Month: October 2020

  • Müdafiə Nazirliyində Bərdəyə raket hücumu və cəbhədəki son vəziyyətlə bağlı brifinq – CANLI

    Müdafiə Nazirliyində cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirilir.

    Brifinqdə nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov və Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edir.

    Brifinqdə gün ərzində cəbhədə baş vermiş hadisələr və Bərdəyə ermənilərin terror hücumu haqqında məlumatlar təqdim olunur.

  • Müharibənin körpə şahidləri – VİDEO

    Hərgün alınan qələbə xəbərlərinə baxmayaraq, hər qalibiyyətə, zəfərə gedən yolun çətinlikləri də var. Mülki əhalinin atəşə tutulması, törədilən terror hadisələri, ən pisi də bütün bunlardan travma alan o körpələr.

    Yaxşı bəs necə etməliyik ki, uşaqlarımız bu ərəfədən travma almasınlar?

    Baku TV xəbər verir ki, müharibə zamanı həssas yanaşmalı olduğumuz məqamlardan biri də uşaqlarla necə davranmağımızdır. Böyüklü, kiçikli qələbə xəbərləri eşitsək də, müharibənin mənfi tərəflərinin olduğunu unutmamalıyıq.

    Psixoloq Vüsalə Əmiraslanova Baku TV-yə bildirib ki, müharibə xüsusən cəbhəyanı bölgələrdə yaşayan uşaqlar üçün ağır psixoloji fəsadlar törədə bilər. Bizim qələbəmiz bu fəsadların, bu travmaların öhdəsindən daha tez və daha asan gəlməyimizə səbəb olacaq.

  • Azərbaycan XİN Ermənistanın Bərdəyə raket atmasını pisləyib

    Oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 4 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla 13 nəfər ciddi xəsarət alıb.

    XİN-dən “Report”a daxil olan məlumatda bildirilib ki, bu, son günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliklərini heçə sayaraq törətdiyi növbəti müharibə cinayətidir.

    “İki ölkənin Xarici İşlər nazirlərinin Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirəcəyi görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti qanlı cinayətin törədilməsi, təcavüzkar Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının və hər vəchlə danışıqlara maneə törətmək məqsədi güddüyünün bariz göstəricisidir.

    Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır. Cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsini təmin etmək üçün beynəlxalq ictimaiyyəti qəti mövqe sərgiləməyə çağırırıq”, – məlumatda vurğulanıb.

  • Репортаж Haber Global из Барды, которая подверглась ракетному обстрелу – ПРЯМОЙ ЭФИР

    Телеканал Haber Global вышел в прямой эфир из Бардинского района, где в результате ракетного обстрела Армении погибли четыре и ранения различной степени тяжести получили 13 человек.

    Армения уже несколько раз наносила удары по мирным жителям и гражданской инфраструктуре АР.

    Ранее враг два раза подверг обстрелу второй по численности город Азербайджана – Гянджу, в результате чего погибло и получило ранение множество мирных жителей.

  • “Haber Global” Bərdədəki son vəziyyəti çatdırır – CANLI

    Türkiyənin “Haber Global” kanalı erməni terrorçuları tərəfindən raket hücumlarına məruz qalan Bərdədən canlı yayıma çıxıb.

  • Ombudsmandan Bərdəyə terror hücumu ilə bağlı paylaşım – FOTO

    Ombudsman aparatı ermənilərin Bərdəyə raket hücumunun nəticələri ilə bağlı paylaşım edib.

    Bu barədə Ombudsmanın “Twitter” hesabında fotolar paylaşılıb.

    Bildirilib ki, hücum nəticəsində dörd nəfər həlak olub.

    #Armenia used forbidden #cluster Smerch missile against civilians in #Barda as a result of which 4 civilians, including 2 years old baby girl were killed. 13 civilians wounded. @ICRC @PMaurerICRC @UNHumanRights @UNHumanRightsEU @Dunja_Mijatovic @EdwardUNICEF pic.twitter.com/gfYXGnCuZg
    — Ombudsman of Azerbaijan (@az_ombudsman) October 27, 2020

  • Vətəndaşların nəzərinə: “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir – FOTO

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşları “WhatsApp” üzərindən məşhur şirkətlərin adından həyata keçirilən “fişinq” kampaniyaları barədə xəbərdar edir.

    Nazirlikdən bildirilib ki, kiberdələduzlar istifadəçiləri “tələ”yə salmaq məqsədilə onlara “WhatsApp” üzərindən “Adidas” və digər məşhur şirkətlərin adından “spam” mesajlar göndərərək həmin şirkətlərin yubileyi münasibətilə pulsuz məhsulların paylandığını bildirirlər.

    Hədiyyəni əldə etmək üçün istifadəçidən keçidə daxil olaraq anketi doldurması istənilir. Məlumata etimad edərək keçidə daxil olan istifadəçi həmin şirkətin rəsmi səhifəsinə oxşar saxta səhifəyə yönləndirilir.

    Bununla yanaşı, istifadəçidən, həmçinin mobil nömrəsini daxil etməklə həmin mesajı nömrə siyahısında olan 20 “WhatsApp” istifadəçisinə göndərməsi tələb olunur.

    Kiberdələduzların məqsədi saxta reklam baxışları toplamaqla “asan” yolla gəlir əldə etmək, istifadəçiləri üçüncü tərəf tətbiqləri yükləməyə vadar etmək və fərdi məlumatları ələ keçirməkdir.

    Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu alınan hər mesaja şübhə ilə yanaşmaq, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməmək və məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə etməklə yoxlamaqdır.

    Vətəndaşlardan xahiş olunur ki, hər hansı şirkət, qurum və ya təşkilat adından bu kimi məlumatlar aldıqda, ilk öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olsunlar.

    Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

  • Hikmət Hacıyev: “Smerç” raketindən açılan atəş nəticəsində biri iki yaşlı körpə olmaqla dörd nəfər həlak olub”

    ANAMA-nın araşdırmasından məlum olub ki, ermənilər Bərdədə mülki əhaliyə qarşı “klaster” tipli “Smerç” raketlərindən istifadə ediblər.

    Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

    H.Hacıyev bildirib ki, mülki əhaliyə qarşı istifadəsi yasaq olan bu tip silahdan açılan atəş nəticəsində biri iki yaşlı körpə olmaqla dörd nəfər öldürülüb, 13 nəfər isə yaralanıb.


  • Çavuşoğlu Lavrovla Dağlıq Qarabağ məsələsini müzakirə etdi

    Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

    Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

    Tərəflər telefon söhbəti zamanı Dağlıq Qarabağ, Suriya və Liviya məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

  • QMİ sədrindən II Qareginin kilsə adından uşaqları hərbi savaşa çağırmasına ETİRAZ BƏYANATI

    Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadə bütün ermənilərin katalikosu II Qareginin kilsə adından xalqı və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırmasına dair açıqlaması ilə bağlı bəyanat verib.

    Bəyanatda deyilir:

    “Təcavüzkar Ermənistan rejimi 2020-ci ilin ilin iyul ayından etibarən yeni hərbi təxribatlara əl ataraq, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərində, həm də Ermənistan ilə dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və mülki əhalimizi hədəfə götürüb. 30 ilə yaxın müddətdə ATƏT çərçivəsində danışıqlar prosesinin əməli nəticə verməməsi, BMT TŞ-nin məlum 4 qətnaməsinin yerinə yetirilməməsi və Ermənistanın son hərbi təcavüzü xalqımızın səbrini tükədib və Azərbaycan öz suveren hüququndan istifadə edərək, ərazi bütövlüyünü bərpa etmək və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərini işğaldan azad etmək üçün mübarizəyə qalxıb.

    Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə Moskvada və Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə keçirilmiş görüşlərdə müvəqqəti humanitar atəşkəs haqqında müvafiq razılaşmalar əldə olunub. Lakin faktlar onu göstərir ki, Ermənistan heç də sülhə meylli deyil və atəşkəsdən sui-istifadə edərək öz həqiqi qəsbkar niyyətlərini nümayiş etdirməkdədir. Belə ki, Ermənistan göstərilən razılaşmalardan dərhal sonra BMT-nin məlum qətnamələri və 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq öz hərbi cinayətlərini və vandalizm aktlarını davam etdirməkdə və Azərbaycanın hərbi əməliyyatların baş verdiyi bölgədən yüz km. aralıda yerləşən yaşayış məntəqələrini ağır artilleriya ilə raket atəşinə tutmaqda davam edir. Bunun nəticəsində 27 sentyabr tarixindən bu günədək Ermənistan ərazisindən Azərbaycanın şəhər və yaşayış məntəqələrinin, o cümlədən Azərbaycanın ikinci əhəmiyyətli şəhəri olan Gəncənin atəşə tutulması nəticəsində azyaşlı uşaqlar olmaqla, 65 dinc sakinimiz həlak olub, 297 nəfər yaralanıb, 2243 fərdi ev, 90 çoxmənzilli ev, 402 mülki obyekt dağıdılıb, salamat qalan uşaqlar arasında hər iki valideynini itirənlər var.

    Münaqişə başlanan zamandan bu günədək təcavüzkar Ermənistan sivil əhalimizə qarşı terror tətbiq edərək işğal olunmuş ərazilərimizdə Azərbaycanın öz rəngarəngliyi ilə fərqlənən mədəni və mənəvi irsinə aid olan məbədlərimizi, qəbirstanlıqlarımızı, tarixi abidələrimizi, muzey və kitabxanalarımızı darmadağın edib. Bununla kifayətlənməyən qəsbkar erməni ekstremistlər əsarətdə qalan məscidlərimizi tövləyə çevirərək, İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş vandal həqarət əməllərindən belə çəkinməyiblər. Erməni ekstremistləri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yüzlərlə məscid, məbəd və kilsələr, minlərlə məzarlıq, 706 taixi abidə və muzey, 927 kitabxana, 1107 təhsil müəssisəsi, 40 min muzey eksponatı dağıdılıb və talan edilib”.

    Şeyxülislam bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan dövləti və ictimaiyyəti daim münaqişənin sülh yolu ilə həllinə, müxtəlif səviyyələrdə, o cümlədən dini müstəvidə danışıqlar prosesinə tərəfdar olub:

    “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dini liderlərin üçtərəfli Möntre, Rostov, Moskva, Tbilisi, Yerevan, Bakı görüşləri münaqişənin dini müstəviyə keçməsinə yol verməmək məqsədlərini daşıyıb.

    Təssüflə qeyd olunmalıdır ki, bizim hər zaman münaqişənin sülh yolu ilə ədalətli həllinə səy göstərməyimiz müqabilində qarşı tərəf, xüsusilə də erməni kilsəsi öz aqressiv münasibətini və qızışdırıcı fəaliyyətini davam etdirməkdədir. Belə ki, bir neçə gün əvvəl bütün Ermənistan katalikosu II Qareginin son müraciəti, kilsə adından xalqı və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırması dini lider olaraq ona baş ucalığı gətirmir və münaqişəyə dini don geyindirmək, daha böyük fəlakətlərə səbəb ola biləcək xristian-müsəlman qarşıdurması kimi təqdim etmək amallarına xidmət edir.

    Din xadiminin ən ümdə mənəvi borcu insan həyatını qorumaq, ədalətə söykənməkdir. II Qareqin deyir ki, hazırkı müharibəyə onları Azərbaycan vadar edib. Sual verirəm – Azərbaycan sizi öz ərazilərində müharibəyəmi dəvət edib, ya torpaqlarınızamı göz dikib? Erməni dini lideri bildirir ki, Qarabağ heç zaman Azərbaycan tərkibində ola bilməz. Bu din xadiminin təcavüzə bəraət verməsi və xalqları qarşıdurmaya sövq etməsi deyilmi? Sual olunur – on minlərlə erməni vətəndaşının bu gün də Azərbaycanda əmin-amanlıq şəraitində yaşadığını, Bakının mərkəzində yerləşən, bərpa edilən və abad şəkildə qorunan erməni kilsəsini və kitabxanasını nə tez unutdunuz? Bunun əksi olaraq, Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində mədəni-mənəvi irsimizin məhv edilməsi, bir nəfər belə azərbaycanlının qalmadığı sizin etnik təmizləmə və vandalizm siyasətinizin bariz nümunəsi deyilmi?

    Erməni kilsəsi bizi düşmən adlandıraraq, beynəlxalq birliyi “bu vəhşılikdən qurtarmağa” çağırır. Sual olunur – öz torpaqlarını qəsbkarlardan azad etmək nə vaxtdan vəhşilik adlanır, yoxsa Azərbaycan ərazilərində – Xocalıda, Gəncədə, Tərtərdə dinc əhaliyə qarşı törətdiyiniz vəhşilikər Qareginin dediyi kimi, “vətən və dövlətçiliyin qorunması üçün” tarixə qanlı hərflərlə yazılıb?

    Bütün dünya bilməlidir, hazırkı hərbi qarşıdurma Azərbaycan ərazilərində baş verir. Biz öz haqq işimizdə hər hansı dinə və millətə qarşı deyilik, heç bir ölkəyə təcavüz etməmişik və Qarabağda yaşayan erməniləri düşmən deyil, öz vətəndaşımız hesab edirik. Biz liderimiz İlham Əliyevin ətrafında sıx birləşərək işğal olunmuş öz əzəli torpaqlarımızı qəsbkarlardan azad etdikdən sonra ermənilərlə birgə yaşamaq, Qarabağımızı inkişaf etdirmək və firavan məkana çevirmək əzmindəyik.

    Biz Vətənimiz Azərbaycanda sülhə və əmin-amanlığa nail olunması üçün bu niyyətlərimizdə bütün dünya birliyinin dəstəyinə ümid edirik!”.