Month: October 2020

  • Освобождены от оккупации еще семь азербайджанских сел – СПИСОК

    Сегодня азербайджанская армия освободила село Талыш Тертерского района, села Мехдили, Чахырлы, Ашагы Маральян, Шейбей и Гуйджаг – Джабраильского, а также село Ашагы Абдуррахманлы Физулинского района.

    Об этом Президент Азербайджанской Республики, Верховный главнокомандующий Ильхам Алиев написал на своей странице в социальной сети.

  • Azərbaycanın daha yeddi kəndi işğaldan azad olundu – SİYAHI

    Bu gün Azərbaycan Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad edib.

    Bunu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev sosial media hesabında bildirib.

  • İlham Əliyev Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentlərinə təşəkkür etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə və Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova məktub ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktublarda sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti təxribat törətdiyini və bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqelərini atəşə tutduğunu bildirib. Bu təxribat nəticəsində hərbçilərimiz, mülki şəxslərimiz həlak olub və yaralanıb. Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.

    Prezident İlham Əliyev Ermənistanın bu hücumunun planlaşdırılmış hərbi təxribat olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Ermənistan rəhbərliyinin danışıqlar prosesini pozmağa yönəlmiş bəyanatları, iyul-avqust aylarında törədilmiş hərbi təxribatlar, Azərbaycanın işğal olunmuş ərazilərində xarici ölkə vətəndaşlarının qeyri-qanuni məskunlaşdırılması Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkmədiyini və yeni müharibəyə hazırlaşdığını göstərir.

    Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğuna dair Azərbaycanın mövqeyini bir daha təkrarlayıb.

    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi ilə bağlı Türk Şurasının 2020-ci il 28 sentyabr tarixli bəyanatına toxunan Prezident İlham Əliyev bu bəyanata görə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə və Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova təşəkkürünü bildirib.

  • Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirilib – FOTO

    Azərbaycan Ordusu qarşısında aciz qalan düşmən silah-sursatını, döyüş texnikalarını ataraq və döyüş mövqelərini tərk edərək qaçır.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası – 4 ədəd “KAMAZ” və 1 ədəd “QAZ” markalı avtomobillər qənimət kimi ələ keçirilib. Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus geyimlər, müxtəlif ləvazımatlar, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib. Hərbi texnikalarım hamısı işlək vəziyyətdədir.

    Qeyd edək ki, daha əvvəl də Ermənistan ordusunun bir neçə hərbi maşını qənimət olaraq ələ keçirilmişdi.

  • Sosial şəbəkələrdə hərbi məlumatları yayanlara – DİN-dən xəbərdarlıq

    Son günlər daxil olan məlumatlara əsasən, cəbhəboyu zonada vəziyyət haqqında bəzi şəxslər, xüsusilə də sosial media və digər rəqəmsal platforma istifadəçiləri tərəfindən hərbi-siyasi və əməliyyat şəraiti, qoşunların dislokasiyası, hərbi texnika və onun hərəkəti, silah-sursat, habelə dövlət təhlükəsizliyinə xələl gətirən digər məlumatların yayılması halları müşahidə edilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) məlumatında deyilir:

    “Əhalinin nəzərinə çatdırırıq ki, “Dövlət sirri haqqında” 2004-cü il 7 sentyabr tarixli Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” 2014-cü il 24 sentyabr tarixli Sərəncamına uyğun olaraq qanunla qadağan olunmuş məlumatların yayılmasına görə müvafiq məsuliyyət nəzərdə tutulur.

    Azərbaycan Respublikasının Silahlı Qüvvələri, hərbi obyektlər, onların təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə fotoşəkillər, audio-video materiallar və digər informasiyalar yayan şəxslər barədə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.

    Hazırda ordumuzun uğurlu hərbi əməliyyatlar apardığı, düşmənə sarsıdıcı zərbələr endirdiyi və ərazilərimizi işğaldan azad etdiyi bir dövrdə hər kəsi vətəndaş məsuliyyətini dərindən dərk etməyə, ayıq-sayıq olmağa, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və cəbhədə əməliyyat şəraitinə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırırıq”.

  • Xankəndi tam zülmətə qərq oldu – VİDEO

    Bir neçə gündür işğalçı ermənilərin Xankəndini tərk etməsinə dair videolar yayılır.

    Azərbaycan ordusu tərəfindən Suqovuşanın işğaldan azad edilməsindən sonra sosial şəbəkələrdə Xankəndinin indiki görüntüləri paylaşılıb.

    Görüntülərdən Xankəndinin zülmətə qərq olduğu görünür.

    Həmin görüntüləri təqdim edirik:

  • Almaniyada qatara partlayıcı qurğu qoydular

    Almaniyanın Köln şəhərində depoda dayanan qatarda əldəqayırma partlayıcı qurğu aşkar edilib.

    Bu barədə “Bild” qəzeti məlumat yayıb.

    Karton qutuda gizlədilmiş bomba xadimə tərəfindən regional qatar vaqonunda tapılıb. Hadisə yerinə gələn polis məmurları qutuda partlayıcı maddə olduğunu təsdiqləyiblər. Partlayıcı mütəxəssislər tərəfindən yerində zərərsizləşdirilib.

    İlkin məlumatlara görə, cihaz istifadəyə hazır olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Победу азербайджанской армии отмечают в Баку – ФОТО/ВИДЕО

    Грандиозная победа азербайджанской армии – освобождение Суговушана от вражеской оккупации вызвала у граждан страны огромную радость.

    В Баку эту новость встретили с большим восторгом. Жители столицы вышли на улицы с трехцветным флагом в руках. Граждане взрывают петарды, исполняют гимн страны, поздравляют друг друга с победой.

    Мы представляем эти кадры:

  • Ordumuzun qələbəsi Bakıda qeyd olunur – FOTO/VİDEO

    Azərbaycan Ordusunun möhtəşəm qələbəsi – Suqovuşanın düşmən tapdağından azad olması hər bir vətəndaşın böyük sevincinə səbəb olub.

    Paytaxt Bakıda bu xəbər böyük coşqu ilə qarşılanıb. Şəhər sakinləri əllərində üçrəngli bayrağımız küçələrə axışıblar. İnsanlar şüarlar səsləndirir, bu qələbə münasibətilə bir-birini təbrik edirlər.

    Həmin görüntüləri təqdim edirik:

  • Xankəndi tam zülmətə qərq oldu – VİDEO

    Bir neçə gündür işğalçı ermənilərin Xankəndini tərk etməsinə dair videolar yayılır.

    Azərbaycan ordusu tərəfindən Suqovuşanın işğaldan azad edilməsindən sonra sosial şəbəkələrdə Xankəndinin indiki görüntüləri paylaşılıb.

    Görüntülərdən Xankəndinin zülmətə qərq olduğu görünür.

    Həmin görüntüləri təqdim edirik: