Month: October 2020

  • Gürcüstanlı musiqiçilərdən Azərbaycana dəstək – VİDEO

    Gürcüstanlı musiqiçilər Azərbaycana dəstəklərini nümayiş etdiriblər.

    Onlar bir araya gələrək, “Ayrılıq” mahnısını ifa ediblər:

    “Bu ölkə, hər zaman etibar edə biləcəyimiz, bizim uğurlarımıza sevinən ölkədir. Bu dostluq bütün gürcülərin fəxr etdiyi dostluqdur.

    Sevgili Azərbaycan, bu mahnı bizdən azərbaycanlı bacı-qardaşlarımıza gəlsin”.

  • İşğalçı Ermənistanın təxribatları: Cəbhədə son vəziyyət – VİDEO

    İşğalçı Ermənistan cəbhədə təxribatları davam etdirir.

    AZTV-nin cəbhə bölgəsindən verdiyi xəbərə görə, səhər saatlarından Tərtər rayonu və ətraf yaşayış məntəqələri yenidən qarşı tərəfin ağır artilleriya silahları ilə atəşə tutulub.

    Düşmən cavab atəşi ilə susdurulub.

    Daha ətraflı süjeti təqdim edirik:

  • Britaniyada yaşayan həmyerlilərimiz bir sıra ölkələrin Londondakı səfirliyinə təşəkkür məktubu təqdim edib

    Britaniyada yaşayan həmyerlilərimiz Azərbaycanı beynəlxalq arenada rəsmi dəstəkləyən bir sıra ölkələrin Londondakı səfirliyinə təşəkkür məktubu təqdim edib.

    APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Londondakı Azərbaycan icmasının üzvləri Türkiyənin, Ukraynanın və Əfqanıstanın Britaniyadakı səfirliklərinə Azərbaycanı dəstəklədikləri üçün təşəkkür məktubu təqdim edib.

    Koronavirusa qarşı tətbiq edilən qaydalar səbəbindən 6 nəfərlə məhdudlaşdırılan heyət əvvəlcə Türkiyənin Londondakı səfiri Ümit Yalçın ilə görüşüb.

    Səfir Ümit Yalçın bildirib ki, Türkiyə Azərbaycanla dostluq və qardaşlığı hər zaman davam etdirəcək: “Biz bir millət, iki dövlət dedik. Azərbaycan öz dövlətini, torpağını haqsızlıqlara və işğala qarşı qoruyur. Türkiyə də özünü müdafiənin arxasında durur və durmağa davam edəcək. O vaxta qədər ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etsin”.

    Səfirliyə ünvanlanan məktubda Ermənistanın 27 sentyabr səhər saatlarında cəbhə xətti boyunca yaşayış yerlərini atəşə tutduğu bildirilib. Qeyd edilib ki, atəş nəticəsində Azərbaycanın dinc əhalisi, mülki vətəndaşları, qadınlar həyatını itirib:

    “Dəstəyiniz üçün, hər zaman yanımızda olduğunuza və dualarınızı əsirgəmədiyinizə görə sizə sonsuz təşəkkür edirik. Bu çətin dövrdə strateji və siyasi baxımdan qeyd-şərtsiz dəstəyiniz bizim üçün əvəzsizdir”, – deyə məktubda qeyd edilib.

    Ziyarətdə iştirak edən Londonda yaşayan azərbaycanlı Şahin Vəlisoy Türkiyənin dəstəyinin Azərbaycana hər zaman nəfəs verdiyini bildirib. O, Türkiyə tərəfindən verilən dəstəyin gələcək nəsillər tərəfindən də önəmli olduğuna diqqət çəkib.

    Azərbaycan icması daha sonra Əfqanıstan səfirliyinə gedərək siyasi məsləhətçi Mohammed Hanif Ahmadzai ilə görüşüb. M.Ahmadzai Azərbaycanla Əfqanıstanın tarixi dostluq münasibətlərinə toxunaraq ölkəmizə hər zaman dəstək olduqlarını bildirib.

    Daha sonra isə Ukraynanın Londondakı səfirliyinin əməkdaşına təşəkkür məktubu təqdim edilib.

  • Füzuli rayonu ərazisinə mərmi düşüb, otlaq sahələrində yanğın baş verib

    Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir.

    “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının məlumatına görə, düşmənin növbəti dəfə atdığı top mərmilərdən biri Füzuli rayonun ərazisində yerləşən və bir neçə kəndin ərazisinə yaxın olan otlaq sahələrinə düşüb.

    Nəticədə həmin ərazilərdə güclü yanğın baş verib.

    Kənd sakinləri “Report”un əməkdaşına bildiriblər ki, düşmənin təxribatı nəticəsində onların fərdi yaşayış evləri, təsərrüfatları və otlaq sahələri ziyan görüb.

  • Almaniyada hakim partiyanın deputatları Azərbaycanı dəstəklədi

    Almaniya Bundestaqının (parlament) hakim Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının deputatları – Xarici siyasət komitəsinin üzvü, fraksiyanın Şərq Tərəfdaşlığı üzrə məruzəçisi Nikolas Löbel və Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvü Eberhard Qinqer münaqişəyə dair bəyanat yayıblar.

    Bəyanatda deyilir:

    “Dağlıq Qarabağ uğrunda hərbi əməliyyatlarda 25.000 insan həlak olub və bir milyon insan qaçqın düşüb. Bu müharibənin gedişində Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisinin təxminən 5%-ni təşkil edən Dağlıq Qarabağla yanaşı Azərbaycanın 7 ətraf rayonunu da işğal edib. Azərbaycanın dövlət ərazisinin hissələrinin hərbi işğalı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsində (822, 853, 874 və 884 saylı) pislənilib. Hazırda Azərbaycanın dövlət ərazisinin təqribən 20%-i Ermənistanın işğalı altındadır.

    Beynəlxalq ictimaiyyət hələ də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir. Almaniya və Avropa İttifaqının (Aİ) mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli yalnız sülh yolu ilə ola bilər. Almaniya və Aİ qondarma “Dağlıq Qarabağ Respublikası”nı və bu rejimin keçirdiyi “seçkiləri” tanımır.

    1992-ci ildən bəri ATƏT-in Minsk Qrupu bu dondurulmuş münaqişənin həllinə çalışır. Təxminən 30 il davam edən vasitəçilik cəhdlərinə baxmayaraq status kvonun aradan qaldırılmasına yönələn səylər nəticəsiz qalıb. 1994-cü ilin mayından mövcud olan atəşkəs xəttində daim günahsız insanların ölümü ilə nəticələnən toqquşmalar baş verir.

    BMT Xartiyasının 2-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə üzv dövlətlər beynəlxalq mübahisələri yalnız dinc yollarla həll etməlidirlər ki, dünyada sülh, beynəlxalq təhlükəsizlik və ədalət təhlükə altına düşməsin. BMT-nin bütün üzv dövlətləri öz beynəlxalq münasibətlərində dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı yönələn yaxud BMT-nin məqsədlərinə uyğun gəlməyən güc tətbiqi və güclə hədələməkdən əl çəkməlidirlər. 

    Almaniya həm Ermənistan, həm də Azərbaycan üçün etibarlı tərəfdaş olmaq istəyir. Beynəlxalq hüquqa söykənən ümumi standartlar əsasında anlaşma Cənubi Qafqaz ölkələri ilə münasibətlər üçün şərtdir. Buraya yuxarıda qeyd edilən BMT qətnamələrinə uyğun olaraq fundamental prinsiplər kimi xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxulmazlığı aiddir. Hər iki tərəf Cənubi Qafqazda sülh, demokratiya və sabitliyin gücləndirilməsi məqsədilə işğal edilmiş ərazilərdə yaranmış beynəlxalq hüquqa zidd vəziyyətin aradan qaldırılması və razılaşdırılmış həllin tapılması üçün töhfə verməyə çağırılır(https://www.nikolas-loebel.de/voelkerrechtswidrigen-zustand-in-berg-karabach-beenden-friedliche-loesung-des-konflikts-suchen/)”.

    Bundan başqa, digər deputat Nikolas Löbel bəyanatı öz “Tvitter” səhifəsində aşağıdakı şərhləri yerləşdirib:
    “Biz Dağlıq Qarabağdakı beynəlxalq hüquqa zidd vəziyyətə son qoymalıyıq və münaqişənin sülh yolu ilə həllinə ehtiyac duyuruq. Ermənistan və Azərbaycan Cənubi Qafqazda demokratiya və sabitliyin yaradılması üçün danışıqlar masasına oturmalıdırlar(https://twitter.com/NikolasLoebel/status/1312006757795889152)“.

    Eyni zaman, , CDU/CSU fraksiyasının digər deputatı Olaf Quttinq öz tvitter səhifəsində bu bəyanatı bölüşərək ona qoşulduğunu bəyan edib:
    “Həmkarlarımla tamamilə razıyam. Dağlıq Qarabağda beynəlxalq hüquqa zidd vəziyyətə son qoyulmalı və münaqişə sülh yolu ilə həll olunmalıdır”. (https://twitter.com/olavgutting/status/1312010117953581056)

  • Фуад Ахундов на Первом канале: Я дам 1 млрд долларов тому, кто покажет факт передачи Нахчывана Азербайджану

    Оставаясь приверженными своим традициям, армяне продолжают выдумывать легенды, предъявляя территориальные претензии к Азербайджану, используя любые подвернувшиеся возможности.

    Очередной вброс, сам того не понимая, совершил армянский политолог Араик Степанян: в программе “Время покажет” на Первом телеканале он без зазрения совести стал утверждать, что в 1921 году Нахчыванская автономия была передана Азербайджану.

    Выступивший в программе завсектором администрации президента Азербайджана Фуад Ахундов рассказал о большом количестве фейков, распространяемых армянской стороной.

    “Хочу передать слова армянского ученого, чтобы вы поняли, как пользуются фейками. Это особенно касается армян и Араика.

    Есть армянский ученый, который говорит, что братья-армяне вас обманывают, а когда вас обманывают, то вас не уважают. Те, кто пишут историю о том, что Нахчыван передали Азербайджану, не уважают армянский народ. Я дам миллиард долларов тому, кто покажет факт передачи Нахчывана Азербайджану. Наоборот, территорию Зангезура передали Армении, в результате чего она оказалась между Азербайджаном и его автономией. В Армении огромное количество фейков об истории”.

    Ф.Ахундов также напомнил, что Армения оккупировала 20% территорий Азербайджана, и привел сравнение, что когда Гитлер дошел до Кавказа и Волги, было оккупировано всего 9% территорий СССР, и это называлось Великой Отечественной войной.

    “Для нас сейчас и это – Великая Отечественная война”, – сказал он.

    Фуад Ахундов также опроверг информацию о якобы переброске сирийских наемников для ведения боев в Нагорном Карабахе.

    “У нас население – 10 миллионов, у Армении – 2 миллиона, зачем нам наемники, если у нас сильная армия?”, – сказал он.

    Он напомнил, что бои шли всегда, правда, не такие крупномасштабные. 30 лет никто не пытался остановить Армению, не спрашивал, что армянский солдат делает на территории Азербайджана.

    Отвечая на вопрос о том, до каких пор может продолжаться контрнаступление азербайджанских войск, Ф.Ахундов сообщил, что решение об этом принимает Верховный главнокомандующий и привел аналогию, что народ требует идти до конца и выполнить резолюции Совбеза ООН, как и в 1943 году требовал идти до конца.

  • Fuad Axundov: “Naxçıvanın Azərbaycana verilməsi faktını göstərənə 1 milyard dollar verməyə hazıram”

    Ermənilər ənənələrinə sadiq qalaraq hər fürsətdə Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək yeni əfsanələr uydurmağa davam edirlər.

    Növbəti əsassız iddia erməni politoloq Arayik Stepanyan tərəfindən ortaya atılıb. Rusiyanın Birinci kanalında efirə gedən “Zaman göstərir” verilişinə qatılan erməni politoloq vicdanı sızlamadan iddia edib ki, Naxçıvan muxtariyyəti 1921-ci ildə Azərbaycana verilib.

    Verlişdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov erməni tərəfinin ortaya atdığı çoxlu sayda saxta məlumatlara cavab verib.

    “Naxçıvanın Azərbaycana təhvil verildiyi “tarixini” yazanlar erməni xalqına hörmət etmirlər. Naxçıvanın Azərbaycana verildiyi barədə faktı göstərəcək adama 1 milyard dollar verəcəyəm. Əksinə, həmin vaxt Zəngəzur ərazisi Ermənistana verildi, nəticədə Ermənistan Azərbaycanla Naxçıvan muxtariyyəti arasında oldu. Ermənistanda tarixlə bağlı çoxlu saxta məlumatlar var”, – deyə o bildirib.

    Eyni zamanda F.Axundov xatırladıb ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib. O, xatırladıb ki, İkinci Dünya Müharibəsi zamanı Hitler Şimali Qafqaz və Volqa boyunca SSRİ-nin ərazisinin cəmi 9 faizini işğal etdiyi üçün Böyük Vətən Müharibəsi elan olunub.

    “İndi isə bu bizim üçün Böyük Vətən Müharibəsidir”, – deyə o qeyd etdi.

    Fuad Axundov həmçinin suriyalı muzdluların Dağlıq Qarabağda Azərbaycan tərəfdən döyüşməsi ilə bağlı iddialara cavab verib.

    “Bizim 10 milyon, Ermənistanın isə 2 milyon əhalisi var. Bizim güclü ordumuz olduğu halda, muzdlulara nə ehtiyacımız var?”, – deyə o, qeyd etdi.

    F. Axundov döyüşlərin bu qədər geniş miqyasda olmasa da, daim davam etdiyini xatırladı. 30 ildir heç kim Ermənistanı dayandırmağa çalışmadı, erməni əsgərinin Azərbaycan ərazisində nə işinin olduğunu soruşmadı.

    Azərbaycan qoşunlarının əks-hücumunun nə qədər davam edəcəyi barədə sualı cavablandıran F. Axundov, bu qərarın Ali Baş Komandan tərəfindən verildiyini bildirərək, xalqın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra olunmasını tələb etdiyini xatırlatdı. Necə ki, 1943-cü ildə xalq sona qədər vuruşmağı tələb etdi.

  • Состояние Трампа ухудшилось, сообщили СМИ

    Состояние заразившегося коронавирусом Дональда Трампа ухудшилось, у него появились кашель и температура.

    Как передает Report со ссылкой на РИА Новости, об этом сообщает в пятницу издание Vanity Fair.

    “Двое республиканцев, находящиеся в тесном контакте с Белым домом, сообщили мне, что в число симптомов Трампа входят кашель и температура. О Меланье говорят, что она без симптомов”, – пишет автор статьи.

    По его словам, один из источников признал, что в Белом доме беспокоятся о здоровье президента из-за его возраста (Трампу 74 года).

  • Trampın səhhəti pisləşib

    Koronavirusa yoluxan ABŞ prezidenti Donald Trampın səhətti pisləşib, öskürək və qızdırma müşahidə olunur.

    “Report” xəbər verir ki, bu barədə “Vanity Fair” nəşrində məqalə dərc edilib.

    Məqalə müəllifinin sözlərinə görə, bu məlumatı ona “Ağ Evlə sıx təmasda olan” iki respublikaçı verib. Qeyd olunub ki, Melanya Tramp isə koronavirusu asimptomatik keçirir.

    Bildirilib ki, Prezident Administrasiyası 74 yaşlı Trampın səhhətindən narahatdır.

  • Kiyevdə yaşayan müsəlmanlar Azərbaycan üçün dua ediblər – VİDEO

    Azərbaycan Ordusuna və xalqına müxtəlif ölkələrdə yaşayan sadə insanların dəstəyi dayanmadan artır.

    Ukraynanın paytaxtı Kiyevdə yaşayan müsəlmanlar da öz dəstəklərini dini ayinləri zamanı göstəriblər. Belə ki, məsciddə namaz qılan müsəlmanlar Azərbaycan xalqı və ordusu üçün dualar ediblər.

    Həmin görüntüləri təqdim edirik: