Month: October 2020

  • Millət vəkili: “Fransa həmsədr olduqca sülh prosesinin müsbət nəticə verəcəyini gözləmək əbəsdir”

    “Azərbaycan cəmiyyətində zaman-zaman ATƏT-in Minsk qrupunun vasitəçilərinin dəyişilməsi ilə bağlı tələblər və çağırışlar səslənib. Həmsədrlərdən biri – Fransa Prezidenti Makronun nümayiş etdirdiyi açıq tərəfkeşlik göstərir ki, bu ictimai tələb haqlı olub”.

    “Qafqazinfo” xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emanuel Makronun Dağlıq Qarabağ problem ilə bağlı səsləndirdiyi son bəyanatlarını şərh edən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

    E.Allahverdiyevin sözlərinə görə, Fransa Azərbaycanın xarici siyasətində hər zaman önəmli yer tutub. Dövlət başçımız dəfələrlə Fransada rəsmi səfərdə olmaqla bu dövlətə xoş münasibətini nümayiş etdirib:

    “Fransa biznesi Azərbaycan iqtisadiyyatında təmsil olunur və bir sıra iri layihələrin iştirakçılarıdır. Fransanın neft şirkətləri hələ “Əsrin müqaviləsi”nin imzalanmasından bizim neft sektorumuzda təmsil olunublar. Azərbaycan dövləti tərəfindən Fransa şirkətlərinə hər zaman xoş münasibət bəslənilib və onların ölkəmizdə işləməsi üçün hər cür şərait yaradılıb. Azərbaycan Fransaya yatırımlar edib. Azərbaycan dövləti bu ölkədə son illər bir sıra layihələr həyata keçirib, tarixi yerlərin bərpasına maliyyə vəsaiti ayrılıb”, – deyən deputatın fikrincə, bu ölkənin liderinin davranışı sadəcə təəssüf doğurur.

    “Fransa həmsədr olaraq neytrallığını qorumalı və tərəfkeşlik etməməlidir. Birincisi, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, işğal olunmuş torpaqlarımız da daxil olmaqla. İkincisi, Fransa Dağlıq Qarabağdakı xunta rejimini tərəf kimi tanımayıb. Üçüncüsü, Fransa BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun işğal olunmuş torpaqlarımızdan çıxmasına dair dörd qətnaməsinə səs verən beş dövlətdən biridir”, – deyən millət vəkili soruşur:

    “Bu halda Makronun açıq şəkildə Ermənistana və separatçılara dəstək verməsini necə başa düşməliyik? Makron deyir ki, Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçməsinə imkan verə bilməzlər. Bu bəyanatı vasitəçi dövlətin başçısı nə səbəbdən deyir?”

    Elnur Allahverdiyevin sözlərinə görə, indiyədək Fransanın heç bir prezidenti belə bəyanat verməyib:

    “Bu, ilk növbədə Fransanın özünün beynəlxalq aləmdəki nüfuzu və reputasiyası üçün ləkə və qüsurdur. İndidən belə dünyada Fransaya ədalət baxımından etibar etmək olarmı?”

    Deputatın dediyinə görə, Makron tək Azərbaycan deyil, bir sıra digər ölkələrin də daxili işlərinə müdaxilə edir:

    “Hazırda Belarusun daxili siyasi həyatına təsir edən bəyanatlar verir. Rusiyanın daxili işlərinə qarışır. Qardaş Türkiyənin suveren hüquqlarını təhdid edir. Sual olunur ki, nə səbəbdən həmsədrlərdən yalnız Makron canfəşanlıq edir? Niyə Rusiya və ABŞ-dan bu davranışı görmürük? Ola bilsin, Makron bunu gələcək seçkilərə görə edir ki, ölkəsindəki erməni lobbisinin dəstəyini itirməsin. Ancaq onun bu davranışı heç bir halda Fransa kimi dövlətin rəhbərinə yaraşmır və təəssüf doğurur”.

    E.Allahverdiyevin fikrincə, dünya ictimaiyyəti qarşısında sərt və konkret tələb qoyulmalıdır:

    “Biz qəti şəkildə Minsk qrupu həmsədrlərinin tərkibinin dəyişilməsi və Fransanın bu “üçlük”dən uzaqlaşdırılmasını tələb etməliyik. Azərbaycan cəmiyyətində Makrona etimad yoxdur və bu, Fransanın vasitəçilik missiyasına kölgə salır. Bir tərəfdən bizi danışıqlar masası arxasına oturmağa çağırırlar, digər tərəfdən isə həmsədrlərdən birinin lideri açıq-aşkar tərəfkeşlik edir. Fransa prezidentinin bu hərəkətləri problemin sülh yolu ilə nizamlanma perspektivlərini heçə endirir. Fransa həmsədr olduqca, sülh prosesinin müsbət nəticə verəcəyini gözləmək əbəsdir”.

    E.Allahverdiyev deyib ki, görünür, XXI əsr olmasına baxmayaraq, Fransa tarixindən ibrət çıxarıb, bir dövlət olaraq dünyagörüşündə dəyişiklik edə bilməyib:

    “Bu ölkə Əlcəzairdə soyqırımı törətmiş ölkədir. Fransa 132 ilə 1,5 milyon əlcəzairliyə qarşı soyqırımı törədib. Belə tarixi olan ölkədən sülh naminə vasitəçilik gözləmək olarmı?”

    Xatırladaq ki, Fransa Prezidenti Azərbaycanı hərbi əməliyyatlarda “Suriyadan gətirilən terrorçuları istifadə etməkdə” suçlayıb. Daha sonra isə bildirib ki, Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçməsinə imkan vermək olmaz.

  • Paris və Nant şəhərlərinin küçələrini “Qarabağ Azərbaycandır!” plakatları bürüyüb – FOTO

    Fransanın Paris və Nant şəhərlərinin küçələrini Azərbaycanı dəstəkləyən şüarlar yazılmış plakatlar bürüyüb.

    Fransada yaşayan Azərbaycan icması üzvlərinin təşkil etdikləri aksiyalar zamanı “Dağlıq Qarabağda erməni təcavüzünə son!”, “Dağlıq Qarabağ Azərbaycandır!”, “İşğal olunmuş əraziləri azad edin!” şüarlarını əks etdirən plakatlar əhalinin sıx yaşadığı rayonlarda xüsusi yerlərə yapışdırılıb.

    Soydaşlarımız yerli sakinlərin diqqətini Azərbaycanın işğal olunmuş torpaqlarına cəlb edəcək bu aksiyanı Fransanın digər şəhərlərində də davam etdirəcəklər.

  • Пожелания Мехрибан Алиевой в связи с Карабахом широко освещены в турецких СМИ – ФОТО

    Авторитетные турецкие СМИ широко осветили публикации в связи с вражескими провокациями и обострением ситуации на фронте, размещенные в соцсетях Первым вице-президентом Азербайджана Мехрибан Алиевой, сообщает АЗЕРТАДЖ.

    В “Анадолу”, Sabah, Yeni şəfəq, Hüriyyət, Takvim и других популярных информагентствах опубликованы и представлены широкой читательской аудитории соответствующие статьи.

    Было отмечено, что в своих публикациях Первый вице-президент выразила признательность турецкому народу и лично президенту Реджепу Тайипу Эрдогану за оказанную искреннюю поддержку.

    В турецких СМИ также приведен фрагмент одной из публикаций Мехрибан Алиевой:

    “Сегодня мы – азербайджанцы, как никогда, едины в помыслах, действиях и молитвах! Пусть Великий Бог хранит азербайджанский народ в его священной борьбе

    Пусть Всевышний дарует каждому азербайджанцу возможность поцеловать священную землю Карабаха!

    Да упокоит Аллах души наших шехидов! Пусть земля им будет пухом!”







  • Mehriban Əliyevanın Qarabağla bağlı arzuları Türkiyə mediasında geniş işıqlandırılıb – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi sosial şəbəkə hesablarından Ermənistanın işğalçılıq siyasəti və davamlı təxribatlarının daha da intensivləşməsi nəticəsində iki ölkə arasındakı mövcud gərginliyin hərbi qarşıdurma vəziyyətinə gəlməsi barədə paylaşımları Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

    AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi, “Sabah”, “Yeni şəfəq”, Hüriyyət”, “Təqvim” və digər populyar qəzetlər, eləcə də nüfuzlu xəbər portalları bu məlumatı geniş oxucu auditoriyasına təqdim ediblər.

    Bildirilir ki, paylaşımda Azərbaycan dövlətinin heç vaxt başqasının torpaqlarına iddialı olmadığı, heç zaman insanlığa qarşı cinayət törətmədiyini diqqətə çatdıran Birinci vitse-prezidenti Mehriban Əliyeva göstərilən səmimi dəstəyə görə Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını ifadə edib.

    Qardaş ölkə KİV-lərində Birinci vitse-prezidentin aşağıdakı fikirləri də yer alıb:

    “Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!

    Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!

    Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!”







  • Düşmənin səhra idarəetmə məntəqəsi göyə sovruldu – VİDEO

    Müdafiə Nazirliyi düşmənin səhra idarəetmə məntəqəsi, üzərindəki Ermənistan bayrağı və qondarma rejimin asılan əski parçasının göyə sovurulması, eləcə də, tanklarının məhv edilməsinin videogörüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Ön cəbhədə istifadə üçün “pikap” tipli avtomobillər təqdim edildi – FOTO

    Azərbaycan Avtomobil Federasiyası Ermənistanın sentyabrın 27-dən başlayan təxribatlarına qarşı hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna, ərazilərimizin bütövlüyü uğrunda döyüşən hərbçilərimizə dəstək məqsədi ilə ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olan “pikap” tipli avtomobillər təqdim edib.

    Federasiyadan bildirilib ki, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsinə, eləcə də, düşmənə qarşı son günlər aparılan uğurlu hərbi əməliyyatlara töhfə vermək üçün 10 ədəd “pikap” tipli avtomobil ön cəbhədə yolsuzluq şəraitində istifadə məqsədilə təhvil verilib.





  • Ermənilər Bərdə və Tərtəri intensiv artilleriya atəşinə tutur – RƏSMİ

    Ermənistan Silahlı Qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Кадры освобожденных сегодня территорий Азербайджана – ВИДЕО

    Азербайджанское государственное телевидение (AzTV) подготовило репортаж из территорий, освобожденных от оккупации в результате контрнаступательной операции нашей армии утром 2 октября.

  • Bu gün işğaldan azad edilən torpaqlardan görüntülər – VİDEO

    Azərbaycan Dövlət Televiziyası ordumuzun əks-hücumu nəticəsində bu gün səhər saatlarında düşmən işğalından azad edilən torpaqlardan reportaj hazırlayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Madagiz ətrafındakı yüksəkliklərin azad edilməsi hansı üstünlükləri qazandırır? – VİDEO

    Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatları davam edir. Cəbhədə gərginliyin başladığı vaxtdan düşmənin hərbi birləşmələrini darmadağın edən və ermənilərə göz dağı verməyi bacaran Azərbaycan ordusu bu gecə Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib.

    Bəs bu yüksəkliklərin bizdə olması Azərbaycana hansı üstünlükləri qazandırır?

    Bu barədə Baku TV-yə danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, döyüşlərdə əldə edilən uğurlar və əhəmiyyətli yüksəkliklərin azad olunması həm Azərbaycan əsgərində, həm də insanlarda böyük ruh yüksəkliyi yaradır:

    “Artıq məğlubiyyətinin son akkordlarını yaşayan düşmən geri çəkildikcə öz iyrənc əməllərinin sayını daha da artırır. Ağır artilleriyadan istifadə edərək mülki əhalini atəşə tutur və bununla da insanlar arasında təşviş yaratmağa çalışır. Lakin güclü ordumuz tərəfindən düşmənin bu cəhdlərinin də qarşısı uğurla alınır.

    Döyüşlərdə əldə edilən uğurlar və əhəmiyyətli yüksəkliklərin azad olunması həm Azərbaycan əsgərində, həm də insanlarda böyük ruh yüksəkliyi yaradır. Hər an qələbə xəbəri paylaşmaq arzusuyla…”