Month: October 2020

  • Quram Marxuliya: “Gürcüstan cəmiyyəti tamamilə Azərbaycan dövlətinin tərəfindədir”

    Cəzasızlığını görən Ermənistan özünü daha azad hiss edir və insanlığa qarşı belə amansız cinayətlər törədir.

    Bunu APA agentliyinə gürcü tarixçi, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya deyib.

    O bildirib ki, Ermənistan silahlı bölmələrinin Azərbaycana qarşı bu cür təxribatlara əl atmasının arxasında cəbhə xəttində düşdükləri ağır vəziyyət dayanır: “Dinc mülki şəxslərin öldürülməsi ermənilərin uzun illərdən bəri davam edən milli ənənəsidir. Çox təəssüf ki, Ermənistanın silahlı bölmələri ötən gün Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncəyə raket zərbələri endirdi. Ermənilər cəbhə ilə mülki yaşayış bölgələri arasında heç bir fərq qoymurlar, qadınları, uşaqları və qocaları öldürürlər. Bu, terrorizm, qəddarlıq və qeyri-insani bir davranışdır.

    Bu davranış müharibə qanunlarına sığmayan qanlı bir cinayətdir. Əlbəttə ki, bunun əsas səbəbi Ermənistan hökumətinin öz əməllərinə görə hələ də cəzasız qalmasıdır. Cəzasızlığını görən Ermənistan özünü daha azad hiss edir və insanlığa qarşı belə amansız cinayətlər törədir. İndi əsas məsələ beynəlxalq ictimaiyyətin, BMT-nin və digər beynəlxalq təşkilatların bu təxribatlara, müharibə qaydalarına uyğun gəlməyən bu cinayətlərə nə cür reaksiya verəcəyidir. Əgər onlar bir daha sussalar, Azərbaycan rəhbərliyi adekvat addımlar atmaq məcburiyyətində qalacaq və buna da tam haqları var”.

    Q. Marxulia qeyd edib ki, Gürcüstanın Samstxe-Cavaxetiya bölgəsində yaşayan yerli ermənilər müxtəlif yollarla işğal altındakı Dağlıq Qarabağda separatçı qüvvələri dəstəkləməyə, onun sıralarında könüllü kimi vuruşmağa cəhd etsələr də Gürcüstan tərəfi bunun qarşısını alır: “Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan etnik ermənilər “könüllü” kimi qeydiyyatdan keçərək Qarabağda döyüşmək istədiklərini bildirirlər. Lakin bu terrorçuların Gürcüstan-Ermənistan sərhədindən keçməsinə əsla icazə verilmir. Bundan başqa, Gürcüstan Cavaxetiyada yerli ermənilərin təşəbbüsü ilə toplanan humanitar yardımların da Qarabağa göndərilməsini qadağan edib. Əlbəttə ki, həm Ermənistan, həm də Azərbaycan Gürcüstanın qonşularıdır. Ancaq, Gürcüstan cəmiyyəti tamamilə Azərbaycan dövlətinin tərəfindədir”.

    Q. Marxulia Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda həyata keçirdiyi əks-həmlə əməliyyatlarının legitim əsaslarla aparıldığını deyib. O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrinin tələblərinin 30 ildir yerinə yetirilməməsi faktı Azərbaycanın bu cür əks-həmlə əməliyyatına başlamasını şərtləndirir.

  • Ermənilərin Ağdam və Goranboyu atəşə tutması nəticəsində 2 nəfər həlak olub, 5-i yaralanıb

    Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

    Baş Prokurorluqdan “Report”a verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 05.10.2020-ci il tarixdə Ağdam rayonunun müxtəlif istiqamətlərində intensiv atəşə tutması nəticəsində 1954-cü il təvəllüdlü Rəhimov Eyvaz Musa oğlu həlak olub, rayonun Üçoğlan kənd sakini 1971-ci il təvəllüdlü Səfərov Mehman Ağalar oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Bundan başqa, düşmənin Goranboy rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması səbəbindən yaşadığı evə top mərmisinin düşməsi nəticəsində Qızılhacılı kənd sakinləri 1955-ci il təvəllüdlü Abbasova Raziyə Bayraməli qızı həlak olub, eyni zamanda top mərmisinin düşdüyü başqa bir yaşayış evinin sakinləri 1958-ci il təvəllüdlü Həsənov Məşdi İbrahim oğlu, sonuncunun qızı 1984-cü il təvəllüdlü Sevinc Həsənova və azyaşlı nəvəsi 2011-ci il təvəllüdlü Həsənov Elcan Elgün oğlu, boş sahəyə düşmüş top mərmisinin qəlpələrindən 1969-cu il təvəllüdlü Ələkbərov Rasim Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerlərində döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

  • Şirin Məlikova: “Cəbrayıl qız-gəlinləri öz al-əlvan xalçalarını yenidən dədə-baba yurdlarında toxuyacaq”

    “Əsrlərlə bu torpaqda toxunan xalçalar öz el-obasının həsrətində idi. Artıq bu intizara son qoyuldu! Cəbrayıl qız-gəlinləri öz al-əlvan xalçalarını yenidən dədə-baba yurdlarında toxuyacaq”.

    Bu sözləri Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova “Facebook” hesabında yazıb.

    “Əziz həmvətənlər! Ali Baş Komandan Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun zəfər yürüşü nəticəsində Cəbrayıl şəhəri və rayonun 9 kəndinin azad olunması xəbərini böyük qürur və iftixar hissi ilə qeyd edirik. Xalqımızı bu qələbə münasibəti ilə ürəkdən təbrik edirik! Allah Azərbaycan əsgərini qorusun! Qarabağ Azərbaycandır!”, – deyə Ş.Məlikova bildirib.

    Şirin Məlikova həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından əsrarəngiz Cəbrayıl xalçalarını və Xudafərin körpüsünün fotosunu təqdim edib:

    1. On beş tağlı Xudafərin körpüsünün ümumi görünüşü. XI-XII əsrlər. Cəbrayıl

    2. Xalça “Xanlıq”. Cəbrayıl qrupu, Qarabağ, Azərbaycan. XIX əsr. Yun. Xovlu, əl işi. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası

    3. Xalça “Cəbrayıl”. Cəbrayıl qrupu, Qarabağ, Azərbaycan. XX əsrin əvvəli. Yun. Xovlu, əl işi. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası

    4. Xalça “Cəbrayıl”. Cəbrayıl qrupu, Qarabağ, Azərbaycan. 1930-cu illər. Yun. Xovlu, əl işi. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası

  • İAKŞ Ermənistanın son hərbi təxribatları ilə əlaqədar Stokholmda mətbuat konfransı keçirib – FOTO

    İsveç Azərbaycanlıları Koordinasiya Şurası (İAKŞ) Ermənistanın son hərbi təxribatları ilə əlaqədar Stokholmda mətbuat konfransı təşkil edib.

    Mətbuat konfransında Ermənistan ordusunun cəbhəboyu ərazidə törətdiyi növbəti təxribatlar barədə ətraflı məlumat verilib və İsveç mediasının sualları cavablandırılıb.

    İsveç Jurnalistlər Birliyinin üzvlərinin, bloqerlərin, eləcə də konfransda iştirak edən təşkilat və dərnək nümayəndələrinin suallarına İsveç Azərbaycanlıları Koordinasiya Şurasının rəhbəri və İsveçdəki Azərbaycan diasporunun fəalları cavab verib.

    Bildirilib ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən yaşayış məntəqələrini, mülki əhalini, azyaşlıları atəşə tutur, dünyanın müxtəlif ölkələrindən terrorçu qruplaşmaların üzvlərini diaspor adı ilə öz ölkələrinə gətirirlər.

    İsveç cəmiyyətinə və müxtəlif dövlət orqanlarına Azərbaycanın rəsmi mövqeyinin çatdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

    İsveç Azərbaycanlıları Koordinasiya Şurasını və bu ölkədəki müxtəlif Azərbaycan diaspor təşkilatlarını təmsil edən İradə Əliyeva, Abdulla Amir Həşimi Cavanşir, Nadir Hollenbrand, Teymur Eminbəyli, Gülüş Nemətova, Emin Eminbəyli, Rauf Səfərli, Səbinə İskəndərli, Türkan Cəfərzadə, Eluca Atalı jurnalistlərin Qarabağ problemi, bu mövzuda Avropada aparılan təbliğat, Dağlıq Qarabağ və ətraf rayonların işğalı, həmin ərazilərdəki təbii sərvətlərin talanması və s. ilə bağlı sullara cavab verib, bəyanatlar səsləndiriblər.

    Bəyanatlar həm mətbuat orqanlarına, həm də rəsmi qurumlara yönəldilib.

    Mətbuat konfransında İsveçdə olan 21 Azərbaycan təşkilatı və dərnəyi təmsil olunub.

  • Во время обстрела противником Гянджи никто не пострадал – ОФИЦИАЛЬНО

    Как сообщалось, 5 октября 2020 года, около 21:00, армянские вооруженные силы осуществили обстрел из тяжелой артиллерии, выпустив снаряды по территории Гянджи.

    Об этом говорится в сообщении пресс-службы Генеральной прокуратуры Азербайджана.

    Было отмечено, что в результате решительных мер, предпринятых нашей армией по предотвращению террористических атак вооруженных сил Армении, мирные жители не пострадали, не был нанесен ущерб гражданской инфраструктуре.

  • Prezident İlham Əliyev: “Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edildi”

    Azərbaycan Prezidenti İlham Əliyev özünün “Twitter” səhifəsində paylaşım edib.

    “Report” xəbər verir ki, dövlət başçısı bu sözləri yazıb:

    Bu gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!

  • Sərhədçi idmançılarımızdan ordumuza dəstək – VİDEO

    Azərbaycan Dövlət Sərhəd Xidmətinin idmançı və məşqçilərdən ibarət zabit və gizir heyəti Qarabağda döyüşən ordumuza dəstək olub.

    Baş leytenant İlqar Müşkiyev, kapitan Nicat Şıxəlizadə, leytenant Rüstəm Orucov (hər üçü cüdo), baş leytenant Fəridə Abiyeva, gizir Orxan Heydərli (hər ikisi karate), mayor Fuad Zeynalov (kikboksinq), baş leytenant Hacı Əliyev, baş leytenant Cəbrayıl Həsənov, baş leytenant Rəsul Çunayev və polkovnik-leytenant Firdovsi Umudov (güləş) idmandakı zəfərlərini hərb meydanında da təkrarlamağa hazır olduqlarını bildiriblər.

    Həmin videonu təqdim edirik:

  • İİTKM: “500-dən çox fərdi yaşayış evi tam dağılıb” – Beyin mərkəzlərinə MÜRACİƏT

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı dünyanın aparıcı beyin mərkəzlərinə Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinə son qoyulması ilə bağlı müraciət edib.

    İİTKM-in məlumatına görə, müraciətdə deyilir ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin 2020-ci ilin sentyabr ayının 27-də səhər saatlarında atəşkəs rejimini kobud şəkildə pozaraq başladıqları hərbi təxribat nəticəsində Azərbaycan Respublikasının yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb:

    “Bu təcavüz nəticəsində Azərbaycanın 24 dinc sakini, o cümlədən 4 uşaq həlak olub. Mülki əhalidən 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Xüsusi narahatlıqla bildiririk ki, son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın Gəncə, Xızı, Abşeron, Mingəçevir kimi iri yaşayış məntəqələrinə 10 mindən artıq müxtəlif növ mərmi və raket atılmışdır. 500-dən çox fərdi yaşayış evi tam dağılıb və ya ciddi ziyan dəyib.

    BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822, 853, 874 və 884 saylı) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn tərəfində olmağa çağırır”.

    Müraciətin ünvanlandığı 100-dən artıq beyin mərkəzləri arasında ABŞ, Türkiyə, Avropa İttifaqı, Yaponiya, Çin, Rusiya və başqa ölkələrin qurumları var.

    Müraciətin qeyd edilən beyin mərkəzi rəhbərlərinə ünvanlanıb: Thomas J. Pritzker (CSIS), James M. Acton (Carnegie Endowment for International Peace), Kelly Adams (Heritage Foundation), Adam S. Posen (Peterson Institute for International Economics), Sarah Rosen Wartell (Urban Institute), Rajiv Vinnakota (Wilson Center), Neera Tanden (Center for American Progress), Frederick Kempe (Atlantic Council), Michael D. Rich (RAND Corporation) və s.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı dünyanın aparıcı beyin mərkəzlərinə Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinə son qoyulması ilə bağlı müraciət edib.

    Müraciətin qeyd edilən beyin mərkəzi rəhbərlərinə ünvanlanıb: Thomas J. Pritzker (CSIS), James M. Acton (Carnegie Endowment for International Peace), Kelly Adams (Heritage Foundation), Adam S. Posen (Peterson Institute for International Economics), Sarah Rosen Wartell (Urban Institute), Rajiv Vinnakota (Wilson Center), Neera Tanden (Center for American Progress), Frederick Kempe (Atlantic Council), Michael D. Rich (RAND Corporation) və s.VV

  • Müdafiə Nazirliyi ələ keçirilən düşmən texnikalarının görüntülərini paylaşdı – FOTO

    Müdafiə Nazirliyi ələ keçirilən düşmən texnikalarının görüntülərini paylaşıb.

    Bildirilib ki, bunlar döyüşlərdə erməni hərbçilərinin atıb qaçdığı və bölmələrimizin məhv etdiyi düşmənin silah və texnikalarıdır.

  • Dağıstan prezidenti istefa etdi və Putinin müşaviri təyin olundu

    Rusiya prezidenti Vladimir Putin 2018-ci ilin sentyabrından bəri Dağıstan Respublikasına rəhbərlik edən Vladimir Vasilyevin istefası ilə bağlı fərman imzalayıb və onu özünə müşavir təyin edib.

    Qeyd edək ki, sentyabrın sonunda mediada Vasilyevin erkən istefa planları barədə məlumat yayılmışdı. Buna səbəb kimi onun yaşı (avqust ayında 71 yaşı oldu) və müəyyən sağlamlıq problemləri göstərilmişdi.

    Vladimir Putin Stavropol diyarından olan senator, 55 yaşlı general-polkovnik Sergey Melikovu Dağıstanın müvəqqəti başçısı vəzifəsinə təyin edib.