Month: October 2020

  • Daşınar əmlakı girov qoymaqla kredit əldə etmək barədə məlumat verilib

    6 oktyabr tarixində Mərkəzi Bank ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin (DƏYDR) sahibkarlıq fəaliyyətində rolu” və “KOBİA və KOB Dostu xidmətinin fəaliyyəti” mövzularında vebinar keçirilib.

    Mərkəzi Bankın məlumatına görə, sahibkarların iştirakı ilə keçirilən görüşdə DƏYDR-in mahiyyəti, təminat predmeti olan daşınar əmlaklar, daşınar əmlakı girov qoyaraq kreditin əldə olunması imkanları, müraciət prosedurunun asanlığı barədə məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb və informasiya resursunun üstün cəhətləri nümayiş etdirilməklə fikir mübadiləsi aparılıb.

    Eyni zamanda Kiçik və Orta Sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb ki, DƏYDR-dən aktiv istifadəni təşviq etmək məqsədilə xidmət haqqların əhəmiyyətli aşağı salınması istiqamətində mövcud hüquqi-normativ bazaya dəyişikliklər edilib.

    Vebinarda KOBİA tərəfindən kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində göstərilən dəstək tədbirləri barədə məlumat sahibkarların diqqətinə çatdırılıb.

    Güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətlər üzrə müzakirələr aparılıb.

    Ölkədə əhalinin və biznes subyetklərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu mövzuda müvafiq görüşlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.

  • Ermənilər Tərtəri atəşə tutdu, 3 mülki şəxs yaralandı

    Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Tərtər rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutub.

    Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

    Axşam saatlarında ermənilər Tərtər rayonunun Azad Qaraqoyunlu kəndini növbəti dəfə top mərmiləri atıb. Nəticədə evlərə ziyan dəyib, 3 mülki vətəndaş yaralanılıb. Yaralılar xəstəxanaya aparılıb.

    Hazırda döyüşlər davam edir.

  • Həsən Ruhani Azərbaycan Prezidentinə zəng etdi

    İran İslam Respublikasının Prezidenti Həsən Ruhani oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Həsən Ruhani Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın davam etməsindən ölkəsinin narahatlığını ifadə edib və münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.

    Prezident İlham Əliyev qeyd edib ki, sentyabrın 27-dən başlamış və bu gün də davam edən Ermənistanın hərbi təxribatı nəticəsində təmas xətti boyu yerləşən hərbi birləşmələrimizin mövqeləri və yaşayış ərazilərimiz Ermənistan tərəfindən ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə hərbi qulluqçularımız, 27 mülki şəxsimiz həlak olub, 170-dən çoxu yaralanıb, 900-dən artıq evə ziyan dəyib və ya tamamilə dağıdılıb. Azərbaycan tərəfi uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, işğal olunmuş torpaqlarımızın bir hissəni işğaldan azad edib.

    Dövlətimizin başçısı qeyd edib ki, İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib və sərhəd boyu işğaldan azad olunmuş ərazilərdə tezliklə Azərbaycan sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsi nəzərdə tutulur.

    Prezident İlham Əliyev bildirib ki, Ermənistanın davam edən hərbi təcavüzü və təxribatları regionda sülhün və təhlükəsizliyin təmin olunması işində ən böyük əngəldir.

    Prezident İlham Əliyev və Prezident Həsən Ruhani ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcək uğurlu inkişafı ilə bağlı məsələləri müzakirə edib və əlaqələrimizin ölkələrimizin və xalqlarımızın maraqlarına uyğun olaraq bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər.

  • Ərdoğandan Makrona sərt sözlər: “Sən kimsən ki…”

    “Müsəlmanlara hücum etmək avropalı siyasətçilərin uğursuzluqlarını pərdələmək üçün istifadə etdikləri ən vacib vasitələrdən birinə çevrilib”.

    “Milliyet”in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    “Makronun müsəlmanların çoxluq təşkil etdiyi şəhərdə verdiyi “İslam böhrandadır” açıqlaması hörmətsizlikdən də əlavə açıq şəkildə təxribatdır. Sən kimsən ki, İslamın strukturlaşdırılması kimi bir açıqlamanı dilinə gətirirsən. Bu, hədsizlikdir, ədəbsizlikdir. Avropada yaşayan müsəlmanların canı, malı o ölkələrə əmanətdir. Belə bir təxribata səssiz qala bilmərik”, – deyə R.Ərdoğan bildirib.

  • Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu

    Məlumatlı mənbələrdən verilən xəbərlərə əsasən, Livanın paytaxtı Beyrutdan qalxan təyyarə muzdlu döyüşçüləri Dağlıq Qarabağdakı münaqişə zonasına cəlb etmək məqsədi ilə Ermənistanın paytaxtı İrəvana daşıyıb.

    “Airbus A320-232” təyyarəsinin Livandan Ermənistana uçuşu barədə məlumatlar dünyadakı təyyarələrin hərəkətini real vaxtda əks etdirən “Flightradar24” portalının məlumatları əsasənda da təsdiqlənir.

    Mənbə yazır ki, bu fakt sübut edir ki, Ermənistan Yaxın Şərq bölgəsindəki “qaynar nöqtələr” dən olan terrorçu silahlılardan və muzdlulardan Azərbaycana qarşı istifadə edir və öz real itkilərini gizlətməyə çalışır.

    Eyni zamanda, Ermənistan hakimiyyəti qeyd olunan faktı özündən uzaqlaşdırmaq üçün Azərbaycanı muzdlulardan istifadə etməkdə ittiham edir.

  • Уничтожены еще два наемника – террориста – ФОТО

    Азербайджанская армия уничтожила еще двух иностранных наемников-террористов.

    Информация об этом распространилась в социальных сетях.

    Это очередной факт, подтверждающий участие иностранных наемных террористов в военной агрессии против Азербайджана в составе вооруженных сил Армении.

    Антитеррористические операции и операции по принуждению к миру азербайджанской армии продолжаются.

  • Daha iki muzdlu-terrorçu məhv edildi – FOTO

    Azərbaycan ordusu daha iki əcnəbi muzdlu-terrorçunu məhv edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə xarici muzdlu-terrorçuların iştirakını sübut edən növbəti faktdır.

    Azərbaycan Ordusunun sülhəməcburetmə və antiterror əməliyyatları davam edir.

  • Экстрасенс Галина Багирова: Я вижу азербайджанский флаг над Шушой – ИНТЕРВЬЮ

    Победа будет за Азербайджаном, а премьер-министр Армении Никол Пашинян приведет свой народ к пропасти. Об этом в эксклюзивном интервью Oxu.Az рассказала известная медиум, экстрасенс, одна из сильнейших участников “Битвы экстрасенсов” (8-й сезон), которая транслируется по одному из российских телеканалов, Галина Багирова.

    – Азербайджан переживает самый сложный исторический момент. Идет война за освобождение земель, 30 лет назад оккупированных Арменией. Скажите, какой вы видите судьбу Азербайджана и каким будет исход этой священной войны?

    – Я вижу флаг Азербайджана над Карабахом. А Карабах – в составе орла – это карта Азербайджана. Оккупированные Нагорный Карабах и прилегающие к нему районы будут возвращены – это однозначно. Я вижу азербайджанский флаг над Шушой и на второй возвышенности.

    – В настоящее время вооруженные силы Армении обстреливают города Азербайджана, убивают мирное население. Скажите, как долго это будет длиться?

    – Обстрел городов со стороны Армении прекратится. Она таким образом хотела отвлечь Вооруженные силы АР от атак на стратегические центры и точки Карабаха. Но у Армении ничего не получится. Чем больше армянская сторона будет обстреливать города Азербайджана, тем больше она будет осуждена мировым сообществом и международными организациями.

    Азербайджан же помнит, что у него нет права на ошибку, и чтобы не настроить мировое сообщество против себя, будет действовать исходя из этой позиции.

    – Шуша является заветной мечтой азербайджанцев. Все, как один, молятся за ее освобождение.

    – Вооруженные силы Азербайджана возьмут Физули, Шушу, Агдам. Предстоят ожесточенные бои. Если армянские войска вовремя капитулируют, то смогут сохранить себе жизнь. Население Нагорного Карабаха будет бежать вглубь Армении. Я вижу опустошенные города, развалины Ханкенди – он словно Спитак после землетрясения. Люди бегут. Вижу пустым и разрушенным Агдам, но уцелеют в нем минареты знаменитой мечети.

    – Что станет с Николом Пашиняном?

    – Пашинян окончательно потеряет авторитет и поддержку народа. Вижу его на коленях, а рядом валяется флаг Армении. Люди от злости захотят разорвать Пашиняна, ведь он привел свой народ к пропасти. Он случайный человек в кресле премьера и взял не тот курс.

    Народ будет называть Президента Ильхама Алиева “Ильхамом-победителем”, “Ильхамом-освободителем”. Турция всегда будет рядом с Азербайджаном.

  • Ekstrasens Qalina Bağırova: Azərbaycan bayrağının Şuşa üzərində dalğalandığını görürəm – MÜSAHİBƏ

    Qələbə Azərbaycanın olacaq, Ermənistanın baş naziri öz xalqını uçuruma aparacaq.

    Bu sözləri tanınmış medium və ekstrasens, Rusiya telekanallarından birində yayımlanan “Ekstrasenslərin döyüşü“ şousunun (8-ci mövsüm) ən güclü iştirakçılarından biri Qalina Bağırova Oxu.Az-a məxsusi müsahibəsində söyləyib.

    – Azərbaycan ən mürəkkəb tarixi anını yaşayır. Otuz il əvvəl Ermənistan tərəfindən işğal edilmiş torpaqların azad olunması uğrunda müharibə gedir. Deyə bilərsinizmi, Azərbaycanın taleyini necə görürsünüz və bu müqəddəs müharibə nə ilə nəticələnəcək?

    – Mən Qarabağ üzərində Azərbaycanın bayrağının dalğalandığını görürəm. Qarabağ qartalın tərkibindədir – bu, Azərbaycanın xəritəsidir. İşğal edilmiş Dağlıq Qarabağ və ona bitişik rayonlar birmənalı şəkildə geri qaytarılacaq. Mən Şuşa üzərində və ikinci yüksəklikdə Azərbaycan bayrağının dalğalandığını görürəm.

    – Hazırda Ermənistan silahlı qüvvələri Azərbaycanın şəhərlərini atəşə tutur, dinc əhalini öldürürlər. Deyə bilərsinizmi, bu, nə qədər davam edəcək?

    – Şəhərlərin Ermənistan tərəfindən atəşə tutulmasına son veriləcək. Bu yolla Ermənistan Azərbaycan silahlı qüvvələrinin diqqətini Qarabağın strateji mərkəzlərindən və nöqtələrindən yayındırmaq istəyirdi. Amma əlindən heç nə gəlməyəcək. Ermənistan tərəfi Azərbaycanın şəhərlərini nə qədər çox atəşə tutsa, dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən bir o qədər qınanacaq. Azərbaycan isə yaxşı bilir ki, dünya birliyini özünə qarşı qaldırmamaq üçün səhvə yol verə bilməz və məhz bu mövqedən çıxış edəcək.

    – Şuşa hər bir azərbaycanlının ümdə arzusudur. Hamı bir nəfər kimi onun azad edilməsi üçün dua edir.

    – Azərbaycan silahlı qüvvələri Fizulini, Şuşanı və Ağdamı azad edəcəklər. Şiddətli döyüşlər gözlənilir. Əgər erməni qoşunları təslim olsa, onlara aman veriləcək. Dağlıq Qarabağın əhalisi Ermənistana qaçacaq. Mən boşalmış şəhərləri, Xankəndinin xarabalığa çevrildiyini görürəm. O, sanki zəlzələdən sonrakı Spitakı xatırladacaq. İnsanlar qaçırlar. Mən Ağdamın boşaldığını və dağıldığını, lakin məşhur məscidin minarələrinin salamat qaldığını görürəm.

    – Bəs Nikol Paşinyanın taleyi necə olacaq?

    – Paşinyan nüfuzunu və xalqının dəstəyini tamamilə itirəcək. Mən onun diz çökdüyünü, yanında ayaqlar altına atılmış Ermənistan bayrağını görürəm. Qəzəbindən ağlını itirmiş insanlar öz xalqını uçuruma apardığına görə Paşinyanı parçalamaq istəyəcəklər. O, baş nazir kürsüsündə təsadüfi adamdır və düzgün kurs götürməyib. Xalq Prezident İlham Əliyevi “Müzəffər İlham”, “Xilaskar İlham” adlandıracaq, Türkiyə həmişə Azərbaycanın yanında olacaq.

  • Azərbaycan humanitar dəhlizlərin açılması ilə bağlı erməni əhalisinə müraciət edib

    Azərbaycan humanitar dəhlizlərin açılması, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin tətbiq edilməsinə hazır olduğunu bəyan edib və bununla bağlı erməni əhalisinə müraciət edib.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

    “Müraciət həyatını qurtarmaq məqsədi ilə könüllü qaydada təslim olmaq istəyən düşmənin hərbi qulluqçularına da şamil edilib”, – o əlavə edib.