Month: October 2020

  • Mariya Stadnik Ermənistanın təcavüz aktını pislədi

    Sentyabrın 27-də səhər saatlarında Ermənistanın təxribatı nəticəsində cəbhədə qızğın döyüşlər başlayıb.

    Xəbər verdiyimiz kimi, düşmən ordusu mövqelərini itirdikdən sonra mülki əhalinin yaşayış sahələrini atəşə tutur. Bununla bağlı olaraq, Olimpiya, dünya və Avropa çempionu Şərif Şərifovun münasibətini diqqətinizə çatdırmışdıq.

    Olimpiadanın gümüş medalçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş qadınlardan ibarət yığmamızın ukraynalı lideri Mariya Stadnik də ermənilərin təxribatına biganə qalmayıb. Qadın güləşçimiz yaşananlarla bağlı Azərbaycan Güləş Federasiyasının saytına bunları deyib:

    “30 ildən çoxdur ki, Azərbaycan torpaqları Ermənistan işğalı altındadır. Ermənistan BMT qətnamələrini kobud şəkildə pozaraq hərbi yolla Azərbaycan torpaqlarını işğal edib. Bir milyondan çox insan öz ev-eşiyindən didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur olub. 30 il ərzində keçirilən danışıqlar yolu heç bir nəticə verməyib. Sentyabrın 27-dən Ermənistan hərbi təxribat nəticəsində atəşkəsi pozaraq Azərbaycanın yerli əhalisini atəşə tutub. 20-yə yaxın insan bu atışma nəticəsində həyatını itirib. Ölənlər arasında uşaqlar da var”.

    2 qat dünya və 7 qat Avropa çempionu bildirib ki, Azərbaycanın 20 faiz ərazisi 30 ildən çoxdur işğal altındadır: “Ermənistan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini kobud şəkildə pozaraq, hərbi güc tətbiq edərək Dağlıq Qarabağ və ona aid 7 rayonu işğal edib. Nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib”.

  • Lavrov və Çavuşoğlu Qarabağdakı mövcud vəziyyəti müzakirə edib

    Rusiya Xarici İşlər naziri Sergey Lavrov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu başqa ölkələrdən olan silahlıların Dağlıq Qarabağdakı münaqişəyə qarışmasının yolverilməz olduğunu vurğulayıblar.

    TASS Rusiya XİN-ə istinadən xəbər verir ki, bu məsələ iki nazirin telefon danışığında müzakirə olunub.

    Nazirlər həmçinin Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən ciddi narahatlıqlarını ifadə edib və hərbi əməliyyatların dayandırılmasının vacibliyini vurğulayıblar.

    Hər iki diplomat Bakı və İrəvana siyasi və diplomatik yardımın göstərilməsi baxımından son dərəcə balanslı addımların atılması tələbini qeyd ediblər.

    S. Lavrov Türkiyənin xarici işlər naziri ilə söhbətində, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağla bağlı səylərinə diqqət çəkib.

    XİN başçıları Qarabağdakı vəziyyətin sabitləşməsi üçün iki ölkənin öz hərəkətlərini birgə koordinasiya etməli olduğunun vacibliyi qeyd ediblər.

  • Mərakeş Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir – FOTO

    Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Mərakeş Krallığının Azərbaycandakı səfiri Adil Embarş ilə görüşüb.

    Görüş zamanı Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və gələcək inkişaf perspektivləri müzakirə edilib.

    Görüşdə həmçinin, iqtisadiyyat, humanitar, turizm, alternativ və bərpa olunan enerji kimi sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğu diqqətə çatdırılıb.

    Nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ağır nəticələri ilə bağlı məlumat verib və bölgədə yaşanan bu gərginliyin kökündə Ermənistanın davam edən işğalçılıq siyasətinin durduğunu vurğulayıb. Bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirən Nazir, Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyini bildirib. Nazir bölgədə davamlı sülh və təhlükəsizliyinin təmin olunması üçün Ermənistanın silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal çıxarılmasının zəruri olduğunu bildirib və münaqişənin həllinin əsasını təşkil edən qərar və qətnamələr, o cümlədən BMT TŞ məlum qətnamələrinin tələblərini qeyd edib.

    Səfir Adil Embarş ölkələrimizin oxşar təhdidlər ilə üzləşdiyini qeyd edib və Mərakeşin Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bildirib.

    Nazir Ceyhun Bayramov Mərakeşin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

    Eyni zamanda, tərəflər görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

  • Заявление еврейской общины Азербайджана

    Еврейская община Азербайджана направила евреям Израиля и всего мира заявление в поддержку АР.

    “Aзербайджан является страной, обладающей богатыми историческими, культурными и мультикультуральными ценностями. Каждый независимо от национальности и расы, кто соблюдает законы, может спокойно и благополучно жить в этой стране.

    Мы, евреи Азербайджана, уже около 2 тыс. лет живем здесь в условиях мира и спокойствия. С полной уверенностью можем сказать, что азербайджанский народ является миролюбивым, толерантным и привержен мультикультурализму.

    Наша община насчитывает примерно 10 тыс. человек. В стране функционируют синагоги, еврейские школы и детские сады.

    В нашей стране проживают представители разных народов в атмосфере дружбы и солидарности. Aзербайджанское государство проявляет толерантное, гостеприимное отношение как к своим гражданам, представляющим различные малочисленные народы, так и к людям, живущим и работающим в стране.

    С сожалением отмечаем, что армянское государство, вот уже около 30 лет удерживающее территории Азербайджана под оккупацией, не желает отказываться от провокаций, периодически совершая их против гражданских и военных объектов, граждан Азербайджана. С чувством сожаления заявляем, что 27 сентября 2020 года, около 06:00, вооруженные силы Армении, грубо нарушив режим прекращения огня, подвергли интенсивному обстрелу из крупнокалиберных артиллерийских установок позиции азербайджанской армии, расположенные во фронтовой зоне населенные пункты. Это – очередная преднамеренная и запланированная провокация вооруженных сил Армении, направленная против гражданского населения и объектов. В результате провокации вооруженных сил Армении имеются погибшие и раненые среди мирных граждан и военнослужащих, нанесен серьезный ущерб многим домам и гражданским объектам.

    Нас особенно беспокоит то, что в числе погибших – школьники и пожилые люди.
    Преднамеренное взятие гражданского населения на прицел означает грубое нарушение норм международного права, в том числе Женевских конвенций 1949 года.

    B условиях, когда на 75-й сессии Генеральной ассамблеи ООН проводятся общие дебаты, когда мир ведет борьбу с пандемией COVID-19, неуважение армянского государства к международному праву, уставу ООН и международной общественности вызывает серьезное сожаление и озабоченность.

    Армения, не выполняющая резолюции за № 822, 853, 874 и 884 Совета безопасности ООН, а также игнорирующая нормы международного права, продолжая провокационные действия в захватнических целях, грубо нарушая права человека, создает еще более угрожающую ситуацию в регионе, что требует решительного осуждения со стороны международных организаций и ведущих государств, немедленного пресечения армянской агрессии.

    Мы, евреи общины, проживающие в Азербайджане, обращаясь к вам, наши дорогие братья, призываем вас оказать все возможное влияние на Армению для пресечения провокаций и безотлагательного освобождения оккупированных азербайджанских территорий, обеспечить уважительное отношение правительства Армении к международному праву и нормам”, – говорится в заявлении.

  • Yəhudi icmasından Azərbaycana dəstək BƏYANATI

    Azərbaycanın yəhudi icması İsrail və bütün dünya yəhudilərinə Azərbaycana dəstək bəyanatı göndərib.

    Bəyanatda deyilir:

    “Azərbaycan zəngin tarixi, mədəni və multikultural dəyərləri olan ölkədir. Millətindən və irqindən asılı olmadan qanuna əməl edən hər kəs bu ölkədə dinc və sağ-salamat yaşaya bilər. Biz Azərbaycan yəhudiləri artıq 2 min ilə yaxındır burada sülh və əmin-amanlıq şəraitində yaşayırıq. Tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqı sülhsevər, tolerantdır və multikulturalizmə sadiqdir.

    İcmamız təqribən 10 min nəfərdən ibarətdir. Ölkədə sinaqoqlar, yəhudi məktəbləri və uşaq bağçaları fəaliyyət göstərirlər. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri dostluq və həmrəylik mühitində yaşayırlar. Azərbaycan dövləti müxtəlif azsaylı xalqları təmsil edən öz vətəndaşlarına və ölkədə yaşayan və işləyən insanlara tolerant, qonaqpərvər münasibət göstərir.

    Təəssüflə qeyd edirik ki, artıq 30 ilə yaxındır Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistan dövləti təxribatlardan imtina etmək istəməyərək vaxtaşırı olaraq Azərbaycanın mülki və hərbi obyektlərinə, vətəndaşlarına qarşı təxribat törədir.

    Təəssüf hissi ilə bəyan edirik ki, 2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistanın silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı artilleriya qurğularından cəbhə zonasında yerləşən yaşayış məntəqələrini intensiv atəşə məruz qoyub. Bu, Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə və obyektlərə qarşı yönəlik növbəti qəsdən edilən və planlaşdırılmış təxribatıdır. Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki vətəndaşlar və hərbçilər arasında həlak olanlar və yaralananlar var, bir çox evə və mülki obyektlərə ciddi ziyan vurulub.

    Həlak olanlar arasında məktəblilər və ahıl insanların da olması bizi xüsusilə narahat edir. Mülki əhalini qəsdən hədəfə almaq beynəlxalq hüququn normalarının, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulması deməkdir. BMT Baş Assambleyasının 75-ci sessiyasında ümumi debatların keçirildiyi, dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir şəraitdə Ermənistan dövlətinin beynəlxalq hüquqa, BMT-nin nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyi ciddi təssüf və əndişə doğurur. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl etməyən, habelə beynəlxalq hüququn normalarına məhəl qoymayan Ermənistan işğalçılıq məqsədləri ilə təxribatçı hərəkətlərini davam etdirərək, insan haqlarını kobud şəkildə pozaraq regionda daha təhlükəli vəziyyət yaradır ki, bu da beynəlxalq təşkilatlar və qabaqcıl dövlətlər tərəfindən qəti qınama, erməni təcavüzünün qarşısının dərhal alınmasını tələb edir. Biz Azərbaycanda yaşayan icmanın yəhudiləri sizə, əziz qardaşlarımıza müraciət edərək təxribatların qarşısını almaqdan və Azərbaycanın işğal olunmuş ərazilərin təxirəsalınmadan azad edilməsindən ötrü Ermənistana mümkün olan bütün təsirləri göstərməyə, Ermənistan hökumətinin beynəlxalq hüquqa və normalara hörmətcil münasibətini təmin etməyə çağırırıq”.

  • Rusiyanın Baş prokuroru Kamran Əliyevin müraciətinə cavab verdi

    Xəbər verildiyi kimi, bir sıra Rusiya kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Rusiya erməniləri İttifaqının rəhbəri Ara Abramyanın və Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi üzrə Mərkəzin sədri Semyen Baqdasarovun Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suvereneliyinə qarşı bəyanatları, habelə terrorizmin təbliğinə açıq çağırışlara dair çıxışları yayılıb.

    Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

    Açıqlamada deyilir:

    “Göstərilənlərlə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnova rəsmi müraciət edərək cinayətlərin törədilməsinə açıq çağırışlara yol verən şəxslər və təşkilatlar barəsində qanuni tədbirlərin görülməsini xahiş edib.

    01.10.2020-ci il tarixdə Rusiya Federasiyasının Baş Prokuroru rəsmi məktubla cavab verərək, hər hansı ölkənin ərazisində qanunsuz əməllərin törədilməsinə, həmçinin kütləvi informasiya vasitələrində millətlərarası nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlar edilməsinin yolverilməzliyini və bu kimi hallara obyektiv hüquqi qiymət verilməsinin vacibliyini qeyd edib.

    Həmçinin, Dağlıq Qarabaq münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərar və qətnamələrinə əməl edilərək beynəlxalq humanitar hüququn çərçivəsində həllinə dair mövqeyini də bildirib.

    Bundan başqa, Rusiya Federasiyasının Baş Prokuroru Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə əməkdaşlıq istiqamətində münasibətlərin inkişaf etdiriləcəyinə ümidvar olduğunu da xüsusi vurğulayıb”.

  • “Azercell” Silahlı Qüvvələrə Yardım Fonduna bir milyon manat köçürdü

    Bu həlledici günlərdə Azercell də ön cəbhəyə dəstək olur.

    Şirkət Silahlı Qüvvələrə Yardım Fonduna bir milyon manat həcmində vəsait köçürüb.

    Sentyabr ayının 27-dən etibarən Milli Ordu hissələrimiz 30 ildən artıq hər bir Azərbaycanlının sağalmaz yarasına çevrilmiş Qarabağ münaqişəsinin ön cəbhələrinə qəhrəmancasına atılaraq düşmən mövqelərini məhv edir.Ordumuz bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayaraq, bir sıra strateji nöqtələrdə həlledici uğurlar qazanmışdır.

    Ölkəmizin tarixində və taleyində həlledici olan bu döyüş günlərində ölkənin lider mobil operatoru Azercell Telekom da Milli Ordumuza öz dəstəyini əsirgəmir. Şirkət tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna bir milyon manat həcmində vəsait köçürüb.

    Vətənimizə və ordumuza həmrəylik ifadəsi olaraq Azercell Telekom-un baş qərargahı Tibilisi prospektində yerləşən Azercell Plazanın üzərində üçrəngli bayrağımız asılmışdır. Eyni zamanda, şirkət tərəfindən bütün əməkdaşlara avtomobil üzərinə quraşdırılan Azərbaycan bayraqları da paylanılıb.

    Azercell həyata keçirdiyi təşəbbüslərlə ordumuzun, xalqımızın və dövlətimizin yanında olduğuni ifadə edir. Şirkət bundan sonra da bu istiqamətdəki səylərini davam etdirəcək, vətənimizin bütövlüyü uğrunda ön və arxa cəbhədə mübarizə aparan bütün soydaşlarımıza yardım göstərəcəkdir.
    Qarabağ Azərbaycandır!

    Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

    Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

  • Представители Али Хаменеи в четырех западных провинциях: Нагорный Карабах принадлежит Азербайджану

    Представители верховного лидера Ирана Али Хаменеи в провинциях Восточный и Западный Азербайджан, Ардебиль и Зенджан в совместном заявлении назвали Нагорный Карабах, принадлежащим Азербайджану.

    Как передает телеканал Euronews, в заявлении сказано, что правительство Азербайджана действовало законно для возвращения своих земель.

    Представители Хаменеи подчеркнули, что Иран всегда оказывал помощь Азербайджанской Республике во время армянской оккупации Нагорного Карабаха.

    В заявлении также говорится, что в настоящее время единственный наземный путь в Нахчыван проходит через территорию Ирана, который предоставил ее Азербайджану.

    В заявлении жертвы недавнего конфликта с Арменией были названы шехидами великого народа Азербайджана.

    Представители Хаменеи в четырех западных провинциях Ирана выразили надежду, что эта Карабахская война закончится как можно скорее с реализацией законных прав Азербайджана.

    Отметим, что это первый случай с момента начала конфликта между Азербайджаном и Арменией, когда иранские власти открыто поддержали одну из сторон.

  • Əli Xameneinin nümayəndələri: “Dağlıq Qarabağ Azərbaycana məxsusdur”

    İranın Ali Dini lideri Əli Xameneinin Şərqi və Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindəki nümayəndələri birgə bəyanatla çıxış edərək Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bəyan ediblər.

    “Euronews” telekanalının verdiyi məlumata görə, bəyanatda deyilir ki, Azərbaycan hökuməti torpaqlarını geri qaytarmaq üçün qanuni fəaliyyət göstərir.

    Əli Xameneinin nümayəndələri vurğulayıblar ki, İran Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilərkən hər zaman Azərbaycan Respublikasına kömək edib.

    Bəyanatda həmçinin bildirilir ki, hazırda Naxçıvana gedən yeganə quru yolu İran ərazisindən keçir və İslam Respublikası bu yolu Azərbaycanın ixtiyarına verib.

    Bəyanatda Ermənistanla son qarşıdurmanın qurbanları Azərbaycan xalqının şəhidləri olduğu vurğulanır.

    Əli Xameneinin dörd vilayəti üzrə nümayəndəsi ümid edir ki, Qarabağ müharibəsi Azərbaycanın qanuni hüquqlarının reallaşması ilə ən qısa müddətdə sona çatacaq.

    Qeyd edək ki, Azərbaycan-Ermənistan münaqişəsi dövründə İran hakimiyyəti ilk dəfədir tərəflərdən birini açıq şəkildə dəstəkləyir.

  • “Fact Chek Karabakh” daha bir təxribat xarakterli paylaşımı ifşa etdi – FOTO

    Düşmən Ermənistan qüvvələri öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərləri tirajlamaq üsuluna davam edirlər.

    Bu məqsədlə onlar sosial şəbəkələrdə müxtəlif saxta səhifələrdən istifadə edirlər.

    Amma “Fact Chek Karabakh” səhifəsi isə belə yanlış informasiyaların əslində doğru olmadığını sübut edib.

    Belə xəbərlərdən biri də “Rosta Merd” adlı səhifənin paylaşımıdır.