Month: October 2020

  • Все для Родины! – ВИДЕО

    В Азербайджане граждане отправляют на фронт различную продукцию, дабы поддержать нашу армию. Добровольная гуманитарная акция проводится во многих южных районах республики.

    Люди развозят продукцию на автомобилях с лозунгами: “Карабах – это Азербайджан”, “Все для Родины”.

    Так, в Джалилабадском районе, как и в других регионах страны, местные жители стараются помочь солдатам всем необходимым, выражая таким образом свою солидарность с армией.

    Несмотря на то, что ВС Азербайджана не нуждаются в медицинской и продовольственной помощи, жители говорят, что таким образом выполняют свой гражданский долг.

    Подробнее – в видеорепортаже Baku TV.

  • “Hər şey Vətən üçün” – VİDEO

    Bu gün ölkəmizin hər kəsin ürəyi ordumuzla birlikdə döyünür. Sadə vətəndaşlar ordumuza dəstək olmaq üçün cəbhəyə zəruri olan müxtəlif məhsullar yola salırlar.

    Könüllü humanitar aksiya, demək olar ki, əksər cənub rayonlarında həyata keçirilir.

    “Qarabağ Azərbaycandır”, “Hər şey vətən üçün”.

    Üstünə bu şüarlar yazılmış avtomobillərin üz tutduqları istiqamət də elə Qarabağdır.

    Ölkəmizin müxtəlif yerlərində olduğu kimi, Cəlilabad rayonunda da yerli sakinlər Ordumuzla həmrəy olduqlarını bu şəkildə – cəbhədə düşmənlə döyüşən əsgərlər üçün zəruri olan ləvazimatlar tədarük etməklə göstərirlər.

    Doğrudur, Azərbaycan ordusunun bu kimi tibbi və ərzaq yardımına ehtiyacı yoxdur, lakin sakinlər belə könüllü aksiyalarla öz vətəndaşlıq borclarını yerinə yetirdiklərini bildirirlər.

    Qeyd edək ki, ordumuza könüllü dəstək aksiyası Cəlilabadla yanaşı, digər cənub rayonlarında da həyata keçirilir.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • Yurdu işğaldan azad olunan cəbrayıllının sevinc göz yaşları: “Daha qaçqın deyiləm” – VİDEO

    Xəbər verdiyimiz kimi, dünən Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad edib.

    Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edib və işğaldan azad edilmiş kəndlərin adlarını açıqlayıb.

    Bunlar Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləridir.

    Bu, şübhəsiz ki, sosial şəbəkələrin də əsas gündəm mövzusu olub.

    Xalqımız müxtəlif şəkillərdə bir-birini təbrik edib, tarixi zəfərlə bağlı emosiyalarını ortaya qoyublar.

  • Erməni vəhşiliyini sübut edən yeni görüntü yayıldı – VİDEO

    Dünən Azərbaycanın ikinci böyük şəhəri Gəncə Ermənistan ərazisindən atəşə tutulub.

    Nəticədə, dinc əhali arasında ölən və xəsarət alanlar var, çoxlu sayda mülki obyektlərə ziyan dəyib.

    Sosial şəbəkələrdə artilleriya atəşi nəticəsində yaralanan və əməliyyat olunan azyaşlının videosu yayılıb.

    Qeyd olunur ki, həkim Vüqar Fərhadov uğurlu əməliyyat keçirərək, azyaşlı oğlanın baş nahiyəsinə daxil olan qəlpəni çıxarıb.

    Bildirilir ki, xəstə özünü yaxşı hiss edir, onun sağlamlığına heç bir təhlükə yoxdur.

  • Враг обстрелял учебные заведения в Барде – ФОТО

    В настоящее время вооруженные силы Армении ведут обстрел городов Бейлагана, Барды и Тертера.

    Одна из выпущенных врагом ракет упала рядом со школой, другая – у колледжа.


  • Düşmən Bərdədə təhsil obyektlərini atəşə tutub – TƏCİLİ + FOTO

    Xəbər verdiyimiz kimi hazırda Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.

    Əsasən erməni vandallar Bərdədə məktəbi, kolleci, fərdi evləri atəşə tutub.


  • Враг обстреливает наши населенные пункты – ОФИЦИАЛЬНО

    В настоящее время вооруженные силы Армении ведут обстрел города Горадиза Физулинского района, сел Агджебединского района, города Тертер и сел Тертерского района, а также территории Геранбойского и Гейгельского районов. Об этом сообщает Министерство обороны Азербайджана.

    Отмечается, что против врага принимаются адекватные меры.

  • Düşmən yaşayış məntəqələrimizi atəşə tutur – RƏSMİ

    Hazırda Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, düşmənə qarşı adekvat tədbirlər görülür.

  • Təhsil naziri müəllimləri təbrik etdi

    Təhsil naziri Emin Əmrullayev 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

    Təbrikdə deyilir:

    “Əziz müəllimlərimiz,

    Sizi 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edirəm! Təkcə bu gün deyil, şagirdinizin, tələbənizin uğuruna sevindiyiniz hər gün sizin gününüz, bayramınızdır.

    Bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər yetişməsində, onlara milli ruhun aşılanmasında sizin əməyiniz danılmazdır. Siz sadəcə övladlarımızı öyrətmirsiniz, həm də Vətən üçün layiqli vətəndaş, əsgər yetişdirirsiniz. Bu missiyanı şərəflə yerinə yetirdiyinizə görə sizə təşəkkür edirəm!

    Pandemiya şəraitində sizin zəhmətiniz xüsusilə qeyd edilməlidir. Bu çətin günlərdə fədakar əməyinizə, göstərdiyiniz dəstəyə görə çox sağ olun!

    Əziz müəllimlər,

    Bu vacib və məsuliyyətli işinizdə sizə uğurlar arzulayıram!”

  • Первые кадры с освобожденных территорий – ВИДЕО

    Минобороны Азербайджана опубликовало видеокадры с освобожденных территорий.