Month: October 2020

  • Prezidentin köməkçisi: “Biz alçaq, xain düşmənlə üz-üzəyik”

    “Biz alçaq, xain düşmənlə üz-üzəyik. Bu gün hər bir vətəndaşımız möhkəmdir”.

    Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baş Prokurorluqda keçirilən brifinqdə bildirib.

    Onun sözlərinə görə, bu gün Azərbaycan cəmiyyəti səfərbərdir:

    “Hazırda biz haqq yolunda fəaliyyətimizi davam etdiririk. Prezident İlham Əliyev, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan özünün haqq işini davam etdirir. Silahlı Qüvvələrimiz hər bir məqamda Ermənistanın silahli qüvvələrinin layiqli cavablarını verirlər. Qarabağ bizimdir, bizim olacaq”.

  • Azərbaycan Prezidenti: “Atəşkəsin bərpa edilməsi məsələsi müzakirə mövzusu ola bilməz”

    “Atəşkəs müəyyən şərtlərlə təmin edilməlidir. Çünki bu günə qədər bizə ünvanlanan çağırışlar, sadəcə bundan ibarətdir ki, atəşkəsi təmin edin, müharibəyə ara verin, ondan sonra müzakirələr davam etsin. Hansı müzakirələr davam edəcək, müzakirələr nəyin əsasında davam edəcək, bunlar bizə deyilmir”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində aparıcının atəşkəs çağırışları ilə bağlı sualını cavablandırarkən bildirib.

    Azərbaycanın bu müzakirələrdə 30 ilə yaxındır ki, ümidlərlə iştirak etdiyini vurğulayan dövlət başçısı deyib: “Əgər ümidlərimiz olmasaydı, təbii ki, bu müzakirələrdə iştirak etməzdik. Hər zaman müzakirələr mövcud olan prinsiplər əsasında gedirdi.

    Bu prinsiplərin arasında Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi vardır. İşğal altında olan bölgələrin mərhələli şəkildə azad edilməsi, bizə qaytarılması, ondan sonra da sülhün təmin olunması məsələsi müzakirə mövzusu idi. Amma bugünkü Ermənistan bütün əvvəldən, bəri başdan əldə edilmiş prinsipləri pozaraq bizə qarşı yeni hücum təşkil etdi. Təbii ki, biz əks-hücum əməliyyatına keçib öz torpaqlarımızı Azərbaycan əsgərinin gücü ilə azad edirik. Ona görə, sadəcə, atəşkəsin bərpa edilməsi məsələsi müzakirə mövzusu ola bilməz”.

  • Ağcabədi şəhəri atəşə tutulur – RƏSMİ

    Hazırda Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini atəşə tutur, yaralılar var.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini hədəfə alması ilə bağlı brifinq – CANLI YAYIM

    Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini hədəfə alması ilə bağlı birifinq keçirilir.

    Brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri iştirak edirlər.

  • Президент Ильхам Алиев дал интервью турецкому телеканалу TRT Haber – ПРЯМОЙ ЭФИР

    5 октября Президент Азербайджанской Республики Ильхам Алиев дал интервью турецкому телеканалу TRT Haber.

  • İlham Əliyev “TRT Haber” kanalına müsahibə verib – CANLI YAYIM

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib.

    Müsahibəni təqdim edirik:

  • Baş Prokurorluq: “Erməni təxribatı nəticəsində mülki şəxslərdən 25 nəfər ölüb, 127 nəfər yaralanıb” – FOTO

    Erməni təxribatı nəticəsində Azərbaycanda ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb.
    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında qeyd olunub.

    Bildirilib ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 25 mülki şəxs həlak olub, 127 nəfər yaralanıb.

    Eyni zamanda 56 mülki obyekt və 313 yaşayış evi yarasız vəziyyətə düşüb.

  • В Азербайджане выявлены 97 новых случаев инфицирования COVID-19, скончались еще два человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлено 97 новых случаев инфицирования коронавирусом, еще 91 человек вылечился и был выписан домой.

    Об этом 5 октября сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще два пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 40 788 человек, 598 из которых скончались, 38 587 – излечились, 1 603 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведено 1 140 194 теста (за последние 24 часа – 3 073) на COVID-19.

  • Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 97 yeni yoluxma – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 97 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

    Aktiv xəstə sayı 1603 nəfərdir.

    Ölkədə son sutka ərzində 3073, hazırkı dövrədək isə 1140194 test aparılıb.

  • Arxa cəbhədəki gənclərdən ön cəbhəyə dəstək – VİDEO

    Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan şəhərlərinin atəşə tutulması davam edir.

    “Sputnik” xəbər verir ki, Bakıdakı arxa cəbhə bacardığı qədər kömək etməyə çalışır.

    Qeyd edilir ki, gənclərdən ibarət qruplar gün ərzində Bakı ətrafından topladıqları mindən çox şini cəbhəyə göndəriblər.

    Xatırladaq ki, Ermənistan silahlı qüvvələri sentyabrın 27-si, saat 06:00-dan Azərbaycanın cəbhəboyu və yaşayış ərazilərini intensiv atəşə tuturlar. Azərbaycan beynəlxalq səviyyədə tanınan torpaqlarını işğalçıların əlindən azad etmək uğrunda mübarizə aparır.