Month: October 2020

  • Azərbaycanlı hüquq müdafiəçiləri Makrondan beynəlxalq məhkəməyə şikayət edəcəklər

    Fransa Prezidenti Emmanuel Makron guya Azərbaycan tərəfində muzdluların – Suriyadan olan islamçıların ermənilərə qarşı döyüşdüyünə dair əsassız açıqlamasına aid sübutlar təqdim etməsə, Beynəlxalq Diaspor Komitəsi (ICD) və Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Komitəsi (CIPDH) bu ölkənin Bakıdakı səfirliyi qarşısında piket keçirəcək.

    Bu barədə Oxu.Az-a CIPDH-nin Azərbaycan Komissarının vəzifəsini icra edən Elçin Axundzadə deyib.


    Onun sözlərinə görə, hüquq müdafiəçiləri və vəkillər Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün mübarizə aparmaq iqtidarında olmadığımızı deyərək Azərbaycan xalqını təhqir etdiyinə görə Fransa rəhbərliyindən Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edəcəklər.
    ICM sədri İsmayıl Ağayev və Elçin Axundzadə eyni mətnlə xarici ölkələrin Azərbaycandakı bütün səfirliklərinə və diplomatik nümayəndəliklərinə müraciətlər göndəriblər.

  • Koreya Respublikasında yaşayan azərbaycanlılar petisiya yaydı

    5 oktyabr tarixində Koreyanın ən böyük oxuyucu auditoriyasına malik “Chosun Ilbo” qəzetində, eləcə də bu ölkənin Prezident Administrasiyası və parlamentinin rəsmi internet səhifələrində “Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan ordusunun dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edirik!” başlıqlı petisiya dərc edilib.

    Həmin petisiyada qeyd olunub ki, hazırda Ermənistan və Azərbaycan arasında baş verən hərbi qarşıdurma Azərbaycan ərazisində baş verir, Azərbaycanın məqsədi yalnız öz ərazisini xarici işğalçılardan təmizləməkdir. Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, uzun illər ərzində sülh danışıqlarına sadiq qalıb:

    “Əgər hər hansı xarici ölkənin ordusu Koreya ərazisinin 20% faizini qanunsuz işğal etsəydi, günahsız vətəndaşlarını soyqırımına məruz qoysaydı, Koreya xalqı buna necə reaksiya verərdi? Azərbaycan uzun illər hücuma məruz qalsa da susmuşdur və Ermənistan-Azərbaycan münaqişənin sülh yolu ilə həllinə ümid bəsləmişdir. Lakin Ermənistan Azərbaycanın bu xoş niyyətini rədd etmiş və Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlər törətməyə davam etmişdir. Günahsız mülki əhaliyə qarşı hərbi təcavüzlər isə qəbuledilməzdir. Ermənistan Suriya, Liviya kimi ölkələrdən terrorçu qrupların nümayəndələrinin, o cümlədən PKK terror təşkilatına məxsus silahlıları Azərbaycanın işğal altındakı ərazilərinə yerləşdirmiş və həmin terrorçu ünsürlərdən Azərbaycan xalqına qarşı qətliamlarda istifadə etməkdədir.

    Ermənistan-Azərbaycan münaqişəsi dini zəmində baş vermir, buna görə də münaqişənin dinlərarası qarşıdurma kimi təhlili yaxud təqdimatı yolverilməzdir. Əgər Ermənistan-Azərbaycan münaqişəsi dini zəmində baş versəydi, o zaman Qafqazın digər xristian ölkəsi olan Gürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri qurula bilməzdi. Azərbaycanın Ermənistan ərazisinə dair hər hansı iddiası yaxud gizli niyyəti yoxdur, bizim məqsədimiz yalnız BMT və bütün dünya ölkələri tərəfindən tanınan ərazi bütövlüyümüzü bərpa etməkdir.

    Dağlıq Qarabağ mübahisəli ərazi deyil, Azərbaycanın əzəli torpağı olmaqla yanaşı, bütün dünya tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Ermənistan təkcə Dağlıq-Qarabağı deyil, onun ətrafındakı Azərbaycanın daha 7 rayonunu qanunsuz işğal etmiş və beləliklə də Qafqaz bölgəsini barıt çəlləyinə çevirib. Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün 27 il səylər göstərmişdir, lakin 27 sentyabr 2020-ci il tarixindən etibarən Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı növbəti hərbi cinayət nifrət doğurmuş və Ermənistana qarşı hərbi reaksiya verilməsi qərara alınıb. Əziz Koreya xalqı, Azərbaycan xalqı yalnız sülh istəyir, ərazi bütövlüyünün təmin olunmasını istəyir, 1 milyondan artıq qaçqın və köçkün düşmüş azərbaycanlının öz yurduna qayıtmasını istəyir. Bu prosesdə Koreya xalqının dəstəyini xahiş edirik”.

    Cənubi Koreya Prezidentinin rəsmi internet səhifəsində yerləşdirilmiş petisiya tələb olunan sayda dəstək topladığından, internet səhifəsinin administratoru tərəfindən nəzarətə götürülüb və hazırda nəzərdən keçirilir.

  • “Azərsu” Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

    “Azərsu” Açıq Səhmdar Cəmiyətinin kollektivi işğal altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

    Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib. Qurumun əməkdaşları tərəfindən fonda könüllü olaraq 552 min 280 manat vəsait köçürülüb.

    Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

    Qarabağ Azərbaycandır!

  • Ermənistanda kəskin əsgər çatışmazlığı: Növbəti səfərbərlik elan edildi

    Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində böyük itki ilə üzləşən Ermənistanda kəskin əsgər çatışmazlığı günü-gündən özünü daha çox göstərməyə başlayıb.

    Belə ki, əvvəlcə 55 yaşa kimi kişilər üçün səfərbərlik elan edilmişdi, sonra qadınlar cəbhəyə çağırıldı, indi isə son bir ildə xidmətlərini başa vurmuş keçmiş hərbçilər səfərbərliyə alınıb.

    Bu barədə TASS xəbər verib.

    “Hərbi forması olanlardan bu geyimləri mərkəzi hərbi qeydiyyat komissiyasına təqdim etmələrini xahiş edirəm”, – deyə müraciətdə əlavə olunub.

  • Prezidentin köməkçisi: “Rusiyanın Baş nazirinin İrəvana səfər etməsi bizdə təəccüb doğurur”

    Rusiyanın Baş naziri Mixail Mişustinin İrəvana gözlənilməz səfər etməsi barədə məlumat yayılıb.

    APA bu məlumatları şərh etmək üçün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə müraciət edib.

    – Rusiyanın Baş naziri Mixail Mişustinin İrəvana səfər etməsi barədə məlumat var. İki ölkə arasında müharibə getdiyi bir şəraitdə Mişustinin bu səfəri nə məna daşıyır?

    – Bu hal təsdiqlənərsə, bizdə təəccüb doğuracaq. Ermənistan və Azərbaycan arasında müharibə getdiyi bir şəraitdə Rusiyanın Baş nazirinin İrəvana səfəri sual doğurmaya bilməz. Həmsədr ölkələr neytral olmalıdır. İndiki şəraitdə hər hansı birtərəfli addımlar faydalı deyil. Biz də öz tərəfimizdən kimin səfər etməsi məsələsini öyrənməyə çalışacağıq.

    – Bundan bir neçə gün öncə Ermənistan Baş nazirini müavini hökumət təyyarəsi ilə Moskvaya səfər etmişdi. Bu da sual doğuran məsələdir. Hətta məlumat var ki, həmin mülki təyyarədə Ermənistana silah gətirilib.

    – Bu məlumatı araşdırılması üçün aidiyyəti ünvanlara göndərəcəyik. Ümumiyyətlə, mülki təyyarələr vasitəsilə silah-sursatın daşınması Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimatlarına və aviasiya təhlükəsizliyi qaydalarına köklü surətdə ziddir. Bu fakt öz təsdiqini taparsa, onda Ermənistanın rəsmi hökumət təyyarəsi ilə silah qaçaqmalçılığını həyata keçirdiyi, uçuş trayektoriyası üzrə tranzit ölkələrə düzgün məlumat vermədiyi kimi ciddi hallar ortaya çıxır.

  • Paşinyan cəbhədəki məğlubiyyətini etiraf etdi

    “Qarabağda bir sıra məntəqələrdə çətin vəziyyət yaranıb”.

    Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” hesabında yazıb.

    “Bəzi məntəqələrdə vəziyyət çox ağırdır. Bunu gizlətmirəm”, – deyə N.Paşinyan bildirib.

    O, bir il əvvəl təxris olanları orduya qoşulmağa çağırıb:

    “Bizim qanunvericilik onları hətta döyüş vaxtı da səfərbər etməyə icazə vermir, ancaq mən sizi səfərbər olmağa çağırıram”.

  • Ombudsman Mingəçevirin atəşə tutulması ilə bağlı bəyanat yayıb

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın böyük su anbarı və elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinin raket atəşinə tutulması ilə bağlı bəyanat yayıb.

    Bildirilib ki, 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, aviasiyadan, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulmaqda davam edir. Təcavüzkar siyasətindən və işğalçı əməllərindən hələ də əl çəkməyən Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə bu ölkənin silahlı qüvvələri 04 oktyabr 2020-ci il, gecə saat 23 radələrindən başlayaraq Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutub:

    “Xüsusi olaraq bildiririk ki, Ermənistan silahlı qüvvələrinin döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 kilometrdən artıq uzaqlıqda yerləşən və 100 mindən artıq əhalisi olan Mingəçeviri qəsdən hədəfə almaqla atdığı raketlərdən biri elektrik stansiyasının qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. Təəssüflər olsun ki, fərdi yaşayış evinə raketin atılması nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda evə külli miqdarda ziyan dəyib.

    Nəzərinizə çatdırırıq ki, Azərbaycanın sənaye şəhəri olan Mingəçevirdə strateji baxımdan mühüm əhəmiyyət kəsb etməklə Cənubi Qafqaz regionunda ən böyük su anbarı və elektrik stansiyası yerləşir. Bu su anbarının və elektrik stansiyasının vurulması Cənubi Qafqaz regionu üçün ciddi ekoloji fəsadlar törədə bilər.

    1992-ci il Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə əsasən, ölkələr həyata keçirdikləri fəaliyyət zamanı məsuliyyətlərini dərk etməli, silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər.

    Bu baxımdan bəyan edirik ki, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq, Mingəçevir su anbarı və enerji blokunu hədəfə almaqla raket atəşinə tutması təkcə Azərbaycanda deyil, bütün regionda ətraf mühit və enerji təchizatı üçün ciddi təhlükədir.

    Bir daha beynəlxalq təşkilatları işğalçı Ermənistan dövlətinin mülki əhalinin yaşamaq, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüququna qəsd etməklə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına və region üçün dərin ekoloji fəlakət riskinin yaranmasına səbəb olan cinayətkar əməllərindən qeyd-şərtsiz çəkindirilməsinə, Azərbaycanın tarixi əraziləri olan Dağlıq Qarabağ və ətraf rayonlarının işğaldan azad edilməsini tələb etməyə və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili tədbirlər görməyə çağırırıq”.

    Qeyd olunub ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

  • Минобороны Азербайджана: армянские батальоны бегут с поля боя

    На участке обороны 1-го мотострелкового полка вооруженных сил Армении в Гадруте, возникла нехватка продовольствия и горючего. Об этом говорится в заявлении Минобороны Азербайджана.

    «Личный состав 3-го батальона полка, самовольно оставив боевые позиции, бежал. Водители воинской части, также оставив боевую и автомобильную технику, бежали из зоны боевых действий», – говорится в заявлении.

  • Müdafiə Nazirliyi: Ermənistan cəbhədəki qoşunlarını təmin edə bilmir

    Ermənistan silahlı qüvvələrinin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb.

    Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, alayın 3-cü taborunun şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək qaçıb.

    Eyni zamanda, hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq döyüş zonasından qaçıb.

  • Düşmənin 4 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib – RƏSMİ

    Qoşunlarımızın zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2 ədəd, 41-ci artilleriya alayının 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.