Month: October 2020

  • Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan istifadə edir – VİDEO

    Ermənistan silahlı qüvvələri artıq hərbçi qıtlığından əziyyət çəkir.

    Bunu indi göstərəcəyimiz video da təsdiqləyir. Həmin videoda Azərbaycan Ordusuna qarşı atılan artilleriya atışı zamanı topdan istifadə üçün azyaşlının əməyindən istifadə olunduğu görünür.

    Bu isə uşaq əməyinin qanunsuz olaraq hərbdə istismarı deməkdir. Bu görüntü ilə Ermənistanın Uşaq hüquqları üzrə BMT Konvensiyasının və UNICEF-in Paris Konvensiyasının normalarını pozduğu bəlli olur.

    Qeyd edək ki, biz əvvəllər də Ermənistanın siyasi-hərbi rəhbərliyinin nasist Almaniyası ilə oxşar xarakterdə olduğunu bildirmişik. Məhz II Dünya Müharibəsi zamanı uduzan Adolf Hitler cəbhəyə azyaşlıları və qadınları çağırmaqla yadda qalmışdı.

  • Donald Tramp ABŞ prezidentinin seçkilərində erkən səs verib

    ABŞ prezidenti Donald Tramp Florida ştatının Vest-Palm-Biç şəhərində prezident seçkiləri çərçivəsində erkən səsvermədə iştirak edib.

    Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

    “Mən Tramp adlı oğlana səs verdim”, deyə Birləşmiş Ştatların hazırkı prezidenti tərəfdarlarının qarşısında çıxış edərkən bildirib.

    Xatırladaq ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabrın 3-də baş tutacaq.

  • Olimpiya mükafatçımız Budapeştdə çempion oldu – YENİLƏNİB

    Rüstəm Orucov Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində turnirində öz çəkisində əbəs yerə lider olmadığını sübut edib.

    O, finalda İsveçrəli Nils Ştumpa qalib gəlib.

    Bununla da bu yarışda idmançılarımızın medallarının sayı ikiyə çatıb. Bir gün əvvəl Orxan Səfərov bürünc medal qazanmışdı.

    ***

    Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycanın Olimpiya mükafatçısı Rüstəm Orucov (-73 kq) finala çıxıb.

    O, müvafiq olaraq Anxzaya Lavcarqala (Monqolustan), Mrak Xristova (Bolqarıstan), Musa Moquşkova (Rusiya) qalib gələrək yarımfinalda Tomi Masiasdan (İsveç) üstün olub. Nəticədə Avropa çempionumuz finalda Nils Ştumpla (İsveçrə) qarşılaşmaq hüququ əldə edib.

    Həmin çəkidə digər idmançımız Telman Vəliyev, 81 kq-da yarışan Murad Fətiyev və Hidayət Heydərov ilk görüşlərində uduzaraq mükafatsız qalıb.

    Qeyd edək ki, Olimpiya lisenziya xalı qazandıran turnirdə dünən Orxan Səfərov (-66 kq) bürünc medal qazanıb. Yarışa sabah yekun vurulacaq.

  • Kəndi azad olunan Qubadlı sakinin şirinlik payı – FOTO

    27 il sonra kəndi işğaldan azad olunan Qubadlı sakini sevincini şirinlik paylayaraq bölüşüb.

    Bu barədə fotolar sosial şəbəkədə paylaşılıb.

    Belə ki, Qubadlı rayonunun işğaldan azad edilən Mahruzlu kənd sakini Ramiz kişi doğma yurdunun illər sonra düşməndən azad olunması şərəfinə şirinlik paylayıb.

  • Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib – FOTO

    Almaniyanın Hamburg və Frankfurt şəhərində yaşayan azərbaycanlı icmanın təşəbbüsü ilə təcavüzkar Ermənistan Ordusunun Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutması nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsini yad etmək üçün anım mərasimi təşkil olunub.

    Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Gəncə terrorunun qurbanlarının şəkilləri önündə şamlar yandırılıb, güllər düzülüb. Anım mərasimində soydaşlarımızla yanaşı, şəhər sakinləri də iştirak edib. Onlara Qarabağ həqiqətləri ilə bağlı məlumat vərəqələri paylanıb.

  • Сергей Марков: Азербайджан близок к военной победе

    Азербайджан близок к военной победе в Нагорном Карабахе. Возможно уже через несколько часов армия Азербайджана займет позиции, которые позволят блокировать огнем южный лачинский коридор, связывающий Армению и Нагорный Карабах.

    Об этом российский политолог Сергей Макров написал на своей странице в Facebook.

    Он отметил, что северный коридор был уже блокирован около недели назад:

    “Там все под обстрелом. И армия Азербайджана полностью доминирует в воздухе. После военной блокады южного коридора Нагорного Карабаха положение армянской армии будет уже безнадежным. Продолжение войны тогда превратится в уничтожение людей в военной армянской форме. Это уже никому не нужно.

    Поэтому, думаю, после этой военной победы президент Азербайджана Ильхам Алиев заявит о готовности прекратить огонь и приступить к переговорам. Это будут уже не переговоры о перемирии, а переговоры о мире. Об условиях мира. Об условиях полного вывода армянских войск со всей территории Азербайджана. И о положении армянского населения. Россия будет главным организатором и посредником на этих переговорах. Выступление Владимира Путина было именно об этом, хотя не все это поняли тогда. А Путин уже знал, что через несколько часов геополитическая ситуация в регионе кардинально изменится. Азербайджан близок к военной победе”.

  • Sergey Markov: “Azərbaycan hərbi qələbəyə yaxındır”

    “Azərbaycan Dağlıq Qarabağda hərbi qələbəyə yaxındır. Bəlkə də bir neçə saatdan sonra Azərbaycan Ordusu Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinin cənub mövqelərini ələ keçirib atəşlə öz nəzarəti altına alacaq”.

    Bu barədə rusiyalı politoloq Sergey Markov öz “Facebook” səhifəsində yazıb.

    O, yazısında qeyd edir ki, şimal dəhlizi təxminən bir həftə əvvəl bloklanmışdı:

    “Orada hər tərəf atəş altındadır. Azərbaycan ordusu havada üstünlüyü tamamilə öz nəzarəti altına alıb. Dağlıq Qarabağın cənub dəhlizi hərbi blokadaya alınandan sonra Ermənistan ordusu çıxılmaz vəziyyətdə qalacaq. Artıq bu zaman müharibənin davam etdirilməsi hərbi geyimdə olan insanların məhvinə çevriləcək. Bu, artıq heç kimə lazım deyil”,

    Rusiyalı siyasi şərhçi hadisələrin davamına dair də proqnozunu verib.

    “Buna görə də düşünürəm ki, bu hərbi qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev atəşi dayandırmağa və danışıqlara başlamağa hazır olduğunu bəyan edəcək. Bu, artıq atəşkəs yox, sülh danışıqları olacaq. Sülhün şərtləri barədə. Ermənistan qoşunlarının Azərbaycanın bütün ərazilərindən tamamilə çıxarılmasının şərtləri barədə. Həmçinin erməni əhalisinin vəziyyəti haqqında. Rusiya bu danışıqlarda əsas təşkilatçı və vasitəçi olacaq. Vladimir Putinin çıxışı bu barədə idi, baxmayaraq ki, o vaxt bunu hamı anlamadı. Putin isə bir neçə saatdan sonra bölgədəki geosiyasi vəziyyətin kökündən dəyişəcəyini bilirdi. Azərbaycan hərbi qələbəyə yaxındır”.

  • Azərbaycan hərbi komandanlığından erməni əsgərlərinə çağırış: Təslim olun

    Azərbaycan hərbi komandanlığı Ermənistan hərbi qulluqçularına, könüllülərə və Qarabağda yaşayan erməni mülki şəxslərə səslənib.

    Çağırışı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov səsləndirib:

    “Azərbaycan hərbi komandanlığı döyüşlər gedən istiqamətlərdəki dinc əhalini hərbi obyekt və infrastrukturdan uzaq durmağa çağırır, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilmiş əsgər və könüllülərdən silahı yerə qoyub təslim olmağı təklif edir. Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır.

    Bundan əlavə, beynəlxalq humanitar hüquqa uyğun olaraq, hərbi əsirlərin və mülki şəxslərin bütün hüquqları qorunacaq və üçüncü dövlətlərə keçmək istəyənlərə beynəlxalq təşkilatlar vasitəsilə lazımi şərait yaradılacaq. Sonda onu da qeyd edim ki, Azərbaycan hərbçilərinə qarşı döyüşən erməni əsgərlərinin vaxt itirmədən silahı yerə qoyması və təslim olması məsləhətdir. Qələbə bizimlədir!”.

  • “SOCAR-AQŞ”-in direktoru vəzifəsindən azad edilib

    “SOCAR-AQŞ” MMC-nin direktoru Ramin İsayev öz xahişi ilə vəzifəsindən azad edilib.

    Şirkətə rəhbərlik Samir Mollayevə həvalə olunub.

    Qeyd edək ki, “SOCAR-AQŞ” 2007-ci ildə yaradılıb, neft-qaz quyularının qazılması və təmiri ilə məşğuldur.

  • Sahibə Qafarova Fransa Milli Assambleyasının sədri Rişar Ferrana etirazını bildirib

    Milli Məclisin Sədri Sahibə Qafarova Fransa Milli Assambleyasının Sədri Rişar Ferrana məktub ünvanlayıb.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

    Məktubda Milli Məclisin Sədri oktyabrın 16-da Fransa Milli Assambleyasının Rəyasətində qeydiyyatdan keçmiş “Artsax respublikasının tanınması” haqqında qətnamə təklifi ilə əlaqədar ciddi narahatlığını və narazılığını ifadə edib.

    Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış və heç bir dövlət, o cümlədən Fransa tərəfindən tanınmamış qanunsuz separatçı rejimin Fransa tərəfindən tanınması məqsədini daşıyan bu təklif Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün pozulmasına yönələn və heç bir hüquqi əsası olmayan akt kimi qiymətləndirilir. Belə bir təklif Fransanın beynəlxalq, Avropa və ikitərəfli öhdəliklərinə ziddir və ölkələrimiz arasında münasibətlərə ciddi zərər vura bilər.

    Qeyd olunur ki, Fransa Minsk Qrupunun həmsədr ölkəsi kimi ATƏT-in prinsipləri və BMT Nizamnaməsi əsasında öz üzərinə öhdəlik götürmüş, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrinin qəbul edilməsinə səs vermişdir. Həmin qətnamələr Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın bir hissəsi olduğunu təsdiqləyir, Azərbaycan ərazilərinin işğalını pisləyir, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti bir daha təsdiq edir və erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

    Eyni şəkildə, Avropa İttifaqı ölkələrin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə təhlükə yaradan və ya təhdid edən bütün addımları qadağan edir.

    Sözügedən qətnamə təklifi, eyni zamanda, Fransanın “Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə” üzrə qarşılıqlı öhdəliklərinə ziddir.

    Milli Məclisin Sədri Sahibə Qafarova məktubda xatırladır ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstək “Azərbaycan və Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş” (1996), eləcə də “2018-2020-ci illər üçün Azərbaycan-Avropa İttifaqı arasında Tərəfdaşlığın Prioritetləri”ndə də təsdiq edilmiş və Azərbaycanın ərazi bütövlüyünə dəstək prinsipinin Avropada sülh və sabitliyin qorunmasına töhfə verəcəyi təsbit edilib.

    Məktubda bildirilir ki, Fransa vasitəçi kimi qərəzsizliyini və bitərəfliyini qorumalı, beynəlxalq hüququ pozan və münaqişənin danışıqlar yolu ilə həllinə mane olan bütün qanunsuz hərəkətlərin qarşısını almalıdır. Əks təqdirdə bu, Fransa üçün Minsk Qrupunun həmsədri kimi məsuliyyyət doğuracaqdır.

    Belə ki, sözügedən qətnamə təklifi qəbul ediləcəyi təqdirdə o, Minsk Qrupu çərçivəsində danışıqlar prosesinə kobud və təhlükəli müdaxilə kimi münaqişənin sülh yolu ilə nizamlanmasına ciddi xələl gətirəcəkdir.

    Milli Məclisin Sədri Sahibə Qafarova məktubun sonunda bildirib ki, belə bir addım Azərbaycan-Fransa əlaqələrinə qarşı ciddi çağırışdır və ölkələrimiz arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın heçə endirilməsi ilə nəticələnə bilər.