Month: October 2020

  • Уничтожен начальник штаба противника

    В результате мер, предпринятых азербайджанской армией, был уничтожен передовой пункт управления 18-й мотострелковой дивизии вооруженных сил Армении.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    Среди убитых также значится начальник штаба дивизии полковник Сергей Шакарян.

  • Düşmənin yüksək rütbəli zabiti məhv edildi – RƏSMİ

    Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var.

  • Жена Пашиняна заявила, что будет воевать – ФОТО

    Супруга премьер-министра Армении Никола Пашиняна Анна Акопян заявила, что будет проходить боевые учения вместе с группой, состоящей из 13 женщин.

    Об этом она написала на своей странице в социальных сетях.

    По ее словам, учения завершатся через несколько дней. После этого они направятся на защиту границ.

    Следует отметить, что данный факт является доказательством того, что армянская армия находится в плачевном и безвыходном состоянии.

    Напомним, что несколько месяцев назад А.Акопян призналась, что принимала участие в боевых учениях и поделилась фотографиями, подтверждающими ее слова.

  • Paşinyanın arvadı döyüşə gedir – FOTO

    Nikol Paşinyanın arvadı Anna Akopyan bildirib ki, sabahdan özü də daxil olmaqla 13 qadından ibarət bir dəstə təlimlərə başlayacaq.

    O bu barədə sosial şəbəkədə məlumat verib.

    Anna təlimlərin bir neçə günə bitəcəyini və qadınlardan ibarət dəstənin sərhədləri qorumaq üçün yola çıxacağını bildirib.

    Bu məsələ Ermənistan ordusundakı vəziyyətin nə dərəcədə acınacaqlı olmasının sübutudur və çıxılmaz vəziyyətdə olan Paşinyanı arvadını bir neçə qadınla döyüş zonasına göndərmə sövq edir.

    Xatırladaq ki, Anna Akopyan bir neçə ay öncə də hərbi təlimlər keçdiyini bildirmiş və bunu təsdiq edən fotoları sosial şəbəkələrdə yayımlamışdı.

  • Parlament Vəng kəndinin Çinarlı adlandırılmasını təsdiqlədi

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

    Report-un xəbərinə görə, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

    O bildirib ki, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

  • Ön cəbhədə döyüşən əsgərin xəyalını gərçəkləşdirən iş adamı onunla görüşdü – VİDEO

    Bir neçə gün əvvəl iş adamı Fərid Novruzinin Hadrutda gedən döyüşlərdə əsgərin “İkiqapılı “Mercedes” avtomobili mənim xəyalım olub” deyən əsgərimizə maşın alması ilə bağlı xəbər vermişdik.

    Fərid Novruzi özünün “Facebook” hesabında yazaraq bildirib ki, artıq həmin əsgəri tapıb:

    “Dostlar, qəhrəman qardaşım tapıldı.

    Allahın işinə baxın.

    Öncədən onu deyim, qardaşımızı Allah saxlayıb.

    Döyüşlərdə ayağından aldığı güllə yarası səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi, lakin yarası tam sağalmadan yenə də cəbhəyə qayıtdı. Ordu rəhbərliyi halını müəyyən edib, onu tam müalicəsini bitirməsi üçün evinə məzuniyyətə yolladı.

    Və dünən…

    Dünən səhər, “Facebook Messenger”imə bir izləyicim əsgər qardaşımızı təsadüfən bir neçə gün öncə hospitalda gördüyünü yazdı və onun əlaqə vasitələrini göndərdi. Əlavə etdi ki, qardaş təkrar cəbhəyə yollanıb.

    Bir tərəfdən üzüldüm onu görmədiyimə, digər tərəfdən, belə igidlə qürur duydum. Qərara aldım ki, qardaşa yenə də zəng edib, onunla telefon vasitəsilə tanış olum və hədiyyəsi barəsində xəbər verim. Və nə olsa, yaxşıdır?

    Qardaş dedi ki, şəhərə gəlir, axşam görüşə bilərik.

    İnanın, elə xoşbəxt idim, elə sevinirdim ki… Dünən axşam bir araya gəldik.

    Qardaşın üzünü məlum səbəblərdən göstərə bilmirəm, amma Hadrut hekayəsini danışanda, maşını necə gördüyünü (bu arada, ürəyindəki sözləri ifadə edərkən çəkiliş edildiyini bilmirdi), nə hisslər keçirdiyini, hamısını mənimlə bölüşdü.

    Bir şey danışdı, bunu paylaşmaya bilmərəm. Döyüş vaxtı ayağından güllə yarası alanda digər döyüş yoldaşı daha da ağır yaralanıb. Özü yaralı ola-ola yoldaşını təhlükəsiz yerə qədər aparıb. Yoldaşına yaralı olduğunu bildirməyib. Yolda yoldaşı deyir ki, bizi burdan sağlam çıxar və özünü qoru, zarafatla da əlavə edib ki, unutma, səni ikiqapılı maşın gözləyir.

    Nə deyim. Vallah, belə oğullarımız olduqca bu dövlətə heç bir zərər gəlməz, heç bir düşmən önümüzdə dayana bilməz. Allah igidlərimizi qorusun! Allah ordumuzu müzəffər etsin!”

  • XİN-dən ermənilərin uşaqlardan əsgər kimi istifadə etməsinə SƏRT REAKSİYA

    “Son günlər sosial mediada Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində uşaqlardan əsgər kimi istifadə etdiyini nümayiş etdirən videolar geniş yayılıb”.

    Bununla bağlı Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda deyilir.

    Bildirilib ki, təxminən otuz ildir ki, Azərbaycan Respublikasında yüz minlərlə uşaq Ermənistanın davamlı təcavüzündən və bunun uzunmüddətli təsirlərindən əziyyət çəkir:

    “Ancaq göründüyü kimi, Ermənistan nəinki azərbaycanlı uşaqların hüquqlarını pozmağa davam edir, hətta erməni uşaqların da hüquqlarını pozmaqdan çəkinmir.

    Ermənistan hərbi əməliyyatlarda uşaqlardan istifadə etməklə, mülki əhalinin qorunmasına dair IV Cenevrə Konvensiyası və “Uşaqlar xüsusi hörmət obyektinə çevrilməli və hər cür ədəbsiz hücumdan qorunmalıdır” deyən I Əlavə Protokolun uşaqların müdafiə olunması zəmanətini pozur.

    Ermənistan bu cür hərəkətləri ilə BMT-nin Uşaq Hüquqları Konvensiyasında, uşaqların silahlı qarşıdurmaya cəlb olunmasına dair Fakultativ Protokolda, xüsusən də 1-ci və 2-ci maddələrində təsbit olunmuş uşaq hüquqlarını kobud şəkildə pozur.

    Uşaqları döyüşçü kimi istifadə edərək Ermənistan, onları əsas hüquqlarından, xüsusən yaşamaq və qoruma hüququndan məhrum edir, çünki uşaqlar döyüşçülər kimi hərbi hədəf ola bilərlər.

    Özünü təhlükəsiz məktəblər haqqında bəyannamənin “müdafiəçiləri”ndən biri kimi təqdim edən Ermənistan, məktəb binalarını hərbi məqsədlər üçün istifadə etməkdən belə çəkinmir və bununla da gələcək nəslin qorunmasına hörmətsizliyini bir daha nümayiş etdirir.

    Ermənistan tərəfindən beynəlxalq konvensiyalara və beynəlxalq humanitar hüquq öhdəliklərinə açıq şəkildə məhəl qoyulmadan uşaq hüquqlarının pozulmasını qətiyyətlə pisləyirik və müvafiq beynəlxalq təşkilatları bu qanunsuz təcrübəni hərtərəfli araşdırmağa və Ermənistan tərəfindən uşaq hüquqlarının pozulmasının dayandırılması üçün lazımi tədbirləri görməyə çağırırıq”.

  • 172 освобожденных азербайджанской армией населенных пункта отображены на интерактивной карте – ВИДЕО

    В очередной раз обновлена интерактивная карта деоккупированных территорий Азербайджана.

    На ней указаны четыре города, три поселка, 165 сел и горный хребет Муровдаг, освобожденные в результате начавшегося 27 сентября контрнаступления азербайджанской армии в ответ на провокации вооруженных сил Армении.

    Населенные пункты отображаются на карте в соответствии с хронологией их освобождения.

  • Azərbaycan ordusunun işğaldan azad etdiyi 172 məntəqə interaktiv xəritədə – VİDEO

    Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə bağlı hazırlanan interaktiv xəritə növbəti dəfə yenilənib.

    Həmin xəritədə sentyabrın 27-dən başlayaraq bu günə kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində azad edilən dörd şəhər, üç qəsəbə, 165 kənd və Murovdağ zirvəsi qeyd olunub.

    Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Azərbaycan torpaqları müvafiq tarixi ardıcıllıqla sıralanıb.

  • Maska ​​taxanların əsas səhvləri açıqlandı

    Hazırda insanlar maskaları sağlamlığı qorumaq və koronavirusdan müdafiə olunmaq üçün deyil, ictimai nəqliyyatdan istifadə edərkən, mağazalara gedərkən cərimə olunmamaq üçün istifadə edirlər.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyada LOR klinikasının rəhbəri, tibb elmləri namizədi Vladimir Zaytsev bildirib.

    Onun sözlərinə görə, maska çənəni deyil, burun və ağzı örtməlidir.

    “Maskanı səhv taxmaq koronavirus infeksiyasına yoluxmaya gətirə bilər”, – deyə o xəbərdarlıq edib.

    Həkim bir maskanın maksimum bir neçə saat taxıla biləcəyini qeyd edib.

    “Ancaq bəzi insanlar eyni maskanı həftələrlə taxırlar”, – deyən həkim bu yanaşmanın səhv olduğunu açıqlayıb.

    Zaytsev qeyd edib ki, ictimai nəqliyyatda tutacaqdan tutulubsa, domofon, lift və ya bankomatdakı düymələr basılıbsa, üzə, buruna və ya gözlərə əllərlə toxunmaq olmaz.

    Onun sözlərinə görə, insanların başqa bir səhvi mağazalar, ticarət mərkəzləri və digər ictimai yerlərdə nadir hallarda əl sanitayzerlərindən istifadə etmələridir.

    Bununla belə, o, sosial məsafənin saxlanılmamasını ən böyük səhv adlandırıb.