6 октября на площади “Азнефть” в Баку состоялась акция с участием молодежи в поддержку азербайджанской армии, которая проводит контрнаступательные операции в ответ на армянские провокации.
Граждане продемонстрировали таблички с названиями освобожденных от оккупации населенных пунктов Азербайджана.
Month: October 2020
-
Кямран Алиев обратился к Amnesty İnternational
Генпрокурор Азербайджана Кямран Алиев направил обращение в адрес генсека Amnesty İnternational Джули Верхар.
Как говорится в заявлении, причиной для обращения стало искажение ряда фактов в статье “Армения-Азербайджан: гражданские лица должны быть защищены от запрещенных “кластерных” бомб”, опубликованной на сайте организации 5 октября текущего года.
В обращении отмечается, что 27 сентября ВС Армении, предприняв широкомасштабную провокацию, обстреляли населенные пункты и позиции Азербайджана в нескольких направлениях, что привело к гибели и ранениям среди военнослужащих и гражданского населения.
“Армения намеренно берет на прицел пункты, где компактно проживают люди, а также гражданскую инфраструктуру – больницы, медучреждения, школы и детсады, что является показателем политики террора, осуществляемого официальным Ереваном на государственном уровне.
В результате этих действий, начатых Арменией 27 сентября текущего года, до настоящего времени погибли 27 гражданских лиц, 141 человек получил ранения различной степени, нанесен серьезный урон инфраструктуре населенных пунктов.
Военно-политическое руководство Армении, грубо нарушив нормы и принципы международного права, подвергло тяжелому артиллерийскому обстрелу различные города и районы Азербайджана, расположенные вдали от фронта. Огню из артиллерии и запрещенных ракет подверглись город Гянджа, где проживает более 500 тысяч граждан, стратегический промышленный город Мингячевир, а также Бейлаганский, Агджабединский, Геранбойский и другие районы.
4 октября Армения, осуществив очередную провокацию, выпустила две ракеты средней дальности по Хызынскому и Абшеронскому районам.
Нашими экспертами было установлено, что ВС Армении применили ко всем целям, включая гражданские и стратегические объекты, обладающие большой разрушительной силой запрещенные кластерные бомбы и ракеты “Смерч””, – говорится в заявлении
К обращению добавлены фото- и видеоматериалы, доказывающие данный факт.
-
Kamran Əliyev “Amnesty İnternational”a müraciət etdi
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev “Amnesty İnternational” təşkilatının baş katibi xanım Julie Verhara rəsmi müraciət ünvanlayıb.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Müraciətə səbəb “Amnesty İnternational” təşkilatının veb-saytında 5 oktyabr 2020-ci ildə “Ermənistan – Azərbaycan: mülki şəxslər qadağan edilmiş “claster” bombaların istifadəsindən qorunmalıdır” adlı dərc edilmiş məqalədə bir sıra faktların təhrif edilməsi olub.
Müraciətdə qeyd edilib ki, 27 sentyabrdan etibarən Ermənistan silahlı qüvvələri geniş miqyaslı təxribat həyata keçirərək, bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və mövqelərini atəşə tutub, nəticədə, mülki insanlar və hərbi qulluqçularımız arasında ölən və yaralananlar var, dinc mülki əhalinin kompakt yaşadığı məntəqələr, mülki infrastruktur obyektləri – xəstəxanalar, tibb müəssisələri, məktəb binaları və uşaq bağçaları qəsdən hədəfə alınır, bu da bir daha Ermənistan rəhbərliyinin dövlət səviyyəsindəki terror siyasətinə sadiq olduğunu göstərir.
Diqqətə çatdırılıb ki, 27.09.2020-ci ildən başlayan erməni terroru nəticəsində 27 mülki şəxs həlak olub, 141 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, çoxsaylı yaşayış evlərinə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Ermənistanın hərbi-siyası rəhbərliyi tərəfindən beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozulmaqla, döyüş bölgəsindən xeyli uzaqda yerləşən müxtəlif şəhər və rayonlarımızda dinc mülki əhalinin sıx yaşadığı məntəqələr ağır artilleriya atəşinə tutulub. Belə ki, 500 mindən artıq əhalisi olan Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, strateji əhəmiyyət daşıyan sənaye şəhəri Mingəçevir, habelə Beyləqan, Bərdə, Ağcabədi, Goranboy və digər rayonlar istifadəsi qadağan edilmiş raket və qurğulardan atəşə tutulub.
04.10.2020-ci ildə Ermənistan tərəfindən növbəti təxribat törədilərək, döyüş bölgəsindən xeyli uzaq məsafədə yerləşən Xızı və Abşeron rayonlarına iki ortamənzilli raket atılıb.
Qeyd edilib ki, mütəxəssislərimiz tərəfindən Ermənistan silahlı qüvvələrinin mülki və strateji obyektlər də daxil olmaqla bütün hədəflərə qarşı beynəlxalq səviyyədə qadağan edilmiş yüksək dağıdıcı qüvvəyə malik “claster” bombalarından və “Smerch” raketlərindən istifadə etməsi müəyyən edilmişdir. Bunu sübut edən foto və videolar da müraciətə əlavə edilib.
Bu məlumatlar “Amnesty İnternational” təşkilatının rəhbərinin diqqətinə çatdırılmaqla rəsmi veb-saytda yerləşdirilməsi və bu həssas məsələdə obyektiv və qərəzsiz mövqe tutulması xahiş edilib.
-
Ильхам Алиев: Турецко-азербайджанское единство должно быть примером для всего мира
Турецко-азербайджанское единство должно стать примером для всего мира.
Об этом Президент Азербайджана Ильхам Алиев написал в своем аккаунте в Twitter.
Глава государства поделился совместной фотографией с министром иностранных дел Турции Мевлютом Чавушоглу.
“Сегодня мы показываем и доказываем это в реальной жизни, и я думаю, что будущее этого союза будет главным условием обеспечения прочного мира в регионе”.
pic.twitter.com/PqmiGu9qdY
— İlham Əliyev (@azpresident) October 6, 2020 -
İlham Əliyev: “Türkiyə Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır” – FOTO
“Türkiyə Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.
Ölkə başçısı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə birlikdə fotosunu paylaşıb.
“Bu gün biz real həyatda bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaqdır”.
— İlham Əliyev (@azpresident) October 6, 2020
-
FHN-dən ermənilərin mülki obyektləri atəşə tutması nəticəsində baş vermiş dağıntı və yanğınlar barədə AÇIQLAMA
Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Füzuli rayonunda vətəndaşa məxsus fərdi yaşayış evinin yanar konstruksiyaları alovlanıb. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bərdə rayonuna mərmi düşməsi nəticəsində vətəndaşa məxsus fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları və bir otağının yanar konstruksiyaları qismən yanıb. Evin qalan hissəsi söndürülüb.
Ağdam rayonuna düşmüş mərmi vətəndaşa məxsus təsərrüfat obyektində yanğına səbəb olub. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.
-
Konstitusiya Məhkəməsi dünyanın bütün Konstitusiya məhkəmələrinə müraciət edib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı, Avropa Konstitusiya Məhkəmələrinin Konfransı, habelə Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası təşkilatları çərçivəsində dünyanın bütün Konstitusiya məhkəmələrinə bəyanatla müraciət edib.
Bəyanatda son zamanlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının mütəmadi xarakter aldığı vurğulanıb.Qeyd edilib ki, bu təxribatlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən şəhərlərinin ağır artilleriya atəşinə məruz qalması həm hərbi, həm də mülki əhali arasında itkilərə səbəb olub. Bu hərəkətlər təcavüzkar Ermənistan hakimiyyətinin 1988-ci ildə başlayan, Azərbaycan ərazisinin işğal edilməsinə yönələn və azərbaycanlıların etnik təmizləməsi ilə müşayiət olunan siyasətinin davamıdır.
Bəyanatda həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun Ermənistan ordusu tərəfindən işğal olunması, bu işğal nəticəsində bir çox şəhər və kəndlərin tamamilə dağıdılması, yerli əhalinin isə etnik təmizləməyə məruz qalması diqqətə çatdırılıb. Qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində bir milyona yaxın azərbaycanlı öz yaşayış yerlərindən məcburi çıxarılıb. Təkcə Xocalıda baş verən və yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Bundan başqa, 1275 nəfər girov götürülüb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi naməlumdur.
Konstitusiya məhkəmələrinin diqqətinə çatdırılıb ki, BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu açıq şəkildə təsdiq edilir. Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə (882, 853, 874, 884) qəbul edib. Lakin həmin qətnamələr Ermənistan tərəfindən hələ də icra olunmayıb.
Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Çıraqov və başqaları Ermənistana qarşı 2015-ci il 16 iyun tarixli qərarında Dağlıq Qarabağdakı proseslərin Ermənistanın nəzarəti altında həyata keçirildiyi Strasburq Məhkəməsi tərəfindən qeyd edilib.
Bəyanatda, həmçinin vurğulanıb ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək dövlətimizin hərbi mövqelərini, eyni zamanda, yaşayış məntəqələrini atəşə tutub. Ermənistan hökumətinin ATƏT-in Minsk qrupu çərçivəsində konstruktiv danışıqlardan hər şəkildə boyun qaçırmasını nəzərə alaraq, Azərbaycan hökuməti beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində ölkənin ərazi bütövlüyünü bərpa etmək, habelə vətəndaşlarının təhlükəsizliyini, sülh və sabitliyi təmin etmək üçün beynəlxalq hüquqa əsaslanaraq Ermənistanın silahlı qüvvələrinə qarşı hərbi əməliyyata başlamağa məcbur olub.
Xüsusilə qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları mülki əhali və mülki infrastruktura qarşı yönəlməyib. Həyata keçirilən əməliyyatlarda beynəlxalq humanitar hüququn prinsiplərinə və Cenevrə Konvensiyasından irəli gələn öhdəliklərə əməl olunur.
Bəyanatın sonunda Azərbaycan hökumətinin qanuni və məcburi hərəkətlərinin ölkəmizin işğal olunmuş ərazilərində dövlətimizin yurisdiksiyasının bərpası, qaçqınların öz evlərinə qayıtması və beynəlxalq hüququn bərqərar olunması ilə nəticələnəcəyi əminliklə qeyd edilib.
-
Yalançı demokrat və təcavüzkar siyasətçi obrazı
Dünən internet resurslarında, sosial şəbəkə və mediada belə bir məlumat yayıldı ki, N.Paşinyan öz oğlunu “könüllü” şəkildə erməni ordusuna yazdırdıb yenidən Qarabağa-Azərbaycan torpağına, bu dəfə döyüşə göndərir. Fotoşəkillər manşetlərə çıxarılmışdı.
Bu avantürist siyasətçi həqiqətən xəstədir, sağalmaz populizm, “manşetlər bəzəyi” xəstəliyinə yoluxub… Onun xəstəliyi erməni cəmiyyətinin hansı faciələrinə artıq səbəb olub və hələ bundan sonra olacaq, bunun çarəsini tapıb əlacını qılmaq ermənilərin öz işidir. Azərbaycan torpaqlarında gənc övladlarını itirən gözüyaşlı erməni analarının öz baş nazirlərindən cavab tələb etmək, ondan siyasi qisaslarını almaq erməni analarının analıq borcu və haqqıdır…
Amma Paşinyanın hər gün zəng edib kömək umduğu, yalvardığı ünvan sahibləri, gündə bir bəyanatla çıxış edib açıq və ya gizli şəkildə ona dəstək verən, işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan, haqsız və haqlı arasında ədalətsiz “bərabərlik” işarəsi qoyan bəzi dövlət başçıları və beynəlxalq təşkilatlar niyə bu avantürist siyasətçiyə izah etmirlər ki, onun manşetlərə çıxardığı belə səhnələr təkcə populizm deyil?! Oğlunu başqa dövlətin ərazisinə məcburi-“könüllü” şəkildə döyüşə göndərmək açıq şəkildə işğal siyasətində, hərbi təcavüzdə iştirak faktının etirafı deməkdir. Niyə bunu Paşinyana izah etmirlər? Niyə onu başa salmırlar ki, bu cür addımlar beynəlxalq hüququ pozmaq, digər Ermənistan vətəndaşları ilə birgə öz övladını da hərbi cinayətlərinə şərik etmək deməkdir?! Vasitəçilikdə tərəfsiz olmalı olduğu halda, işğalçının tərəfini tutan mütərəqqi Avropa dövlətinin başçısı niyə Paşinyana demir ki, döyüş mövqeyindən onlarla kilometr uzaqlıqda yerləşən Gəncəni, Mingəçeviri, Xızı və Abşeronu, digər Azərbaycan ərazilərini məqsədli şəkildə raket zərbələrinə məruz qoymaq beynəlxalq konvensiyalara ziddir və növbəti hərbi cinayətdir?!Bu zərbələr nəticəsində həlak olan və yaralanan onlarla mülki vətəndaşımız məhz Paşinyanın siyasi hakimiyyətinin növbəti hərbi avantürasının günahsız qurbanlarıdır. Görəsən raket, qadağan edilmiş kasetli bomba zərbələrinə cavab olaraq, mülki əhalimizi hədəfə alan erməni hərbi mövqelərini beynəlxalq konvensiyaların tələbinə uyğun şəkildə Azərbaycan Ordusu legitim hərbi hədəflər kimi məhv edəndə, həmin ünvanlar susmaqda davam edəcəklərmi?! Nəhayət, bu avantürist siyasətçiyə başa salan olacaqmı ki, hərbi təcavüz, mülki əhalini hədəf seçmək hakimiyyətə gəlmək üçün əlinə səsgücləndirici götürüb İrəvan küçələrində yürüş etmək, selfi çəkdirmək, saxta “demokratiya tamaşalarını” səhnələşdirmək demək deyil! Bu oyunların və əməllərin bədəli var və mütləq olacaq.
Milli Məclisin deputatı
Ülvi Quliyev -
Советник Пашиняна: “Наша цель – удары по гражданскому населению Азербайджана” – ВИДЕО

Бывший министр обороны Армении, советник премьер-министра Армении Никола Пашиняна Вагаршак Арутюнян в эфире российского телеканала открыто признался в том, что Армения целенаправленно обстреливает мирные города Азербайджана.
«Сейчас мы выработали тактику нанесения ударов по артиллерии. А в дальнейшем наносим удары по мирным населенным пунктам, чтобы вызвать панику…», – заявил Вагаршак Арутюнян в интервью телепередаче «Вести» на телеканале Россия 1.Примечательно, что российские журналисты, понимая, что советник Никола Пашиняна открыто признался в военных преступлениях, резко прервали его речь и продолжили сюжет кадрами с благотворительного концерта.