Month: October 2020

  • Azərbaycan əsgərləri Türkiyə telekanalının canlı yayımında: “Qarabağ bizimdir, bizim olacaq” – VİDEO

    Azərbaycan əsgərləri Bərdə şəhərindən Türkiyənin “A HBR” xəbər kanalından canlı yayıma qoşulub.

    Canlı yayımda bütün işğal edilən ərazilərini erməni terrorçularından azad etmək üçün mübarizəyə hazır olan hərbçilərimiz “Qarabağ bizimdir, bizim olacaq”, “Biz zəfər çalacağıq”, “Qələbə bizimdir” kimi şüarlar səsləndiriblər.

    Azərbaycan hərbçilərinin yüksək əhval-ruhiyyəsi, mübarizə əzmi videoda əks olunur.

  • Mövlud Çavuşoğlunun Azərbaycana gəlməsinin əsas məqsədi açıqlandı

    “Azərbaycanın öz torpaqlarda Ermənistanın silahlı qüvvələrinin təcavüzünə qarşı apardığı mübarizə dönəmində Türkiyə dövlətinin və xalqının qardaş Azərbaycan xalqına dəstəyini göstərmək üçün bu gün Azərbaycana gəlmişəm”.

    Bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu keçirilən brifinqdə bildirib.

    Onun sözlərinə görə, Türkiyə həmişə Azərbaycvanın yanında olacaq:

    “Biz bu gün də, sabah da Azərbaycanın yanında olacağıq. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan və türk xalqının sizlərə salamı var. Bütün dünyaya demək istəyirik ki, Dağlıq Qarabağ Azərbaycanındır.

    Azərbaycanın işğal olunmuş torpaqları bütün qərarlara rəğmən, bu günə kimi qaytarılmayıb. Heç bir beynəlxalq qərarlar icra olunmadı. Bir milyondan artıq məcburi köçkün öz evlərinə köçmək üçün gözləyir”.

    O qeyd edib ki, Ermənistan hər zaman Azərbaycan topaqlarına təcavüz edib:

    “Onlar mülki şəxslərə və orduya hücum etdilər. Ermənistan silahlı qüvvələri Gəncəyə, Mingəçevirə, Xızıya, Abşerona hücum edir. Bu, insanlıq günahıdır”.

  • İlham Əliyev: “Türkiyə həm Yaxın Şərq bölgəsində, həm də Qafqaz bölgəsində sabitləşdirici rol oynayır”

    “Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq həm Yaxın Şərq bölgəsində, həm də Qafqaz bölgəsində öz nəticələrini verməkdədir”.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirib.

    Türkiyənin bölgədəki sabitləşdirici rolunu vurğulayan dövlətimizin başçısı deyib:

    “Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir”.

    Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır:

    “Bu gün biz real həyatda bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaqdır”.

  • İlham Əliyev və Mövlud Çavuşoğlunun görüşü “Haber Global”da – VİDEO

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Görüş Türkiyənin “Haber Global” televiziya kanalında yayımlanıb.

  • Uşaqların energetik içki, tütün məmulatlarının istehsalı və satışı ilə bağlı işlərdə çalışması qadağan edilir

    Azərbaycanda yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlərin sayı artırılır.

    APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, bu sıraya energetik içkilərin və tütün məmulatlarının istehsalı, daşınması, satışı və saxlanılması ilə bağlı işlər daxil edilir.

    İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi, yaşı 18-dən az olan şəxslərin təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsinin qadağan edilməsi barədə müddəa isə Əmək Məcəlləsindən çıxarılır.

    Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

  • Главы МИД Азербайджана и Турции провели совместную пресс-конференцию – ВИДЕО

    В Баку 6 октября прошла совместная пресс-конференция министров иностранных дел Азербайджана и Турции – Джейхуна Байрамова и Мевлюта Чавушоглу.

  • Türkiyə və Azərbaycan Xarici İşlər nazirlərinin brifinqi – VİDEO

    Türkiyə və Azərbaycan Xarici İşlər nazirlərinin ortaq brifinqi keçirilir.

    Brifinqdə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu çıxış edirlər.

  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yubiley medalı təsis ediləcək

    “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı təsis ediləcək.

    APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” layihə üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

    “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnaməyə əsasən, yubiley medalı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində səmərəli fəaliyyət göstərən mülki işçilər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin təşkilində və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər. Medal döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. Medal bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

    Medalın ön tərəfi xarici və daxili çevrələrlə konturlanıb. Xarici və daxili konturların arasında yuxarı hissədə qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, aşağı hissədə qövs boyunca SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİ sözləri yazılıb. Yuxarı və aşağı hissələrdəki yazıların arasında hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz təsvir olunub. Daxili çevrənin içərisində sol tərəfdə Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə uyğun minalarla örtülmüş aypara, ayparanın daxili çevrəsinin əhatə etdiyi səthin üzərində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin emblemi həkk olunub. Emblemdən sol tərəfdə “2012”, sağ tərəfdə “2022” rəqəmləri yazılıb. Emblemdən aşağı hissədə “10 il” sözləri qeyd edilib.

    Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

  • В двух задержанных на комендантском посту на Абшероне автомобилях найдено огнестрельное оружие

    4 октября, около 21:00, на комендантском посту в Абшеронском районе были остановлены два автомобиля Mercedes, сообщает пресс-служба МВД.

    Во время осмотра машины жителя города Нафталана А.Рузидженги были обнаружены ружье и оптический бинокль.

    Кроме того, в автомобиле жителя Баку Э.Мирзоева было найдено ружье Ata Аrms.

    Оба водителя задержаны. По данным фактам в Абшеронском РУП проводится расследование.

  • Azərbaycanda komendant postunda saxlanılan avtomobillərdə odlu silahlar aşkarlandı

    Oktyabrın 4-də saat 21 radələrində Naftalan şəhər sakini Ə.Ruzicənginin idarə etdiyi “Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində qurulmuş komendant postunda saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan tir tüfəngi və optik binokl aşkar edilərək götürülüb.

    Sürücü araşdırma aparılması üçün avtomobillə birgə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

    Həmçinin, eyni tarixdə Bakı şəhər sakini E.Mirzəyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində qurulmuş komendant postunda saxlanılıb.

    Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Ata-arms” markalı tüfəng aşkar edilərək götürülüb.

    Sürücü araşdırma aparılması üçün avtomobillə birgə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.