Month: October 2020

  • Ermənistan vətəndaşları hərbidən yayınır – VİDEO

    Ermənistan vətəndaşları hərbidən yayınır.

    Sosial şəbəkələrdə yayılan görüntülərdə Ermənistan Hərbi Xidmətə Çağırış Komissiyasının çağrışçıların adlarını sadalayıb. Adları sadalanan şəxslərin heç biri çağrışa gəlməyib.

  • Bəzi informasiya resurslarında paylaşılan görüntülər çaşqınlıq və təxribat üçündür – FOTO

    Məlum olduğu ki, düşmən Ermənistan qüvvələri öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərləri tirajlamaq üsuluna əl atıblar.

    Bu məqsədlə onlar sosial şəbəkələrdə müxtəlif saxta səhifələr, eləcə də saytlar yaradıb həmin platformalar vasitəsilə saxta xəbərlər ictimialəşdirib vətəndaşlarımızda çaşqınlıq yaratmağa cəhd edir.

    Belə səhifələrdən biri də “qarabağbizimdir” və “infoteka24” “Telegram” kanallarıdır.

    Sözügedən informasiya resurslarında yayılan və aşağıda nümunələr verdiyimiz məlumatlar tamamilə saxtadır və çaşqınlıq yaratmağ hesablanıb.

  • DİQQƏT: “freeazerbaijan.info” saytı yalan tirajlamaqla məşğuldur

    Məlum olduğu ki, düşmən Ermənistan qüvvələri öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərləri tirajlamaq üsuluna əl atıblar.

    Bu məqsədlə onlar sosial şəbəkələrdə müxtəlif saxta səhifələr, eləcə də saytlar yaradıb həmin platformalar vasitəsilə saxta xəbərlər ictimialəşdirib vətəndaşlarımızda çaşqınlıq yaratmağa cəhd edir.

    İctimaiyyətin nəzərinə çatdırılır ki, “freeazerbaijan.info” adlı saytı da bu məqsədlə istifadə olunur.

    Sayt erməni yalanlarının ifşasını tirajlamaqla məşğuldur. Vətəndaşlarımızdan qeyd olunan saytda paylaşılmış informasiyalara etibar edilməməsi, ciddi qəbul edilməməsi xahiş olunur.

  • Противник снова подверг обстрелу Горадиз – ОФИЦИАЛЬНО

    Вооруженные силы Армении продолжают обстреливать мирных жителей.

    Об этом заявили в пресс-службе Министерства обороны Азербайджана.

    Сообщается, что 1 октября, в 17.50, подразделения армянской армии подвергли артиллерийскому обстрелу гражданские объекты в городе Горадиз Физулинского района.

  • Ermənilər Horadizi yenidən atəşə tutublar – RƏSMİ

    Erməni silahlı qüvvələri mülki əhalini atəşə tutmaqda davam edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, oktyabrın 1-də saat 17.50-də Ermənistan ordusunun bölmələri Füzuli rayonunun Horadiz şəhərinin mülki obyektlərini artilleriya atəşinə tutub.

  • Çavuşoğlu Lavrov ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

    Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Serqey Lavrov ilə telefon danışığı aparıb.

    Bu barədə “Hürriyet” diplomatik mənbəyə istinadla xəbər yayıb.

    Bildirilir ki, danışıqlar zamanı Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü və Liviya məsələləri müzakirə olunub.

  • Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi itkilər açıqlandı – RƏSMİ

    Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 19 nəfər şəxs isə həlak olub.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri – rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

    İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 169 yaşayış evinə, həmçinin, 40 mülki obyektə külli miqdarda ziyan vurulub, eləcə də, dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

  • Türkiyədə koronavirusun üçüncü və dördüncü dalğası xəbərdarlığı

    Türkiyəli professor Mehmet Ceyhan koronavirusun üçüncü və dördüncü dalğası barədə xəbərdarlıq edib.

    “Haber Global”ın məlumatına görə, o, koronavirusun yaşlıya və uşağa eyni nisbətdə yoluxduğunu deyib.

    O bildirib ki, 10-18 yaş qrupları yoluxuculuğuna görə ən riskli olanlardır. Çünki bu yaşda olanlar böyüklərdən daha çox yoluxucudurlar, bu, onların cəmiyyətlə təması ilə bağlıdır.

    Professor qeyd edib ki, 2019-cu ildə İspan qripi də yoxa çıxdıqdan iki ay sonra yenidən yayılıb:

    “İkinci dalğanın başlanması üçün əvvəlcə bütün dünyada virusun tamam bitməsi lazımdır. Bundan sonra bütün ölkələr arxayınlaşır və o zaman ikinci dalğa başlayır. Kifayət qədər tədbirlər görülməsə, üçüncü və dördüncü dalğalar ola bilər”.

  • 20 min erməni artıq Qarabağı tərk edib

    Azərbaycan Ordusunun 3 istiqamətdə apardığı şiddətli döyüşlər Ermənistanda və separatçıların nəzarətində olan ərazilərdə ciddi təşvişə səbəb olub. Ordumuzun əldə etdiyi uğurlu əməliyyatlarından sonra bu ərazilərdən kütləvi köç prosesinə başlanılıb.

    Artıq 5 gün ərzində Ermənistana köç edən əhalinin sayı 20 minə çatıb. Bundan təşvişə düşən Ermənistan hakimiyyəti qaçqınların yerləşdirilməsi üçün bir sıra beynəlxalq humanitar təşkilatlara, xüsusilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına yardım üçün müraciət etsələr də, gözlənilən cavabı almayıb. Rəsmi Yerevana donor təşkilatlara müraciət etmək tövsiyə olunub. Bütün bunlar cəmi 5 gün davam edən döyüşlərin nəticəsidir.

    Ermənistanın “4rd.am” saytı yazır ki, son döyüşlərdə erməni tərəfindən həm canlı, həm də hərbi texnika itkisi həddindən artıq böyük olub. Ermənistan ordusunun mindən çox əsgərinin öldürüldüyünü diqqətə çatdıran sayt işğal altındakı Şuşa hospitalına istinadən qeyd edir ki, bura yüzlərlə yaralı gətirilib. Öldürülənlər arasında əsgərlərlə yanaşı, kiçik və böyük rütbəli zabitlər də var. Avtomobillər, ağır zirehli texnika, artilleriya qurğuları məhv edilib.

    Digər erməni xəbər saytları və internet televiziyalarının Xankəndidən hazırladığı reportajda insanların vahimə içərisində olduğu qeyd olunur. Xankəndi sakinləri Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşdikdən sonra gecəni zirzəmilərdə keçirirlər.

    Son iki gündə vəziyyət daha da gərginləşib.

    “İravunk” qəzeti erməni əhalisinin təşviş içində olduğunu, evlərini kütləvi şəkildə tərk etdiyini diqqətə çatdırır. Xankəndidən böyük köç başlayıb. Qarabağdakı rejim əhalinin evlərini tərk etməsinə maneələr yaratmır. Gedənlər postlarda saxlanılmır. Əsgərlər fərarilik edirlər. Hakimiyyətin və Qarabağ müharibəsi veteranlarının çağırışına baxmayaraq, gənclər orduya getmək istəmirlər. Onlar müxtəlif bəhanələrlə döyüşməkdən imtina edirlər. Yeganə ümid Qarabağ müharibəsi veteranlarınadır. Amma son məlumatlar göstərir ki, heç Qarabağ müharibəsi veteranları da vuruşmaq niyyətində deyillər. Çünki budəfəki döyüşlər əvvəlkindən çox fərqlidir. Bunu itkilər barədə ermənilərin etirafı da təsdiq edir.

    Rusiyanın “İzvestiya” qəzetinin Xankəndidəki reportyoru isə yazır ki, buradan ermənilərin kütləvi və kortəbii şəkildə köçürülməsi baş verir, insanları kütləvi şəkildə Yerevana göndərirlər. “Onları elə birbaşa göndərirlər, heç bilmirlər ki, orada qohumları var, ya yox. Lakin deyirlər ki, onları hökmən orada kimsə qarşılayacaq. Polis yolüstü Yerevana gedən avtomobilləri saxlayır və onlar ailələri maşınlarına mindirib tamamilə pulsuz Yerevana aparırlar”.

    Bu arada Ermənistanda mövcud olan hərbi vəziyyətlə əlaqədar 18-55 yaş arasında kişilərin ölkədən çıxışına məhdudiyyət qoyulub. Ermənistan ordusunun bəzi hərbi qulluqçuları isə buna etiraz olaraq sosial şəbəkələrdə bildiriblər ki, onlar başqasının torpağı uğrunda ölmək istəmirlər”.

    Döyüşlərin geniş vüsət alması əhalinin köçü ilə yanaşı rejim ərazisində bütün həyatı da iflic edib. Ermənistanın “Joxovurd” qəzeti yazır ki, cəbhə zonasında davam edən döyüşlərdən qaçan ermənilər atəşin dayandırılmasından sonra da geri qayıtmaq istəmirlər. Bəzi saytlar isə qondarma qurumdakı mənbələrə istinadən bildirirlər ki, onların çox böyük itkiləri var. Hospitallar yaralılarla doludur. Azərbaycan tərəfinin kütləvi şəkildə aviasiya, artilleriya, raket silahları tətbiq etməsi işğal olunmuş ərazilərimizdəki rejimi ciddi şəkildə qorxuya salıb, zərbələrin səhərlə yanaşı axşam da davam etməsi onlar üçün kabusa çevrilib.

    Sözsüz, Qarabağdan böyük miqyasda köçün əsas səbəbi düşmənin öz ordusunun yenilməzliyi ilə bağlı apardığı təbliğatın puç olmasıdır. Göründüyü kimi, son hadisələr yerli əhali arasında ciddi ruh düşkünlüyü yaradıb. Azərbaycan ordusunun qələbə yürüşü ermənilərin bu köçünün daha da geniş vüsət alacağı şübhə doğurmur.

  • Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin köçürülməsi imkanları genişlənib

    “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu”na ediləcək ianələrin Mərkəzi Bankın operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılıb.

    Mərkəzi Bankdan verilən məlumata əsasən, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (https://gpp.az/sqyf) və mobil tətbiqindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.

    Bildirilir ki, Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (https://mod.gov.az/az/silahli-quvvelere-yardim-fondunun-bank-rekvizitleri-253/) yerləşdirilib.