Month: October 2020

  • Rusiya Azərbaycana suriyalıların “gəlməsini” araşdırdı

    Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Türkiyədən Azərbaycana 300 suriyalının göndərilməsi haqqında “Skay Nyus Arabia” və BBC-nin yaydığı və guya ABŞ Müdafiə Nazirliyinin məmurunun həqiqi olduğunu təsdiqlədiyi informasiyaları yoxlayıb. Rusiya Baş Qərargahı bunun erməni KİV-lərinin ortaya atdığı saxta xəbər olduğunu müəyyən edib.

    Bu barədə Axar.az-a Rusiya hökumətindəki mənbəyə istinadla adının açıqlanmasını istəməyən rusiyalı alim məlumat verib.

    “Əgər bu həqiqətən belə olubsa, o zaman bu informasiya Pentaqonun veb səhifəsində yerləşdirilərdi. Eləcə də Qarabağdan alınan son məlumatlar orada heç bir terrorçu qrup və ayrı insanların olmadığını göstərir”, – deyə mənbə bildirib.

  • Nurlan Həsənov: “Makronun açıqlaması hüququn aliliyi, sülh və ədalət prinsipləri ilə üst-üstə düşmür”

    Fransa prezidenti Emmanuel Makronun açıqlaması böyük təəssüf hissi yaradır.

    Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov Fransa prezidentinin son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla bağlı fikirlərini şərh edərkən deyib.

    O bildirib ki, ortada BMT Təhlükəsizlik Şurasının bəyannamələri, hamılıqla tanınan beynəlxalq hüquq norma və prinsipləri var:

    “Həmin hüquqi sənədlər isə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və Ermənistanın işğalçı dövlət olduğunu göstərir! O vaxt Fransa bu bəyannamələrin qəbul edilməsinə hətta dəstəyini bildirib! İndi nə dəyişib? Belə çıxır ki, Makron BMT Təhlükəsizlik Şurasının qətnamələrini, yəni ümumiyyətlə bu qurumu artıq heçə sayır! Bu, Fransanın ATƏT-in Minsk qrupunda həmsədr kimi obyektivliyini ciddi və açıq şəkildə sual altına salır!”

    Deputat bildirib ki, münaqişənin indiyədək sülh yolu ilə həll edilə bilməməsinin səbəblərindən biri də elə məhz bu kimi qeyri-obyektiv yanaşmalar olub:

    “Minsk qrupu indiyədək öz fəaliyyətini beynəlxalq hüquq normaları, hüququn aliliyi prinsipi ilə təşkil edə bilsəydi, münaqişə çoxdan həll olunar, regionda sülh bərqərar olardı! Beynəlxalq hüququ heçə sayan bir qurumdan obyektiv şəkildə sülhü təmin etməsini gözləmək nə dərəcədə doğru olar? Minsk qrupunda həmsədr olan ölkənin prezidenti nə üçün separatçılığı dəstəkləyir?

    Makronun bu açıqlaması elə Avropa dəyərlərinə ziddir, hüququn aliliyinə, sülh və ədalət prinsipləri ilə üst-üstə düşmür! Azərbaycan hər zaman sülh arzusunda olub, müharibəni, etnik qarşıdurmanı pisləyib. Azərbaycan sadəcə öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Çətin zamanlarda kim dost, kim düşməndir – daha yaxşı ayıra bilirik! Bu baxımdan qardaş Türkiyənin Azərbaycanın haqq mübarizəsində birmənalı, qarşılıqsız dəstəyini Azərbaycan xalqı heç vaxt unutmayacaq!”

  • Prezident İlham Əliyev Bosniya və Herseqovinanın dövlət başçısına təşəkkür edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçə məktub ünvanlayıb.

    APA-nın məlumatına görə, mətndə deyilir:

    “Hörmətli cənab Sədr,

    Sizə səmimi salamlarımı yetirir, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı Bosniya və Herseqovinanın obyektiv mövqeyinə görə Sizə öz adımdan və Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm.

    Cari ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti boyu yaşayış məntəqələrimizin və hərbi birləşmələrimizin mövqelərinin ağır artilleriya qurğularından atəşə tutulması nəticəsində hərbi qulluqçularımız, 20-yə yaxın mülki şəxsimiz, o cümlədən iki uşaq həlak olmuş, 50-dən çox mülki şəxs yaralanmışdır. Bu hərbi təcavüzün qarşısının alınması məqsədilə Azərbaycan Ordusu zəruri əks-hücum tədbirlərini həyata keçirir.

    Bu təxribat Ermənistanın ölkəmizə qarşı 30 ildən artıq yürütdüyü işğalçılıq siyasətinin davamıdır. Son vaxtlar, xüsusilə də iyul-avqust aylarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatlar müntəzəm xarakter almış, bu ölkənin hərbi-siyasi rəhbərliyi danışıqlar prosesini şüurlu şəkildə sarsıtmağa yönəlmiş təcavüzkar bəyanatlar səsləndirmişdir. Eyni zamanda, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində xarici vətəndaşların qeyri-qanuni məskunlaşmasını həyata keçirmiş, torpaqlarımızda vuruşmaq üçün on minlərlə könüllüdən ibarət hərbi birləşmələr yaratmışdır.

    Azərbaycan Ordusu öz doğma torpağında ölkəmizin ərazi bütövlüyünü müdafiə edir və bundan sonra da edəcəkdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, əzəli tarixi torpağımızdır. Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunması ilə bağlı Bosniya və Herseqovinanın ədalətli mövqeyinə görə Sizə bir daha təşəkkür edirəm. Ölkənizin Azərbaycana göstərdiyi bu dəstəyi xalqımız yüksək qiymətləndirir.

    İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

    Sizə ən xoş arzularımı yetirir, dost Bosniya və Herseqovina xalqına daim rifah və əmin-amanlıq diləyirəm”.

  • Заместитель премьера Армении намерен привезти вооружение из России на гражданском самолете

    Заместитель премьер-министра Армении Мгер Григорян отправился с визитом в Москву.

    Как сообщили АПА дипломатические источники, официально целью визита М.Григоряна является проведение встречи с российским коллегой Алексеем Оверчуком, но в действительности все не так.

    М.Григорян отправился в Москву на гражданском самолете. Он намерен погрузить в него оружие и боеприпасы, чтобы доставить их в Армению через воздушное пространство Грузии.

    Отметим, что в соответствии с правилами Международной организации гражданской авиации и Международной конвенцией гражданской авиации, перевозить оружие в гражданских самолетах запрещено.

    В связи с этим российское бюро АПА отправляет запрос в Министерство иностранных дел и Министерство обороны России.

  • Ermənistan Baş Nazirinin müavini Rusiyadan mülki təyyarədə silah gətirməyə çalışır

    Ermənistan Baş Nazirinin müavini Mher Qriqoryan Moskvaya səfərə gedib.

    APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, M.Qriqoryanın səfərinin rəsmən rusiyalı həmkarı Aleksey Overçukla görüş olduğu bildirilsə də, əslində o, başqa məqsədlə Rusiyaya gedib.

    Ermənistana məxsus mülki təyyarə ilə Moskvaya gedən M.Qriqoryan bu təyyarəyə silah-sursat yükləyərək onu Gürcüstanın hava məkanı üzərindən Ermənistana gətirməyə çalışır.

    Qeyd edək ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının müəyyən etdiyi qaydalara və Beynəlxalq Mülki Aviasiya Konvensiyasına əsasən, mülki təyyarələrdə silah daşınması qanunla qadağandır. APA-nın Rusiya bürosu bununla bağlı Rusiya Xarici İşlər və Müdafiə nazirliklərinə sorğu ünvanlayıb.

  • Azərbaycan könüllüləri müharibə ilə bağlı bəyanat yaydı – FOTO

    Bu gün ölkənin aparıcı könüllü təşkilatlarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

    Görüş zamanı Azərbaycan könüllülərinin ordumuza dəstək istiqamətində fəaliyyətləri ilə bağlı təkliflər müzakirə edilərək, aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək ictimai birliyinin sədri Sevinc Orucovanın, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynovun və cəbhə bölgəsində yaşayan könüllülərin video müraciətləri dinlənilib.

    Görüşdə Azərbaycan Könüllüləri adından Bəyanat qəbul edilib. Bəyanatda bildirilir:

    “Azərbaycanda fəaliyyətdə olan on minlərlə könüllünü birləşdirən könüllü təşkilatları dövlətimiz, ordumuz və Ali Baş Komandanımızla həmrəylik ifadə edir, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixində başladığı hərbi təxribata cavab olaraq, əhalimizin təhlükəsizliyinin təmin olunması və işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə həyata keçirilən əks-hücumu dəstəkləyir. İnanırıq ki, cənab Prezident İlham Əliyevin polad iradəsi, əsgərlərimizin mübariz ruhu və zabit-gizir heyətinin yüksək peşəkarlığı ilə torpaqlarımız erməni qəsbkarlarından təmizlənəcək, 30 ilə yaxındır ki, öz doğma yurd-yuvalarından didərgin düşmüş bir milyondan artıq soydaşımız evlərinə qayıdacaq.

    Biz könüllülər son illərdə ölkəmizdə təşkil edilən iri miqyaslı beynəlxalq idman və mədəniyyət tədbirlərində, dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında, təbiətimiz və mədəni-tarixi abidələrimizin qorunmasında, qan ehtiyatlarının tədarük olunmasında, çətin günlərdə – COVID-19 pandemiyası zamanı ahıl, ehtiyacı olan vətəndaşlarımıza qayğı göstərilməsində və ictimai maarifləndirmədə, müharibə şəraitində ordumuza və evləri dağıdılmış vətəndaşlarımıza humanitar yardım toplanılmasında hər zaman ön cərgədə, ön cəbhədə olduq və hazırda da bu şərəfli işi sidq ürəklə davam etdiririk.

    Ən əsası, Ali Baş Komandanın ölkədə qismən səfərbərlik elan edilməsi ilə bağlı sərəncamından ruhlanaraq torpaqlarımızın müdafiəsi uğrunda könüllü əsgər kimi ordumuzun sıralarına yazıldıq, bir çoxlarımız cəbhəyə düşmənə layiq olduğu cavabı verməyə yollandıq. Cənab Prezidentin bu ili könüllülük ili elan etməsi ilə bərabər, könüllü təşkilatlarının nümayəndələrinin könüllü kimi ön cəbhəyə yollanması, könüllülük təntənəsinin baris nümunəsi sayıla bilər. Bu gün cəmiyyətdə, xüsusilə də gənclər arasında hökm sürən misli görünməmiş ruh yüksəkliyi, cəbhədən gələn qələbə xəbərləri, dövlət başçımızın beynəlxalq tribunalarda çıxışları gözlədiyimiz zəfər gününün yaxın olduğunun göstəricisidir. Azərbaycan Könüllüləri olaraq:

    ● Könüllü fəaliyyətimizin zirvəsi kimi Cənab Ali Baş Komandanın əmri ilə hər an Vətən uğrunda hərbi xidmətə hazır olduğumuzu bəyan edirik.

    ● Arxa cəbhədə hərbi qulluqçularımıza dəstək olmaq üçün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bütün vətəndaşları müasir informasiya platformaları üzərindən fəal iştiraka səsləyirik.

    ● Döyüş bölgəsində olan hər bir Azərbaycan əsgərinin həyatı üçün hər kəsi sosial mediadan düzgün istifadə etməyə, rəsmi mənbəyi olmayan və hərbi sirri özündə əks etdirən məlumatlar paylaşmamağa, düşmən tərəfindən yaradılmış saxta profillərlə yayılan yalan məlumatlara qarşı ayıq-sayıq olmağa çağırırıq.

    ● Artıq 30 ildir ki, Ermənistanın Azərbaycana qarşı davam edən işğalçı siyasətinə son qoyulması yönündə ciddi tədbirlərin görülməsi üçün dünya gəncliyini və könüllülərini birgə fəaliyyətə dəvət edirik!

    Beynəlxalq ictimaiyyət bilməlidir ki, hazırkı əks-hücumlarla Azərbaycan öz torpaqlarını işğalçı ölkədən azad etmək istəyir, hərbi əməliyyatlar məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aparılır və ölkəmizin heç kimin torpağında gözü (və ya iddiası) yoxdur. Biz tarixi ədalətin bərqərar olacağına, Azərbaycanın beynəlxalq hüquqa söykənən haqlı mübarizəsinin zəfərlə başa çatacağına əminik! Allah Ordumuzu qorusun! Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”

  • Посол Узбекистана: Карабахский конфликт должен быть решен на основе территориальной целостности Азербайджана

    Армяно-азербайджанский нагорно-карабахский конфликт должен быть разрешен на основе территориальной целостности Азербайджана.

    Об этом в интервью журналу “Регион плюс” заявил посол Узбекистана в Азербайджане Бахром Ашрафханов.

    “Мы убеждены, что мирное урегулирование нагорно-карабахского конфликта должно проходить при соблюдении принципов суверенитета и территориальной целостности Азербайджана”, – сказал дипломат, отвечая на вопрос “какова позиция Узбекистана по нагорно-карабахскому конфликту и контрнаступательной операции ВС Азербайджана?”.

    “Хотел бы отметить, что в Узбекистане вызывает крайнюю обеспокоенность эскалация напряженности в отношениях между Азербайджаном и Арменией. Использование военной силы в ходе противостояния может привести к многочисленным человеческим жертвам с обеих сторон”, – добавил Бахром Ашрафханов.

    Узбекская сторона, по словам посла, вновь подтверждает важность укрепления отношений дружбы, добрососедства и взаимного доверия, мирного разрешения спорных вопросов на пространстве СНГ строго в соответствии с нормами международного права.

    Б.Ашрафханов отметил, что не менее важным фактом является тесное сотрудничество Узбекистана и Азербайджана в международных организациях.

    “Мы однозначно и твердо поддерживаем позиции друг друга по различным вопросам и проблемам”, – подчеркнул он.

    Свяжитесь с нами

  • Özbəkistanın səfiri: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdı

    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

    Bu sözləri Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov “Region Plus” jurnalına verdiyi müsahibəsində deyib.

    “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə uyğun şəkildə həyata keçməlidir”.

    Diplomat “Özbəkistanın Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ilə bağlı mövqeyi nədir?” sualını cavablandırarkən belə söyləyib.

    “Qeyd etmək istərdim ki, Azərbaycan və Ermənistan münasibətlərindəki gərginliyin artması Özbəkistanda narahatlığa səbəb olub. Qarşıdurma zamanı hərbi gücün tətbiqi hər iki tərəfdə çoxsaylı itkilərə səbəb ola bilər”, deyə Bəhram Əşrəfxanov əlavə edib.

    Səfirin sözlərinə görə, Özbəkistan tərəfi dostluq, mehriban qonşuluq və münasibətlərdə qarşılıqlı etimadın möhkəmləndirilməsini, MDB məkanındakı mübahisəli məsələlərin beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə həll olunmasının vacibliyini bir daha vurğulamağı vacib bilir.

    B. Əşrəfxanov Özbəkistanla Azərbaycan arasında beynəlxalq təşkilatlardakı sıx əməkdaşlığın az əhəmiyyət daşımadığına da toxunub.

    “Biz müxtəlif məsələlərdə və problemlərdə bir-birimizin mövqelərini birmənalı və qətiyyətlə dəstəkləyirik”, – deyə diplomat fikrini tamamlayıb.

  • Erməni pul vahidi dramın devalvasiyası qaçınmazdır

    “Ermənistanın valyutası ilin əvvəlindən devalvasiyaya uğrayır. Dramın qiyməti tez-tez dəyişir. Həmçinin, ölkənin tədiyyə balansı kəsrlə üzləşib. İyul ayına olan göstəricilərə əsasən, cari əməliyyatlar hesabında 1 milyard dollar kəsr formalaşıb. İstər tədiyyə balansı, istərsə də cari əməliyyatlar balansı kəsrinin ilin sonuna qədər davam etməsi gözlənilir. Bu halda erməni pul vahidi olan dramın devalvasiyası qaçınılmazdır”.

    Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı “Ermənistanın resurs müharibəsindəki perspektivsizliyi” mövzusunda keçirilən mətbuat konfransında çıxış edərkən deyib.

    “Ermənistan COVID-19 pandemiyası fonunda xarici borclanmanı daha da dərinləşdirib. Həmçinin, pandemiya ilə mübarizədə də lazımi nəticələr əldə edilməyib. Ermənistan COVID-19 statistikasına görə, dünyadan ən pis 24-cü, postsovet məkanında isə ən pis 1-ci ölkədir” – deyə, o bildirib.

    İcraçı direktor əlavə edib ki, Ermənistan yürütdüyü işğalçılıq siyasəti ilə öz iqtisadiyyatını risk qarşısında qoyur, bu halda ölkəyə sərmayə qoyuluşu da azalır ki, bununla da Ermənistan kimi bir ölkənin iqtisadiyyatını bərpa etməsi mümkün olmayacaq:

    “Ermənistanın işğalçı siyasətinin nəticəsini sadə erməni vətəndaşları ödəyir. Bu gün hər bir erməni vətəndaşının 2 000 dollardan artıq xarici borcu var. Hər bir vətəndaş münaqişə dövründə əlavə borclanacaq və əlavə sosial məhrumiyyətlərlə üzləşəcək.

    Ölkənin xarici borcunun da artması gözlənilir. Ölkəyə veriləcək kredit və borcların şərtləri daha da sərtləşdiriləcək. Ermənistan bu borcu artırmaqla gələcək nəsilləri ciddi maliyyə yükünün altında qoyur. Ölkə rəhbərliyi resurs müharibəsində əhalisinin maraqlarını nəzərə almır”.

    V. Qasımlı qeyd edib ki, Ermənistanda qida təhlükəsizliyi ilə qarşılaşmış əhalinin sayı 15,3 faizdir:

    “Ermənistanda faktiki olaraq 6 faiz əhali aclıq çəkir, bu rəsmi rəqəmdir. Hər 4 nəfərdən biri yoxsulluq səviyyəsində yaşayır”.

  • “İrşad Electronics” cəbhədə şəhid olan və yaralanan hərbçilərin kredit borcunu tam siləcək

    Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri “İrşad Electronics” Qarabağda gedən zəfər döyüşləri müddətində şəhid olan və yaralanan hərbçilərin kredit borclarını tam siləcək.

    Satış və Xidmət Departamentinin direktoru Aris Şıxəliyev bildirib ki, bu gün ordu sıralarında xidmət edən hər kəs Vətənə müqəddəs borcunu ödəyir, Vətənimizi göz bəbəyi kimi qoruyur, millətimizə daim başucalığı gətirirlər:

    “Hərbçilərimizin qələbə xəbərlərini gözləyir və sağ-salamat evlərinə dönmələrini arzulayırıq. Torpaqlarımızın azad olunması uğrunda döyüşən hərbçilərimiz arasında şəhid olan və ya yaralananlar olarsa, onların kredit borcları tam silinəcək. Vətən borcunu ödəyənlərin başqa bir borcu ola bilməz”.

    Qeyd edək ki, ötən günlərdə şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini də artıq dondurub. Həmçinin Qarabağ uğrunda döyüşlərə səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 100 ailəyə 30 000 manat həcmində birdəfəlik maddi yardım ayırıb. Bundan əlavə, ordumuza dəstək olmaq məqsədi ilə “İrşad Electronics” Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat köçürüb.

    Şirkət ordumuzun zəfər yürüşləri ilə fəxr edir və döyüşlərdə ordumuza qoşulan əməkdaşları da daxil olmaqla bütün hərbçilərin sağ salamat, şad xəbərlə qayıtmalarını arzulayır.

    Artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərən “İrşad Electronics” müştərilərə məhsul çeşidi təklifini və xidmət səviyyəsini artırmaq məqsədilə portfelində olan brendlərin, məhsul modellərinin sayını genişləndirib. Hazırda, Azərbaycanda 33 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 22-i Bakıda, 1-i Masazırda, 1-i Xırdalanda, digərləri isə regionlarda yerləşir.