsas azadlıqlarının qorunmasına yönəlmiş çoxtərəfli səylərimizi dəstəkləməyinizi gözləyirik”.