Month: October 2020

  • Belarusdakı Azərbaycan icması ölkənin rəsmi dairələrinə müraciət edib

    Belarusda yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrini işğal olunmuş Azərbaycan torpaqlarından geri çəkilməyə çağırıb və bununla bağlı rəsmi İrəvana təsir göstərməsi üçün Belarusun dövlət qurumlarına – Nazirlər Kabinetinə, Parlamentə, Xarici İşlər Nazirliyinə bəyanat ünvanlayıb.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Belarusun Azərbaycan İcmaları Konqresi adından yayılan bəyanatda deyilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında son təxribat əməllərindən sonra bölgədə vəziyyət gərginləşib və hərbi əməliyyatlar başlayıb. Nəticədə hər gün onlarla dinc sakin həlak olur və yaralanır, yaşayış məntəqələri dağıdılır, evlərə ziyan dəyir.

    Minsk və digər şəhərlərdə yaşayan soydaşlarımızın adından yayılmış bəyanatda Belarusun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə, münaqişənin həlli ilə bağlı rəsmi Bakının mövqeyini müdafiə etdiyinə görə minnətdarlıq bildirilib.

    Eyni zamanda, bəyanatda Ermənistan hökumətinə işğalçı siyasətini dayandırması və işğal edilmiş Azərbaycan ərazilərini dərhal tərk etməsi üçün təsir göstərməyə, Ermənistan hökumətini beynəlxalq hüquq və normalara riayət etməyə çağırış edilib.

  • Neft bahalaşdı

    Dünya bazarında neftin qiymətlərində artım müşahidə edilir.

    RT xəbər verir ki, WTI markalı neftin noyabr fyuçersləri 2,43 faiz artaraq, bir bareli 37,95 dollara çatıb.

    “Brent” markalı neftin dekabr fyuçersləri 2,09 faiz artaraq, bir bareli 40,09 dollar təşkil edib.

  • Fact Check Karabakh разоблачила очередную ложь армян – ФОТО

    На странице Fact Check Karabakh, которая занимается проверкой фактов и новостей в связи с последними событиями на фронте, появилась очередная публикация о разоблачении армянской лжи.

    Так, по утверждениям армянских источников, бандформирования сепаратистского режима якобы заняли очередную азербайджанскую позицию. Однако анализ данной “новости” показывает, что это – полная ложь и выдумка.

    “Почему вы тогда ставите флаг Армении? И почему на телеантенне?” – говорится в публикации на странице.

  • “Fact Chek Karabakh” növbəti erməni yalanını ifşa etdi – FOTO

    “Fact Chek Karabakh” səhifəsi növbəti erməni yalanını üzə çıxarıb.

    Belə ki, erməni mənbələri separatçı qurumun quldur dəstələri tərəfindən yeni mövqenin ələ keçirildiyini iddia edirlər, lakin bu xəbərə aid şəkilin analizi göstərir ki, bu, tam yalan və uydurma məlumatdır.

    “O zaman niyə Ermənistan bayrağını qoyursunuz? Niyə TV antenasında?”, – deyə erməni yalanlarını ifşa edən səhifədə qeyd edilir.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 5 октября, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 35 399 250.

    Суточный прирост составил 263 728 человек.

    За весь период пандемии скончались 1 041 824 заразившихся, выздоровели – 26 623 510.

    Больше всего инфицированных в США (7 636 912). На втором месте – Индия (6 623 815), третьем – Бразилия (4 915 289). В первую пятерку также входят Россия (1 215 001) и Колумбия (855 052).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 214 611, а по количеству выздоровевших – Индия – 5 586 703.

    Иран с 471 772 заболевшими занимает 13-е место, Турция (324 443) – 19-е.

    В Армении коронавирусом заразились 52 496 человек, в Грузии – 8118.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 26 956 летальных исходов.

    На сегодня в Азербайджане подтвержден 40 691 случай инфицирования коронавирусом, 38 496 человек вылечились, 596 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 35 399 250 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 1 041 824 xəstə ölüb, 26 623 510 nəfər sağalıb.

    Koronavirusun ən çox müşahidə olunduğu dövlətlər ABŞ (7 636 912 nəfər), Hindistan (6 623 815 nəfər), Braziliya (4 915 289 nəfər) və Rusiyadır (1 215 001 nəfər).

    İranda 471 772, Türkiyədə 324 443, Ermənistanda 52 496, Gürcüstanda 8 118 nəfərdə koronavirus qeydə alınıb.

    Azərbaycanın sərhəd qonşuları arasında virusdan ən çox ölüm İranda müşahidə olunur (26 957 nəfər).

    Azərbaycanda koronavirusun aşkar edildiyi 40 691 nəfərin 596-sı ölüb, 38 496 nəfər isə sağalıb.

  • Генконсульство Азербайджана в Лос-Анджелесе предупредило соотечественников

    Генеральное консульство Азербайджана в Лос-Анджелесе обратилось к соотечественникам в связи с возможными провокациями армян.

    “Наши Вооруженные силы продолжают освобождение исконных азербайджанских земель. Учитывая это и возможные провокации местных радикальных армян, призываем проживающих в западных штатах США, в частности в Калифорнии, азербайджанцев воздерживаться от любых уличных акций, доводить правду о Карабахе другим способом, в частности, посредством социальных сетей, установления контактов с политическими деятелями и представителями СМИ.

    В случаи получения каких-либо угроз от местных армянских радикалов или других подозрительных моментов просим предоставить информацию по электронной почте генконсульства office@azconsulatela.org или горячей линии 1 (310) 447-4616″, – говорится в обращении.

  • Konsulluq ABŞ-da yaşayan soydaşlarımıza erməni təxribatları ilə bağlı müraciət etdi

    Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu mümkün erməni təxribatları ilə bağlı həmvətənlərimizə müraciət edib.

    Müraciətdə deyilir:

    “Əziz soydaşlar,

    Silahlı qüvvələrimiz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməkdə davam edir. Bunu və yerli erməni radikalların mümkün təxribatlarını nəzərə alaraq, Qərbi ABŞ ştatlarında, xüsusilə Kaliforniyada yaşayan azərbaycanlılardan hər hansı küçə aksiyalarından kənar durmağı, Qarabağ həqiqətlərini digər müstəvilərdə, xüsusilə sosial şəbəkələr, siyasi xadimlər və media nümayəndələri ilə əlaqələrin qurulması vasitəsilə çatdırmağı xahiş edirik.

    Yerli erməni radikallarından hansısa təhdidlər alındığı təqdirdə və ya digər şübhəli məqamlarla bağlı Baş Konsulluğa office@azconsulatela.org elektron poçt ünvanı və ya 1 (310) 447-4616 qaynar xətti vasitəsilə dərhal məlumat verilməsini rica edirik.

    Təşəkkür edirik!”

  • Армяне обстреливают Тертер, есть раненые

    Вооруженные силы Армении продолжают обстреливать Тертер с использованием тяжелой артиллерии, передает Qafqazinfo.

    Враг вновь совершил провокацию, взяв на прицел мирное население.

    Осколками упавшего ночью в центр города снаряда были ранены два гражданина – Талех Новрузов (1981 г.р.) и Давуд Сулейманов (1993 г.р.).

    Они госпитализированы.

    Кроме того, был разрушен ряд жилых домов и гражданских объектов.

  • Ermənilər Tərtəri atəşə tutur: Yaralılar var

    Ermənistan ordusu ağır artilleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam edir.

    Qafqazinfo-nun məlumatına görə, düşmən yenə təxribata əl ataraq dinc əhalini hədəf alıb.

    Belə ki, ötən gecə şəhər mərkəzinə düşən mərmi iki mülki vətəndaşın yaralanmasına səbəb olub.

    Bunlar şəhər sakinləri – 1981-ci il təvəllüdlü Taleh Novruzov və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxan oğludur.

    Yaralılar xəstəxanaya çatdırılıb.

    Bundan başqa, bir sıra yaşayış evləri, obyektlər də dağıdılıb.