Month: October 2020

  • Azərbaycanda koronavirusa 988 yoluxma sayı ilə yeni rekord qeydə alındı: 11 nəfər öldü – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 11 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 9405 nəfərdir.

    Ölkədə son sutka ərzində 11426, hazırkı dövrədək isə 1319474 test aparılıb.

    Ümumi ölənlərin sayı 699 nəfərdir.

    Ümumi yoluxanların sayı 52137 nəfər, ümumi sağalanların sayı 42033 nəfərdir.

  • Армения признала гибель еще 59 военных

    Названо число армянских военнослужащих, уничтоженных в результате контратаки азербайджанской армии.

    Как сообщает Sputnik Армения, в новом списке значатся 59 человек.

    Таким образом, до настоящего момента в боях уничтожены 1 068 оккупантов.

  • Düşmən bir günə daha 59 hərbçisinin məhv olduğunu etraf etdi

    Ermənistan Azərbaycan ordusunun əks-hücumu nəticəsində ölən hərbçilərinin siyahısını açıqlayıb.

    Bu barədə “Sputnik Ermənistan” xəbər yayır.

    Bu dəfə düşmən tərəf 59 hərbçi itirdiyini etiraf edib.

    Bununla da, məhv edilən erməni hərbçilərin sayı 1068 olub.

  • Ermənistan cinayətləri mövzusunda beynəlxalq konfrans keçirilir – CANLI YAYIM

    Azərbaycanın Mədəni İrsinə qarşı Ermənistan cinayətləri mövzusunda beynəlxalq konfrans keçirilir.

    Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Aparatının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edir:

  • Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı BMT-nin Uşaq Fonduna müraciət ünvanlandı

    Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fonduna müraciət ünvanlayıb.

    Müraciətdə deyilir:

    “Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini növbəti dəfə pozaraq 27 oktyabr 2020-ci il tarxində günorta saatlarından başlayaraq Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv atəşə məruz qoyub.

    Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun Qarayusifli kəndini müxtəlif istiqamətlərdən ağır artilleriya atəşinə tutması nəticəsində 4 nəfər dinc sakin həyatını itirib, 14 nəfər yaralanıb. Qətlə yetirilənlərdən 1-i, xəsarət alanlardan 4-ü azyaşlıdır.

    2020-ci il sentyabrın 27-sindən başlayaraq həyata keçirilən təxribatlar, döyüş bölgələrindən uzaqda yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq edilən hərbi cinayətlər nəticəsində 36 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 11 uşaq qətlə yetirilib. Bu Ermənistan hərbi-siyasi rəhbərliyinin terrorçu əməllərinin növbəti təzahürüdür.

    Ermənistanın işğalçı siyasi əməlləri bununla bitmir. Belə ki, döyüş bölgəsində ordusunun məğlubiyyətə məruz qaldığını görən Ermənistan beynəlxalq humanitar hüququn ən elementar normalarına məhəl qoymayaraq uşaqları hərbi əməliyyatlara cəlb edir.

    Bununla Ermənistan hökuməti “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyası, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi”ni, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və Konvensiyanın Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar Fakültativ Protokolu, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyanı, eləcə də “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini kobud surətdə pozur.

    Yuxarıda qeyd edilən məqamlar Ermənistanın beynəlxalq hüququn prinsiplərinə, sənədlərdən irəli gələn öhdəliklərə nə dərəcədə laqeyd və etinasız yanaşdığının göstəricisidir.

    30 ildir davam edən silahlı münaqişə şəraitində Ermənistanın dəfələrlə dinc əhalinin, xüsusən də uşaqların qəsdinə yönələn amansız cinayət əməllərinə hələ də heç bir beynəlxalq hüquqi sanksiyanın tətbiq edilməməsi törətdikləri cinayətlərin daha ağır hal alması ilə nəticələnir.

    Bunları nəzərə alaraq, biz bütün beynəlxalq təşkilatları Ermənistan tərəfindən törədilən qanunsuz əməllərə, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan hərəkətlərinə lazımi hüquqi qiymət verməyə çağırırıq” .

  • Sabahın havası: Bakıya yağış yağacaq

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, oktyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 19-21, Bakıda gecə 14-16, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

    Sabah Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

    Sabah Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  • Азербайджанская армия никогда не берет на прицел гражданское население – ОФИЦИАЛЬНО

    Распространенная армянской стороной информация о якобы ракетном обстреле Шуши и Ханкенди азербайджанской армией является ложной. Об этом сообщает Министерство обороны АР.

    Ведомство отмечает, что азербайджанская армия никогда не подвергает обстрелу гражданское население.

    “Азербайджан соблюдает режим гуманитарного прекращения огня”, – подчеркивается в сообщении.

  • Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır – RƏSMİ

    “Ermənistan tərəfinin Şuşa və Xankəndi şəhərlərinin Azərbaycan Ordusu tərəfindən guya raket atəşinə tutulması barədə yaydıqları məlumat yalandır”.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb:

    “Bir daha bildiririk ki, Azərbaycan Ordusu mülki əhalini heç vaxt atəşə tutmur. Azərbaycan humanitar atəşkəs rejiminə əməl edir”.

  • Ильхам Алиев направил поздравительное письмо Реджепу Тайипу Эрдогану

    Президент Азербайджана Ильхам Алиев направил поздравительное письмо президенту Турции Реджепу Тайипу Эрдогану по случаю Дня Республики – 29 октября, сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

    Azərbaycan Prezidenti İlham Əliyev 29 Oktyabr – Respublika Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

    Bu barədə AZƏRTAC xəbər verib.

    Məktubda deyilir:

    “Biz Türkiyə Respublikasının əldə etdiyi nailiyyətləri daim böyük məmnunluqla izləyir, uğurlarına öz uğurlarımız qədər sevinirik. Son illər ərzində qardaş ölkəniz siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz vardır. Qardaş xalqınızın Sizə bəslədiyi böyük inam və etimad ölkənizin rifahı naminə həyata keçirdiyiniz siyasətə verilən ən yüksək qiymətdir”.

    Dövlətimizin başçısı qeyd edib ki, xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir.

    “Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır.

    Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir”, – deyə Azərbaycan Prezidenti bildirib.

    Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.