Month: October 2020

  • Polad Bülbüloğlu: “Ermənistanın hazırkı siyasəti fonunda danışıqlar mənasızdır”

    “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar Ermənistanın hazırkı siyasəti fonunda mənasızdır”.

    Bu barədə TASS-a müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

    Onun sözlərinə görə, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasındakı telefon danışığı çərçivəsində Rusiya tərəfindən tərəflərin tezliklə danışıqlar masasına qayıtmasının vacibliyi vurğulanıb.

    “Ancaq Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatların coğrafiyasını genişləndirərək Azərbaycanın Dağlıq Qarabağla həmsərhəd olmayan şəhər və rayonlarına təxribatçı şəkildə hücumlar etdiyi, beynəlxalq hüququ kobud şəkildə pozduğu və daha əvvəl də dediyim kimi, hərbi cinayətlər törətdiyi bir vəziyyətdə hər hansı danışıqların aparılması mənasızdır.

    Prezident İlham Əliyev son müsahibələrində açıq şəkildə bildirib ki, münaqişənin kəskinləşməsində bütün məsuliyyət üzərində olan Ermənistan beynəlxalq hüquqa əməl etməyə başlayana, ərazilərin işğalına son qoyulması ilə bağlı beynəlxalq vasitəçilərə ciddi zəmanətlər verilənə və silahlı qüvvələrin Azərbaycanın işğal edilmiş bütün torpaqlarından çıxarılması üzrə konkret qrafik təqdim olunana qədər hərbi əməliyyatların dayandırılması və hər hansı danışıqlar mümkünsüzdür”, – deyə P.Bülbüloğlu bildirib.

    Gürcüstan Prezidenti Salome Zurabişvilinin Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Tbilisidə hər hansı bir formatda danışıqların təşkili təklifinə münasibət bildirən Polad Bülbüloğlu göstərilən təşəbbüsə görə Gürcüstan tərəfinə minnətdarlığını bildirib:

    “Hamımız sülh istəyirik, lakin təkrar edirəm, bu vəziyyətdə danışıqlar üçün hər hansı bir platforma haqqında danışmaq üçün hələ ki tezdir”.

  • “Xəbər Saatı”: Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad edib

    “Zərbə” PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir.

    Median.Az techland.az-a istinadən bildirir ki, aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik “K1-Zərbə” mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər. Ötən müddətdə müəssisəlrimizdə müxtəlif sinifli mini PUA-lara texniki qulluq göstərilərək saz vəziyyətə gətirilib və onlar təhvil verilməklə döyüş mövqeləri daim əməliyyat nəzarətində saxlanılır.

    Qeyd edək ki, döyüşlər zamanı müəssisələrimiz fasiləsiz iş rejiminə keçərək müxtəlif tipli PUA-lar qısa müddətdə təmir edilərək döyüş zonasına göndərilib.

  • Füzuli, Cəbrayıl və Beyləqandan ən son xəbərlər – VİDEO

    Xəbər verdiyimiz kimi, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri cəbhə boyunca təxribata əl atıblar.

    Azərbaycan ordusunun əks-hücum əməliyyatına başlamasından isə bu gün 10 gün keçdi. Bu müddət ərzində ordumuz tarixi uğurlara imza atdı. İşğal altındakı bir sıra ərazilər azad edildi. Ancaq düşmənin münaqişəni cəbhəboyundan kənarlara daşımaq niyyəti də ortadadır.

    Elə təmas xəttində yerləşməyən rayon və şəhərlərin raket və artilleriyadan atəşə tutulması da bunu göstərir.

    Baku TV cəbhədə vəziyyətin gərginləşdiyi ilk günlərdən ən qaynar nöqtələrdən xəbər verir. Füzuli, Beyləqan və Cəbrayıl da bu qəbildəndir.

    Baku TV-nin müxbiri bölgədəki ən son xəbərləri çatdırır. Daha ətraflı videosüjetdə:

  • Baş Prokurorluq: Ermənilər Tərtəri atəşə tutub, ölən və yaralananlar var

    Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

    Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, düşmən ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 06.10.2020-ci il tarixdə saat 21 radələrində Tərtər rayonunun müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində rayonun Qaynaq kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Həsən Asif oğlu həlak olub, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Əliyev Dəyanət Qənimət oğlu və Köçərli kənd sakini 1968-ci il təvəllüdlü Həsənov Seyfulla Yaqub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
    Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir.

  • Ermənilərin Bakı-Tblisi-Ceyhan kəmərinə raket zərbəsinin qarşısı alınıb

    Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

    Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri 06.10.2020-ci il tarixdə saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.
    Bundan başqa, düşmən ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 06.10.2020-ci il tarixdə saat 21 radələrində Tərtər rayonunun müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində rayonun Qaynaq kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Həsən Asif oğlu həlak olub, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Əliyev Dəyanət Qənimət oğlu və Köçərli kənd sakini 1968-ci il təvəllüdlü Həsənov Seyfulla Yaqub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
    Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir.

  • Türkiyə ordusu İraqda PKK terrorçularını zərərsizləşdirdi

    Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Haftanin və Qara bölgəsində PKK terrorçularını məhv etdiyini açıqlayıb.

    Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

    Bildirilir ki, bölgədə müəyyənləşdirilən 5 terrorçu Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib.

  • Ermənilər Ağdamda təcili tibbi yardım avtomobilini atəşə tutdu

    Cəbhədə şiddətli döyüşlər davam edir.

    Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

    Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayon ərazisini yenidən atəşə tutub, dinc sakinləri hədəf alıb.

    Düşmənin növbəti dəfə atdığı mərmilərindən biri rayon ərazisində təcili tibbi yardım avtomobilinin yaxınlığına düşüb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur, araşdırma aparılır.

    Hazırda döyüşlər davam edir.

  • Azərbaycanlı hakerlər Ermənistanın rəsmi saytlarını məhv etdi

    Azərbaycan hakerləri tərəfindən növbəti dəfə bir sıra erməni saytları dağıdılıb.

    “Report” xəbər verir ki, bu barədə “Karabakh Hacking Team” “Telegram” kanalı və Anti-Armenia.org saytı məlumat yayıb.

    Dağıdılan saytlar arasında düşmən ölkənin prezidenti, separatçı “Dağlıq Qarabağ respublikası”nın, ölkənin bütün nazirlikləri, o cümlədən Müdafiə Nazirliyi, Energetika Nazirliyi, Milli Təhlükəsizlik Şurası Aparatı, Səhiyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Baş Prokurorluq, Mülki Aviasiya Baş İdarəsi, Ermənistan polisinin və s. veb resursları daxildir.


    Belə ki, Ermənistanın onlarla dövlət qurumunun serveri tam olaraq məhv edilib, o cümlədən backup, ehtiyat bazası, məlumat bazası tam olaraq kökündən silinib. Saytlara Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Valday konfransındakı çıxışı, general Polad Həşimov və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotoşəkilləri, habelə Azərbaycan əsgərlərinin Suqovuşanda Azərbaycanın dövlət bayrağını qaldırmasının görüntüləri yerləşdirilib.


    Bundan başqa, Azərbaycan hakerləri səsli mesaj göndərərək serverlərə “root” giriş əldə etdiklərini bildirib və ermənilərin serverlərinə nə istəsələr edə biləcəklərini onlara bəyan edib. Həmçinin döyüş meydanında olduğu kimi, virtual meydanda da məğlubiyyətlərini etiraf etməyə çağırılıb. Bundan başqa, Azərbaycan ərazisindən Ermənistan qoşunlarının çıxarılması tələb olunub, əks halda, onlara toplu şəkildə öləcəkləri deyilib.


    Dağıdılan saytların tam siyahısı aşağıdakı kimidir:

    www.president.am, news.president.am, m.president.am
    www.mil.am
    www.nkr.am
    www.nkrmil.am
    www.nkrgov.am, gov.nkr.am, nkrgovernment.am
    www.nssartsakh.am
    president.nkr.am
    diaspora.gov.am
    www.police.am, vostikanutyun.am
    www.hayzinvor.am
    old.sns.am, old.snb.am
    ethics.am,cpcarmenia.am
    www.nankr.am
    www.ombuds.am ,pashtpan.am, old.ombuds.am, old.pashtpan.am
    www.armenia.am
    kids.president.am
    www.aviation.am,gdca.am
    www.echr.am
    www.genproc.am
    www.sarm.am
    www.stateproperty.am, www.spm.am, privatization.am
    www.concourt.am
    www.escs.am
    www.mineconomy.am
    www.moj.am ,justice.am
    www.psrc.am
    www.seco.am
    www.ccc.am, investigatory.am
    www.investigative.am, investigator.am
    www.minenergy.am
    www.msy.am
    www.prosafe.am
    www.armnoc.am
    www.competition.am
    www.minagro.am
    www.minurban.am, mud.am
    www.scws.am
    reservepark.mnp.am
    www.atc.am
    www.edu.am
    www.mincult.am
    www.mnp.am, env.am
    www.armarchives.am
    www.bch.am
    www.moh.am

  • Tahir Misirxanovun ailəsindən reportaj: “İşdəydim, dedilər oğlun 11 tank vurub” – FOTO/VİDEO

    “Aprel döyüşləri”nin qəhrəmanlarından biri dörd ildən sonra yenə öz şücaəti ilə fərqlənən və köhnə rekordunu 2 dəfə artıran gizir Tahir Misirxanovun növbəti qəhrəmanlığı Azərbaycan ictimaiyyətinə təqdim olundu.

    2016-cı ildə Ermənistanın 6 tankını vuran gizir sentyabrın 27-də başlanan Vətən müharibəsində dünənə kimi daha 11 tank vurub.

    “Qafqazinfo”nun əməkdaşları bu gün T. Misirxanovun ailəsi ilə görüşüb.

    Anası Yeganə Misirxanova bildirib ki, Tahir uşaqlıqdan tez-tez tank şəkilləri çəkər, sonra da nişan alaraq onları vurduğunu təsvir edərmiş. Bu günün giziri artıq uşaqlıq arzularını gerçəyə çevirir. Lakin indi onun “əsərləri” kağız üzərində yox, kilometrlərlə yüksəklikdən dronlarla çəkilir.

    “Azərbaycan Bayrağı” ordeninə və Horadizin fəxri vətəndaşı adına layiq görülən, Lələtəpə zirvəsinin fatehlərindən biri olan Tahir Misirxanov düşmən texnikasını bu gün də məhv etməkdə davam edir.

  • Trampın həkimi onun səhhətindən danışdı

    Koronavirusdan müalicə edildikdən sonra bazar ertəsi Ağ Evə qayıdan ABŞ prezidenti Donald Tramp özünü əla hiss edir.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ liderinin həkimi Şon Konlinin yazılı bəyanatında deyilir.

    Qeyd edilir ki, Ağ Ev rəhbərində xəstəliyin əlamətləri müşahidə edilmir.

    “Onun evdə keçirdiyi birinci gecəsi sakit olub və o, bu gün (çərşənbə axşamı-red) əlamətlərin olmadığını xəbər verib”, – həkim qeyd edib.

    Şon Konli qeyd edib ki, dövlət başçısı özünü tam yaxşı hiss etməkdə davam edir.