Month: October 2020

  • Жители Сумгайыта отметили освобождение Губадлы у дома генерала Полада Гашимова – ВИДЕО

    Жители Сумгайыта отметили освобождение города Губадлы от оккупации у дома погибшего при предотвращении военной провокации вооруженных сил Армении на Товузском направлении Полада Гашимова.

    Соответствующие видео были опубликованы в социальных сетях.

    Собравшиеся перед домом Полада Гашимова скандировали «Выше голову, мать шехида!».

  • Qubadlının işğaldan azad olunmasını şəhid general Polad Həşimovun evinin qarşısında qeyd etdilər – VİDEO

    Sumqayıtda sakinlər Qubadlı şəhərinin işğaldan azad olunmasını şəhid general Polad Həşimovun evinin qarşısında qeyd ediblər.

    Bununla bağlı videolar sosial şəbəkədə paylaşılıb.

    Polad Həşimovun evinin qarşısına toplaşanlar “Başını dik tut, şəhid anası” şüarını səsləndiriblər.

    Həmin görüntüləri təqdim edirik:

  • Омбудсмен прокомментировала факт привлечения Арменией детей к боевым операциям – ФОТО

    Омбудсмен Сабина Алиева прокомментировала факт привлечения вооруженными силами Армении детей к боевым операциям против Азербайджана.

    “Армения использует детей в войне. Это неприемлемо. Вместо того, чтобы прекратить оккупацию азербайджанских территорий, вывести свои войска из Азербайджана, соблюдать международное право, они привлекают детей, что грубо нарушает международное гуманитарное право.

    Так, согласно 38-й статье Конвенции о правах ребенка, страны участники берут на себя обязательство уважать и соблюдать нормы международного гуманитарного права, касающиеся защиты детей. Согласно втором пункту данной статьи, запрещено привлекать несовершеннолетних к военным операциям”, – отметила она.


  • Ombudsman Ermənistan ordusunun hərbi əməliyyatlara uşaqları cəlb etməsinə münasibət bildirib – FOTO

    Ombudsman Səbinə Əliyeva Ermənistan ordusunun Azərbaycana qarşı aparılan hərbi əməliyyatlara uşaqları cəlb etməsinə münasibət bildirib.

    “Ermənistan Azərbaycana qarşı müharibədə uşaqlardan istifadə edir. Bu, tamamilə qəbuledilməzdir. Azərbaycan torpaqlarının işğalına son qoymaq, ordusunu Azərbaycandan çıxarmaq, beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları işə cəlb edir və beynəlxalq humanitar hüququn prinsiplərini pozur.

    Belə ki, Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinə əsasən, iştirakçı dövlətlər silahlı münaqişələr zamanı onlara tətbiq edilən və uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər. Həmin maddənin 2-ci bəndinə görə, yetkinlik yaşına çatmayan uşaqların hərbi əməliyyatlara cəlb olunması qadağandır.”


  • Мехрибан Алиева поздравила народ с освобождением Губадлы от оккупации – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева разместила в Instagram публикацию, в которой поздравила азербайджанский народ с освобождением города Губадлы и ряда населенных пунктов от оккупации.

    “Освобождены от оккупации ряд сел Зангиланского, Джебраильского, Губадлинского районов и город Губадлы! В связи с этим передаю всему нашему народу свои искренние поздравления! Каждая новая победа одерживается благодаря героизму, отваге, мужеству, доблести и стойкости наших солдат. Безмерно благодарна каждому из них! Пусть Всевышний бережет нашу армию, наш народ, нашу Родину и нашего Президента! Карабах – это Азербайджан!”, – говорится в публикации

  • Mehriban Əliyeva Qubadlının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik etdi – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bir sıra kəndlərimizin və Qubadlı şəhərinin işğaldan azad olunması münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə deyilir:

    “Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram!

    Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

  • Bakıda 38 yaşlı kişi binadan yıxılaraq ölüb

    Bakıda bədbəxt hadisə baş verib.

    APA-nın xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü İbrahimov Ceyhun Allahverən oğlu rayon ərazisində yerləşən Ev Tikmə Kombinatı binasından yıxılıb.

    Ağır vəziyyətdə xəstəxanaya çatdırılan C.İbrahimov orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi

    Macarıstanda yaşayan azərbaycanlı doktorant Əliyar Əzimovun Avropa İttifaqının “Modern Diplomacy” portalında ingilis dilində məqaləsi dərc edilib.

    “Report”un məlumatına görə, məqalə “Paşinyan sülh missiyasında və beynəlxalq hüquqa riayət olunmasında uğursuzluğa necə düçar oldu?” adlanır.

    Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gələrkən Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar verdiyi vədlərdən, sonradan onlara əməl etməməsindən və digər məsələlərdən bəhs olunur. Müəllif qeyd edir ki, Paşinyanın uğursuzluqlarından biri danışıqlar formatını dəyişmək cəhdi idi. O, Qarabağdakı separatçı rejimi danışıqlar masasına gətirmək istəyirdi, amma bu, Minsk qrupunun missiyasına və formatına tamam zidd idi. Nəticədə vəziyyət daha da gərginləşdi.

    Bildirilir ki, 2020-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında sülhdən danışan Ermənistan iyulda münaqişə zonasından uzaqda yerləşən Tovuza hücum edərək, Azərbaycana qarşı təxribat törədib, sentyabrın 27-də isə müharibəyə başlayıb.

    Paşinyan hüquqi məsələlərdə də uğursuzluğa düçar olub. Məsələn, qondarma “Dağlıq Qarabağ Respublikası”nı müstəqil qurum kimi tanımır, amma dünyaya müraciət edir ki, onu tanıyın.

    Məqalədə həmçinin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin hüquqi təhlili də verilib.

    Ekspert yazıda qeyd edir ki, beynəlxalq hüquqdakı prinsiplərə görə, hər bir xalq yalnız 1 dəfə öz müqəddəratını təyin edə bilər. Ermənilər isə artıq bundan istifadə edərək, Ermənistan yaradıblar. Ona görə də ikinci erməni dövlətinin yaradılması beynəlxalq hüquqa ziddir.

  • Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropanın tənəzzülə yaxın olduğunu söyləyib.

    REN TV xəbər verir ki, R.T.Ərdoğan bu barədə Kayseri şəhərində çıxışında deyib.

    “Müsəlmanlara qarşı cəbhə açan Avropa öz sonuna doğru hazırlıq görməyə başladı”, deyə siyasətçi qeyd edib.

    R.T. Ərdoğan bildirib ki, Avropa ölkələrinin vətəndaşı olan müsəlmanların hüquqlarına edilən hücumlar, Avropa faşizminin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.

    O qeyd edib ki, Avropa bundan ən qısa müddətdə xilas olmasa, o zaman bu xəstəlik Avropanı içəridən məhv edəcək.

  • Fransa Türkiyədəki səfirini geri çağırıb

    Fransan Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Herve Magronu ölkəsinə geri çağırıb.

    APA-nın yerli bürosunun “Anadolu” Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, səfirliyin yaydığı açıqlamada bildirilib ki, səfir məsləhətləşmələr üçün Fransaya geri çağırılıb.

    Açıqlamada bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makron haqqındakı fikirlərinin qəbuledilməz olduğu bildirilib.

    Qeyd edək ki, bu gün R.T.Ərdoğan Kayseridəki çıxışında E.Macronun islam dininə və Türkiyəyə qarşı qərəzinin anlaşılmadığını deyib. Ərdoğan Makronun bu davranışlarına – psixoloji probleminə görə müalicəyə ehtiyacı olduğunu bildirib və xalqının yanında etimadını itirdiyi üçün gələn il Fransada keçirilən seçkilərdə qalib olmayacağına inandığını vurğulayıb.