Month: October 2020

  • Bərdəyə düşmən hücumu zamanı ölənlərin adları bilindi: Biri azyaşlıdır – RƏSMİ

    Bu gün günorta saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, yeddi nəfər isə xəsarət alıb.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

  • İrəvansız qalan bacılar: “Erməni həkim anamın əkizlərini öldürdü” – VİDEOREPORTAJ

    1948-ci ildə İrəvandan köçkün düşmüş bacıların acı taleyi izləyənləri kövrəldib.

    İrəvan köçkünü olan bacılar Baku TV-yə müsahibə zamanı xeyli maraqlı mətləblərə toxunublar.

    Bacılar öz uşaqlıq xatirələrindən, ermənilərin İrəvana köçürülməsindən danışıblar.

    “Ermənilər azərbaycanlılara gün verib-işıq vermirdi. Onlar bizim bağlarımızdan oğurluq edir, qartopu oynayanda qarın içinə daş qoyub bizə atırdılar”.

  • Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur – RƏSMİ

    Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Bərdə rayonlarının ərazilərini atəşə tutur.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

  • “SOCAR-AQŞ” MMC-yə yeni baş direktor təyin edilib

    “SOCAR-AQŞ” MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı ilə Ramin İsayev müəssisənin baş direktoru vəzifəsindən azad edilib. Təsisçilərinin qərarına əsasən, Samir Mollayev müəssisənin yeni baş direktoru təyin edilib.

    Samir Mollayev yeni təyinatından öncə “SOCAR-AQŞ” nin səhmdarlarından biri olan “Nobel Oil Services” şirkətlər qrupunda Qazma Biznesi üzrə Baş Əməliyyat Direktoru vəzifəsində çalışıb.

    Bu vəzifədə şirkətlər qrupunun qazma biznesinin inkişafı istiqamətində müxtəlif layihələrinin, o cümlədən, “Nobel Oil Services” şirkətinin Qazaxıstanda “Evrika Oleum” şirkətinin neft yatağında quyuların qazılması üzrə idarəetmə xidmətləri və digər layihələrin iştirakçısı olub.

    Neft-qaz sənayesi üzrə peşəkar karyerasına 2006-cı ildə “Schlumberger” şirkətində Quyuların Yoxlanılması Mühəndisi vəzifəsində başlayan Samir Mollayev daha sonra Birləşmiş Krallıqda və Danimarkada Baş Sahə Mühəndisi kimi çalışıb.

    2009-cu ildən BP şirkətində “Quyuların qazılması, tamamlanması, test edilməsi, təmiri, geoloji-texniki işlər və quyuların kompleks mühəndislik xidmətləri’’ komandasının yuxarı rəhbəri vəzifəsində çalışan S.Mollayev 2010/2011-ci illərdə ABŞ-da müxtəlif beynəlxalq layihələrdə uğurla iştirak edərək, liderlik bacarıqlarını əhəmiyyətli dərəcədə inkişaf etdirib.

    “SOCAR-AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. “SOCAR-AQŞ” həm Xəzərin Azərbaycan sektorunda, həm də Türkiyədə həyata keçirdiyi qazma əməliyyatlarını uğurla davam etdirir.

    Müəssisənin səhmdarları SOCAR, “Nobel Oil Services” və AQŞ şirkətləridir.

  • Azərbaycan ordusu separatçı rejimin “müdafiə naziri”ni məhv etdi – ANBAAN VİDEO

    Separatçı rejimin “müdafiə naziri” Cəlal Arutyunyanın yaralanması və bununla əlaqədar olaraq vəzifədən uzaqlaşdırılması ilə bağlı məlumat vermişdik.

    “Caliber” “Telegram” kanalı onun məhv edilməsi ilə bağlı məlumat yayıb.

    Bildirilib ki, Ermənistan silahlı qüvvələri ilə bərabər humanitar atəşkənin pozulmasında fəal iştirak etmiş C.Arutyunyan Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı nəticəsində fiziki olaraq məhv edilib.

    Onun, iddia edildi kimi, “yüngül xəsarət alması” (Ermənistan tərəfi xəbəri belə şərh edib – red.) heç bir halda yeni “müdafiə naziri”nin təyin edilməsinə səbəb ola bilməz.

    İki variant var – ya C.Arutyunyan Dağlıq Qarabağdakı hərbi uğursuzluqlara görə işdən qovulub, ya da ağır yaralanıb və ya öldürülüb.

    Bu ehtimallara C.Arutyunyanın məhv edilməsi barədə təqdim olunan əyani dəlillər vasitəsilə nöqtə qoyulub.

    Ordumuz separatçıların “müdafiə naziri”ni xidməti avtomobilində külə döndərib.

  • Azərbaycanda 42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə 697 ictimai iaşə obyektində 1281 monitorinq keçirib.

    Agentlikdən verilən məlumata görə, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 697 ictimai iaşə obyektində monitorinq aparılıb.

    Reyd keçirilən 42 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

    Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin, pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb:

    “Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan iki dəfə az olmalı və müvafiq olaraq, adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır”.

  • В Азербайджане выявлены 663 новых случая инфицирования COVID-19, скончались еще девять человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 663 новых случая инфицирования коронавирусом, еще 283 человека вылечились и были выписаны домой.

    Об этом 27 октября сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще девять пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 51 149 человек, 688 из них скончались, 41 693 – излечились, 8 768 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 1 308 048 тестов (за последние 24 часа – 9 700) на COVID-19.

  • Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 663 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 663 yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, doqquz nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 8768 nəfərdir.

    Ölkədə son sutka ərzində 9700, hazırkı dövrədək isə 1308048 test aparılıb.

    Ümumi ölənlərin sayı 688 nəfərdir.

    Ümumi yoluxanların sayı 51149 nəfər, ümumi sağalanların sayı 41693 nəfərdir.

  • Səbinə Əliyeva Pakistanla Azərbaycan arasında möhkəm əlaqələrdən danışıb – FOTO

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyinin keçirdiyi tədbirdə çıxış edib.

    Bu barədə Ombudsmanın “Twitter” hesabından xəbər verilib.

  • Qondarma rejimin Paşinyana məktubu niyə gizlədilib?

    Qarabağda qondarma rejimin “lideri” Araik Arutyunyan Ermənistandan da hərbi əməliyyatların dayandırılmasını istəyib.

    Bu barədə “Qraparak” məqalə yayıb.

    Erməni mediasında Arutyunyanın Rusiya Prezidenti Vladimir Putinə etdiyi müraciəti fəal şəkildə müzakirə edilib.

    Arutyunyanın məktubunun cəmiyyəti “hərbi-vətənpərvərlik nağılları” ilə bəsləyən dairələrə soyuq su səpdiyi və həqiqətə qayıtmağın vaxtının gəldiyini hər kəsə başa saldığı qeyd olunur.

    Bildirilir ki, Arutyunyan Putindən Azərbaycan-Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılması və siyasi proseslərin davam etdirilməsi üçün əlindən gələni etməsini istəyib.

    Qeyd olunur ki, Arutyunyanın Nikol Paşinyana da eyni məzmunda məktub göndərdiyi təsdiqlənib. Paşinyan parlamentdən kənar qüvvələrlə görüşü zaman məhz bu məktubla əlaqədar danışıb, amma nədənsə bu, rəsmi olaraq təkzib edilib. Qondarma rejimin mətbuat katibi Vaqram Poqosyan məsələnin cəbhədə həll olunduğuna inandıqlarını deyib.

    “Bununla birlikdə, bir vacib nüans hələ də qaranlıq qalır: əgər Arutyunyan bu münaqişədə Putin və Rusiyanın roluna bu qədər əhəmiyyət verirdisə, niyə Rusiyada “persona non-qrata” (arzuolunmaz şəxs) elan edilmiş insanları ən vacib iki dövlət vəzifəsinə təyin etdi?! Söhbət qondarma rejimin Xarici İşlər naziri Masis Mayilyan və təhlükəsizlik şurasının katibi Samvel Babayandan gedir”, – deyə qəzet yazır.