Month: October 2020

  • Вынужденный отступить враг несет большие потери – ОФИЦИАЛЬНО

    В результате ударов, нанесенных азербайджанской армией, подразделения армянских вооруженных сил принуждаются к отступлению. Противник несет большие потери, выводится из строя его боевая техника.

    Об этом сообщает Министерство обороны Азербайджана.

    Отмечается, что военное руководство Армении также вынуждено признать свои ошибки.

    “Им приходится мириться со своим тяжелым положением. Освобождая свои земли, мы захватываем большое количество боеприпасов противника в качестве военных трофеев.

    Грубо нарушая нормы международного гуманитарного права, армянские вооруженные силы берут на прицел мирных жителей и гражданскую инфраструктуру.

    Перед азербайджанской армией стоит только одна задача – освободить от оккупации территории, нанося удары только по военным объектам, не причиняя урон гражданскому населению”, – говорится в сообщении оборонного ведомства.

  • Düşmən geri çəkilməyə məcbur edilir, xeyli itki verir – RƏSMİ

    “Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir. Düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır”.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

    Qeyd edilib ki, Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar:

    “Biz torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatını qənimət kimi götürürük.

    Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərı və mülki infrastrukturu hədəfə alır.

    Azərbaycan Ordusunun qarşısında yalnız bir tapşırıq var – mülki insanlara ziyan vurmadan ancaq hərbi obyektlərə zərbə endirməklə torpaqları işğaldan azad etmək”.

  • Мехрибан Алиева поздравила турецкий народ с Днем Республики – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева разместила в Instagram публикацию, в которой поздравила турецкий народ с Днем Республики – 29 октября.

    “Искренне поздравляю братский народ Турции с 29 октября – Днем Республики!
    Турция, турецкий народ занимают особое место в сердце каждого азербайджанца. Нас связывают надежные и крепкие узы дружбы и братства. Мы видим, как вы радуетесь нашим успехам и победам. Видим, как вы сопереживаете. Все это – свидетельство прочности единства, дружбы, искренности между Азербайджаном и Турецкой Республикой. Пусть дружба и братство наших народов будут вечными и нерушимыми! Желаю всему народу Турции крепкого здоровья, счастья и мира! Пусть Всевышний бережет наши народы!”, – говорится в публикации.

    https://www.instagram.com/p/CG69PZrA61B/

  • Mehriban Əliyeva Türkiyə xalqını Respublika Günü münasibətilə təbrik etdi – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə təbrik edib.

    Təbrikdə deyilir:

    “Qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

    Türkiyənin və Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri vardır. Bizi etibarlı və möhkəm dostluq, qardaşlıq telləri bağlayır. Bizim uğurlarımıza və qələbələrimizə sizin necə sevindiyinizin şahidiyik. Bizim dərdimizə necə şərik olduğunuzu görürük. Bütün bunlar Azərbaycan ilə Türkiyə Respublikası arasında birliyin, dostluğun, səmimiyyətin möhkəmliyini göstərir. Qoy xalqlarımızın dostluğu və qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Tanrı xalqlarımızı qorusun!”

    https://www.instagram.com/p/CG69PZrA61B/

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть подешевела.

    Как сообщает АЗЕРТАДЖ, цена барреля Azeri Light снизилась на 2,26 доллара, до 39,26 доллара.

    Отметим, что “черное золото” дешевеет на фоне замедления процесса восстановления спроса на сырье из-за роста числа случаев заражения коронавирусом во всем мире.

  • Azərbaycan neftinin qiyməti 40 dollardan aşağı düşdü

    Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

    AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,26 dollar ucuzlaşaraq 39,26 dollar təşkil edib.

    Qeyd edək ki, “qara qızıl”ın qiyməti qlobal miqyasda koronavirusa yoluxma hallarındakı artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

  • Azərbaycanlı səfir Kolumbiyanın aparıcı radiolarında erməni terrorundan danışıb

    Kolumbiyanın çoxmilyonlu auditoriyaya malik “Caracol Radio” və “RCN Radio” kanallarında 27 oktyabr tarixində səfir Məmməd Talıbovun Ermənistanın ölkəmizə qarşı terror siyasəti və törətdiyi müharibə cinayətləri haqda müsahibələri efirə gedib.

    Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyi məlumat yayıb.

    Müsahibələrdə səfir ilk olaraq, Cənubi Qafqaz regionunda ermənilərin məskunlaşma tarixi, Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri haqda məlumat verib, erməni tərəfinin iddialarının əksinə olaraq, XIX əsrə qədər bu regionda ermənilərin yaşamadığını və yalnız Rusiya-İran və Rusiya-Türkiyə müharibələrindən sonra bu ərazilərə köçürüldüyünü bildirib.

    Qeyd edilib ki, sovet hakimiyyəti dönəmində Azərbaycanın əraziləri daxilində yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri erməni sakinlərin əksəriyyət təşkil edəcəyi şəkildə müəyyən edilmişdi ki, bu da sonradan ermənilər tərəfindən muxtariyyət tələbləri irəli sürmələri və ərazi iddiaları ilə çıxış edərək Azərbaycandan ayrılmaq cəhdləri üçün əsas kimi istifadə edildi.

    Sovet İttifaqının buraxılmasından sonra, 1992-94-cü illərdə isə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla beynəlxalq qaydada tanınmış ərazilərinin 20 faizini işğal etdiyini, bu ərazilərdə heç bir suveren dövlət, o cümlədən Ermənistanın özü tərəfindən tanınmamış qondarma rejim yaratdığını, bu torpaqlarda yaşayan 1 milyona yaxın azərbaycanlı sakini etnik təmizləməyə məruz qoyduğunu, habelə işğal edilmiş ərazilərdə Azərbaycana məxsus mədəni irsi məhv etdiyini bildirib.

    Sonra təmsilçimiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, Minsk qrupu çərçivəsində aparılan danışıqlar, Ermənistanın qeyri-konstruktiv yanaşması nəticəsində bu prosesin pozulması, işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin son iki il ərzindəki təxribat xarakterli bəyanat və addımları, bu xüsusda N.Paşinyanın “Qarabağ Azərbaycandır və nöqtə” kimi açıqlamaları, işğal edilmiş ərazilərin demoqrafik vəziyyətinin dəyişdirilməsinə yönəlik qanunsuz məskunlaşdırma siyasəti barədə məlumat verib və Ermənistanın məqsədinin işğal edilmiş əraziləri birdəfəlik ilhaq etmək olduğunu vurğulayıb.

    Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən etibarən ölkəmizə qarşı növbəti təcavüz cəhdi barədə danışan səfir, son 1 ay ərzində mülki şəhərlərimizə, o cümlədən Tərtər, Mingəçevir, Gəncə və digər şəhərlərimizə xaincəsinə etdiyi hücumlar nəticəsində çoxlu sayda mülki vətəndaşımızın həlak olması və yaralanması haqda məlumat verib və Ermənistanın törətdiyi bu müharibə cinayətlərinin Azərbaycana qarşı dövlət səviyyəsində terror siyasəti güddüyünün sübutu olduğunu söyləyib. Bildirib ki, yaranan durum qarşısında Azərbaycan silahlı qüvvələri mülki vətəndaşların təhlükəsizliyini təmin etmək, işğalda olan ərazilərimizi azad etmək və BMT TŞ qətnamələrninin yerinə yetirilməsinə nail olmaq üçün əks-əməliyyatlar aparır.

    Münaqişədə Türkiyənin mövqeyi ilə bağlı suala münasibətdə səfir Türkiyənin Azərbaycanla qardaşlıq əlaqələrinə malik olmaqdan ziyadə, Cənubi Qafqaz ölkələrinin hər üçü ilə həmsərhəd olan yeganə ölkə olduğunu, bu baxımdan regionda sabitləşdirici rol oynadığını, eyni zamanda Minsk qrupunun üzvlərindən biri olduğunu, ölkəmizə siyasi və mənəvi dəstək göstərdiyini və Azərbaycanı dəstəkləyən digər ölkələr kimi beynəlxalq hüquq mövqeyindən çıxış etdiyini bildirib.

    Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qalmasının regionda sülh və təhlükəsizliyə başlıca təhdid olduğunu deyən səfir, işğalçı qüvvələrin bu torpaqları tərk etməsindən və azərbaycanlı məcburi köçkünlərin evlərinə qaytarılmasından sonra bölgədə davamlı sülhün bərpa ediləcəyini bildirib. Qeyd edib ki, bəzi təsəvvürlərin əksinə olaraq, münaqişənin dini əsası yoxdur, Azərbaycan əsrlərlə müxtəlif etiqad və millətlərdən olan insanların birgə, sülh şəraitində yaşadığı yer olub və Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini boşaltdıqdan və azərbaycanlı mülki əhalinin öz evlərinə ləyaqətli bir şəkildə qayıdışını təmin etdikdən sonra ölkəmizdə yaşayan 40-a yaxın müxtəlif millətlərdən olan insanlar kimi erməni əhalisi də burada azərbaycanlılarla birgə dinc yaşaya biləcək.

    Sonda Kolumbiya ilə ikitərəfli əlaqələrin cari durumuna toxunan səfir, 2014-cü ildə qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin təsis edilməsindən sonra ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli siyasi, parlamentlərarası, təhsil, mədəniyyət sahələrində faydalı əməkdaşlıq həyata keçirildiyini, eləcə də kənd təsərrüfatı, enerji, turizm və sərmayə yatırımı sahələrində də müəyyən layihələr üzərində çalışıldığını qeyd edib.

  • Армения признала гибель еще 51 военного

    Названо число армянских военнослужащих, уничтоженных в результате контратаки азербайджанской армии.

    Как сообщает Aysor.am, в новом списке значится 51 человек.

    Таким образом, до настоящего времени в боях уничтожены 1 119 оккупантов.

  • Ermənistanın daha 51 hərbçisi ordumuz tərəfindən məhv edildi

    İşğalçı Ermənistan Azərbaycan ordusunun əks-hücumu nəticəsində məhv edilən hərbçilərinin sayını açıqlayıb.

    Aysor.am xəbər verir ki, bu dəfə onların sayı 51 nəfərdir.

    Bununla da düşmən tərəf 1 119 hərbçisinin öldürüldüyünü etiraf edib.

  • Düşmənin döyüş meydanında atıb qaçdığı döyüş sursatı, zirehli və avtomobil texnikaları – VİDEO

    Azərbaycanın Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb qaçdığı döyüş sursatı, zirehli və avtomobil texnikalarının videogörüntüsünü yayıb.

    Həmin görüntüləri təqdim edirik: