Müdafiə Nazirliyi qəhrəman hərbçilərimizi tanıtmaqda davam edir.
Belə hərbçilərdən biri də kiçik çavuş Rahib Həşimovdur. O, verilən döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələrək şücaət göstərib və düşmənin bir neçə artilleriya qurğusunu məhv edib.
Month: October 2020
-
Акция в Миннесоте привлекла внимание к конфликту с Арменией – ФОТО/ВИДЕО
Азербайджанская Ассоциация Миннесоты провела в центре Миннеаполиса акцию против армянского терроризма и обстрелов мирного населения Азербайджана.
Как сообщила Oxu.az один из организаторов акции Гюнель Раллис, в акции приняла участие большая часть азербайджанской диаспоры Миннеаполиса, насчитывающей 200 семей.
“Протест прошел очень успешно. к нам подходили люди и интересовались историей конфликта с Арменией. Был большой интерес со стороны жителей Миннесоты”, – подчеркнула она, отметив, что в организации акции поддержку оказала азербайджанская община Чикаго.









-
Minnesotada haqq səsimiz – FOTO/VİDEO
Minnesotanın Azərbaycan Assosiasiyası Minneapolisin mərkəzində erməni terrorizmi və Azərbaycanın dinc əhalisinin atəşə tutulmasına qarşı aksiya keçirib.
Aksiyanın təşkilatçılarından biri Günel Rallisin Oxu.Az-a verdiyi məlumata görə, aksiyada 200 ailədən ibarət olan Minneapolis Azərbaycan diasporasının böyük hissəsi iştirak edib.
“Etiraz aksiyası çox uğurlu keçdi. İnsanlar bizə yaxınlaşdılar və Ermənistanla münaqişənin tarixi ilə maraqlandılar. Minnesota sakinləri tərəfindən böyük maraq oldu”, – Çikaqonun Azərbaycan icmasının aksiyanın təşkilinə dəstək göstərdiyini qeyd edən G.Rallis bildirib.











-
Türkiyədə partlayış baş verib
Türkiyənin Hatay bölgəsinin İskenderun rayonunda partlayış baş verib.
Bu barədə “Hürriyet” yazıb.Əraziyə çoxlu sayda təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb olunub.
Hatay valisi Rahmi Doğan “Twitter” hesabından partlayışla bağlı qeyd edib:
“Təhlükəsizlik orqanlarının Payas yoxlama məntəqəsində şübhələndiyi iki terrorçudan biri İskenderunda zərərsizləşdirilib və bu zaman partlayış meydan gəlib”.
Vali partlayış zamanı insan itkisinin olmadığını da əlavə edib.
-
Ciddi xəstəliklərin müalicəsində riski azaldır
Qəhvə içmək sirroz riskini azalda bilər.
Median.Az xəbər verir ki, bu nəticələri Con Hopkins Xalq Sağlamlığı Məktəbinin amerikalı alimləri elan edib. Mütəxəssislər 45 yaşdan 64 yaşa qədər olan 14 mindən çox insanın məlumatlarını araşdırıb və belə nəticəyə gəlib ki, qəhvə içənlər qaraciyər xəstəliklərindən daha az əziyyət çəkir.
Məlum olub ki, gündə iki fincan qəhvə riski demək olar ki, yarıya endirir – 44%, üç stəkan sirrozun inkişaf ehtimalını 57%, dördü isə 65% azaldır. Qeyd etmək lazımdır ki, həddindən artıq qəhvə digər orqanlara da mənfi təsir göstərə bilər. Məsələn, ürəyin işinə.
Xatırladaq ki, bundan əvvəl ekspertlər qəhvəni heç bir halda aspirin ilə qarışdırmamağı tövsiyə etmişdi. Alkoqoldan sonra mədə həddən artıq qıcıqlanır və buna bənzər kokteyl güclü ağrıya, hətta xroniki qastritin kəskinləşməsinə səbəb ola bilər. (publika.az)
-
Fransada həyəcan təbili: Gündəlik 100 min yoluxmanın astanasındayıq
Fransa Elmi Komitəsi həyəcanverici açıqlama ilə 52 010 yoluxma faktının qeydə alındığını bildirib.
Komitənin sədri Jan-Franços Delfraissi RTL kanalına verdiyi açıqlamada qeyd edib ki, Fransa gündəlik 100 min yoluxmanın astanasındadır:“Fransada gün ərzində 50 mindən çox yoluxma qeydə alınır. Gündəlik 100 min yoluxmanın astanasında olduğumuzu təxmin edirik”.
O, ölkənin çox çətin, hətta kritik vəziyyətdə olduğunu bildirib.
Qeyd edək ki, Fransa 1 138 507 yoluxma ilə dünya ölkələri arasında beşincidir.
-
41 ölkə “Avroviziya-2021” yarışmasında iştirakını təsdiqlədi
41 ölkə “Avroviziya-2021” beynəlxalq mahnı yarışmasında iştirakını təsdiqləyib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.Müsabiqədə iştirakını təsdiq edən ölkələr arasında Rusiya, Avstraliya, Avstriya, Norveç, Ukrayna, Böyük Britaniya, Azərbaycan və Ermənistan da var.
“Avroviziya-2021” yarışmasının finalı gələn ilin may ayının 22-də keçiriləcək.
-
Ermənistandan Qarabağa gətirilən silahlılar: “Biz heç kimə lazım deyilik” – VİDEO
Ermənistanın müxtəlif bölgələrindən Qarabağda döyüşmək üçün gətirilən silahlılar artıq etiraz edib, səslərinin eşidilməsini istəyirlər. Onlar aldadıldıqlarını, ac-susuz qaldıqlarını deyirlər.
Belə videolardan birini çəkən şəxs yaşadıqlarını şərh edir:“Ay camaat, baxın, artıq ikinci gündür… bu Armavir (polis) bölməsidir, qalanları da başqa rayonların bölmələridir. Qalmışıq yağışın altında. Üçüncü gündür, ac-susuz burada qalmışıq. Çörəyimiz yoxdur, burada nə əsgər var, nə də ki başqa adamlar. Bizi bura atıb gediblər. Biz heç kimə lazım deyilik. Görün nə vəziyyətdəyik. Artıq üçüncü gündür hamımız bu vəziyyətdəyik. Uşaqlar, gəlin silahlarımızı götürüb aşağı enək. Polis nə etsin? Belə yerdə qalmaq olar? Baxın vəziyyətimizə”.
Sözügedən videonu təqdim edirik:
-
Dağıstanın Qarabudaqkənd rayonunda “Sibir xorası” yayılıb
Dağıstanın Qarabudaqkənd rayonunun Kakamahi kəndində beş yerli sakin “Sibir xorası” (“qarayara”) şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Lenta.ru-nun məlumatına görə, bu barədə Respublika Səhiyyə Nazirliyi məlumat verib.Bütün xəstələr yerli xəstəxananın yoluxucu xəstəliklər şöbəsinin ayrı-ayrı bokslarında təcrid vəziyyətdə saxlanılıb.
İnfeksiya hadisələri 24-26 oktyabr tarixlərində qeydə alınıb. Hazırda risk altında daha 14 nəfərin olduğu vurğulanıb. Onlar səkkiz gün müddətində həkim müşahidəsində olacaqlar.
Eyni zamanda kənddə sakinlərin yoxlanılması davam edir.
“Sibir xorası” sonuncu dəfə Dağıstanda 2019-cu ilin oktyabrında qeydə alınıb.
“Qarayara” xüsusi təhlükəli xəstəlikdir. İnfeksiyaya yoluxanlarda intoksikasiya başlayır, dəri xoraları, ağciyər simptomları və qida zəhərlənməsi əlamətləri görünə bilər.