Month: October 2020

  • Yalançı demokrat və təcavüzkar siyasətçi obrazı

    Dünən internet resurslarında, sosial şəbəkə və mediada belə bir məlumat yayıldı ki, N.Paşinyan öz oğlunu “könüllü” şəkildə erməni ordusuna yazdırdıb yenidən Qarabağa-Azərbaycan torpağına, bu dəfə döyüşə göndərir. Fotoşəkillər manşetlərə çıxarılmışdı.

    Bu avantürist siyasətçi həqiqətən xəstədir, sağalmaz populizm, “manşetlər bəzəyi” xəstəliyinə yoluxub… Onun xəstəliyi erməni cəmiyyətinin hansı faciələrinə artıq səbəb olub və hələ bundan sonra olacaq, bunun carəsini tapıb əlacını qılmaq ermənilərin öz işidir. Azərbaycan torpaqlarında gənc övladlarını itirən gözüyaşlı erməni analarının öz baş nazirlərindən cavab tələb etmək, ondan siyasi qisaslarını almaq erməni analarının analıq borcu və haqqıdır…

    Amma Paşinyanın hər gün zəng edib kömək umduğu, yalvardığı ünvan sahibləri, gündə bir bəyanatla çıxış edib açıq və ya gizli şəkildə ona dəstək verən, işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan, haqsız və haqlı arasında ədalətsiz “bərabərlik” işarəsi qoyan bəzi dövlət başçıları və beynəlxalq təşkilatlar niyə bu avantürist siyasətçiyə izah etmirlər ki, onun manşetlərə çıxardığı belə səhnələr təkcə populizm deyil?! Oğlunu başqa dövlətin ərazisinə məcburi-“könüllü” şəkildə döyüşə göndərmək açıq şəkildə işğal siyasətində, hərbi təcavüzdə iştirak faktının etirafı deməkdir. Niyə bunu Paşinyana izah etmirlər? Niyə onu başa salmırlar ki, bu cür addımlar beynəlxalq hüququ pozmaq, digər Ermənistan vətəndaşları ilə birgə öz övladını da hərbi cinayətlərinə şərik etmək deməkdir?! Vasitəçilikdə tərəfsiz olmalı olduğu halda, işğalçının tərəfini tutan mütərəqqi Avropa dövlətinin başçısı niyə Paşinyana demir ki, döyüş mövqeyindən onlarla kilometr uzaqlıqda yerləşən Gəncəni, Mingəçeviri, Xızı və Abşeronu, digər Azərbaycan ərazilərini məqsədli şəkildə raket zərbələrinə məruz qoymaq beynəlxalq konvensiyalara ziddir və növbəti hərbi cinayətdir?!

    Bu zərbələr nəticəsində həlak olan və yaralanan onlarla mülki vətəndaşımız məhz Paşinyanın siyasi hakimiyyətinin növbəti hərbi avantürasının günahsız qurbanlarıdır. Görəsən raket, qadağan edilmiş kasetli bomba zərbələrinə cavab olaraq, mülki əhalimizi hədəfə alan erməni hərbi mövqelərini beynəlxalq konvensiyaların tələbinə uyğun şəkildə Azərbaycan Ordusu legitim hərbi hədəflər kimi məhv edəndə, həmin ünvanlar susmaqda davam edəcəklərmi?! Nəhayət, bu avantürist siyasətçiyə başa salan olacaqmı ki, hərbi təcavüz, mülki əhalini hədəf seçmək hakimiyyətə gəlmək üçün əlinə səsgücləndirici götürüb İrəvan küçələrində yürüş etmək, selfi çəkdirmək, saxta “demokratiya tamaşalarını” səhnələşdirmək demək deyil! Bu oyunların və əməllərin bədəli var və mütləq olacaq.

  • Уроженец Джебраила: Моя 70-летняя мать ждет того дня, когда сможет вернуться в родные края – ВИДЕО

    Радость Шахина Фаталиева – уроженца Джебраила, который был освобожден азербайджанской армией от оккупации спустя 27 лет, не знает границ, передает Baku TV.

    По его словам, он с нетерпением ждет того дня, когда сможет вернуться в родные края.

    “С августа 1993 года живу в Саатлинском районе как вынужденный переселенец. Здесь и услышал новость об освобождении Джебраила.

    Я радуюсь этому, как и все азербайджанцы, благодарю Верховного главнокомандующего. Моя 70-летняя мать ждет того дня, когда сможет вернуться в родные края”, – говорит Ш.Фаталиев.

  • Cəbrayıllılar: “Daha bizə qaçqın deyilməyəcək” – VİDEOREPORTAJ

    “Artıq bizə qaçqın deməyəcəklər. Bunun üçün Ali Baş Komandana, güclü orduma borcluyam. Cəbrayıl şəhərinin işğaldan azad edilməsi bizi bu yükdən qurtardı”.

    Fikirlərini və sevinc hisslərini Baku TV-nin əməkdaşları ilə bölüşən cəbrayıllılar göz yaşlarına hakim ola bilməyiblər.

    Döydüyümüz bu qapı onlar üçün Cəbrayıl qədər doğma olmasa da, illərdir buraya sığınıblar.

    Cavadovlar ailəsi üçün 27 ilin həsrətinə axır ki son qoyuldu. Artıq yır-yığış da ediblər o mənzilə, o yurda qovuşmaq üçün.

    Ətraflı süjeti təqdim edirik:

  • Мири Юсиф: Не за горами тот день, когда вместо микрофона я возьму в руки оружие – ВИДЕО

    Народный артист Мири Юсиф в числе тех, кто хочет отправиться на фронт, чтобы принять участие в борьбе за освобождение азербайджанских территорий от армянской оккупации.

    Об этом говорится в сюжете телеканала “Россия 24”.

    По словам исполнителя, до сегодняшнего дня его оружием был микрофон.

    “Не за горами тот день, когда вместо него я возьму в руки настоящее оружие”, – сказал артист корреспонденту телеканала.

    Ранее Мири Юсиф представил в новом исполнении песню Ya Qarabağ, Ya ölüm (“Карабах, или смерть”), записанную более 20 лет назад группой Deyirman, участником которой он был.

  • Mikrofonu silahla əvəz edir: Miri Yusif könüllü cəbhəyə yollanır – VİDEO

    Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi uğrunda döyüşmək üçün cəbhəyə getmək istəyənlər arasında Xalq artisti Miri Yusif də var.

    Rusiyanın “Rossiya 24” telekanalı bununla bağlı video klip hazırlayıb.

    “Bu günə qədər mənim silahım mikrofon idi. Onun həqiqi silaha çevriləcəyi gün uzaqda deyil”, – deyə sənətçi telekanala bildirib.

    Miri Yusif üzvü olduğu “Dəyirman” qrupu tərəfindən iyirmi il əvvəl yazılmış “Ya Qarabağ, Ya ölüm” mahnısını yeni ifada təqdim edib.

  • В Азербайджане выявлены 143 новых случая инфицирования COVID-19, скончались еще два человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлено 143 новых случая инфицирования коронавирусом, еще 126 человек вылечились и были выписаны домой.

    Об этом 6 октября сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще два пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразился 40 931 человек, 600 из которых скончались, 38 713 – излечились, 1 618 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведено 1 145 397 тестов (за последние 24 часа – 5 203) на COVID-19.

  • Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 126 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

    Aktiv xəstə sayı 1618 nəfərdir.

    Ölkədə son sutka ərzində 5203, hazırkı dövrədək isə 1145397 test aparılıb.

  • Azərbaycan avtomobil ixracına hazırlaşır

    Hazırda, Azərbaycanda 5 növ avtomobil istehsal olunur və bu yalnız daxili bazar üçün nəzərdə tutulub.

    Bu barədə “Azərmaş” Açıq Səhmdar Cəmiyyətindən açıqlama verilib.

    Bildirilib ki, Azərbaycan istehsalı olan avtomobillərin Rusiyaya ixracı istiqamətində müvafiq işlər aparılır. Həmçinin, Rusiyadan əlavə ölkəmizin istehsalı olan avtomobillərin Ukrayna, Gürcüstan, Orta Asiya ölkələrinə (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan) ixracı da nəzərdə tutulur.

    Məlumatda bildirilir ki, yaxın 5 il ərzində və hətta, daha qısa müddətdə Azərbaycan istehsalı olan avtomobillərin xaricə ixracı nəzərdə tutulur.

    Qeyd edək ki, 2020-ci ilin yanvar-avqust aylarında ölkədə 1170 minik avtomobili istehsal edilib. 2019-cu ilə nisbətən 2020-ci ildə ölkəmizdə avtomobil istehsalı 21,7 faiz azalıb.

  • Orduya çağırılan şəxsin kredit öhdəliyi dondurulur? – VİDEO

    Əslində, orduya çağırılan şəxslərdən əmək müqaviləsi ilə çalışanların iş yeri və əməkhaqqı olduğu kimi saxlanılır, bunu qanun tələb edir.

    Buna baxmayaraq, hansısa formada işini itirənlər də var.

    Belə olduqda, bank öhdəliyi olan şəxslər üçün qayğı yaranmış olur. Bəs qanunvericilik bu vəziyyətə necə yanaşır? Səfərbərliyə çağırılan şəxsin bank borcu necə ödənilməlidir? Qanun nə deyir?

    ARB mövzu ilə bağlı araşdırma aparıb.

  • Düşmən daha 21 hərbçisinin məhv edildiyini etiraf edib

    Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Qarabağda keçirdiyi əks-hücumu və işğal olunmuş ərazilərin azad olunması əməliyyatının nəticəsində bu gün məhv edilən hərbçilərinin sayını açıqlayıb.

    “Sputnik”in xəbərinə görə, işğalçı dövlətin Müdafiə Nazirliyi daha 21 hərbçisinin öldüyünü etiraf edib.

    Bununla da Ermənistan rəsmən 240-dan çox hərbçisinin məhv edildiyini etiraf edib.