Month: October 2020

  • Yeni Zelandiyada erməni təcavüzünə etiraz – FOTO

    “Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərində yerli ictimaiyyəti işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün plakatlar asılıb.

    Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Belə ki, şəhərin mərkəzində yerləşən binalardan asılan plakatlarda böyük hərflərlə “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına və təcavüzünə son!” şüarları yazılıb.

    Qeyd edək ki, plakatlardan biri Vellinqton şəhərinin mərkəzində əhalinin çoxluq təşkil etdiyi Kuba küçəsində, digəri isə ölkə rəsmilərinin daha çox istifadə etdiyi və parlamentə gedən yolun kənarındakı (190 Thorndon Quay Pipitea ünvanı) binadan asılıb.

  • 14 yaşlı rusiyalı dünyaya gətirdiyi uşağı soyuducuda gizlətdi

    14 yaşlı məktəbli qız dünyaya gətirdiyi uşağı böyüklərdən gizlətmək üçün onu soyuducunun dondurucu bölməsində saxlayıb.

    “Komsomolskaya Pravda”nın məlumatına görə, hadisə Rusiyanın Novosibirsk bölgəsində baş verib.

    Yeni doğulmuş körpə dondurucuda ölüb. Hadisə barədə ölən körpənin anası danışıb.

    Cəsədi kimin tapdığı və doğuşun necə baş verdiyi dəqiqləşdirilməyib.

    Hadisə ilə bağlı yoxlamalara başlanılıb.

  • Ракетная атака врага на Барду: есть погибшие – ПРЯМОЙ ЭФИР

    Вооруженные силы Армении вновь подвергли Барду ракетному обстрелу. Есть погибшие и раненые.

  • Bərdə şəhərinə raket hücumu: Ölənlər var – CANLI YAYIM

    Ermənistanın silahlı qüvvələri yenidən Bərdə şəhərini raket atəşinə tutublar.

    Baş verən hadisə nəticəsində ölənlər və yaralananlar var.

  • Edinburqda Azərbaycanın haqq səsi çatdırıldı

    Şotlandiyanın Edinburq şəhərində yaşayan bir qrup soydaşımız Gəncə terrorunu pisləyən icazəli etiraz aksiyası keçirib.

    Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Edinburq şəhərində yerləşən Skott abidəsinin önündə toplaşan aksiya iştirakçıları Ermənistanın işğalçı siyasətini və Ermənistan silahlı qüvvəllərinin Gəncə şəhərində, eləcə də, digər şəhər və rayonlarda mülki əhaliyə qarşı törətdiyi terroru pisləyiblər.

    Əllərində Azərbaycan və Şotlandiya bayraqlarını tutan diaspor fəalları “Ədalət yoxdursa, sülh də yoxdur”, “Qarabağ Azərbaycandır!”, “Uşaq ölümünə son qoyun!”, “Mülki insanlar toxunulmazdır”, “Erməni terroruna son qoyun”, “İşğalçı dövləti dəstəkləməyin” və b. kimi müxtəlif şüarların yazıldığı plakatlarla şəhər sakinlərinin diqqətini Ermənistanın törətdiyi vandalizm aktlarına çəkməyə çalışıblar.

  • Президент Ильхам Алиев дал интервью российскому агентству “Интерфакс” – ФОТО

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Bakı metrosundakı faciədən 25 il ötür

    1995-ci il oktyabrın 28-də Bakı metrosunda baş vermiş qəzadan 25 il ötür.

    Rəsmi məlumatlarda qeyd edilir ki, “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həyatını itirib.

    Ölənlərdən 28-i uşaq, üçü xilasedici olub. Bundan başqa, qəza nəticəsində 270 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

    Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.

    Hadisədə terror əməli aşkarlanmayıb və o, texniki qəza kimi qiymətləndirilib. Belə ki, uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib.

    Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər.

    Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur.

  • Месть за Барду: уничтожено значительное количество военной техники и живой силы врага – ВИДЕО

    В результате точных ударов подразделений азербайджанской армии уничтожено значительное количество военной техники и живой силы вооруженных сил Армении.

    Соответствующими видеокадрами поделилось агентство Report.

  • Bərdənin qisası alındı: Düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edildi – VİDEO

    Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus xeyli sayda hərbi texnika və canlı qüvvə məhv edilib.

    Görüntüləri təqdim edirik: