Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində düşmən hərbi texnikasını döyüş meydanında qoyaraq geriləməkdədir.
Ordumuz tərəfindən ələ keçirilmiş hərbi qənimətin fotolarını Şakir Əminbəyli yayıb.
Həmin fotoları təqdim edirik:










Ermənilər tələm-tələsik Dağlıq Qarabağdan qaçırlar.
Təqdim olunan videoda erməni qadın Ağdərədən qaçmaq məcburiyyətində qalmasından danışır.
“Bizdə vəziyyət çox pisdir, orada yaşamaq mümkün deyil… Hər şey dağılıb, evlər yoxdur, hətta ağaclar yanır. Körpülər və yollar dağılıb”, – deyə o, şikayətlənir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) üçrəngli bayrağımız altında xarici sularda istismar olunan gəmilərində üzən dənizçiləri Azərbaycanın haqq işinə və Milli Ordumuzun qətiyyətli mübarizəsinə dəstək nümayiş etdiriblər.
Dənizçilər çalışdıqları gəmilərin göyərtəsində əllərində Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” fikrini əks etdirən posterlə foto çəkdirib və bu fotoları #Karabakh #AllForKarabakh #KarabakhIsAzerbaijan həştəqlərindən istifadə edərək sosial şəbəkələrdə paylaşıblar.
Vətəndən uzaqda çalışan dənizçilər bu yolla Ermənistanın yalanlarına və təcavüzkar siyasətinə qarşı çıxdıqlarını, Qarabağın Azərbaycana məxsus olduğunu diqqətə çatdırıblar.
Bu təşəbbüsə #ASCO-nun Xəzərdənkənar sularda fəaliyyət göstərən “Şair Vaqif”, “Şair Sabir”, “Natəvan”, “Hüseyn Cavid”, “Laçın”, “Gəncə” gəmiləri qoşulub.
Bir daha vurğulayaq ki, Azərbaycan dənizçiləri harada üzmələrindən asılı olmayaraq, hər zaman Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşiblər. Fədakar dənizçilər Milli Ordumuzla fəxr edir, xalqımıza davamlı qələbə sevincləri arzulayırlar.






Агрессия Армении против Азербайджана наносит ущерб не только нашим соотечественникам, но и тысячелетним историко-культурным памятникам, святыням и кладбищам.
Армяне, разрушившие исторические и религиозные памятники на наших оккупированных территориях, хотят стереть как наше историческое прошлое, так и нашу духовную память с наших исконных земель.
Как сообщает региональный корреспондент АЗЕРТАДЖ, армяне, наряду с жилыми домами и объектами гражданской инфраструктуры, расположенными вблизи линии фронта, также подвергают артиллерийскому обстрелу кладбища.
Очередной целью армянских вандалов стало кладбище села Гаджилар Агджабединского района. В результате попадания снарядов были повреждены многие надгробия.
Представляем читателям фотографии с кладбища в селе Гаджилар.






Ermənistanın Azərbaycana qarşı təcavüzündən təkcə soydaşlarımız deyil, yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, qəbiristanlıqlarımız da zərər görür. İşğal altında olan ərazilərimizdəki tarixi-dini abidələri məhv edən ermənilər dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cəbhə xəttinə yaxın məsafədə yerləşən yaşayış məntəqələrində vətəndaşlara məxsus evlər, mülki infrastruktur obyektləri ilə yanaşı, qəbiristanlıqlar da ermənilərin artilleriya atəşinə məruz qalır. Erməni vandallarının növbəti hədəfi Ağcabədi rayonu Hacılar kənd qəbiristanlığı olub. Qəbiristanlığa düşən mərmilərin partlaması nəticəsində bir çox qəbir daşları zədələnib.
Hacılar qəbiristanlığından fotoları təqdim edirik.






Azərbaycan ordusunun cəbhə bölgəsində apardığı uğurlu əks-hücum əməliyyatı nəticəsində işğaldan azad edilmiş ərazilərdə düşmənin silah-sursatı hərbi qənimət kimi ələ keçirilib.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan ordusunun qarşısından geri çəkilən düşmən ordusu silah-sursatı ataraq geri çəkilməyə məcbur olur.
Hərbi qənimətlərin görüntülərini təqdim edirik:
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ermənilərin beynəlxalq hüquq normalarını pozmasından danışıb.
O bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir:
“Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir. Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir. Bildiririk ki, Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcəkdir”.
Beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə tutmağa davam edir. Şanlı ordumuzla döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən düşmən Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan yetirir.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, çirkin əməllərini davam etdirən Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Tərtər rayonunun mərkəzində vətəndaşa məxsus təsərrüfat obyektində yanğın hadisəsi baş verib. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb, obyektin bir hissəsi yanğından mühafizə olunub.
Ağdam rayonunun Xındırıstan kəndinə atılan düşmən mərmisinin təsərrüfat sahəsində səbəb olduğu yanğın yanğınsöndürmə qüvvələri tərəfindən qısa müddətdə sondürülüb. Bundan başqa, Ağgöl Milli Parkının Ağcabədi rayonu ərazisinə, Tərtər rayonunun Şıxarx qəsəbəsinə, Füzuli rayonunun Horadiz şəhərinə atılan mərmilərin törətdiyi yanğınlara müdaxilə edilməsi düşmənin ərazini atəş altında saxlaması səbəbindən mümkün olmayıb.
Həmçinin, Ağgöl Milli Parkının Ağcabədi rayonu ərazisinə və Kəbirli kəndinə düşən mərmilərin zərərsizləşdirilməsi ilə əlaqədar yanğınsöndürmə qüvvələrinin növbətçiliyi təşkil edilib.
Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.