Month: October 2020

  • “Bizi Vətən çağırdı”: Zəfərlə dolu 30 gün… – VİDEO

    Cəbhədə törədilən erməni təxribatına layiqli cavab verən Azərbaycan ordusu erməni hərbi birləşmələrini darmadağın edərək, işğalda olan əraziləri mənfur düşməndən təmizləyir. Böyük qələbəyə doğru gedən yolda bir ayı geridə qoyan şanlı ordu Ali Baş Komandanın rəhbərliyi altında əsl tarix yazır.

    Cəbhədə şiddətli döyüşlərin başlamasından bir ay ötür. Keçən bu müddət vaxt baxımından qısa olsa da, düşmənə vurulan zərbələrin miqdarı bir o qədər böyükdür.

    Bu gün ən müasir silahlarla təchiz edilən Azərbaycan ordusu düşmənin istənilən hərbi texnikasını məhv etmək iqtidarındadır. Müzəffər ordunu Ermənistanın pərakəndə hərbi birləşmələrindən fərqləndirən ən başlıca cəhət də məhz budur.

    Döyüşlər başlayan müddətdən keçən bir ay bizi həm də qalib xalq olaraq dünyaya tanıtdı və mübarizə əzmimizi özümüzə qaytardı. Dövlət, xalq və ordu həmrəyliyi isə özünün ən pik həddinə çatıb. Bir aydır davam edən müharibə Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə möhkəmlənməsinə səbəb olub.

    Son bir ay həm də onu göstərdi ki, erməni vətəndaşları Paşinyana yalnız sağ ikən və döyüşmək üçün lazımdır. Belə olmasa idi, baş nazir öz cəsədlərini götürmək üçün Azərbaycanın verdiyi humanitar atəşkəs şansından istifadə edərdi. Lakin Paşinyan üç dəfə humanitar atəşkəsin tələblərini kobud şəkildə pozaraq, öz xalqını qırğına göndərməkdən çəkinmədi və bu vəziyyət indi də davam edir.

    Təəssüf ki, müharibə itkilərsiz olmur. Öz torpaqlarını düşmən tapdağından azad etmək üçün gözünü qırpmadan canını fəda edən Azərbaycan əsgəri döyüşərək şəhidlik zirvəsinə ucalır. Lakin döyüş meydanında məhv edilən mənfur düşmən öz məğlubiyyətinin əvəzini dinc insanlardan, uşaqlardan çıxır.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • Ermənistanda yaralı hərbçilərin müalicəsi üçün qan çatmır

    Ermənistan ordusu qan çatışmazlığı ilə üzləşib.

    Median.Az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi yaralı hərbçilərin müalicəsi üçün bütün qan qruplarından daha çox donora ehtiyacı olduğunu açıqlayıb.

  • Düşmən mindən çox hərbçi itirdiyini etiraf etdi

    Düşmən tərəf Azərbaycan ordusunun əks-hücumu nəticəsində ölən 35 hərbçinin də siyahısını açıqlayıb.

    Bununla da, işğalçı dövlət mindən çox hərbçi itirdiyini etiraf edib.

    Eyni zamanda, Ermənistan milli təhlükəsizlik xidmətinin sərhəd qoşunları münaqişə bölgəsindəki döyüş əməliyyatları zamanı 37 nəfər itirib.

    “Sputnik Armeniya” xəbər verir ki, bunu xidmətin direktor müavini Armen Abazyan mətbuat konfransında deyib:

    “Milli təhlükəsizlik xidmətinin sərhəd qoşunlarının hərbi qulluqçuları döyüş əməliyyatlarına cəlb ediliblər. Təəssüf ki, 37 nəfər ölüb, 4 nəfər itkin düşüb, 243 nəfər yaralanıb”.

  • Məşhur rusiyalı müğənni Zemfirada koronavirus aşkarlanıb

    Məşhur rusiyalı müğənni Zemfira koronavirusa yoluxub.

    Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

    Məlumata görə, 44 yaşlı ifaçı müstəqil şəkildə həkimlərə müraciət edib və COVID-19 testi verib.

    Həkimlər ona testin müsbət cavabı barədə məlumat veriblər.

    Hazırda Zemfira ev şəraitində karantindədir, həkimlərin tövsiyələri əsasında müalicə alır.

  • Минобороны и Госпогранслужба Азербайджана предупредили Армению

    Министерство обороны и Государственная пограничная служба (ГПС) Азербайджана распространили совместное заявление.

    “Азербайджан, придерживаясь нового режима гуманитарного прекращения огня, сдержанно относится к провокациям противника по всему фронту и принимает лишь адекватные меры.

    Пользуясь этим, Армения целенаправленно нагнетает обстановку на различных направлениях фронта, особенно на восстановленных участках государственной границы, подготавливая почву для своих дальнейших провокаций.

    Руководство Армении уже должно осознать и смириться с тем, что восстановленные государственные границы являются не зоной конфликта, а признанной международным сообществом госграницей, определяющей полноправные суверенные территории Азербайджана. Должна быть обеспечена нерушимость границы. Любая провокация в этом направлении расценивается как акт агрессии по отношению к нашей территориальной целостности.

    Учитывая это, Азербайджан обладает правом уничтожать любые легитимные военные объекты, угрожающие его территории, независимо от их месторасположения”, – говорится в заявлении.

  • Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı – Ermənistana XƏBƏRDARLIQ

    Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb.

    Bəyanatda deyilir:

    “Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür.

    Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır.

    Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir.

    Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir.

    Bu baxımdan, Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq, məhv etmə hüququna malikdir”.

  • Yağış, duman, külək… – PROQNOZ

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

    Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

    Sabah Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

  • Враг обстреливает Тертер – ОФИЦИАЛЬНО

    Вооруженные силы Армении, грубо нарушая новую договоренность по режиму гуманитарного прекращения огня, ведут артиллерийский обстрел города Тертера и сел одноименного района.

    Об этом сообщает Министерство обороны Азербайджана.

  • Düşmən Tərtəri atəşə tutur – RƏSMİ

    Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriya atəşinə tutur.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

  • Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

    Trend-in xəbərinə görə, qanuna təklif edilən dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olan vətəndaşlar bir qayda olaraq dövlət sirrinin daşıyıcıları olurlar.

    Qanuna ediləcək dəyişiklikdən öncə vətəndaş könüllü olaraq zabit kimi xidmətə qəbul edildikdə 1 il 6 ay xidmət etdikdən sonra həmin xidmətdən tərxis ola bilirdi. Bu şəxslər (birbşa kadr zabit heyətinə könüllü daxil olanlar) hazırkı dəyişikliklə qiymətləndirmə yolu ilə birbaşa kadr zabit heyətinə keçirilirlər.

    Yalnız zabit heyəti vəzifələrində (burada dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti əməkdaşları nəzərdə tutulur) təqvim hesabı ilə (hərbi vəzifə və hərbi xidmət haqqında) Qanunun 41.0.9-cu maddəsinə və (hərbi xidmət keçmə haqqında” əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq azı 10 il xidmət etdikdə ehtiyata buraxıla bilərlər.

    Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.