Month: October 2020

  • Ermənistanın iki “Su-25” təyyarəsi məhv edildi – RƏSMİ

    Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki “Su-25” hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

  • Düşmən Goranboya raket atdı: Ölən var – RƏSMİ

    Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində bir nəfər düşmən hücumu zamanı həyatını itirib.

    Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb:

    Onun sözlərinə görə, raket evin damına düşüb:

    “Ermənistanın müharibə cinayətləri davam edir”.


  • Ermənistanla sərhəddə Rusiya zastavasının atəşə tutulması məlumatı yalandır – RƏSMİ

    Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub.

    Bir daha bildiririk ki, bizim Ermənistan ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur.

  • Nazirlik rəsmisindən gənclərin ordumuza dəstəyi ilə bağlı AÇIQLAMA

    “Cəbhə bölgəsində döyüşlərin gərgin getdiyi bu dönəmdə ordumuza, dövlətimizə dəstək olmaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha geniş çatdırmaq məqsədi ilə gənclər də gərgin mübarizə aparır”.

    Bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib.

    Onun sözlərinə görə, bu məqsədlə onlar müxtəlif ölkələrin parlament, konqres, senat üzvlərinə, dövlət rəsmilərinə məlumat xarakterli müraciət ünvanlayır:

    “Ermənistanın ölkəmizə yönəlmiş işğal, aqressiya, terror siyasəti haqqında məlumatlar verirlər. BMT-nin 4 qətnaməsi (822, 853, 874, 884) ilə Azərbaycan ərazisi kimi tanınan torpaqlarına Ermənistanın iddialı olması, eyni zamanda, hazırda beynəlxalq hüququn prinsip və normalarını pozaraq hərbi əməliyyatların getmədiyi Gəncə, Tərtər, Ağdam, Füzuli, Mingəçevir, Bərdə və digər şəhər və rayonlarda sivil əhaliyə qarşı törədilən terror aktları bu məktublarda öz əksini tapır”.

    “Gənclərin məktublarına Baptist Dünya İttifaqı İnteqral Missiya Rəhbəri Everton Cekson, Bosniya Hersoqovina Parlament üzvü Semsudin Mehmedovic, İrlandiya Parlament qrupunun vitse-sədri Sian O’Kalqın ölkəmizin haqlı mövqeyini dəstəkləyən cavablar verib, BMT qətnamələrini pozan Ermənistanın işğalçılıq, aqressiya və terror siyasətini pisləyərək, Azərbaycan xalqı ilə həmrəy olduqlarını qeyd ediblər.

    Öz növbəsində Azərbaycanın ədalətli mövqeyini qoruyan bu şəxslərə gənclərimiz tərəfindən təşəkkür bildirilib”, – deyə S.Məmmədova qeyd edib.

    Qeyd edək ki, bundan öncə ABŞ-ın Kaliforniya ştatının Senatoru Diana Feinştein, Corciya senatoru Kelli Leofler, Almaniya Bundestaqından Mahmut Özdemir gənclərə cavab olaraq dəstək məktubu göndərib, Azərbaycanın yanında olduqlarını bəyan ediblər.

  • Düşmən qüvvələri arasında silahlı qarşıdurma: Ölənlər var – RƏSMİ

    “Düşmənin 7-ci dağatıcı alayının mövqelərinə gətirilmiş könüllülərlə müqaviləli hərbi qulluqçular arasında baş verən mübahisə silahlı qarşıdurma ilə nəticələnib. Ölən və yaralananlar var”.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Xocavənd rayonunun Sos yaşayış məntəqəsi istiqamətində hərəkət edən şəxsi heyətin komandanlığa tabe olmaqdan və əmri yerinə yetirməkdən imtina edərək ərazini tərk etməsi barədə yuxarı komandanlığa məlumat verilib:

    “Həmin hərbi qulluqçuların yenidən mövqelərinə qaytarılması ilə bağlı görülən tədbirlər isə nəticəsiz qalıb”.

  • Ronaldinyodan Azərbaycana dəstək – VİDEO

    Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Ronaldinyo Azərbaycana dəstək olub.

    40 yaşlı veteran yaydığı videoda tezliklə yenidən ölkəmizə qayıtmaq istədiyini bildirib:

    “Azərbaycandan olan bütün insanlara salam göndərmək istəyirəm. Qoy hər kəs (hərbçiləri nəzərdə tutur – S.M.) salamat evlərinə qayıtsın. Azərbaycanda mən çox gözəl qarşılandım və tezliklə ora qayıtmağı arzulayıram”.

    Qeyd edək ki, Ronaldinyo 2016-cı ilin oktyabrında Bakıya “Qəbələ” klubunun sabiq prezidenti Tale Heydərovun dəvəti ilə gəlib. Bakı Olimpiya Stadionunda onun keçirdiyi mətbuat konfransında məlum olub ki, paytaxtımızda Ronaldinyonun adına futbol akademiyası açılacaq.

    Ötən ilin sonlarında Tale Heydərov bir məqaləsində həmin akademiyanın bu ilin əvvəlində açılacağını desə də, koronavirus pandemiyası səbəbindən açılış baş tutmayıb.

  • В Азербайджане число новых случаев COVID-19 превысило 1 тыс., скончались еще девять человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 1 015 новых случаев инфицирования коронавирусом, еще 483 человека вылечились и были выписаны домой.

    Об этом 29 октября сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще девять пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 53 152 человека, 708 из них скончались, 42 516 – излечились, 9 928 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 1 331 287 тестов (за последние 24 часа – 11 813) на COVID-19.

  • Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, doqquz nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 9928 nəfərdir.

    Ölkədə son sutka ərzində 11813, hazırkı dövrədək isə 1331287 test aparılıb.

    Ümumi ölənlərin sayı 708 nəfərdir.

    Ümumi yoluxanların sayı 53152 nəfər, ümumi sağalanların sayı 42516 nəfərdir.

  • Ombudsman UNICEF-dən erməni terrorunun kiçik qurbanlarına qarşı daha şəffaf münasibət istədi

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) UNICEF-dən Ermənistan ordusunun Azərbaycanın döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərinə bombacıqlarla hücumunun balaca qurbanları olan Narin, Mədinə, Aysu, Şəhriyar, Artur, Fərid, Fidan, Nigar və Orxanla bağlı daha şəffaf münasibət göstərməsini və onların həlak olduğu yerlərin göstərilməsini istəyib.

    Ombudsman bununla bağlı “Twitter” hesabında müraciət ünvanlayıb.

  • Azərbaycan erməni hərbçilərin meyitlərini təhvil verdi – RƏSMİ

    “Azərbaycan tərəfi Ermənistana 30 erməni əsgər və zabitin meyitini və iki yaşlını təhvil verib”.

    Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tərtərə səfərində jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, döyüş meydanında qalan 30-a yaxın erməni əsgər və zabitin, eyni zamanda, iki nəfər yaşlı erməni vətəndaşın Ermənistan tərəfə verilməsi istiqamətindən Prezident İlham Əliyev tərəfindən təşəbbüs irəli sürülüb:

    “Ermənistan tərəfindən bu məsələdə xoş niyyət göstərilmirdi. Rusiyanın Müdafiə Nazirliyinin humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və nəticə etibarilə öz vətəndaşlarının və əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılıq verilib. Hazırda bu əməliyyat başa çatıb”.

    “Rusiya Müdafiə Nazirliyinə, Beynəlxalaq Qızıl Xaç Komitəsinə və ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin ofisinə təşəkkürümüzü bildiririk.

    Bu, bir daha onu göstərir ki, Azərbaycanın beynəlxalq humanitar hüquqa sadiqliyini nümayiş etdirir”, – deyə H.Hacıyev qeyd edib.

    Prezidentin köməkçisi Oxu.Az-a açıqlamasında bildirib ki, təhvil verilən meyitlər hələ hamısı deyil.