Month: October 2020

  • Bəzək əşyası kimi istifadə etdiyi əşya itkin düşmüş şəxsin kəllə sümüyü çıxdı – FOTO

    2012-ci ildə yoxa çıxan insana məxsus kəllə sümüyü başqa bir şəhər sakininin evində kamin üzərində bəzək əşyası kimi istifadə edilib.

    KXAN telekanalının məlumatına görə, hadisə ABŞ-ın Kolorado ştatında yaşanıb.

    Bildirilir ki, Morqan şəhərinin şerifinə yerli sakinlərdən birinin evində rəfdə günəş eynəkli kəllə sümüyü barədə xəbər verilib.

    Evin sahibi isə kəllə sümüyünü 2019-cu ilin martında Qobi şəhəri yaxınlığında tapdığını və tapıntıdan bəzək elementi kimi istifadə etmək qərarına gəldiyini deyib.

    Polis kəlləni ekspertizaya yollayıb. DNT analizi nəticəsində onun 2012-ci ildə yoxa çıxan 79 yaşlı Uilli Makkennə aid olduğu aydınlaşıb.

    “O vaxtlar Makkennin yaxın qohumu tərəfindən (hansı ki, o da indi vəfat edib) öldürülə biləcəyi barədə söz-söhbətlər gəzirdi”, – deyə rayon prokuroru Rassell Conson hadisə ilə bağlı bildirib.

    Müstəntiqlər kəllənin tapıldığı ehtimal olunan yerdə axtarışlara başlayıblar. Həmçinin, yerli camaatdan Makkennin ölümü ilə bağlı məlumatların paylaşılması istənilib.

  • С утренних часов враг обстреливает четыре района Азербайджана – ОФИЦИАЛЬНО

    Ряд населенных пунктов Азербайджана с утренних часов подвергается обстрелу.

    Начиная с 07:35 30 октября, территории Геранбойского, Тертерского, Агдамского и Агджебединского районов подвергаются артиллерийскому обстрелу со стороны противника.

    Об этом сообщает Минобороны АР.

    Азербайджанская армия предпринимает адекватные меры.

  • Səhər saatlarından düşmən dörd rayonumuzu atəşə tutur – RƏSMİ

    Oktyabrın 30-u saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Ordumuz tərəfindən adekvat tədbirlər görülür.

  • Birinci Qarabağ müharibəsi iştirakçısı Bərdə terrorunun qurbanlarındandır – VİDEO

    Oktyabrın 28-də erməni terroru nəticəsində həyatını itirənlərdən biri də, Bərdə rayon Nifçi kənd sakini Fazil Hacıyevdir.

    Baku TV-nin əməkdaşları F.Hacıyevin evində olub, yaxınları ilə söhbət edib.

    Yaxınlarının sözlərinə görə, hadisə baş verən gün Fazil Hacıyev həyat yoldaşı ilə birgə Bərdə şəhərinə tibbi yoxlanış üçün gəlib. Bu zaman düşmən ordusunun atdığı raketin qəlpələrindən biri də Hacıyevə dəyib. O, hadisə yerində dünyasını dəyişib.

    Qeyd edilib ki, Fazil Hacıyev Qarabağ müharibəsi iştirakçısı olub. Fazil Hacıyev həyatını itirsə də, övladı ön cəbhədə Azərbaycan Ordusu ilə birlikdə tarix yazır.

  • Erməni jurnalist: “Nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduq”

    Ermənistanın “5-ci” televiziya kanalının icraçı direktoru Arutyun Arutyunyan nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduqlarını bildirib.

    Bu barədə erməni mətbuatı məlumat yayıb.

    O bildirib ki, müharibənin ilk günlərindən media susdurulub, ancaq Azərbaycan saytlarına giriş sərbəst olub: “İnsanlar Azərbaycan mətbuatında oturmuşdular. Polis bizim saytlarda və qəzetlərdə gedən məqalələrə görə akt tərtib edirdi, panika yaydıqlarına görə onları cərimələyirdi. Ancaq Türkiyə və Azərbaycan mediyasının “iynəsi” öz dağıdıcı işini görürdü. Hər gün insanların gözünə necə baxacağımızı düşünürdük”.

  • Düşmən gecə saatlarında qəbiristanlıqları hədəfə alıb – VİDEO

    Gecə saatlarının olmasına baxmayaraq, mənfur düşmən təxribatlarını davam etdirməkdədir. Ermənilər bu dəfə Ağcabədi rayonu ərazisindəki qəbiristanlıqları hədəf alıb.

    Baku TV xəbər verir ki, erməni vandalizimi nəticəsində dağılmış qəbirlərin böyük əksəriyyətinin əsirdən çox tarixi var.

    Yerli sakinlər bildirirlər ki, mənfur düşmənlərimizin insanlıqdankənar hərəkəti nə mülki əhalinin, nə də ordumuzun döyüş əzmini qıra bilməyib.

    Ətraflı Baku TV-nin süjetində:

  • Fransada kütləvi etirazlar başladı – VİDEO

    Fransada kütləvi etirazlar başlayıb.

    Median.Az Fransa mediasına istinadla xəbər verir ki, etirazlara səbəb insanların koronavirusla bağlı ölkədə tətbiq edilən qadağalardan təngə gəlməsidir.

    Kütləvi etirazlar zamanı polislə nümayişçilər arasında toqquşmalar baş verib.

    Hüquq mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

    Qeyd edək ki, Fransada oktyabrın 30-dan dekabrın 1-dək ümummilli karantin elan edilib.

  • Ermənistan bu gün 100-ə yaxın hərbçisinin ölümünü etiraf etdi

    Ermənistan tərəfi oktyabrın 29-da – gün ərzində ikinci dəfə itkilərinin sayı ilə bağlı rəsmi açıqlama yayıb.

    Bu barədə “Sputnik” Ermənistan yazıb.

    Siyahıda 47 erməni əsgərinin adı yer alıb. Beləliklə, Ermənistan tərəfi oktyabrın 29-da ümumilikdə 98 hərbçisinin öldüyünü açıqlayıb.

    Bununla da Ermənistan tərəfi rəsmi şəkildə Qarabağda 1166 hərbçisinin ölümünü etiraf edib.

    Xatırladaq ki, oktyabrın 29-da səhər saatlarında Ermənistan daha 51 hərbçisinin öldürülüdüyünü açıqlamışdı.

  • Kənd yerləri üzrə inkişaf planları hazırlanacaq

    Prezident İlham Əliyev 6 iyun 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Azərbaycanda bələdiyyələr cəlb edilməklə kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planları hazırlanacaq.

    İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə inkişaf planlarına dair metodiki göstərişin 3 ay müddətində hazırlanmasını və yerli icra hakimiyyəti orqanlarına göndərilməsini, habelə ehtiyac olduqda, bununla bağlı təşkilati dəstəyi təmin etməlidir.

    İnkişaf planlarının hazırlanması və təsdiq olunması şəhər inzibati ərazi vahidlərinə münasibətdə 2021-ci ildən, digər inzibati ərazi vahidlərinə münasibətdə isə 2022-ci ildən etibarən həyata keçiriləcək.

  • Hansı halda əyani təhsil aparıla biləcək?

    Xüsusi karantin rejimi dövründə Təhsil Nazirliyinə yeni səlahiyyət verilib.

    Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında əksini tapıb.

    Dəyişikliyə əsasən, 2020-ci il 1 dekabra qədər sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə biləcək.