Министерство обороны Азербайджана провело 29 октября пресс-конференцию в связи с последней ситуацией в зоне боевых действий.
Как сообщает Median.Az, в брифинге принял участие пресс-секретарь оборонного ведомства полковник-лейтенант Анар Эйвазов.
Month: October 2020
-
Şahmar Mövsümov ABŞ siyasətçilərini Azərbaycan və türk əsilli seçicilərinin səsini eşitməməkdə qınadı – FOTO
Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov ABŞ-ın Azərbaycan və Türkiyə əsilli vətəndaşlarının hüquqları barədə paylaşım edib.
Prezidentin köməkçisi “Twitter” hesabında maraqlı bir sualla çıxış edib.
“ABŞ demokratiyası fərqli insanlar üçün fərqli anlamı ifadə edir? 480 min erməni əsilli seçicinin səsi siyasətçilər tərəfindən eşidilir. Bəs Azərbaycan və türk mənşəli 500 min seçicinin səsi necə olsun?”, – deyə Ş.Mövsümov bildirib.
Does US democracy mean different things to different people? 480.000 voters of Armenian descent get their voice heard by politicians. What about the voice of 500.000 voters of Azerbaijan and Turkish origins?#KarabakhisAzerbaijan#StopArmenianAggression#DontBelieveArmenia pic.twitter.com/6qRgxu5NPp
— Shahmar Movsumov (@ShahmarM) October 29, 2020 -
Prezidentin köməkçisi: “Müharibə cinayətlərinə heç bir bəraət ola bilməz” – FOTO
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Ermənistanın Bərdə şəhərində dinc əhalini atəşə tutmasına münasibət bildirib.
Bu barədə Fuad Ələsgərov “Twitter” hesabında yazıb.
“Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Bərdə şəhərindəki hədəflərini açıqladı və bununla da şəhərə iki gün ərzində endirilən raket hücumlarını qəbul etdi. Dinc əhaliyə açıq şəkildə böyük əzablar verildi, 25 nəfər öldürüldü, 70-dən çox yaralı var. Müharibə cinayətlərinə heç bir bəraət ola bilməz”, – deyə F.Ələsgərov bildirib.
Ministry of Defense of Armenia has declared the targets in #Barda city of #Azerbaijan, thus admitting two days missile attacks against this city. Tremendous sufferings were inflicted explicitly on civilians, 25 killed, more than 70 wounded. There can be no excuse for #WarCrimes.
— Fuad Alasgarov (@AlasgarovFuad) October 29, 2020 -
Ceyhun Bayramov: “Dağlıq Qarabağda Suriyadan gələn xarici muzdlular barədə məlumatlar dezinformasiyadır”
Dağlıq Qarabağda Suriyadan gələn xarici muzdlular, yaxud silahlılar haqqında məlumatlar dezinformasiya və “fake”dir.
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “RİA Novosti”yə açıqlamasında belə deyib.Onun sözlərinə görə, Suriyadan gələn xarici muzdlular və ya silahlılarla əlaqəli hekayələr bəzi ölkələr tərəfindən yayılmış dezinformasiya nümunələridir.
“İndiyə qədər bu “fakenews”ları yayanlar tərəfindən heç bir dəlil irəli sürülməyib. Neçə ildir ki, demoqrafik böhrandan əziyyət çəkən və ölkənin silahlı qüvvələrini doldura bilməyən Ermənistandan fərqli olaraq Azərbaycan peşəkar və güclü, tam təchizatlı silahlı qüvvələrə malikdir. Ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün xarici qüvvələrə, o cümlədən qeyri-qanuni birləşmələrə ehtiyacı yoxdur”, – deyə o qeyd edib.
Eyni zamanda o bildirib ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərinin işğalı zamanı hərbi əməliyyatlarında terrorçu qrupların və muzdluların istifadəsi ilə bağlı Bakının bir çox faktı var.
“Bizdə PKK (Kürdüstan Fəhlə Partiyası – red.) terrorçularının, həmçinin Avropadan və Yaxın Şərqdən gələn ermənilərin Ermənistan tərəfində döyüşdüyünə dair bir neçə mənbəyə əsaslanan etibarlı kəşfiyyat məlumatlarımız var”, – deyə Azərbaycan XİN rəhbəri vurğulayıb.
-
Qarabağda darmadağın olan erməni ordusu qadınların ümidinə qalıb – VİDEO
Qarabağ döyüşlərində müzəffər Azərbaycan ordusu qarşısında darmadağın olan erməni silahlı qüvvələri şəxsi heyət baxımından kasadlıq çəkir.
Bu barədə dəfələrlə sübutlar, faktlar təqdim olunub. Orduya qoşulan və ya güclə cəlb olunan “könüllülər” döyüş bölgəsinə yollanmaqdan imtina edir, ön cəbhədən qaçır, yaxud da əsgərlərimiz tərəfindən məhv edilirlər.Belə olan halda hər yerdən əli üzülən Ermənistanın baş naziri Nikol Paşinyanın artıq qadınların ümidinə qalıb. Belə ki, Qarabağda döyüşməyə kişi tapmayan avantürist erməni hakimiyyəti artıq qadınları döyüş bölgəsinə cəlb etmək üçün onlara təlimlər keçir.
Bununla bağlı videonu təqdim edirik.
-
“Hər hansı bir müşahidəçinin Dağlıq Qarabağa yerləşdirilməsi Bakı ilə razılaşdırılmalıdır”
Hər hansı bir müşahidəçinin Dağlıq Qarabağa yerləşdirilməsi Bakı ilə razılaşdırılmalıdır.
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “RİA Novosti”yə müsahibəsində bu barədə bəyan edib.“Nəzərə alınmalıdır ki, söhbət Azərbaycanın suveren ərazisindən gedir. Hər hansı bir qüvvənin, o cümlədən müşahidəçilərin yerləşdirilməsi Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır”, – deyə Bayramov vurğulayıb.
Onun sözlərinə görə, atəşkəsə əməl olunmasına nəzarət mexanizmlərinin tətbiqi həll prosesi ilə sinxronlaşdırılmalıdır.
“Əks təqdirdə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarının çıxarmaq niyyəti olmadan, müşahidəçilər sadəcə işğala əsaslanan vəziyyətin möhkəmlənməsinə xidmət edəcəklər. Atəşkəs üçün indi Ermənistanın öz öhdəliklərinə qəti niyyət etməsi, silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmağa başlaması lazımdır”, – deyə o, bildirib.
-
Prezidentdən işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılır.Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etsin və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etməlidir.
Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqələndirməlidirlər.
Müvəqqəti komendantlıqların nəzdində aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılır:
– Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;
– Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;
– Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;
– Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;
– Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
– Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;
– Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;
– Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik;
– Müvafiq yerli icra hakimiyyəti orqanları.
Zərurət olduqda, əməliyyat qərargahlarının fəaliyyətinə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulanlardan başqa, digər dövlət orqanlarının (qurumlarının) nümayəndələri cəlb oluna bilər.
Müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdə aşağıdakı vəzifələrin yerinə yetirilməsini təşkil etməlidirlər:
– Mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunikasiya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi;
– İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunması;
– Aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inventarlaşdırılması və mühafizəsi;
Kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi;
– Aşkar edilmiş sənədlərin uçotunun aparılması və sonrakı təhlil üçün mühafizəsi;
– Hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi.
Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:
– Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə birlikdə minalardan təmizləmə və zərərsizləşdirmə işlərinin aparılması üçün zəruri tədbirlər görülməsi;
– Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə terrorçuluq, casusluq, təxribat və Azərbaycan Respublikasına qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması;
– Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə energetika qurğularının, o cümlədən hidrotexniki qurğuların vəziyyətinin ilkin qiymətləndirilməsi, yanğınların, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması və zərurət yarandıqda, müvafiq mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi;
– Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi;
– Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi;
– Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə zəruri rabitə şəbəkəsinin qurulması;
– Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ətraf mühitin qorunması, topoqrafiya və xəritəçəkmə işlərinin aparılması, təbii sərvətlərdən səmərəli istifadə məqsədilə onların ilkin qiymətləndirilməsi və mühafizəsi;
– Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqini təmin etməlidirlər.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti işğaldan azad edilmiş ərazilərdə dövlət orqanlarının (qumlarının) əməkdaşlarının rabitə ilə təmin olunmasını təşkil etməlidirlər.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına təxirəsalınmaz tibbi yardım göstərilməsinin və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə zəruri tədbirlər görməlidirlər.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının (qurumlarının) normal fəaliyyəti üçün müvafiq binaların elektrik enerjisi, su və təbii qaz ilə təminatını həyata keçirməlidirlər.
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etməlidir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti həyata keçirməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan tədbirlərin maliyyələşməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.