Month: October 2020

  • İşğaldan azad edilən ərazilərimizin nə qədər sakini var? – SİYAHI

    Sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizin sakinlərinin sayı açıqlanıb.

    Bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi siyahı yayıb.

    Həmin siyahını təqdim edirik:

    Füzuli rayonu:

    Qaraxanbəyli – 700 ailə, 2600 nəfər

    Qarbənd – 245 ailə, 1800 nəfər

    Horadiz Kənd – 960 ailə, 4000 nəfər

    Yuxarı Əbdülrəhmanlı – 562 ailə, 2500 nəfər

    Aşağı Əbdülrəhmanlı – 320 ailə, 1500 nəfər

    Cəbrayıl rayonu:

    Böyük Mərcanlı – 2518 ailə, 10103 nəfər

    Nüzgar – 264 ailə, 1031 nəfər.

  • Минуло 28 лет со дня оккупации Ходжавенда

    Полная оккупация Ходжавендского района Нагорно-Карабахского региона Азербайджана завершилась второго октября 1992 года.

    Позже в месте Наргизтепе продвижение врага было приостановлено. На сегодняшний день под оккупацией армян находится свыше 85% территории района.

    Во время оккупации Ходжавендского района армянские захватчики убили 145 местных жителей, в том числе женщин и детей. Таким образом, жертвой армянской агрессии стал каждый 50-й азербайджанец, проживавший в Ходжавендском районе. Более 300 жителей района получили увечья или стали инвалидами, 243 ребенка потеряли одного из своих родителей, 68 женщин стали вдовами. В различное время оккупантами было захвачено в заложники 110 мирных жителей, 49 из которых были жестоко убиты в армянском плену.

    Во время ожесточенных боев в 1993-1994 годах азербайджанским войскам удалось вернуть часть оккупированных территорий района.

  • Xocavəndin işğalından 28 il ötür

    Xocavəndin işğalından 28 il ötür.

    2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

    Ermənistanın silahlı işğalı nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi yandırılaraq, əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq, viran edilib.

    Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək, yararsız hala salınıb.

    İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla bərabər, rayonun bitki və meşə örtüyünə də külli miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri məhv edilib.

    Dörd ay mühasirədə qalan Qaradağlı kəndinə ermənilərin hücumu nəticəsində 77 nəfər şəhid olub, 110 kənd sakini girov götürülüb. Sonradan onların 49 nəfəri amansızlıqla qətlə yetirilib.

    Ümumilikdə, xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla, 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.

  • General-mayor: “Hərbçilərimizin döyüş əzmi qələbəmizi təmin edəcək”

    “Hərbi birliyin şəxsi heyətinin amalı qələbəni təmin etmək naminə son damla qanımızadək vuruşmaq və düşməni darmadağın etməkdir”.

    Müdafiə Nazirliyinin məlumatına əsasən, bunu Hərbi birliyin komandiri, general-mayor Hikmət Həsənov deyib.

    “Bunun üçün əsgərlərimizin döyüş ruhu və qələbə əzmi kifayət qədər yüksəkdir”, o qeyd edib.

  • Azərbaycanın dövlət saytlarına erməni və yunan hakerləri tərəfindən edilən hücumların qarşısı alınıb

    Erməni və yunan haker qruplarının yaydığı 83 dövlət saytına uğurlu hücum cəhdləri haqda xəbərlər həqiqətə uyğun deyil.

    Bu barədə APA-ya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən bildirilib.

    Qeyd olunub ki, gecə saat 1-2 radələrində həmin saytlara DDoS hücum cəhdləri edilsə də, hər birinin qarşısı uğurla alınıb.

  • Düşmən qüvvə və vasitələrinin məhv edilməsinin görüntüləri – VİDEO

    Müdafiə Nazirliyi düşmən qüvvə və vasitələrinin məhv edilməsinin videogörüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Çavuşoğlu Lavrova: Azərbaycan torpaqlarının işğalı dayandırılmasa, atəşkəsin mənası olmayacaq – YENİLƏNİB

    “Anadolu” agentliyi Rusiya və Türkikiyə Xarixi işlər nazirlərinin danışıqlarının yeni detallarını açıqlayıb.

    Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin daimi həlli tapılmasa və işğal başa çatmasa atəşkəsin mənası olmayacaq.

    Qeyd edək ki, Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı oktyabrın 1-də baş tutub.

    Agentliyin məlumatına görə, Çavuşoğlu rusiyalı həmkarına qalıcı bir sülh razılaşması olmayacağı təqdirdə atəşkəs əldə olunsa belə, toqquşmaların yenidən başlayacağını deyib.

  • Türkiyədə son sutkada koronavirusdan 67 nəfər ölüb

    Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 67 nəfər ölüb.

    APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

    Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 113 546 şübhəli koronavirus testindən keçib, onlardan 1407-nin cavabı pozitiv çıxıb, 1402 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1507 nəfər olub.

    Türkiyədə ümumilikdə 320 070 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 281 151 nəfər sağalıb, 8262 nəfər ölüb. Nazir bildirib ki, ağır xəstə sayında azalma davam edir.

    Qeyd edək ki, dünən Türkiyədə COVID-19-a yoluxan ağır xəstə sayı 1516 nəfər olub.

  • “Qarabağ” Polşada hesabı açdı – YENİLƏNİB

    “Qarabağ” 50-ci dəqiqədə Patrik Andradenin qolu ilə hesabı açdı. Komandamız Varşavada 1:0 qalib gəlir.

    ***

    UEFA Avropa Liqasının pley-off mərhələsinin “Legiya” – “Qarabağ” oyununda ilk hissədən sonra hesab açılmayıb.

    ***

    UEFA Avropa Liqasında pley-off mərhələsinin oyununda üz-üzə gələcək Polşanın “Legiya” və Azərbaycanın “Qarabağ” komandalarının heyətləri açıqlanıb.

    UEFA Avropa Liqası

    1 oktyabr

    22:00 “Legiya” (Polşa) – “Qarabağ” (Azərbaycan)

    Baş hakim: Tobias Ştiler (Almaniya)

    Varşava. “Voyska Polskieqo” stadionu

    “Legiya”: 1. Artur Boruts, 2. Yosip Yuranoviç, 5. İqor Levçuk, 55. Artur Yendjerçik, 25. Filip Mladenoviç, 7. Domaqoy Antoliç, 99. Bartoş Sliç, 21. Rafael Lopeş, 11. Coel Valensiya, 67. Bartoş Kapustka, 9. Tomaş Pekhart

    Ehtiyat oyunçular: 33. Radoslav Tsejnyak, 4. Mateuş Vateska, 8. Valerian Qviliya, 14. Mixal Karbovnik, 22. Pavel Vşolek, 39. Matsey Rosolek, 82. Lukinyas

    Baş məşqçi: Çeslav Mixneviç

    “Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k.), 8. Uroş Matiç, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Ovusu Kvabena

    Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev

    Baş məşqçi: Qurban Qurbanov

  • Saakaşvili hücuma məruz qalması barədə xəbərlərə münasibət bildirib

    Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ukraynanın paytaxtı Kiyevdə restoranda hücuma məruz qalması barədə yayılan xəbərlərə münasibət bildirib.

    “Report”un yerli bürosu xəbər verir ki, o, “Facebook” səhifəsində məlumatları təkzib edib.

    “Əslində kişi qələmlə sadəcə avtoqraf xahiş etmək üçün yaxınlaşdı. Bütün əhvalat bundan ibarətdir”, – M.Saakaşvili yazıb.

    Qeyd edək ki, M.Saakaşviliyə hücum olması barədə məlumatları Ukrayna mətbuatı yayıb.