Month: October 2020

  • H.Hacıyev: “Təşəkkürlər Qardaş Türkiyə, təşəkkürlər TRT” – VİDEO

    Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qardaş Türkiyə xalqına və xüsusilə də TRT telekanalına təşəkkür edib.

    Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

    Sosial şəbəkə hesabında Türkiyənin TRT telekanalının aparıcılarının Azərbaycana dəstək xarakterli səmimi çıxışlarının videosunu paylaşan H.Hacıyev bu sözləri qeyd edib:

    “Təşəkkürlər Qardaş Türkiyə, təşəkkürlər TRT. Bir millət, iki dövlət”.

    Təşəkkürlər Qardaş Türkiyə. Təşəkkürlər @TRT
    Bir Millət, İki Dövlət. pic.twitter.com/Hmwmnz150j
    — Hikmet Hajiyev (@HikmetHajiyev) October 26, 2020

  • Prezidentin köməkçisi: “Ermənistan real hərbi itkilərini erməni xalqından gizlətməyə çalışır” – FOTO

    “Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin meyitlərinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Ermənistana verməyə hazırdır”.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

    “Bunu oktyabrın 18-də bəyan etməyimizə baxmayaraq, Ermənistan tərəfi cavab vermir. Meyitləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır”, – o qeyd edib.

    We declared that unilaterally ready to return bodies of Armenian soldiers via @ICRC. Since October 18 our appeal remains unanswered by Armenia. By this ignorance Armenia tries to hide its real military losses by Armenian people. https://t.co/PgMzNgH1r2
    — Hikmet Hajiyev (@HikmetHajiyev) October 26, 2020

  • Bakı-Quba yolunun Sumqayıt hissəsi təmir olunur – FOTO

    Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işləri sürətlə davam etdirilir.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülür və yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.

    Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq Sumqayıtdan Ceyranbatan qəsəbəsinədək 5.5 km-li ərazi asfaltlanıb. Ceyranbatandan VAZ dairəsi istiqamətində 3 km-lik ərazidə isə hazırda qazma-dolma işləri görülür, yeni yol yatağı və yol əsası inşa edilir. Yenidənqurma işlərinin aparıldığı ərazinin uzunluğu hazırda 9 km təşkil edir.

    Bundan başqa magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər sökülərək, beton arakəsmələrlə əvəzlənəcək.

    Vətəndaşların rahat gediş-gəlinin təmin olunması istiqamətində aparılan işlər zamanı Sumqayıtdan VAZ dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Məhdudlaşma tədbirlərinə 29 sentyabr tarixindən başlanılıb.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və təmir-tikinti aparılan ərazilərdə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə ertmələri tövsiyyə olunur. Alternativ olaraq sürücülər Sumqayıt-Novxanı və Sumqayıt-Saray avtomobil yollarından istifadə edə bilərlər.

    Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

  • Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub

    Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tətqiqatlar Mərkəzinin hesablamalarına görə, Ermənistanın işğalı nəticəsində Azərbaycanın kənd təsərrüfatına 20 milyard manatdan çox zərər dəyib.

    Bunu, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tətqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

    O, işğaldan azad edilən rayonlarda kənd təsərrüfatının bərpası ilə bağlı görüləcək işlər barədə məlumat verib.

    “Ümumi torpaqlar işğaldan azad oldduqdan sonra 155 min hektar sahə yenidən bizim əkin dövriyyəmizə cəlb olunacaq. Burada təqribən 400 mindən yuxarı iribuynuzlu heyvanlardan ibarət sürü, 1,5 milyondan çox xırda heyvan sürüsündən ibarət bir təsərrüfat formalaşacaq. Nəticə etibarilə, böyük həcmdə ət və süd məhsulları istehsal ediləcək.

    Eyni zamanda, bu ərazilərdə üzüm sahələrinin əkini bərpa ediləcək, tərəvəz və tütün istrehsalı imkanları genişlənəcək. Aparılan qiymətləndirmələr onu göstərir ki, bu regionda yaradılacaq istehsalın dəyəri indiki kənd təsərrüfatı istehsalı göstəricilərinə nisbətdə 8 faizdən yuxarı olacaq. İşğal müddəti ərzində biz hər il sanki öz kənd təsərrüfatı üzrə mövcud potensialımızın 8 faizini itirmişik” – deyə, o vurğulayıb.

    Onun sözlərinə görə, hər il bu ərazilərdə 45 min ton ət istehsalı gözlənilir və bu, indiki 30-35 min ton həcmindəki idxaldan belə daha böyükdür. Həmçinin, 200 min tondan yuxarı süd istehsalı gözlənilir ki, bu da ümumi süd istehsalının 10 faizə qədəridir. Bununla da, ölkəmizə heyvandarlıq məhsulları üzrə 200 milyon dollardan yuxarı idxalı əvəz etmək imkanları yaranacaq.

  • Армяне, нарушив режим прекращения огня, обстреляли дом малютки в Агдамском районе – ФОТО

    Вооруженные силы Армении, нарушив вступившее в силу сегодня с 08:00 режим гуманитарного прекращения огня, в очередной раз избрали в качестве мишени гражданские объекты, школы и ясли.

    Как сообщает АПА, выпущенные армянами снаряды попали в дом малютки в поселке для переселенцев Бахарлы в Агдамском районе, в результате здание было разрушено.

    Заведующая учреждением Ильхама Багирова сказала, что здесь воспитываются 35 детей, работают 15 воспитателей и технических работников:

    “Мы приостановили свою деятельность в последние дни, из-за того, что живем в прифронтовой зоне. Потому что знаем, что армяне обстреливают жилые дома, учебные заведения. Поэтому в результате сегодняшнего обстрела никто не пострадал”.

    И.Багирова сказала, что снаряд также попал в дом, в котором она живет.

    Отметим, что сегодня армяне подвергли обстрелу также среднюю школу села Гарадаглы Агдамского района. Школе был нанесен серьезный ущерб.

  • Ermənilərin atdığı mərmilər Ağdamda körpələr evinə düşdü – FOTO

    Ermənistan yeni humanitar atəşkəsi pozmağa davam edir.

    APA-nın məlumatına görə, Ermənistan Silahlı Qüvvələri bu gün saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs razılaşmasını pozaraq, növbəti dəfə mülki obyektləri, məktəb və körpələr evini hədəfə alıb.

    Ermənilərin atdığı mərmilər Ağdam rayonunun Baharlı köçkün qəsəbəsində körpələr evinə düşüb. Nəticədə körpələr evinin binası dağılaraq, yararsız hala düşüb.

    Körpələr evinin müdiri İlhamə Bağırova bildirib ki, burada 35 azyaşlı tərbiyə alır, 15 nəfər tərbiyəçi müəllim və texniki işçi var:

    “Cəbhə bölgəsində yaşadığımız üçün son günlər fəaliyyətimizi dayandırmışıq. Çünki ermənilərin yaşayış evlərini, təhsil ocaqlarını atəşə tutduğunu bilirik. Bu səbəbdən də bugünkü atəş nəticəsində xəsarət alan olmayıb”.

    İ.Bağırova yaşadıqları evə də mərmi düşdüyünü deyib:

    “Mənim evimə də mərmi düşüb. Özüm də şəhid bacısıyam. Bütün malımız, var-dövlətimiz bu dövlətə, bu orduya qurbandır”.

    Qeyd edək ki, bu gün ermənilər Ağdam rayonunun Qaradağlı kənd tam orta məktəbini də artilleriya atəşinə tutub. Məktəbə ciddi ziyan dəyib.

  • Üç gündür acıq, gətirib atıblar bura, gediblər – Erməni hərbçilər – VİDEO

    Son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumunu və fərariliyini əks etdirən videogörüntülər yayılır.

    Median.Az Trend-ə istinadən bildirir ki, həmin videogörüntülərdən birində bir qrup hərbçinin başsız qaldığı və 3 gündür ac, susuz əraziyə atıldıqları aydın olur.

    Hərbçilərdən biri videogörüntünü qeydə alarkən belə deyir:

    “Baxın, ay millət, bu artıq 2-ci gündür. Armavir vilayətindən gələnlər, digərləri də bir biri vilayətlərdən (çəkərək göstərir). Yağışın altında, 3 gündür ac, nə yemək var, nə adam var, nə əsgər var. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə (söyüş söyür) deyilik. 3 gündür vəziyyətimiz budur. Gəlin, silahları götürək düşək aşağı, hərbi hissəyə. Hələ baxın (yeri çəkir).

    Göründüyü kimi, Azərbaycan Ordusunun qüdrəti qarşısında pərən-pərən düşən erməni hərbçilərini bu cür acınacaqlı duruma düşüblər.

  • Армения не ответила на предложения Азербайджана в связи с освобождением пленных и возвращением тел

    С момента достижения в Москве соглашения о гуманитарном режиме прекращения огня 10 октября 2020 года на встречах председателя Государственной комиссии по делам пленных, заложников и пропавших без вести граждан Али Нагиева и других уполномоченных лиц с главой представительства Международного Комитета Красного Креста (МККК) в Азербайджане было отмечено, что Азербайджанская Республика готова к взаимному обмену телами погибших военнослужащих с обеих сторон, даже к возврату определенного количества тел армянских военнослужащих в одностороннем порядке, а также освобождению двух взятых в заложники азербайджанцев взамен на находящихся в Азербайджане двух армянских военнослужащих и двух мирных жителей.

    Как сообщили в Госкомиссии, в то же время до сведения МККК было доведено, что азербайджанская сторона готова в одностороннем порядке освободить 85-летнюю армянку, которую армянские вооруженные силы оставили в зоне боевых действий при отступлении.

    Несмотря на вышесказанное, до сих пор Армения не ответила на предложения Азербайджанской Республики в связи с освобождением пленных, лиц, взятых в заложники и возвращением тел.

  • Ermənistan əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təklifinə cavab verməyib

    2020-ci il oktyabrın 10-da Moskvada humanitar atəşkəs razılığının əldə edildiyi vaxtdan etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyevin və digər səlahiyyətli şəxslərin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin başçısı ilə görüşlərində Azərbaycan Respublikasının həlak olmuş hər iki tərəfə aid hərbçilərin meyitlərinin qarşılıqlı mübadiləsinə, hətta erməni hərbçilərinin meyitlərinin bir hissəsinin birtərəfli qaydada geri qaytarmasına, eləcə də Azərbaycanda saxlanılan 2 erməni hərbçisinin və 2 mülki şəxsin qarşı tərəfdəki 2 azərbaycanlı girovla azad edilməsinə hazır olduğu bildirilib.

    Dövlət Komissiyasından bildirilib ki, eyni zamanda Azərbaycan tərəfinin Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində qoyub getdiyi 85 yaşlı erməni qadının da birtərəfli qaydada azad edilməsinə hazır olduğu diqqətə çatdırılıb.

    Qeyd olunanlara baxmayaraq, indiyədək Ermənistan Respublikası əsirlərin və saxlanılan şəxslərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycan Respublikasının təkliflərinə cavab verməyib.

  • İcazəsiz hərbi forma geyinmək qanunla qadağandır – Hərbi ekspert

    Son vaxtlar Azərbaycanda hərbi vəziyyətlə bağlı bəzi şəxslər hərbi formalar geyinməyə başlayıb. Hətta hərbiyə aidiyyəti olmayan bəzi incəsənət nümayəndələri hərbi rütbəli formalar geyinməklə şəkil və videolar paylaşır, cəbhə bölgəsinə yollanırlar.

    Median.Az xəbər verir ki, hərbi ekspert Ruslan İmanquliyev Trend-ə açıqlamasında bildirib ki, həmin şəxslərin hərbi forma geyinməsi qanunla qadağandır: “Hərbi formanı hazırda xidmətdə olan və ehtiyatda olan hərbçilər geyinə və hərbi rütbəni daşıya bilərlər. Çünki həmin şəxsin hərbi biletində uniforma daşıya bilməsi ilə bağlı qeyd bölümündə bu göstərilib. Bunu istənilən şəxs geyinə bilməz. İcazəsi olmayan şəxsin hərbi forma geyinməsi, hərbi rütbə daşıması cinayətdir”.

    Ekspert bildirib ki, bütün növ hərbi formaların daşıma icazəsi xidmət etdikləri və ya təxris olduqları müvafiq qurumların icazəsi əsasında tənzimlənir. Hərbi qulluqçular öz aidiyyəti qurumlarından tərxis olunduqda hərbi biletlərində müvafiq qeydlər bölməsində qeyd edilir ki, uniforma daşıya bilər və ya bilməz. Hər bir qurum öz səlahiyyətli olduğu ərazidə bu əsası yoxlamaqla yanaşı, ümumilikdə isə ölkə ərazisində uniforma daşıdıqda buna icazə olub- olmamasına nəzarət Daxili İşlər Nazirliyinin səlahiyyətindədir.