Month: October 2020

  • Neftçilər cəbhədəki qələbələrlə bağlı Prezidentə müraciət etdilər

    Oktyabrın 5-də SOCAR-ın baş ofisində şirkət rəhbərliyinin iştirakı ilə onlayn müşavirə keçirilib.

    Müşavirədə neftçilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda həyata keçirdiyi müzəffər siyasətə, dövlət başçısının Ermənistan rəhbərliyinin xəyanətkar siyasətini ifşa edən, ona layiq olduğu yeri göstərən tarixi müraciətində Ermənistana qarşı irəli sürdüyü şərtlərə mütləq dəstək ifadə olunub.

    Qeyd edək ki, həmin şərtlərdə Ermənistanın baş nazirindən bir il bundan əvvəl bizim torpaqlarımızda “Qarabağ Ermənistandır” deməsinə görə Azərbaycan xalqından üzr istəməsi və Qarabağ Ermənistan deyil deməsi, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsi, Ermənistan silahlı qüvvələrinin hansı gündə, hansı bölgədən çıxmasını bəyan etməsi tələb olunur.

    Müşavirədə qeyd olunub ki, Azərbaycan neftçiləri bütün xalqımızla bərabər Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Böyük Qələbə gününün yaxınlaşması üçün əllərindən gələni edəcəklərini bildirirlər. Daha sonra SOCAR rəhbərliyi bu şanlı, çətin və məsuliyyətli günlərdə ölkəmizə, ordumuza əlavə dəstək imkanlarını müzakirə etdi. Bütün şirkət üzrə orduya yardım kampaniyasının təşkili və mexanizmi barədə fikir mübadiləsi aparıldı və müvafiq qərarlar qəbul olundu. Yaxın günlərdə şirkət əməkdaşlarının Silahlı Qüvvələrə Yardım Fonduna ianələrinin toplanması təşkil olunacaq. Müşavirənin sonunda cəbhədəki qələbələrdən daha da ruhlanan Azərbaycan neftçilərinin bu tarixi günlərdə Azərbaycan Respublikasının Prezidentinə müraciəti oxundu. Müraciətin mətnini aşağıda təqdim edirik:

    Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan!

    Zati-alinizin qətiyyətli rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı bir-birinin ardınca mənfur düşməndən azad etməsi, mühüm strateji yüksəkliklərdə və yaşayış məntəqələrində şanlı bayrağımızın dalğalanması bütün xalqımız kimi biz neftçilərin də qəlbini hədsiz qürur və iftixar hissi ilə doldurur. Sevincimizin həddi-hüdudu yoxdur. Suqovuşan qəsəbəsinin, Cəbrayıl şəhərinin və ətraf kəndlərin, habelə Tərtərdə, Füzulidə işğal altında olan onlarla yaşayış məntəqəsinin azad edilməsi həsrətlə gözlədiyimiz xəbərlərdir və bizi daha böyük əmək qələbələrinə ruhlandırır.

    Sizin qətiyyətli və müdrik əmrləriniz, cəbhədə düşməni günbəgün geri çəkilməyə məcbur edən qəhrəman əsgərlərimizin rəşadəti bizi bir daha əmin edir ki, müzəffər ordumuzun torpaqlarımızı son qarışınadək düşməndən azad edəcəyi və üçrəngli bayrağımızın doğma Qarabağ üzərində göylərə yüksələcəyi Böyük Qələbə günü yaxındır. Bu günlər biz hamımız müqəddəs Vətən torpaqlarının azadlığı uğrunda bütün cəbhə boyunca qalibiyyətlə irəliləyən iğid oğullarımıza öz əməyimizlə, arxa cəbhədə qazanılan uğurlarla dəstək olmağa çalışırıq.

    Sizin rəhbərliyiniz altında müasir Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazıldığı bu günlərdə bir yumruq kimi birləşən xalqımızın gücü yağı düşməni işğal etdiyi müqəddəs torpaqlarımızdan təşviş içində qaçmağa məcbur edir. Azərbaycan xalqı bu tarixi zəfər yürüşündə inamla addımlayaraq, Sizin müdrik siyasətinizin, yorulmaz fəaliyyətinizin nəticəsi olan sarsılmaz birliyini və həmrəyliyini bütün dünyaya qürurla nümayiş etdirir. Şübhə yoxdur ki, məkrli düşmən və onun havadarları bu birliyin qarşısında davam gətirmə bilməyəcək. Azərbaycanın dinc əhalisini, mülki obyektlərini atəşə tutan düşmənin təxribatları xalqımızı qələbə yolundan döndərməyəcək, onun döyüş və qələbə əzmini sarsıda bilməyəcəkdir. Bizim işimiz haqq işidir, mübarizəmiz Xeyirin qələbəsi uğrundadır, biz şərə qarşı döyüşür, ədaləti bərpa edirik və bu yolun sonuna qədər alnıaçıq, üzüağ irəliləyəcəyik. Azərbaycan xalqı yenilməzdir, çünki onun sonsuz inam və qürurla arxasınca getdiyi qüdrətli Sərkərdəsi və rəşadətli Ordusu var.

    Dünən Ermənistan rəhbərliyinin xəyanətkar siyasətini ifşa edən, ona layiq olduğu yeri göstərən tarixi müraciətiniz bütün Azərbaycan vətəndaşlarının ürəyindən xəbər verdi. Sizi dinlədikcə məntiqinizə, iradənizə heyran qalır, ürəyimizdən tikan çıxırdı. Bu müraciət bütün xalqımızın, o cümlədən, Azərbaycan neftçilərinin mübarizə ruhuna inanılmaz təkan verdi. Bu gün SOCAR-ın əməkdaşları həm könüllülər sırasında ön cəbhədə, həm də arxa cəbhədə Vətən uğrunda mübarizə aparırlar. İnamla döyüşür, həm də yorulmaq nədir bilmədən iqtisadiyyatımızın qüdrətini günbəgün artırmaq naminə əzmlə çalışırlar. Bu gün əmək növbəsində olanlarımız da döyüşlərə qatılmaq şövqü ilə yaşayır, könüllülər olaraq, hər an əmrinizi intizarla gözləyirlər.

    Cənab Ali Baş Komandan, biz neftçilər Azərbaycanın ərazi bütövlüyünün bərpası, uzun illərdən bəri haqqı tapdanmış soydaşlarımızın öz doğma ocaqlarına qayıtması, Vətənimizin və xalqımızın əbədi azadlığı və xoşbəxtliyi naminə başladığınız bu haqq işinizə sona qədər sadiqik və əmrinizi gözləyirik. Bu gün hamımız şanlı Azərbaycan əsgəriyik. Vətənimizin işğaldan tamamilə azad olunacağı anı günbəgün, saatbasaat yaxınlaşdırmaq üçün hamımız əlimizdən gələni etməli, gecə-gündüz çalışaraq, Azərbaycanın haqq işinə – ədalətin təntənəsinə töhfəmizi verməliyik.

    Qoy Uca Allah bu müqəddəs mübarizədə Sizə kömək olsun. Haqq uğrunda döyüşən övladlarımıza güc-qüvvət versin, onların zəfər yolunu daim açıq etsin. Vətənimizin üzərindən qara buludlar birdəfəlik çəkilsin, azadlıq günəşinin şəfəqləri düşmən tapdağından qurtulmuş torpaqlarımızı yenidən canlandırsın, bərəkətli etsin. Tanrı Sizi və xalqımızı qorusun!

  • Tramp tərəfdarlarını salamlamaq üçün xəstəxanadan “qaçdı” – VİDEO

    Koronavirusa yoluxmuş Tramp tərəfdarlarını salamlamaq üçün tibb mərkəzindən “qaçıb”.

    Bu barədə “Haber Global” xəbər yayıb.

    ABŞ Prezidenti tibb müəssisəsinin ərazisindən avtomobili ilə çıxıb və toplaşan insanları salamlayıb. O, və avtomobildə olanların hamısı maskalı olub.

    Dövlət başçısının bu davranışı həm bəzi həkimlər, həm də jurnalistlər tərəfindən qınanıb.

    Trampın özü videomesaj yayımlayaraq, koronavirus haqqında xəstəxanada çox şey öyrəndiyini deyib.

    “Bu, çox maraqlı bir şeydir və bu barədə qısa müddətdə sizə məlumat verəcəyəm”, – deyə o, bildirib.

  • “General Aslanov” Xəzərdənkənar sularda yükdaşımalara cəlb edilib

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid və xarici sularda üzən “General Aslanov” quru yük gəmisinin əsaslı təmiri başa çatıb.

    ASCO-dan verilən məlumata görə, təmir prosesi “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib. Burada gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları) təmir olunub. Eyni zamanda, gəmidə yük anbarlarının qapaqları, qapaqların qaldırılması üçün istifadə olunan yük kranı elektrik idarəetmə sistemi ilə birlikdə sazlanıb.

    Gəmi üzrə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.
    Bundan başqa, gəminin sualtı və suüstü hissələri abraziv qumla tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

    Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və dənizçilərin ixtiyarına verilib. “General Aslanov” quru yük gəmisi yenidən Xəzərdənkənar sularda yükdaşımalara cəlb edilib.

    Gəmi Türkmənistanın Bektaş limanından yük götürərək Türkiyənin Gebze limanına doğru yola düşəcək.

    Qeyd edək ki, “General Aslanov” gəmisi 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Uzunluğu 108,33 metr, eni 16,74 metr olan üzən vasitə 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.

  • Düşmənin yeni texnikaları ələ keçirilib

    Döyüşlərdə erməni hərbçilərinin atıb qaçdığı və bölmələrimizin məhv etdiyi düşmənin silah və texnikaları.

    Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

  • Ermənilər Azərbaycan ordusu qarşısında geri çəkildiklərini etiraf etdilər

    Qarabağdakı separatçı quldur rejimin “müdafiə nazirliyi” qoşunların geri çəkildiyini etiraf edib.

    Bu barədə Qarabağ separatçılarının rəhbərinin mətbuat katibi Baqram Poqosyan bildirib.

    B.Poqosyan erməni qoşunlarının artıq itkilərdən qaçmaq üçün guya “taktiki” olaraq geri çəkildiyini söyləyib.

  • Мехрибан Алиева обратилась к азербайджанскому народу – ФОТО

    Дорогие соотечественники! В то время, как наша доблестная армия проводит успешную контрнаступательную операцию по освобождению исконно азербайджанских земель от армянской оккупации, враг не перестает проявлять свое коварство.

    Об этом Первый вице-президент Азербайджана Мехрибан Алиева написала в своем Instagram.

    Первый Вице-президент отметила, что на протяжении всей недели, в течение которой продолжаются ожесточенные бои, Армения без зазрения совести тиражирует фейки.

    “Особая роль в этой массированной атаке отведена армянской диаспоре, активно дезинформирующей международное сообщество. Сегодня все мы являемся свидетелями воистину исторических событий! Однако мы не можем позволить себе просто наблюдать за происходящим. Долг каждого из нас сделать все возможное, чтобы приблизить час Великой Победы. А значит, все мы – солдаты, которые обязаны приложить максимум усилий для развенчания армянской лжи.

    Я призываю каждого из вас разоблачать фейки армянской пропаганды и доводить правду об армянской агрессии до международного сообщества на всех доступных платформах!

    Каждый, кто считает Азербайджан своей Родиной, должен возвысить свой голос и опровергнуть армянскую ложь!”.

    Пусть Всевышний бережет нашу армию, наш народ и нашу Родину!”.

  • Mehriban Əliyeva Azərbaycan xalqına çağırış etdi – FOTO

    Əziz həmvətənlər! Rəşadətli Ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir.

    Bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” səhifəsindəki paylaşımında yazıb.

    Birinci vitse-prezident bildirib ki, qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır:

    “Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik!

    Lakin biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik. Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram!

    Azərbaycanı özünün Vətəni hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını təkzib etməlidir!

    Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun!”

  • İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrə təşəkkürünü bildirib

    “Mən fürsətdən istifadə edərək, bizim digər dost-qardaş ölkələrə də təşəkkürümü bildirmək istəyirəm. Türkiyədən sonra bizə ikinci dəstək verən ölkə Pakistan oldu, ondan sonra Əfqanıstan oldu, ondan sonra daha bir neçə ölkə bizə öz dəstəyini göstərdi”.

    “Report” xəbər verir ki, bunu Türkiyənin TRT telekanalına müsahibəsi zamanı Azərbaycanın Prezidenti İlham Əliyev bildirib.

    “Onların hər birinə, o ölkələrin prezidentlərinə təşəkkürümü bildirirəm. Bu çətin dönəmdə, təbii ki, onların həmrəyliyi, dəstəyi bizim üçün çox önəmlidir və bizə mənəvi güc verir”, – ölkəbaşçısı əlavə edib.

  • Azərbaycanda daha 28 şagird və 9 müəllim koronavirusa yoluxub

    Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

    Nazirlikdən “Report”a bildirilib ki, 7 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

    Daha 28 şagird və 9 işçidə koronavirus aşkarlanıb.

    İndiyə qədər ölkə üzrə bir məktəb, 27 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

  • Азербайджанские правозащитники пожалуются на Макрона в международный суд

    Если президент Франции Эммануэль Макрон не представит доказательства своего безосновательного заявления о том, что на азербайджанской стороне против армян якобы воюют наемники – исламисты из Сирии, то Международный комитет диаспоры (МКД) и Международный комитет защиты прав человека (CIPDH) проведут пикет перед зданием посольства этой страны в Баку.

    Об этом Oxu.Az сообщил исполняющий обязанности комиссара по Азербайджану CIPDH Эльчин Ахундзаде.


    Эльчин Ахундзаде

    По его словам, правозащитники и адвокаты пожалуются на руководство Франции в Международный уголовный суд в Гааге за то, что оно оскорбило азербайджанский народ, заявив, что мы не в состоянии сражаться за освобождение своих земель, оккупированных Арменией.

    Председатель МКД Исмаил Агаев и Эльчин Ахундзаде направили обращения с аналогичным текстом во все посольства и диппредставительства зарубежных стран в Азербайджане.