Month: October 2020

  • Реджеп Тайип Эрдоган поздравил азербайджанский народ с победой – ВИДЕО

    Международное сообщество хранило молчание во время оккупации Карабаха и нескольких прилегающих районов Азербайджана.

    Как передает Haber Global, об этом сказал президент Турции Реджеп Тайип Эрдоган.

    Он сказал, что братский народ Азербайджана долгие годы жил с болью как оккупации, так и потерь:

    “Азербайджанская армия быстро отреагировала на атаки армян. Мы с самого начала всеми возможными способами поддерживаем Азербайджан. Долг каждого благородного государства – поддержать Азербайджан в освободительной войне.

    Еще раз поздравляю наших азербайджанских братьев с победой”, – отметил глава братской страны.

  • Жительницы села Гаджиалибей Хачмазского района поддержали нашу армию – ВИДЕО

    Жительницы села Гаджиалибей Хачмазского района выступили с интересной инициативой в поддержку Национальной армии Азербайджана.

    Так, объединившись, они решили приготовить хлеб, сладости и прочую выпечку для наших храбрых воинов, сражающихся на передовой за освобождение от врага оккупированных территорий нашей страны.

    Видеокадры были опубликованы в социальных сетях:

  • Xaçmazın Hacıəlibəy kəndinin xanım sakinlərindən orduya dəstək – VİDEO

    Xaçmazın Hacıəlibəy kəndinin xanım sakinləri Azərbaycan ordusuna dəstək vermək üçün maraqlı təşəbbüs irəli sürüblər.

    Belə ki, bir neçə qonşu birləşərək ön cəbhədə vətənimizin işğal edilmiş ərazilərini düşməndən azad etmək üçün mübarizə aparan igid əsgərlərimizə çörək, şirniyyat və müxtəlif un məmulatları hazırlayıblar.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

  • İrlandiyalı siyasi analitik: “Ermənistan Dağlıq Qarabağdakı müharibəni döyüş meydanında uduzur”

    “Ermənistan Dağlıq Qarabağdakı müharibəni döyüş meydanında uduzur. Elə buna görə də Azərbaycanın mülki obyektlərini və əhalisini raket atəşinə tutur”.

    Bunu APA-nın Böyük Britaniya bürosuna açıqlamasında irlandiyalı tarixçi, siyasi analitik Patrik Valsh deyib.

    O bildirib ki, Ermənistan bununla Azərbaycanın onlara cavab verməsini və ağılsızcasına düşdükləri vəziyyətdən Rusiya tərəfindən xilas olunmaq istəyir.

    P. Valsh qeyd edib ki, Ermənistan Dağlıq Qarabağda üzləşdiyi məğlubiyyətdən xilas olmaq üçün müharibəni regional müstəviyə çəkməyə cəhd göstərir.

    “Ermənilərin mülki şəxslərə qarşı hücumları beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanmalıdır”, – deyə siyasi analitik vurğulayıb.

  • Главы МИД Азербайджана и России провели телефонный разговор

    Состоялся телефонный разговор министра иностранных дел Азербайджана Джейхуна Байрамова и министра иностранных дел России Сергея Лаврова.

    Как передает Report, главы МИД обсудили ситуацию в Нагорном Карабахе.

  • Azərbaycan və Rusiyanın XİN rəhbərləri arasında telefon danışığı olub

    Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub.

    Bu barədə “Report”a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

    Nazir Sergey Lavrov bölgədəki artan gərginliyin narahatlıq doğurduğunu bildirib. Gərginliyin aradan qaldırılması və tərəflərin siyasi dialoqa qayıtmasının vacibliyi vurğulanıb.

    Nazir Ceyhun Bayramov öz növbəsində Ermənistanın məqsədyönlü şəkildə Azərbaycanlı mülki əhalini və infrastrukturu atəşə tutması, ölkəmizin ikinci böyük şəhəri olan Gəncəni, sənaye şəhəri Mingəçeviri, habelə cəbhə bölgəsindən uzaqda yerləşən digər şəhərlərdəki sıx məskunlaşma qəsəbələrinin hədəfə alınması barədə Rusiyalı həmkarına məlumat verib. Mülki insanlar arasında itkilərin olduğu vurğulanıb. Ermənistanın bu əməllərinin beynəlxalq humanitar hüququn ciddi pozulması halı olduğunu qeyd edən C.Bayramov yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

  • Yücel Karauz: “Ermənistanın insanlıqdan kənar hərəkətlərinə baxmayaraq, Azərbaycan hərbi mövqeləri hədəf alır”

    “Ermənistan hakimiyyəti iyulun 12-dən başlayaraq Azərbaycanın dinc sakinlərini atəş tutur”.

    Bunu APA-nın yerli bürosuna açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

    O bildirib ki, iyul ayında Tovuz, son günlər isə Gəncə, hətta paytaxt Bakıya yaxın ərazilərə raket zərbələri endirməklə Cenevrə konvensiyalarının tələblərini pozub: “Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz torpaqlarının müdafiəsi üçün vətən müharibəsinə başlayıb.

    Bu, Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi Vətən müharibəsidir. 1993-cü ildən bəri Azərbaycan və Ermənistan rəhbərlərinin rəsmi səviyyədə saysız-hesabsız görüşləri keçirilib. Nazirlər səviyyəsində də bir çox görüş baş tutub. Azərbaycan hər zaman işğal altında olan torpaqlarının danışıqlar, sülh yolu ilə azad olunmasına çalışıb.

    Lakin Ermənistan nə danışıqlara, nə BMT-nin 4 qətnaməsinə, nə də digər beynəlxalq sənədlərə məhəl qoymayıb və hazırda bu özbaşınalığının cavabını alır”.

    Y. Karauzun sözlərinə görə, Ermənistan Azərbaycanda mülki əhalinin yaşadığı yerləri hədəf seçməklə insanları təşviş içərisində saxlamaq və bununla da atəşkəsə nail olmaq istəyir: “Ermənistanın digər məqsədi Azərbaycanın Vətən müharibəsini Azərbaycan-Ermənistan münaqişəsinə çevirmək, daha sonra isə region ölkələrini bu münaqişəyə cəlb etməkdir. Fəqət Ermənistanın insanlıqdan kənar bu hərəkətlərinə baxmayaraq, Azərbaycan humanist fəaliyyətini davam etdirməklə hərbi mövqeləri hədəf alır”.

    Azərbaycan Prezidenti İlham Əliyevin dünən xalqa çıxışına münasibət bildirən general qeyd edib ki, bir hərbçi kimi Azərbaycanın strategiyasını yüksək səviyyədə qiymətləndirir: “Biz hərbçilər üçün hərbidə iki hədəf var. Birincisi, düşməni və onun texnikasını zərərsizləşdirmək, ikincisi isə, düşmənin savaş əzmini qırmaqdır.

    Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başqa ölkələrdən dəstək almadan cəbhədə düşmənin əzmini qırmaqdadır. Prezident İlham Əliyev dünən xalqa müraciətində dedi ki, Azərbaycan torpaqları tamamilə işğaldan azad olunana qədər mübarizə davam edəcək.

    Azərbaycan Prezidenti sülhün hansı şərtlər altında əldə olunacağını və digər mühüm məsələləri də açıqladı. Bu, bir liderin yüksək siyasi gücünün və mədəniyyətinin göstəricisidir. Murovdağ, Suqovuşan, Cəbrayıl, Füzuli cəbhələri üzrə hərbi uğurların arxasında cənab İlham Əliyevin düzgün siyasəti və qətiyyəti, Azərbaycan xalqının yüksək vətənpərvərlik ruhu, Azərbaycan ordusunun düzgün strategiyası və qüdrəti dayanır”.

  • Erməni qadın: “Qaynatam fəxrlə deyirdi ki, Qarabağda hamilə azərbaycanlıların qarnını yarırdıq” – VİDEO

    Bir neçə il öncə Rusiya kanallarından birində yayımlanmış “Ekstrasenslərin döyüşü” adlı verilişdəki həyat hekayəsi bugünlərdə sosial şəbəkələrdə yenidən gündəmə gəlib.

    Belə ki, verilişin sözügedən buraxılışında erməni vəhşiliyindən, erməni işğalçı əsgərlərinin Qarabağdakı dinc əhaliyə etdiyi ağılasığmaz işgəncələrdən bəhs olunub.

    Belə ki, verilişin qəhrəmanı olan ekstrasens tərəf müqabili qadına onun ruhu üzərində çox böyük ağırlıq olduğunu bildirib.

    Qadın isə cavabında deyib ki, babam Qarabağ müharibəsində iştirak edib: “O daim bizə döyüş xatirələrini danışırdı. Deyirdi ki, Qarabağda nə qədər hamilə qadınları öldürüblər, onların qarınlarını yarıblar”.

    Ətraflı süjetdə:

  • Sumqayıtda zəncirvari yol qəzası olub

    Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

    Belə ki, 50-DE-533 dövlət nömrə nişanlı BMW markalı avtomobil idarəetmədən çıxaraq qarşıdan gələn 50-CA-510 dövlət nömrə nişanlı BMW markalı avtomobilə çırpılıb. Sonuncu isə zərbənin təsirindən yolun kənarında dayanan 50-DH-627 dövlət nömrə nişanlı KIA markalı avtomobilə dəyib. Qəza nəticəsində xəsarət alan olmasa da hər 3 avtomobilə ciddi ziyan dəyib.

    Hadisə yerinə DYP və PPX əməkdaşları və təxliyə maşını cəlb edilib.

  • Ceyhun Bayramov finlandiyalı həmkarı Pekka Haavistoya Ermənistanın təxribatları haqqında məlumat verib

    Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov və Finlandiya Xarici İşlər naziri Pekka Haavisto arasında telefon danışığı baş tutub.

    Bu barədə XİN-dən məlumat verilib.

    Bildirilib ki, nazir Pekka Haavisto bölgədəki gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib və hazırkı durumla maraqlanıb.

    Nazir Ceyhun Bayramov həmsöhbətinə bölgədəki yüksək gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü atəşə tutması barədə məlumat verib. Nazir, təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin, sənaye şəhəri Mingəçevirin, eləcə də Xızı və Abşeron rayonlarının hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb.

    O qeyd edib ki, bölgədəki gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərindədir.

    Nazir Ceyhun Bayramov Ermənistanın BMT TŞ qətnamələri başda olmaqla, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirməsinin zəruri olduğunu vurğuladı.