Ermənilərin Brüsseldə Türkiyə və Azərbaycana qarşı keçirdiyi etiraz aksiyası fiasko ilə nəticələnib.
Belə ki, qanunsuz toplaşan bir qrup erməni etirazçını polis dağıdıb.
Etirazçılara su şırnağı və gözyaşardıcı qaz sıxılıb.


Ermənistan silahlı qüvvələrinin təxribatına məruz qalan Beyləqanda təmir-bərpa işlərinə başlanılıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, ağır artilleriya və raketlərdən atəşə tutulan yaşayış məntəqələrimizdən biri olan Beyləqanda küçələr dağıntılardan təmizlənir.
Atəş nəticəsində ciddi maddi ziyan görən obyektlərdə yavaş-yavaş bərpa işlərinə başlanılır.
Sahibkarlar isə bütün bunlara baxmayaraq ruhdan düşmür, hər şeyin qaydasında olduğunu deyirlər.
Mağazasına top mərmisi düşən Beyləqan sakini deyir ki, təki qırılan şüşə olsun:
“İki şüşə, pəncərə qırılmaqla heç nə olmaz. Amma o Ermənistan, Paşinyan bilsin ki, Azərbaycan ordusu gəlir. Ordumuz irəlidədir, biz də ordumuzun arxasındayıq. Mağazadı dağılıb, düzələr. Təki qırılan bunlar olsun. Təki torpaqlarımız qayıtsın, hər şey yaxşı olacaq”.
Азербайджанская армия захватила очередные трофеи противника на направлении Тертер-Агдере.
Как передает региональный корреспондент Oxu.Az, среди них есть военная техника и, что самое интересное, два пикапа японского производства Nissan Navara, а также пожарная машина и автомобиль УАЗ.
Отметим, что это не первые трофеи азербайджанских ВС на направлении фронта Тертер-Агдере. Ранее также было захвачено большое количество единиц вражеской техники.






















Azərbaycan ordusu cəbhənin Tərtər-Ağdərə istiqamətində növbəti dəfə ermənilərdən qənimətlər əldə edib.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, əldə edilən qənimətlər arasında hərbi texnika və ən maraqlısı isə Yaponiya istehsalı olan iki ədəd “Nissan Navara” markalı “pickup” tipli avtomobillər var.
Bununla yanaşı bir ədəd yanğınsöndürən maşın və UAZ markalı avtomobil də qənimətlər arasındadır.
Onu da qeyd edək ki, bu, Azərbaycan ordusunun düşməndən Qarabağ cəbhəsində Tərtər-Ağdərə istiqamətində əldə etdiyi ilk qənimət deyil. Daha əvvəl də ordumuz düşmənə məxsus qənimətlər əldə ediblər.
























“Azərbaycan ərazisində mülki yaşayış yerlərini və infrastrukturu hədəfə almaqla hərbi əməliyyatların genişləndirilməsindən çox narahatıq. Xüsusilə də dünən Azərbaycan hava qüvvələri tərəfindən qarşısı alınmış və Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru kəmərləri yaxınlığında məhv edilmiş raket hücumu haqqında xəbərlərdən çox narahat olmuşuq”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “BP-Azerbaijan” şirkətindən bildirilib.
Azərbaycanda əməliyyatçısı olduğumuz bütün obyektlərin təhlükəsizliyini Azərbaycan hökuməti təmin edir, amma bununla belə, işçilərimizin, əməliyyatlarımızın və əməliyyatçısı olduğumuz obyektlərin təhlükəsizliyini təmin etmək yönümündə müvafiq orqanlarla yaxından işləyirik.
“Bir daha, Azərbaycanda mülki yaşayış yerlərinə və infrastruktura hücumlardan çox narahat olduğumuzu bildiririk və çox ümid edirik, bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq miqyasda tanınmış suveren əraziləri çərçivəsində öz ədalətli həllini tapacaq”, – deyə BP-dən bildirilib.
İşğal altında olan torpaqlarımızın azad olunması haqqında demək olar ki, hər gün qələbə xəbərləri alırıq.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun azad etdiyi və artıq ölkəmizin üçrəngli bayrağının dalğalandığı Suqovuşan ərazisinin “Azersky” peykindən əldə olunmuş təsviri təqdim edilib.
AZƏRTAC xəbər verir ki, təsviri “Azərkosmos” ASC yayıb.
Ölkəmiz üçün əhəmiyyətli strateji mövqe olan Suqovuşan ərazisi uzun illərdir ki, Ermənistanın Azərbaycan torpaqlarında apardığı işğalçılıq siyasətinə və ekoloji terror fəaliyyətinə məruz qalıb.
Bu gün Azərbaycan tarixi ədalətin bərpası üçün mübarizə aparır və işğal altında olan torpaqlarımızın hər bir qarışını erməni vandalizmindən azad edir.
Zəfər bizimdir! Qarabağ Azərbaycandır!