Армения может пойти на уступки в конфликте вокруг Нагорного Карабаха, если к этому же готов Азербайджан.
Как передает Report со ссылкой на ТАСС, об этом сказал премьер-министр Армении Николь Пашинян.
Month: October 2020
-
Paşinyan: “Ermənistan güzəştə getməyə hazırdır”
“Ermənistan Dağlıq Qarabağ münaqişəsində güzəştə getməyə hazırdır, əgər Azərbaycan da buna hazır olsa”.
“Report” TASS-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.“Münaqişənin nizamlanması qarşılıqlı güzəştlər əsasında həyata keçirilməlidir”, – deyə Paşinyan bildirib.
-
Yevlaxda yol qəzası baş verib, yaralananlar var
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Aran qəsəbəsi ərazisində qeydə alınıb.
İki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində yaralananlar olub. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib. Daha ciddi xəsarət alan sərnişin, 1985-ci il təvəllüdlü Günel Quliyeva xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.
-
Paşinyanın baş müşaviri Azərbaycanın dinc əhalisinin bilərəkdən vurulduğunu etiraf etdi – VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyanın baş müşaviri Vaqarşak Arutyunyan işğalçı ordusunun riyakarlığını sübuta yetirən açıqlamalar verib.
“Rossiya 1” kanalına müsahibəsi zamanı V.Arutyunyan Azərbaycanın dinc əhalisinin bilərəkdən hədəf seçildiyini etiraf edib.“İndi biz taktika hazırlamışıq ki, artilleriya zərbələri endirək, Hərbi hava hücumundan müdafiə sistemlərini sıradan çıxaraq, daha sonra isə dinc əhalinin yaşadığı ərazilərə zərbələr endirərək təviş yaradaq”, – deyə V.Arutyunyan bildirib.
Qeyd edək ki, V.Arutyunyanın bu ifadəsindən dərhal sonra süjet kəsilib və xeyriyyəçilik aksiyalarına diqqət yetirilib.
-
KTN sahibkarlara “zərərsizləşdirmə” xidməti göstərir
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya Mərkəzi zərərsizləşdirmə xidmətləri həyata keçirir.
Agentlikdən verilən məlumatda bildirilib ki, zərərverici həşəratlara məsulların istər istehsal, istərsə də saxlanma yerlərində rast gəlinir. Bunlara qarşı sahibkarlar öz imkanları daxilində apardıqları mübarizə tədbirləri lazımı nəticə vermir. Həşəratların məhv edilməsi müasir mübarizə üsulları və avadanlıqları ilə aparılmalıdır.Zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir.
Fumiqasiya tədbirləri sahibkarların müraciəti əsasında həyata keçirilir və xidmət ödənişlidir. Bu xidmətlərdən istifadə etmək üçün Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə “1652” və ya Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya Mərkəzinə (fumiqasiya@axa.gov.az) müraciət edə bilərlər.
Qeyd edək ki, zərərsizləşdirmə (fumiqasiya) müxtəlif yoluxucu, həmçinin təhlükəli xəstəliklərin daşıyıcıları olan zərərverici həşəratların və digər zərərli orqanizmlərin məhv edilməsinə istiqamətlənmiş kompleks tədbirlərdir.
-
Ədliyyə naziri xarici həmkarlarına müraciət etdi
Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı xarici ölkələrin ədliyyə nazirlərinə rəsmi müraciət ünvanlayıb.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, müraciətdə 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin milyondan çox insanın taleyinə ciddi təsir göstərmiş faciəvi nəticələri qeyd olunub.Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları irəli sürən Ermənistanın 90-cı illərin əvvəllərində hərbi təcavüzə başladığı və Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirərək Dağlıq Qarabağı və ətraf yeddi rayonunu işğal etdiyi, bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi bildirilib.
Qeyd edilib ki, 1994-cü ildə atəşkəs rejiminə nail olduqdan sonra münaqişənin sülh yolu ilə həlli istiqamətində vasitəçilik missiyası – ATƏT-in Minsk Qrupu tərəfindən danışıqların aparılmasına baxmayaraq, Ermənistan müxtəlif bəhanələrlə davamlı olaraq münaqişənin sülh yolu ilə həllini uzatmış və ona sərf edən status-kvonu davam etdirərək özgə torpaqlarını işğal altında saxlamaqla bu günədək orada qanunsuz iqtisadi fəaliyyət göstərməyi və bu ərazilərin qanunsuz məskunlaşdırmasını həyata keçirir. Bununla da o, kobud şəkildə beynəlxalq hüquq normalarını, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarını pozur.
Eyni zamanda, Ermənistanın hazırkı rəhbərliyinin hakimiyyətə gəldiyi andan açıq-aşkar danışıqlar prosesini pozmağa başlayaraq Dağlıq Qarabağın statusu məsələsinin danışıqların predmeti olmasına baxmayaraq, hərbi təxribatlara və müharibəyə açıq təhrik edən “Qarabağ Ermənistandır və nöqtə” və “Yeni ərazilər üçün yeni bir müharibə” şüarları ilə çıxışlar etdiyi vurğulanıb.
Təəssüflə qeyd olunub ki, beynəlxalq ictimaiyyətin heç bir reaksiya göstərməməsi təcavüzkarın əl-qolunu açaraq sərhəd bölgələrində hərbi təxribatları intensivləşdirib.
Müraciətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı bu məsələləri ətraflı şəkildə və dəqiq faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırması qeyd olunub.
Hadisələrin pik həddi isə, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi mövqelərimizi və ən dəhşətlisi, yaşayış məntəqələrimizi və dinc sakinlərimizi qəsdən və məqsədyönlü şəkildə ağır artilleriya qurğularından atəşə tutmağa başlaması olub.
Hücum nəticəsində bu günlər ərzində təkcə hərbçilərimiz deyil, eyni zamanda yeddi qadın və üç uşaq olmaqla 27 dinc sakin həlak olub, 140-dan çox mülki şəxs yaralanıb. Bundan əlavə, doğum evi, uşaq bağçası, məktəb, rayon məhkəməsinin binası və s. daxil olmaqla 450-ə yaxın yaşayış binası və mülki obyekt dağıdılıb və ya ciddi ziyan dəyib.
Hərbi təcavüz nəticəsində cəbhə xəttində yaranmış vəziyyətlə bağlı Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciət etdiyi vurğulanaraq ölkəmizin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququna əsaslanmaqla Ermənistanı sülhə məcbur etmək məqsədilə əks-hücum əməliyyatlarını aparmağa vadar olduğu qeyd edilib.
Doğma torpaqları uğrunda və yalnız öz ərazilərində vuruşan ordumuzun uğurlu əks-hücumunu görən Ermənistan tərəfi beynəlxalq hüquq normaları ilə istifadə olunması qadağan edilmiş kasset bombaları ilə dinc şəhər və kəndləri güclü atəşə tutmaqdadır.
Beləliklə, təmas xəttindən onlarla kilometr məsafədə yerləşən paytaxtdan sonra ikinci böyük, qədim şəhər olan Gəncə ciddi raket atəşinə tutulub. Bundan əlavə, hərbi əməliyyatlar aparılan yerdən 100 km-dən çox məsafədə yerləşən böyük bir sənaye mərkəzi və ərazisində iri su anbarı və enerji obyekti olan Mingəçevir şəhərinə raket zərbəsi endirilib.
Nazir xüsusilə qeyd edib ki, Ermənistan ərazisindən endirilən bu zərbələr ölkəmizi cavab zərbəsinə təhrik edərək üçüncü ölkələri hərbi əməliyyatlara cəlb etmək məqsədi daşıyır.
Ermənistan beynəlxalq normalara zidd olaraq, xarici ölkələrdən hərbi muzdluları cəlb edir və onlardan istifadə edir, bundan əlavə beynəlxalq arenada, sosial şəbəkələrdən geniş istifadə olunmaqla Azərbaycana qarşı terror və digər cinayət əməllərinə çağırışlar edilir.
Mülki infrastrukturun atəşə tutulması və dağıdılması nəticəsində dinc sakinlərin həlak olması ilə bağlı beynəlxalq humanitar hüququn pozulmasına dair Azərbaycanın Baş Prokurorluğu tərəfindən onlarla cinayət işinin açılması barədə məlumat verilib.
Erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının (822, 853, 874 və 884 nömrəli) dörd qətnaməsinin və Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı kimi aparıcı beynəlxalq təşkilatların digər analoji qərarlarının artıq təxirəsalınmadan dərhal icra edilməsinin və ədalətin bərpa edilməsi üçün beynəlxalq hüququn tam gücünü tətbiq etməsinin zəruriliyi diqqətə çatdırılıb.
Ədliyyə naziri davam edən təcavüz nəticəsində yaranmış vəziyyəti nəzərə alaraq, mövcud beynəlxalq hüquq mexanizmlərinin reallaşdırılması və ədalət, sülh və əmin-amanlığın bərpa olunması naminə həmkarlarını real əməllər görməyə, xüsusilə muzdlu hərbçilərin münaqişə zonasına göndərilməsi üçün qanunsuz cəlb olunmasının və onların ölkələrinin ərazisində digər qanunsuz hərəkətlərin qarşısının alınması məqsədilə müvafiq preventiv tədbirlər həyata keçirməyə çağırıb.
Müraciətin sonunda ədalət mühakiməsinə və ədliyyəyə məsul şəxs olaraq həmkarlarının bu məsələdə iştiraksız qalmayacaqlarına və beynəlxalq hüququn görünməmiş pozuntularına qarşı öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görəcəklərinə əminlik ifadə olunub.
-
Mövlud Çavuşoğludan Azərbaycana növbəti dəstək: “Tarix sussa, həqiqət susmayacaq” – VİDEO
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu öz “Twitter” hesabında Bakıya səfəri ilə bağlı paylaşım edib.
“Onlar düşünürlər ki, biz sussaq məsələ qalmayacaq. Halbuki biz sussaq, tarix susmayacaq. Tarix sussa, həqiqət susmayacaq” – Türkiyənin XİN rəhbəri paylaşımında yazıb.Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana işgüzar səfərə gəlib.

-
Facebook не выполняет требования Турции о физическом присутствии в стране
Facebook не собирается выполнять закон, недавно введенный в Турции и требующий от иностранных соцсетей физического присутствия в стране.
Как передает Report, об этом пишет Financial Times (FT) со ссылкой на источники. Это может создать проблемы для работы соцсети в стране.В июле парламент Турции одобрил законопроект, накладывающий серьезные ограничения на работу соцсетей. В числе прочего по нему иностранные соцсети, которые ежедневно посещают свыше 1 млн пользователей из Турции, будут обязаны открыть в стране свои представительства, а также хранить на турецких серверах данные местных пользователей. По данным источников FT, Facebook несколько дней назад проинформировал власти Турции о своем несогласии с этими требованиями.
За решение проигнорировать требования турецких властей Facebook может быть оштрафована на 5 млн долларов США. Кроме того, пропускная способность сети для Facebook может быть снижена на 90%. В отношении компании могут быть введены и ограничения в части размещения рекламы. Twitter и другие соцсети, которых также может затронуть это правило, пока не высказали мнения по его поводу.
-
“Facebook” Türkiyənin sosial şəbəkələrə dair tələbinə əməl etməyəcək
“Facebook” bu yaxınlarda Türkiyədə qüvvəyə minmiş və xarıcı sosial şəbəkələrlə bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutan qanuna riayət emək niyyətində deyil.
“Report” “FT”yə istinadən xəbər verir ki, bu barədə mənbələr bildirir.Belə ki, cari ilin iyulun 30-da Türkiyə Böyük Millət Məclisində “İnternet mühitindəki yayınların tənzimlənməsi və bu yayınlar vasitəsilə işlənən cinayətlərlə mübarizə haqqında” qanuna ediən dəyişikliyə görə ölkədə 1 milyondan artıq istifadəçisi olan sosial şəbəkələr yerli nümayəndəlik açmalı, habelə türkiyəli istifadəçilərinin şəxsi məlumatlarını yerli serverlərdə saxlamalıdır. Həmçinin müvafiq tələb olduğu təqdirdə hər hansı paylaşım 48 saat ərzində silinməlidir. Bu və digər qaydalar şəxsi həyatın, şərəf və ləyaqətin müdafiəsi zərurətilə əsaslandırılır. Mənbələrə görə “Facebook” həmin tələbləri qəbul etmədiyini bu günlərdə Türkiyə hökumətinə bildirib.
Qeyd olunur ki, mövcud qanunlara əməl etmədiyi halda “Facebook” 5 milyon ABŞ dolları məbləğində cərimələnə, şəbəkənin trafiki ölkə ərazisində 90 faiz ixtisar oluna, həmçinin reklamla bağlı da məhdudiyyətlərlə üzləşə bilər.
-
MN: “Könüllü təslim olmaq istəyən düşmən hərbi qulluqçularına və erməni əhaliyə müraciət edilib”
Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində üstünlüyü əlində saxlayır.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik leytenant Anar Eyvazov cəbhə xəttindəki vəziyyətlə bağlı bu gün keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, ordumuzun qan təminatı sahəsində də hər hansı problem yoxdur:
“Sosial şəbəkələrdə bununla bağlı yayılan qərəzli məlumatlar yersizdir. Vətəndaşlarımızdan xahiş edirik ki, Müdafiə Nazirliyinin “Qaynar xətti”ni bununla bağlı məşğul etməsinlər”.
A.Eyvazov həmçinin Müdafiə naziri Zakir Həsənovun bu gün xidməti müşavirədə ordumuza müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb: “Müdafiə naziri düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib. Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.
Cəbhə boyu sıxışdırılan düşmən bir neçə gündür ki, şəhərlərimizi Cermuk, Qafan və Berd rayonu ərazisindən raket atəşinə tutur. Bunlar Azərbaycan Ordusunu cavab addımları atmağa məcbur edir. Ermənistan rəhbərliyi əhalini yanlış yöndə istiqamətləndirir. Düşmən komandanlığı məğlubiyyətin qaçılmaz olduğunu dərk etsə də, sanki daha çox vətəndaşının tələf olmasını istəyir”.
Mətbuat katibi vurğulayıb ki, Azərbaycan humanitar dəhlizlərin açılması ilə bağlı erməni əhalisinə müraciət edib: “Müraciət könüllü təslim olmaq istəyən düşmənin hərbi qulluqçularına da şamil edilir. Azərbaycan Ordusu döyüş aparılan ərazilərdə beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərir. Hərbi qulluqçularımız münaqişədə iştirak etməyən şəxslərə yardım göstərmək qaydalarına əməl edir. Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu yalnız Ermənistan Ordusuna məxsus legitim hərbi obyektləri hədəf alır. Azərbaycan Ordusu beynəlxalq hüquq normalarına dair memorandumun prinsiplərinə tam əməl edir”.