Month: October 2020

  • Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA – VİDEO

    Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirib.

    Median.Az-ın məlumatına görə, konfransda nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov iştirak edib.

    O, keçirilən brifinqdə gün ərzində cəbhədə baş vermiş hadisələr haqqında məlumat verib.

  • Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb – FOTO

    Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiyadan İqor Popov, ABŞ-dan Andrew Schofer və Fransadan Stefan Viskonti ilə telefon danışıqları baş tutub.

    Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidmətindən bildirilib.

    Nazir Ceyhun Bayramov həmsədrlərə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin bir daha kobud şəkildə pozulması barədə məlumat verib. O, 27-28 oktyabr 2020-ci il tarixlərində Bərdə şəhərində dinc Azərbaycan əhalisinin məqsədyönlü şəkildə hədəf alındığını vurğulayıb. Nazir Ermənistan silahlı qüvvələrinin münaqişə bölgəsindən uzaqda yerləşən şəhərlərdəki günahsız mülki şəxslərə, o cümlədən uşaqlara və qadınlara xaincəsinə hücum etdiyini bildirib. Nazir Ceyhun Bayramov, həmçinin həmsədrlərə Ermənistan tərəfindən növbəti dəfə törədilən hərbi cinayət nəticəsində mülki əhali arasında ağır tələfat barədə məlumat verib.

    Nazir Ceyhun Bayramov həmsədrləri Azərbaycan mülki vətəndaşlarına qarşı bu qeyri-insani hərəkətləri pisləməyə çağırıb.

    ATƏT-in Minsk Qrupu həmsədrləri mülki şəxslərin həyatını itirməsi ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Bölgədəki gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

  • Düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib – VİDEO

    Mülki infrastrukturu və dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

  • Mehriban Əliyeva Bərdədə həlak olanların ailələrinə başsağlığı verib

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Bərdəni yenidən raket atəşinə tutması ilə bağlı instaqram hesabında paylaşım edib.

    “Report”un məlumatına görə, paylaşımda deyilir:

    “Bu gün Ermənistan silahlı qüvvələri dinc Azərbaycan şəhəri Bərdəyə növbəti dəfə qəddarcasına, qeyri-insani zərbə endiriblər. Zərbə nəticəsində 21 nəfər həlak olub, 70 nəfər ciddi xəsarət alıb. Təəssüf ki, qurbanların sayı artmaqda davam edir. Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur.
    Üstəlik, Azərbaycanın dinc mülki əhalisinə hər hücum Ermənistanın ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünə dəlalət edir. Bu hücumların məqsədi aydındır – Azərbaycan xalqını qorxutmaq və bizim ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək. Bu, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə imkan verərdi. Lakin düşmənimiz bilməlidir ki, heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Hər hücum bizi daha da güclü edir və işğal olunmuş ərazilərimizin erməni təcavüzkarlardan azad edilməsi kimi müqəddəs missiyanı başa çatdırmağın zəruri olmasına inandırır. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram. Azərbaycan ordusu düşməni döyüş meydanında sıxışdırdığı bu günlərdə biz həmrəyliyimizi qoruyub saxlamalı və Prezidentimizin ətrafında möhkəm birləşməliyik. Yalnız möhkəm yumruq kimi birləşməklə ədalətin zəfər çalmasına nail olacağıq, ona görə ki, Qarabağ Azərbaycandır! Uca Tanrı Vətənimizi və Azərbaycan xalqını qorusun!”

  • Ermənilərin “müqəddəs ata”sı ordumuz tərəfindən zərərsizləşdirildi – FOTO

    Azərbaycan Ordusu 31 yaşlı Qeqard Hovannisyan adlı ön cəbhədə vuruşan keşiş hərbçini yaralayıb.

    Bu barədə xəbəri Ermənistan mətbuatı Tavuş yeparxiyası tərəfindən verilən məlumat əsasında yayıb.

    Məlumatda bildirilir ki, ermənilərin “müqəddəs ata”sı 2016-cı ildəki dörd günlük aprel döyüşlərində də iştirak edib. Həmçinin, Hovannisyanın əmisi oğlunun daha əvvəl Azərbaycan Ordusu ilə döyüşdə məhv edildiyi bildirilib.

    Qeyd edək ki, Qriqoryan kilsəsi dəfələrlə sülhə çağırış edən açıqlamalar yaysa da, erməni din xadimlərinin müharibədə fəal şəkildə iştirak etdiyinə dair məlumatlar və faktlar var. Bu fakt da onlardan biridir.

  • Ceyhun Bayramov: “Müharibə cinayətləri törədənlərin ədalət qarşısında cavab vermələri üçün hər şeyi edəcəyik”

    Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ermənilərin Bərdə şəhərinə raket hücumuna reaksiya verib.

    Bu barədə XİN rəhbəri “Twitter” hesabında paylaşım edib.

    “Azərbaycan Bərdə şəhərində olanlar da daxil olmaqla, Azərbaycanın dinc əhalisinə qarşı müharibə cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsi və ədalət qarşısında cavab verməsi üçün əlindən gələni edəcək! Allah o günahsız mülki şəxslərin ruhuna əbədi rahatlıq versin!”, – deyə Ceyhun Bayramov bildirib.

    #Azerbaijan will do its utmost that those responsible for #WarCrimes against the Azerbaijani peaceful population, including those in the city of #Barda, are held accountable & brought to #justice!

    May God rest the soul of those innocent civilians in eternal peace.
    — Jeyhun Bayramov (@bayramov_jeyhun) October 28, 2020

  • Ermənilərin bu gün Bərdəyə raket hücumu nəticəsində həlak olan şəxslərin adları məlum olub – SİYAHI

    Ermənilərin bu gün Bərdəyə raket hücumu nəticəsində həlak olan şəxslərin adları məlum olub.

    Median.Az APA-ya istinadən həmin şəxslərin adlı siyahısını təqdim edir:

    Bərdə rayonu Lənbəran kənd sakini, 1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı
    Lənbəran kənd sakini, 1950-ci il təvəllüdlü Süleymanov Hümbət Süleyman oğlu
    Bərdə şəhər sakini, 1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı
    Çələbilər kənd sakini, 1972-ci il təvəllüdlü Mirzəliyev Çərkəz Xanlar oğlu
    Ağdam şəhər sakini, 1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı
    Çələbilər kənd sakini, 1950-ci il təvəllüdlü Mirzəliyeva Tükəzban Çərkəz qızı
    Bərdə şəhər sakini, 1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu
    Bərdə şəhər sakini, 1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu
    Nifçi kənd sakini, 1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu
    Bərdə şəhər sakini, 1975-ci il təvəllüdlü Əhmədov Mirsaqi Yusif oğlu
    Bərdə şəhər sakini, 1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu
    Kürdborakı kənd sakini, 1986-cı il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu
    Bərdə şəhər sakini, 1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu
    Bərdə şəhər sakini, 1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu
    Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu
    Ağdam rayonu, Quzanlı qəsəbə sakini, 1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu
    Bərdə şəhər sakini, 1940-cı il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu
    Bərdə şəhər sakini, 1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu
    Bərdə şəhər sakini, 1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu
    Bərdə şəhər sakini, 1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu.

  • Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıları ayıq-sayıq olmağa çağırır

    Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporuna və dost xalqların diaspor nümayəndələrinə müraciət ünvanlayıb.

    Müraciətin mətnində deyilir:

    “Təəssüf hissi ilə bəyan edirik ki, 27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı artilleriya qurğularından atəşə tutub.

    Dünya dövlətlərinin susqunluğundan daha da azğınlaşan düşmən cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə və digər yaşayış məntəqələrini də artilleriya atəşinə tutur.

    Beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilmiş raketlərlə mülki insanların hədəfə alınması nəticəsində, azyaşlı uşaqlar da daxil olmaqla, 69 nəfər vəfat edib, 305 nəfər yaralanıb, 2247 fərdi yaşayış evi və 90 çoxmənzilli yaşayış binası yararsız hala düşüb, 402 mülki obyekt dağıdılıb.

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən düşmən təxribatlarına layiqli cavab verilməkdədir. Müzəffər ordumuz tərəfindən 30 ilə yaxındır işğal altında olan torpaqlarımız azad edilir, şəhər və kəndlərimizdə üçrəngli bayrağımız dalğalanır.

    Düşmənin təxribatlarından hiddətlənən soydaşlarımız, həm də şanlı ordumuzun zəfərləri ilə qürur və fərəh hissi yaşayırlar. Təqdirəlayiq haldır ki, bu gün uşaqdan böyüyə hər bir soydaşımız, sülhsevər hər bir insan ərazi bütövlüyünün bərpası uğrunda apardığı ədalətli mübarizəsində Azərbaycan dövlətinə müxtəlif platformalarda dəstək nümayiş etdirir.

    Hörmətli diaspor nümayəndələri, acı məğlubiyyətləri ilə barışa bilməyən terrorçu və işğalçı Ermənistan dövlətinin, nəinki Azərbaycan ərazisində, eyni zamanda xarici ölkələrdə də həmvətənlərimizə, habelə Azərbaycana dost münasibəti bəsləyən xalqların diaspor nümayəndələrinə qarşı terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirməsi istisna edilmir. Uzun illərin təcrübəsi belə deməyə əsas verir ki, zaman-zaman dünyanın müxtəlif ölkələrində qanlı aksiyalar törədən ASALA terror təşkilatı düşmənin tapşırığı ilə istənilən vaxt, istənilən yerdə qanlı təxribat törədə bilər. Xüsusilə, erməni diasporunun daha çox məskunlaşdığı ABŞ və Ermənistanın havadarı qismində çıxış edən Fransa kimi dövlətlərdə yaşayan soydaşlarımızı, eləcə də dost xalqların diaspor nümayəndələrini təxribatlara hazır olmağa və ehtiyatlı davranmağa səsləyirik.

    Qeyd edilənləri nəzərə alaraq, sizləri ayıq-sayıq olmağa, şübhəli hallar müşahidə etdiyiniz təqdirdə yaşadığınız ölkənin hüquq mühafizə orqanlarına, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, xaricdəki Azərbaycan evlərinə və Azərbaycanlıların Koordinasiya Şuralarına müraciət etməyinizi tövsiyə edirik.

    Erməni təxribatları barədə məlumatları, eləcə də bunları əks etdirən foto və video faktları Diasporla İş üzrə Dövlət Komitəsinin 7/24 saat fəaliyyət göstərən “Qaynar xətt”i ilə çatdıra və rəsmi email ünvanına göndərə bilərsiniz:

    Qaynar xətt və “WhatsApp”: +994 50 607 98 36

    Email: info@ diaspor.gov.az”

  • İlham Əliyev: “Ermənistan silahlı qüvvələrinin Qarabağdakı döyüşlərdə itkiləri təqribən 5 min nəfərdir”

    Azərbaycanın məlumatına görə, 27 sentyabrdan Dağlıq Qarabağ münaqişəsi zonasında aparılan döyüş əməliyyatlarının gedişində erməni tərəfinin canlı qüvvə itkiləri təqribən beş min nəfərdir.

    Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “İnterfaks” agentliyinə müsahibəsi zamanı bildirib.

    “Ehtimallarımıza əsasən, Ermənistanın hansı itkilər verə biləcəyini deyə bilərəm. Hətta sırf riyazi hesablamara baxaq: 256 tank məhv edildi – bu dünənki günə olan rəqəmdir (27 oktyabr), bu rəqəm hər gün artır. Bu sayı 3-4 nəfərə vurun, demək olar ki, bu artıq minə yaxındır. Bundan əlavə, 50-dən çox piyadanın döyüş maşını məhv edildi – onlarda təxminən neçə nəfər olduğu aydındır; yüzlərlə artilleriya silahı – hər birində bir neçə nəfər; altı S-300 qurğusu, təxminən 40 OSA ZRK qurğusu, TOR, KUB, KRUQ qurğusu; 400-dən çox yük maşını, bunların əksəriyyəti həm hərbi qulluqçular, həm də döyüş sursatları ilə məhv edildi. Səngərlərdə neçə nəfər məhv edildi, biz bu səngərləri, təmas xəttini keçmişik – bu kadrlar internetdə var. Yəni, bizim məlumatlarımıza görə, erməni tərəfdən itkilər yalnız beş min nəfər və daha çox ola bilər, bir qayda olaraq müharibədə yaralananlar isə 2-3 dəfə çox olur”, – deyə Prezident İlham Əliyev “İnterfaks” və “İnterfaks-Azərbaycan” agentliklərinə verdiyi müsahibədə bildirib.

    Azərbaycanın Silahlı Qüvvələrinin itkilərinə toxunan dövlət başçısı qeyd edib ki, bütün amillər nəzərə alınaraq itkilər minimaldır.

    “Bizim itkilərimizə gəlincə, döyüş əməliyyatları bitdikdən sonra onları açıqlayacağımızı söyləmişəm. Ancaq deməliyəm ki, bunlar əhəmiyyətli dərəcədə azdır (erməni tərəfinin itkilərindən)”, – deyə ölkə başçısı qeyd edib.

    “Hərbi toqquşmaların xarakterini, çətin relyefi və ermənilərin 30 ildir qurduqları istehkamları nəzərə alaraq, hesab edirəm ki, hər bir insan həyatı əvəzsizdir, lakin bütün bu amilləri nəzərə alaraq itkilərimiz minimaldır”, – dövlət başçısı əlavə edib.

  • İlham Əliyev: “İrəvanın münaqişənin həll prosesi üzrə işə qadir olduğuna şübhə edirəm”

    Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla Moskvada danışıqlara hazır olduğunu bəyan edib, lakin İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə konstruktiv iş qabiliyyətinə şübhə ilə yanaşır.

    “Belə dəvət almamışam (Moskvada danışıqlar üçün – red.). Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşlərində dəfələrlə iştirak etmişəm, lakin Ermənistanda Paşinyan hakimiyyətə gələndən sonra bu cür görüşlər keçirilməyib. Ermənistanın keçmiş prezidentləri ilə bu cür görüşlər olub və mən heç zaman onlardan yayınmamışam”, – İlham Əliyev “İnterfaks”a müsahibəsində bildirib.

    Prezident vurğulayıb ki, bu görüşləri müsbət hesab edib, çünki Rusiya Minsk qrupunun həmsədri kimi, nizamlanma prosesində xüsusi rol oynayır.

    “Rusiyanın hər zaman həm Ermənistan, həm də Azərbaycanla sıx əlaqələri olub və bu gün siyasi, iqtisadi əlaqələr nöqteyi-nəzərindən Rusiya Azərbaycan və Ermənistanla çox fəal əməkdaşlıq edir, bizim qonşu dövlətdir.

    Bu səbəbdən, əlbəttə ki, bu cür görüşlərin əksəriyyəti Rusiya ərazisində keçirilib, lakin Paşinyanın dövründə bu cür görüşlər olmayıb. Ermənistan rəhbərliyinin qeyri-adekvatlığını nəzərə alaraq, bu görüşlərin nə dərəcədə səmərəli olacağını deyə bilmərəm. Ancaq belə təklif olarsa, biz hər zaman bunu müsbət qiymətləndirmişik və nəzərdən keçirəcəyik”, – o qeyd edib.

    Azərbaycan Prezidenti “Moskvaya Ermənistanın baş naziri ilə danışıqlara gəlməyə hazırdırmı?” dəqiqləşdirici suala cavabında “Bəli” deyib.

    “Həm də, sizin qeyd etdiyiniz kimi, heç bir ilkin şərt olmadan. Sabah xarici işlər nazirlərimizin Cenevrədə görüşəcəkləri, yenə də heç bir şərt olmadan, bunun göstəricisidir. Hətta, demək istərdim ki, münaqişə başlayan kimi xarici işlər nazirimiz Moskvaya getdi, baxmayaraq ki, həmsədrlərlə görüş məqsədilə Cenevrəyə səfəri planlaşdırılmışdı (oktyabrın 8-də – red.).

    Bir həftə öncə, oktyabrın əvvəlində səfəri planlaşdırılan Ermənistanın xarici işlər naziri isə imtina etdi. Humanitar atəşkəs məsələsinin razılaşdırılması məqsədilə xarici işlər nazirlərinin görüşünə (oktyabrın 10-da – red.) dair təklif gələn kimi bizim xarici işlər naziri Cenevrədən Moskvaya gedib.

    Yəni biz heç bir şərt irəli sürmürük. Ancaq yenə də Ermənistanın hazırkı hakimiyyətinin həll üzrə konstruktiv işə qadir olduğuna böyük şübhələrim var”, – Azərbaycan prezidenti bildirib.