Month: October 2020

  • Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub yazdılar

    Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilmiş “25 uşaq” Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədri olan Rusiya, ABŞ və Fransa prezidentlərinə məktub yazıb.

    “Report” məktubu olduğu kimi təqdim edir:

    – Hörmətli Vladimir Putin, Donald Tramp və Emmanuel Makron,

    Rəhbərlik etdiyiniz dövlətlər uzun zamandır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunması missiyasını üzərinə götürən Minsk qrupuna həmsədrlik edir. Xocalı şəhəri də Ermənistanın işğalı altındadır. O Xocalı ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə yerlə-yeksan edildi, 613 doğmamız qətlə yetirildi.

    Ötən illər ərzində qarşılaşdığımız vandalizmlərin durdurulması üçün sizin ölkələrə çox ümid etdik, hər dəfə Minsk qrupundakı təmsilçiləriniz Azərbaycana gələndə torpaqlarımızın azad olunacağını gözlədik. Təəssüf ki, bunu görə bilmədik.

    Soyqırımı zamanı bizim – 25 uşağn hər iki valideyni Xocalıda qətlə yetirildi. Bəlkə də təsəvvür edə bilmirsiniz, o zaman bizlər 1-10 yaş arasındaydıq.

    Ata-analarımızı gözlərimiz önündə yandırdılar, güllələdilər, dərilərini soydular. Biz o vaxt uşaq idik, nə baş verdiyini anlamırdıq. Ermənilər bizə ömürümüz boyu gözümüzün önündən getməyəcək dəhşətlər yaşatdılar. Valideyn nəvazişindən, ailə istisindən məhrum olduq.

    İndi öz torpaqlarımıza qayıtmaq istəyirik. Yenə də düşünürdük ki, öz evimizə qayıtmağımızda, valideyinlərimizin qətlə yetirildiyi, itkin düşdüyü yurdumuza dönməkdə ATƏT-in Minsk qrupunun həmsədri olan Amerika, Rusiya , Fransa bizə kömək edəcək. Çox təəssüf ki, bunun əksini görməkdəyik. Öz evimizə getmək istəyərkən Minsk qrupunun həmsədrləri evimizə gedən yolu kəsirlər.

    Axı niyə!

    Bizə qarşı soyqırımı törətmiş ermənilərə dəstək olmaq Sizcə həm də o soyqırımı törədənlərə şərik olmaq anlamına gəlmirmi?

    Soyqırımı yaşamış uşaqlara kömək etmirsiniz, heç olmasa öz evlərinə qayıtmalarına mane olmayın.

    Bu sualımıza cavab verin, doğrudanmı, bizi insan saymırsınız? Bizim də öz evimizdə yaşamaq haqqımız yoxdurmu?!

    Evimizə getmək haqqımızı əlimizdən almaq beynəlxalq hüquqa ziddir. Biz öz evimizə getmək istəyirik. Biz Ermənistanın soyqırımına məruz qoyduğu, Yer üzündən silinmiş Xocalımızı diriltmək istəyirik. Biz qətlə yetirilmiş ata-anamızın ruhunu şad etmək istəyirik. Heçmi Allahınız yoxdur? İnsanlıq sizin üçün bu qədərmi dəyərsizdir?

    Axı iddia edirsiniz ki, sizin ölkələr nəinki öz daxilində, həm də xaricdə insan hüquqlarını qoruyur. Elədirsə, bizim də hüquqlarımızı qoruyun.

    Müraciətimizi cavabsız qoysanız, Xocalı soyqırımını törədənlərə şərik olduğunuzu özünüz təsdiqləmiş olacaqsınız.

  • Gənc zabitin dəqiq hesablamaları ilə verdiyi düşəmən hədəfləri darmadağın edilib – VİDEO

    Azərbaycan Silahlı Qüvvələrinin zabiti leytenant Salmanov Fəqan Rzalı oğlu döyüş meydanında şəxsi bacarığı ilə seçilən hərbi qulluqçulardandır.

    APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, onun dəqiq hesablamaları ilə verdiyi sox sayda hədəflər məhv edilib.

  • Интервью Ильхама Алиева российскому агентству “Интерфакс” – ПРЯМОЙ ЭФИР

    28 октября Президент Азербайджана Ильхам Алиев дал интервью российскому информационному агентству “Интерфакс”.

  • İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsi – CANLI

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verir.

  • Bərdə terrorunda xəsarət alanlar danışdı – VİDEO

    Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələri Bərdə şəhərini “Smerç” tipli raketlərdən atəşə tutub. Nəticədə, 21 nəfər həlak olub, 70-dən çox şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Baku TV-nin bölgə müxbiri hazırda xəstəxanada müalicə alan yaralılardan hadisənin təfərrüatını öyrənməyə çalışıb.

    Qanlı qətliamdan müxtəlif xəsarətlərlə qurtulanlar hadisə anını xatırlayıblar. Sakit bir səhərə oyanan şəhər sakinlərindən kimisi iş yerində, kimisi küçədə, kimisi isə həyətində qurbana çevrilib.

    Daha ətraflı videomaterialda:

  • Prokurorluq Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olan şəxslərin adlarını açıqlayıb – SİYAHI

    Sentyabrın 21-dən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.

    Baş Prokurorluqdan verilən məlumata görə, Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-i saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

    Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

    Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək.

    Bərdə terrorunun qurbanlarının siyahısı

    1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı
    1955-ci il təvəllüdlü Süleymanov Hümmət Süleyman oğlu
    1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı
    1972-ci il təvəllüdlü Mirzalıyev Çərkəz Xanlar oğlu
    1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı
    1995-ci il təvəllüdlü Mirzalıyeva Tükəzban Çərkəz qızı
    1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu
    1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu
    1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu
    1980-ci il təvəllüdlü Əhmədov Mirsahir Yusif oğlu
    1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu
    1993-cü il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu
    1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu
    1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu
    1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu
    1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu
    1984-cü il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu
    1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu
    1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu
    1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu
    1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı (2020-ci il oktyabrın 27-də xəsarət almış, 2020-ci il oktyabrın 28-də isə vəfat etmişdir)

  • Азербайджан уничтожил ракетные установки, которые стреляли по Барде ВИДЕО

    Подразделения Азербайджанской Армии разгромили силы и средства противника, подвергшего обстрелу наши города и районы, грубо нарушая режим гуманитарного прекращения огня, сообщает Минобороны.

  • İlham Əliyev: “Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb”

    “Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır”.

    “Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

    Dövlət başçısı bildirib ki, bu gün bir neçə kənd işğalçılardan azad edildi: “Ancaq Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb. Bir neçə saat bundan əvvəl Bərdəyə bir neçə raketlə atəş açmışdır və bu atəş nəticəsində 21 nəfər mülki şəxs həlak oldu, 70-dən çox dinc insan yaralandı. Ölənlərin sayı arta bilər. Dünən də Ermənistan Bərdəyə, yenə də mülki əhaliyə zərbə vurmuşdur. Bu zərbə nəticəsində dörd nəfər həlak oldu, onlardan biri yeddi yaşlı qız uşağıdır. Döyüş meydanında qabağımızda dura bilməyən Ermənistan bax, belə əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək”.

    “Bir də ki, üçüncü dəfə elan olunmuş və Ermənistanın xahişi ilə razılaşdırılmış atəşkəsi kobudcasına pozur. Birinci dəfə oktyabrın 10-da Moskvada o məlum bəyannamə qəbul olunandan sonra bir gün keçməmiş Ermənistan öz ərazisindən ballistik raketlərlə Gəncə şəhərini atəşə tutmuşdur. Hər kəs bilir ki, bu atəşkəsi Ermənistan pozub, bu dəfə də Ermənistan pozub. İndi işğaldan azad edilmiş şəhər və kəndlərimizdə mövcud olan vəziyyət tam aydındır. Demək olar ki, bütün şəhər və kəndlərimiz dağıdılıb. Qəbirlər, tarixi abidələr, bütün binalar dağıdılıb. Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

  • Bərdəyə düşmən hücumu nəticəsində yuxuda olan körpənin özü yaralandı, atası isə öldü – VİDEO

    Bərdə şəhərində erməni işğalçılarının törətdiyi qətliamda ölənlərdən biri də 30 yaşlı gəncdir.

    O, düşmənin xain hücumuna evindən bir neçə metr aralıda tuş gəlib.

    Nəticədə, o, hadisə yerində həyatını itirib. Qanlı cinayət zamanı ev zərər çəkib. Beləcə, onun körpəsi də yaralanıb. Körpə yatarkən düşmənin mənfur hücumunun qurbanına çevrilib.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • Pakistan Milli Assambleyası Ermənistan təcavüzünü pisləyən qətnamə qəbul edib – FOTO/VİDEO

    Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti şəkildə pisləyən qətnamə qəbul edib.

    Qətnamə deputat, sabiq spiker Sərdar Ayaz Sadiq tərəfindən Assambleyaya təqdim olunub və yekdilliklə təsdiq edilib.

    Qeyd edək ki, 2012-ci ildə Pakistan Senatının Xarici əlaqələr komitəsi, 2017-ci ildə isə Pakistan Milli Assambleyasının Xarici işlər üzrə daimi komitəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etmişdi.

    İndiki qətnamə isə bütövlükdə Pakistan Milli Assambleyasının mövqeyinin əksidir.