Month: October 2020

  • Генпрокуратура АР: В результате армянских обстрелов погибли 69 и ранены 322 мирных жителя – ФОТО

    Генеральная прокуратура Азербайджана обнародовала информацию о погибших и раненых в результате армянских обстрелов.

    С 27 сентября по 11:00 28 октября в результате ударов вооруженных сил Армении по населенным пунктам АР погибли 69 и ранения получили 322 мирных жителя.

    Кроме того, нанесен серьезный ущерб 2 338 частным и 92 многоквартирным жилым домам, а также 415 гражданским объектам.

  • Baş Prokurorluq erməni təxribatlarının vurduğu zərərləri açıqladı – FOTO

    Erməni təxribatı nəticəsində Azərbaycanda ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında qeyd olunub.

    Bildirilib ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb.

    Eyni zamanda, 415 mülki obyekt, 92 yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binası və 2338 yaşayış evi yarasız vəziyyətə düşüb.

  • Минобороны АР опровергло ложь армян о якобы сбитом БПЛА азербайджанской армии

    Распространенная Арменией информация о том, что якобы над линией фронта сбит беспилотный летательный аппарат (БПЛА) азербайджанской армии, не соответствует действительности.

    Об этом сообщает Министерство обороны АР.

  • Ordumuza məxsus PUA vurulmayıb – RƏSMİ

    “Azərbaycan Ordusuna məxsus PUA-nın cəbhə xəttində guya vurulması barədə Ermənistanın yaydığı məlumat yalandır”.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

  • İran qəzetindən Emmanuel Makrona cavab – FOTO

    İranın “Vatan-e-Emrooz” qəzeti Fransa Prezidenti Emmanuel Makronun şeytan cildində karikaturasını dərc edib.

    Bu barədə “Vzqlyad” xəbər yayıb.

    “Parisli iblis” karikaturası qəzetin birinci səhifəsində yer alıb.

    “Vatan-e-Emrooz” bunu Fransa prezidentinin Məhəmməd peyğəmbərin karikaturasının yayılmasını dəstəkləməsi ilə bağlı açıqlamalarına cavab adlandırıb.

    Xatırladaq ki, İranda Milli Məclisin sədri Məhəmməd Bakir Qalibaf, Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmhani və digər rəsmilər İslama və peyğəmbərinə qarşı edilən təhqirlərə sərt reaksiya göstəriblər.

    Ümumiyyətlə, E.Makronun Məhəmməd peyğəmbərin karikaturasının yayılmasına icazə verməsi müsəlman dövlətlərində narazılıqla qarşılanıb, hətta bir sıra ölkələrdə Fransa məhsulları boykot edilib.


  • Опубликованы кадры брошенных врагом военной техники и боеприпасов – ВИДЕО

    Министерство обороны Азербайджана опубликовало видеокадры военной техники и боеприпасов, брошенных противником при бегстве в ходе боев на губадлинском направлении.

  • Düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların yeni görüntüləri yayıldı – VİDEO

    Azərbaycanın Müdafiə Nazirliyi Qubadlı istiqamətində gedən döyüşlər zamanı düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların videogörüntüsünü yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Мировые цены на нефть снижаются

    Мировые цены на нефть снижаются в ходе торгов в среду, 28 октября, передает RT.

    Фьючерсы на нефть марки Brent с поставкой в декабре уменьшились на 1,6% – до 40,54 доллара за баррель.

    Декабрьские фьючерсы на нефть WTI снизились на 2,1%, составив 38,74 доллара за баррель.

  • Neftin qiyməti düşür

    Dünya bazarında neftin qiymətində azalma müşahidə olunur.

    RT xəbər yayır ki, “Brent” markalı neftin dekabr fyuçersləri 1,6 faiz azalaraq, bir bareli 40,54 dollara enib.

    WTI markalı neftin dekabr fyuçersləri 2,1 faiz azalaraq, bir bareli 38,74 dollara düşüb.

  • Ermənistan ərazisindən Azərbaycanın dörd rayonu atəşə tutulub – RƏSMİ

    Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

    Səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalıb.