Month: October 2020

  • Tural Gəncəliyev: “Bizim məqsədimiz işğalçı Ermənistan ordusunu öz torpaqlarımızdan qovmaqdır”

    2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı başladığı növbəti təcavüz aktına cavab olaraq ölkəmizin öz ərazisində apardığı əks hücum əməliyyatlarının fonunda qondarma rejimin “başçısı” son günlər yenə sərsəmləməyə başlayıb.

    APA xəbər verir ki, bu fikirlər Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyevin şərhində bildirilib.

    Qeyd olunub ki, əli günahsız azərbaycanlı mülki əhalinin, o cümlədən körpələrin qanına batmış və törətdikləri cinayətlərə görə Azərbaycan qanunları qarşısında cavab verəcək bu kriminal ünsürlər öz “ağıl”ları və “məntiq”ləri ilə öz aləmlərində guya Azərbaycanı “təhdid” edirlər.

    “Ağlı, dərrakəsi olmayan məhz Ermənistandır, onun əlaltısı olan qondarma xunta rejimidir ki, başqa ölkənin ərazisini işğal edib, yüz minlərlə azərbaycanlını doğma yurdlarından qovub və beynəlxalq hüququ ayaq altına ataraq, BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların torpaqlarımızdan çəkilməsini tələb edən qətnamələrini icra etmir.

    Sentyabrın 30-da yaralı əsgərlərlə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın erməni xalqı ilə işi yoxdur.

    Bizim məqsədimiz işğalçı Ermənistan ordusunu öz torpaqlarımızdan qovmaqdır. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edəcək və bundan sonra doğma yurdlarına qayıdacaq Dağlıq Qarabağın azərbaycanlı icması olaraq bizlər Azərbaycanın erməni mənşəli vətəndaşları ilə sülh şəraitində birgə yaşayacağıq”, – T.Gəncəliyev belə deyib.

  • Mixail Saakaşvili Kiyevdə hücuma məruz qaldı

    Mixail Saakaşvili Ukraynanın paytaxtı Kiyevdə hücuma məruz qalıb.

    Bu barədə strana.ua saytı xəbər yayıb.

    Xəbərdə qeyd olunur ki, naməlum kişi M. Saakaşvilinin olduğu restorana gizli daxil olub.

    “O, əlindəki kəsici alətlə siyasətçiyə yaxınlaşıb və onu hədələyib”, – mənbə yazır.

    Siyasətçinin mühafizəçiləri həmin şəxsi saxlayıb və polis çağırıb.

    Lakin polis hadisə yerinə gələnədək hücumu həyata keçirən kişi oradan qaça bilib.

    Hələlik hücumun motivləri məlum deyil.

  • Erməni işğal qüvvələrinin tərkibində vuruşan suriyalı terrorçular – FOTO

    Erməni işğalçılarının sıralarında döyüşən Suriya muzdlularının yeni görüntüləri üzə çıxıb.

    Oxu.Az-ın sosial şəbəkələrin erməni seqmentindən əldə etdiyi fotolarda bir qrup terrorçu erməni zabitlərlə birlikdə görüntülənib.

    Fotoları təqdim edirik.

  • Узеир Новрузов: Я беспокоюсь за свою мать и Родину – ФОТО

    Азербайджанец Узеир Новрузов – известный артист цирка, выступающий в канадском Cirque du Soleil, разместил в Facebook трогательное фото с матерью.

    Он отметил, что беспокоится за свою мать и Родину. “В Азербайджане идет война, и моя мама живет там. Я молюсь за нее”, – написал наш соотечественник.

    Отметим, что У.Новрузов принимал участие в американском шоу талантов America’s Got Talent и America’s Got Talent: The Champions на телеканале NBC, в телепроекте “Лига удивительных людей” на телеканале “Россия-1”. Несколько лет назад имя У.Новрузова было внесено в Книгу рекордов Гиннеса. Выступая в Китае, он, балансируя на вольностоящей лестнице высотой в шесть метров, смог продержаться почти восемь минут, установив новый рекорд.

  • Üzeyir Novruzov: Anama və Vətənimə görə narahatam – FOTO

    Kanadanın “Cirque du Soleil” sirk şousunda çıxış edən tanınmış azərbaycanlı sirk ustası Üzeyir Novruzov “Facebook” səhifəsində anası ilə çəkdirdiyi təsirli şəkil yerləşdirib.

    O qeyd edib ki, anasına və Vətəninə görə narahatdır: “Azərbaycanda müharibə gedir və mənim anam orada yaşayır. Mən onun üçün dua edirəm”, – sirk ustası statusunda yazıb.

    Qeyd edək ki, Ü.Novruzov Amerikanın “America’s Got Talent” istedadlar şousunda, NBC telekanalının “The Champions” şousunda, “Rossiya-1” telekanalının “Qeyri-adi insanlar liqası” telelayihəsində iştirak edib. Bir neçə il əvvəl Ü.Novruzovun adı “Ginnesin rekordlar kitabı”na salınıb. O, Çində altı metr hündürlüyündə dayaqsız nərdivanda səkkiz dəqiqə müvazinətini saxlayaraq yeni rekord müəyyən edib.

  • Naftalan və Goranboyun kəndlərinə mərmi atılıb

    Naftalanın Qaşaltı kəndində mərminin düşdüyü ev yanıb, Goranboyun Safıkürd kəndinə atılan mərmi isə fərdi evlərə, həmçinin yaxınlıqdakı məktəb və inzibati binaya ciddi zərər vurub.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin yaşadığı kəndlərə nəvbəti dəfə mərmilər atılıb.

    Düşmən Naftalanın Qaşaltı kəndinə bir daha top mərmisi atıb. Nəticədə bir evdə dağıntı və yanğın olub. Xatırladaq ki, bundan öncə düşmənin bu kənddə atdığı mərmi aralarında 2 yeniyetmənin də olduğu 5 mülki şəxsin ölümünə səbəb olub.

    Bu gün Goranboy rayonunun Safıkürd kəndi də atəşə tutulub. Kəndə düşən raket və mərmi bir neçə evə və inzibati binaya ciddi zərər vurub, bir ev isə dağılaraq yararsız hala düşüb.

    Hər iki hadisə zamanı xəsarət alan olmayıb.

    Qeyd edək ki, bu gün düşmənin atdığı top mərmilərindən biri Goranboyun Tapqaraqoyunlu kəndinə də düşüb və kənd sakinlərindən birinə məxsus evə ciddi zərər dəyib.

  • Ermənilər Azərbaycana qarşı kiberqruplar yaratdılar

    “Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi ölkəmizə qarşı keçirilən kiberhücumları fasiləsiz olaraq nəzarətdə saxlayır”.

    “Report”un məlumatına görə, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov ASAN radioya açıqlamasında bildirib.

    O, qeyd edib ki, aparılan monitorinqlər və əldə olunan kiberkəşfiyyat məlumatlarına əsasən, ermənilərin bir sıra istiqamətlərdə kiberbatalyon adlandırdıqları kiberqruplar formalaşdırdıqları məlum olub:

    “Nəzarətə götürülmüş bu kiberqruplar qapalı forumlardan və qapalı teleqram kanallarından koordinasiya olunur. Aparılan müşahidələr kiberhücumları həyata keçirən bu qrupların formalaşdırılmasının qabaqcadan həyata keçirildiyini deməyə əsas verir. Bu da ermənilərin silahlı hücumlarla yanaşı kiberhücumlara da öncədən hazırlaşdırıldığını bir daha sübut edir. Bu kiberqruplaşmalar əsasən dövlət qurumları, bank, media və individual istifadəçiləri hədəfə alıb”.

    T.Məmmədov qeyd edib ki, erməni hakerləri texniki əməliyyat istiqaməti olaraq 4 qrupa bölünüblər. Bunlar dodos hücumlarını həyata keçirənlər, kibermüdaxilə fəaliyyətini həyata keçirənlər, elektron poçtlara, sosial hesablara və nömrələrə saxta yoluxdurucu fişinq hücumları həyata keçirənlər və saxta profillərlə erməni dezinformasiya siyasətinin yayılmasının təmin edənlərdir.

    O, bütün vətəndaşları kütləvi kiberhücum və kütləvi dezinformasiya siyasətinə qarşı ayıq-sayıq olmağa, tanınmayan keçidlərə, tətbiq və zənglərə keçid etməməyə çağırıb və bildirib ki, ölkənin kibertəhlükəsizliyi üçün bütün müdafiə tədbirləri koordinasiyalı şəkildə həyata keçirilir.

  • Ordumuz daha bir erməni PUA-sını məhv etdi – ANBAAN VİDEO

    Ermənistan ordusuna aid növbəti Pilotsuz Uçuş Aparatı (PUA) Azərbaycan Ordusu tərəfindən məhv edilib.

    Görüntülər döyüş bölgəsində olan Türkiyənin “Haberturk” agentliyinin operatoru tərəfindən qeydə alınıb.

    Hadisə cəbhənin Ağdam istiqamətində gedən döyüşlər zamanı baş verib.

  • Döyüş meydanından qaçan erməni əsgərlərinə aid sənədlər – FOTO

    Azərbaycan Ordusunun əks hücumuna müqavimət göstərə bilməyən Ermənistanın işğalçı əsgərləri dəhşət içində geri çəkilməkdə davam edir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan əsgərinin qarşısından qaçan düşmən hərbi texnikanı, hərbi sənədləri və hərbi biletlərini ataraq geri çəkilib.

    Cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə məğlub olaraq qaçan erməni əsgərlərinə aid bəzi sənədlərin fotolarını təqdim edirik.

  • Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi

    Azərbaycanın “WhatsApp” istifadəçilərinə Rusiya ölkə kodlu saxta nömrələrdən həqiqətə uyğun olmayan “spam” mesajlar göndərilir.

    Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (KİMM) APA-ya verilən məlumata görə, göndərilən mesajlar təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir. Məqsəd dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

    Bu cür mesajlar alan istifadəçilərdən xahiş olunur ki, bu mesajlara cavab verməsinlər, hər hansı keçidə daxil olmasınlar, “Report spam” seçimini etməklə mesajı “spam” olaraq şikayət etsinlər.

    Bundan əlavə, “Parametrlər/Settings” bölməsindən “Şikayət et/Report contact” düyməsini seçməklə kontaktı şikayət və blok etmək mümkündür.

    “Spam” mesajlar “WhatsApp” qaydalarını pozur və şikayət edildikdə, bu kontaktlar bloklanır.

    Həmçinin bu cür kiberinsidentlərlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyac yarandıqda, www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək olar.