Month: October 2020

  • Эрдоган призвал мировую общественность поддержать Азербайджан

    “К сожалению, международное сообщество хранило молчание во время оккупации Карабаха армянами. То, что произошло в Карабахе, было не только оккупацией, но и геноцидом”.

    Как передает Report, об этом заявил президент Турции Реджеп Тайип Эрдоган, комментируя ситуацию в Нагорном Карабахе.

    “Эта ситуация возникла из-за того, что Минская группа игнорировала эту проблему. После очередного нападения на территорию Азербайджана Армения столкнулась с неожиданной реакцией. В настоящее время многие территории Карабаха освобождены от оккупации. Турция всем сердцем поддерживает Азербайджан. Долг всех гордых стран – поддержать борьбу Азербайджана. Если мир не будет спасен от бандитских государств, человечество не сможет наслаждаться прочным миром и спокойствием. Мы с нашими азербайджанскими братьями до победы”, – подчеркнул глава турецкого государства.

  • Ərdoğan Azərbaycana dəstək vermələri üçün dünya dövlətlərinə müraciət etdi

    “Beynəlxalq ictimaiyyət Qarabağın ermənilər tərəfindən işğal edilməsinə təəssüf ki, səssiz qalmışdı. Qarabağda baş verənlər sadəcə işğal deyil, həm də qətliam idi”.

    “Report” xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

    “ATƏT-in Minsk qrupu problemi nizamlamaqdansa, onu həlsizliyə aparıb. Minsk qrupu bu problemi gözardı etdiyi üçün bu vəziyyət yaranıb. Ermənistan yenidən Azərbaycan ərazisinə hücum etdikdən sonra gözləmədiyi reaksiya ilə qarşılaşdı. Hazırda Qarabağda bir çox yerlər işğaldan azad olunub. Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın yanındayıq. Azərbaycanın mübarizəsinə dəstək vermək bütün qürurlu dövlətlərin borcudur. Dünya quldur dövlətlərdən xilas edilməsə, bəşəriyyətin davamlı sülh və əmin-amanlığa qovuşması mümkün deyil. Zəfərədək azərbaycanlı qardaşlarımızın yanındayıq”, – dövlət başçısı vurğulayıb.

  • Ağcabədidə ermənilərin atdığı mərmidən dağılan evdən – Video

    Bu gün Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini raket atəşinə tutub.

    “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı hadisə yerindən reportaj hazırlayıb.

    Qeyd edək ki, raketlərdən biri partlamayıb. Digər iki raketdən biri həyətyanı sahəyə düşərək evdə dağıntılara səbəb olub, digər raket isə başqa evə düşüb. Nəticədə Ağcabədi şəhər sakinləri – 1994-cü il təvəllüdlü Elşən Mehdi oğlu İbrahimov və qardaşı qızı, 2015-ci il təvəllüdlü Ayan Rövşən qızı İbrahimova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

    Qeyd edək ki, evə külli miqdarda ziyan dəyib.

  • Müdafiə Nazirliyində fəaliyyət göstərən “Qaynar xətt” nömrələri açıqlanıb

    Azərbaycan Müdafiə Nazirliyində fəaliyyət göstərən “Qaynar xətt” telefon nömrələri açıqlanıb.

    “Report” həmin nömrələri təqdim edir.

    Müdafiə Nazirliyi: +994 (012) 912

    Nazirliyin Tibb Baş İdarəsi:

    +994 (012) 406-68-84

    +994 (012) 406-68-58

    +994 (012) 406-72-52

    +994 (012) 406-72-77

    Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsi:

    +994 (012) 406-85-43

    +994 (012) 406-59-33

  • Azərbaycan ICAO-nu uçuşların təhlükəsizliyini təmin etməyə çağırdı

    Azərbaycan Respublikası Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) Ermənistanın artan təcavüzü ilə bağlı ölkənin hava məkanında uçuşların təhlükəsizliyini təmin etməyə çağırıb.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədovun ICAO Şurasının prezidenti Salvatore Şakkitanoya və ICAO-nun baş katibi doktor Fan Lyuya ünvanladığı məktubda deyilir. Məktubda Arif Məmmədov uçuşların təhlükəsizliyinin təmin edilməsi probleminə göstərdikləri diqqətə görə onlara səmimi təşəkkürünü və ehtiramını bildirib.

    Məktubda deyilir ki, ICAO, Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış təşkilatı olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünə münasibətini aydın şəkildə bildirib, BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının qətnamələrinə sadiq qaldığını təsdiq edərək Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini vurğulayıb (ICAO-nun EUR/NAT 19-0505.TEC (NAE/CUP) nömrəli 15 noyabr 2019-cu il tarixli məktubu).

    Eyni zamanda, məktubda beynəlxalq hava nəqliyyatının bərpası və davam edən böhran şəraitində mülki aviasiya uçuşlarının təhlükəsizliyinin lazımi şəkildə təmin edilməsi üçün ICAO-nun qəbul etdiyi ardıcıl qərarlar da xüsusilə qeyd olunub.

    Məktubda daha sonra bildirilir: “Azərbaycan Respublikası, təşkilatın qarşısında duran məsələlərin mühümlüyünü dərk edərək, uçuşların təhlükəsizliyinin təmin edilməsi kimi əsas mövzudan kənar olan məsələləri qaldırmaq üçün ICAO-ya üzvlüyündən istifadə etmir. Lakin regionumuzda baş verən son hadisələri nəzərə alaraq, uçuşların təhlükəsizliyi ilə bağlı çox vacib məsələ üzrə müraciət etmək istərdik.

    Ermənistan Respublikasının Silahlı Qüvvələri son bir neçə gün ərzində orta və uzaq təsir radiuslu raketlərdən istifadə etməklə Azərbaycan Respublikası ərazisində yerləşən mülki obyektləri intensiv atəşə tutur. Bu hərəkətlər Azərbaycanın hava məkanından keçməklə beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün ciddi təhlükə yaradır. Bundan əlavə, Ermənistanın silahlı qüvvələri tərəfindən hava hədəflərini məhv etmə vasitələrinin istifadəsi ağır nəticələrə səbəb ola bilər və 2014-cü ildə Donetsk (Ukrayna) üzərində vurulan mülki təyyarənin ssenarisi təkrarlana bilər.

    Azərbaycan Respublikasının aeronaviqasiya xidmətləri təminatçısı “Azəraeronaviqasiya” (AZANS) Azərbaycanın Uçuş Məlumatı Bölgəsində (UMB) uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görüb və görməyə davam edir. Operativ vəziyyət AZANS-ın tam nəzarəti altındadır və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi sektoru ilə sıx əməkdaşlıq şəraitində vəziyyətin ümumi qiymətləndirilməsi dəqiqliklə həyata keçirilir.

    Agentliyimiz, EUROCONTROL təşkilatı və qonşu dövlətlər arasında ələqələndirmə tədbirləri görülərək, Ermənistan Respublikasının təcavüzü və beynəlxalq normaların pozulması ilə bağlı risklərin qarşısının alınması, habelə Azərbaycan Respublikasının hava məkanında təyyarələrin təhlükəsiz aeronaviqasiyasının təmin edilməsi və risk zonalarından kənarlaşma məqsədilə müvafiq NOTAM-lar dərc edilmişdir.

    Biz Ermənistan tərəfinin hüquqazidd hərəkətləri ilə bağlı ciddi narahatlıq hissi keçiririk və ICAO-nu mülki aviasiya sahəsində beynəlxalq qayda və normaların təmin edilməsinə öz töhfəsini verməyə və Ermənistanın mülki obyektlərə və hava gəmilərinə qarşı hüquqazidd hərəkətlərinin qarşısını almağa çağırırıq. Biz ümidvarıq ki, dünyanın ən nüfuzlu mülki aviasiya təşkilatı olan ICAO zamin duraraq Ermənistan Respublikası tərəfindən 1944-cü il tarixli Çikaqo Konvensiyasının müddəalarına əməl edilməsini təmin edə biləcəkdir.

    Öz növbəsində, Azərbaycan hava məkanının istifadəçilərinə Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Məcmuəsində dərc olunmuş AZANS-ın tövsiyələrini və xəbərdarlıqlarını izləmək, hava hərəkətinin idarə edilməsi üzrə dispetçerlərin göstərişlərinə riayət emək, uçuş planlarını əvvəlcədən göndərmək və nəzərdə tutulmuş uçuş trayektoriyasından mümkün kənara çıxmalara hazır olmaq ciddi tövsiyə olunmuşdur: “Biz bir daha təsdiq edirik ki, Azərbaycan Respublikası ICAO-nun standartlarına və tövsiyə olunan təcrübəsinə sadiqdir, qüvvədə olan aeronaviqasiya qaydalarına uyğun olaraq öz ölkəsinin hava məkanında uçuşların təhlükəsizliyini təmin edir və ümid edir ki, ICAO Ermənistan Respublikası tərəfindən də eyni mövqeyə əməl olunmasını tələb edəcəkdir”.

  • Baş Prokurorluq: Ermənistanın terror cəhdlərinin qarşısı alınıb

    Xəbər verildiyi kimi, bu gün saat 21 radələrində Ermənistan silahlı qüvvələri ağır artilleriyadan atəş açmaqla Gəncə şəhərinin müxtəlif ərazilərinə top mərmiləri atıb, lakin Ordumuzun qətiyyətli tədbirləri nəticəsində Ermənistanın silahlı birləşmələrinin terror cəhdlərinin qarşısının alınması nəticəsində mülki əhali arasında xəsarət alan olmayıb və mülki infrastruktur obyektlərinə hər hansı ziyan dəyməyib.

    Bu barədə “Report”a Azərbaycan Respublikasının Baş Prokurorluğundan bildirilib.

    Ordumuzun qətiyyətli tədbirləri nəticəsində təcavüzkar Ermənistanın terror cəhdlərinin qarşısı alınıb.

  • Хикмет Гаджиев: Азербайджанская армия перешла в контрнаступление для обеспечения безопасности граждан

    Помощник Президента Азербайджана – заведующий отделом по вопросам внешней политики Администрации главы государства Хикмет Гаджиев дал интервью телеканалу “Украина-24” в связи с военными провокациями Армении.

    Как сообщает АЗЕРТАДЖ, в интервью помощник Президента рассказал о последних военных провокациях Армении против Азербайджана, защите нашим государством своих суверенных территорий, обстреле гражданских лиц и объектов.

    Х.Гаджиев отметил, что Азербайджан почти 30 лет стремился к мирному урегулированию конфликта. Наша страна была заинтересована в урегулировании конфликта в формате Минской группы ОБСЕ, однако Армения всегда демонстрировала деструктивную позицию.

    “Сказав “Карабах принадлежит Армении и точка”, премьер-министр Армении показал заинтересованность в нарушении переговорного процесса, продемонстрировал деструктивную позицию.

    Кроме того, совершив провокацию, армянская армия начала убивать гражданских лиц, обстреливать дома, гражданские объекты.

    Азербайджанская армия перешла в контрнаступление для обеспечения безопасности граждан”, – сказал помощник Президента.

    Хикмет Гаджиев также напомнил о том, что Азербайджан и Украина поддерживают территориальную целостность друг друга, что соответствует международным правовым нормам и принципам.

  • Hikmət Hacıyev: “Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əks-hücuma keçib”

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın hərbi təxribatları ilə əlaqədar “Ukraina-24” telekanalına müsahibə verib.

    AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları və dövlətimizin özünün suveren ərazisini müdafiə etməsi, mülki insanlarımızın, obyektlərimizin atəşə məruz qalması barədə danışıb.

    Hikmət Hacıyev bildirib ki, Azərbaycan 30 ilə yaxındır münaqişənin dinc yolla həllinə çalışıb. Azərbaycan ATƏT-in Minsk qrupu formatında münaqişənin həllində maraqlı olub, lakin Ermənistan həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirib.

    “Ermənistanın baş naziri “Qarabağ Ermənistandır və nöqtə” deməklə danışıqlar prosesini pozmaqda maraqlı olduğunu göstərib, qeyri-konstruktivlik nümayiş etdirib. Bundan başqa, Ermənistan ordusu təxribatlar törədərək Azərbaycanın mülki insanlarını qətlə yetirməyə, evləri, mülki obyektləri atəşə tutmağa başlayıb. Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əks-hücuma keçib”, – deyə Prezidentin köməkçisi əlavə edib.

    Hikmət Hacıyev, həmçinin Azərbaycan və Ukraynanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiklərini xatırladıb, bunun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunu söyləyib.

  • В результате обстрела Агдама и Геранбоя погибли два человека, еще пять ранены – ОФИЦИАЛЬНО

    Военно-политическое руководство оккупантской Армении продолжает террористические акты против мирного населения, грубо нарушая нормы и принципы международного права.

    Об этом говорится в сообщении пресс-службы Генеральной прокуратуры Азербайджана.

    “Вооруженные силы страны-оккупанта, умышленно взяв на прицел населенные пункты и демилитаризованные зоны, а также не являющиеся военной целью, четко различаемые объекты, в том числе мирное население, 5 октября 2020 года подвергли интенсивному обстрелу различные территории Агдамского района, в результате чего погиб Эйваз Рагимов (1954 г.р.), житель села Учоглан Мехман Сафаров (1971 г.р.) госпитализирован с телесными повреждениями различной степени тяжести.

    Кроме того, во время артобстрела населенных пунктов Геранбойского района в результате попадания снаряда в жилой дом погибла жительница села Гызылгаджилы Разия Аббасова (1955 г.р.).

    Кроме того, в результате попадания другого снаряда в жилой дом были госпитализированы с осколочными ранениями различной степени тяжести Мешди Гасанов (1958 г.р.), его дочь Севиндж Гасанова (1984 г.р.) и малолетний внук Эльджан Гасанов (2011 г.р.), а также Расим Алекперов (1969 г.р.) – в результате разрыва снаряда на открытой местности”, – говорится в заявлении ведомства.

    В настоящее время сотрудники прокуратуры осуществляют все возможные в боевых условиях оперативно-следственные мероприятия.

  • Rəcəb Tayyip Ərdoğandan Azərbaycan ordusuna: “Qəzanız mübarək olsun!” – VİDEO

    Beynəlxalq ictimaiyyət Qarabağ və Azərbaycan torpaqlarının bir hissəsi işğal edilərkən səssizliyə bürünmüşdü.

    “Haber Global” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

    O bildirib ki, qardaş Azərbaycan xalqı illərlə həm işğalın, həm də itkilərin acısı ilə yaşayıb:

    “Azərbaycan ordusu Ermənistanın hücumlarına cavab vermək üçün sürətlə hərəkətə keçdi. Türkiyə olaraq ən başdan bəri bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Azərbaycanın işğal altındakı ərazilərini qurtarmaq savaşında dəstəkləmək hər şərəfli dövlətin borcudur. Yenidən, bir daha azərbaycanlı qardaşlarımıza qəzanız mübarək olsun deyirəm”.