Month: October 2020

  • Paşinyanın qızı saxta “facebook” hesabları ilə rus xalqını təhqir edir

    Ermənistan baş naziri Nikol Paşinyanın qızı Məryəm Paşinyan sosial şəbəkədə saxta hesablarla rus xalqını təhqir edir.

    “Report” “Politrus.com” saytına istinadla xəbər verir ki, N.Paşinyan tərəfindən koordinasiya edildiyi deyilən səhifələrdən birində “Rusları Ermənistandan qovmalıyıq, ruslar olmadan qazanacağıq. Yaşasın Nikol Paşinyan və Anna Akopyan!” başlığı ilə statuslar paylaşılıb.

    Ümumiyyətlə, sosial şəbəkələrin erməni seqmenti Rusiya prezidentini təhqir edən və antirus ruhlu yazılar və səhifələrlə doludur.

    Bu səhifələrdən biri Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Məryəm Paşinyan tərəfindən şəxsən koordinasiya edildiyi deyilən “Margo Margarita” səhifəsidir. Həmin təxəllüslə yazan Paşinyanın qızı saxta səhifədən anası Anna Akopyanın fotosu ilə “Ən böyük qadınlar erməni qadınları” başlıqlı status da paylaşıb.

  • Rusiyanın “General Həzi Aslanov” neft tankerində partlayış olub, ekipaj üzvləri arasında itkin düşənlər var

    Azov dənizində Rusiya bayrağı altında üzən və “Palmali” şirkətinə məxsus “General Həzi Aslanov” neft tankerində iki partlayış olub.

    TASS agentliyi Federal Dəniz və Çay Nəqliyyat Agentliyi istinadən xəbər verir ki, 10 ekipaj üzvü xilas edilib, üç nəfərin taleyindən xəbər yoxdur.

    Krasnodar diyarının təcili xidmətindəki mənbənin verdiyi məlumata görə, hazırda ekipaj üzvlərinin axtarış-xilasetmə işləri aparılır.

    Gəminin batmaq təhlükəsinin olmadığı bildirilir.

  • Hikmət Hacıyev: “15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi qadağandır”

    “Videoda Ermənistanın uşağı əsgər işə götürdüyü göstərilir. İstintaq tələb edilir.

    15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquqlar – müqavilələr və qanunlar baxımından qadağandır və ICC tərəfindən müharibə cinayətləri kimi təyin olunur. @UNICEF @ ICRC”

    Median.Az xəbər verir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.

    Video shows that #Armenia employes #childsoldiers. Needs to be investigated.
    Recruiting and using children under the age of 15 as soldiers is prohibited under international humanitarian law – treaty and custom – and is defined as a #warcrime by ICC. @UNICEF @ICRC pic.twitter.com/5drTp1Euvx
    — Hikmet Hajiyev (@HikmetHajiyev) October 24, 2020

  • Армяне привлекают подростков к войне

    Военно-политическое руководство Армении, наряду с пожилыми людьми, привлекло к военным операциям в Нагорном Карабахе и несовершеннолетних.

    Как передает Median.Az, грубое нарушение руководством страны-оккупанта международных норм и конвенций было запечатлено на видео.

    Как видно на записи, армянским военнослужащим помогают 12-13-летние подростки.

    This video clearly shows that Armenia uses child soldiers against Azerbaijani military.
    By doing so Armenia is in a clear breach of many international conventions and norms, few to name: @UN Convention on the rights of the Child & @UNICEF Paris Convention. pic.twitter.com/DttsiemaXP
    — Gáládriel (@Turkiina) October 24, 2020

  • Ermənilər yeniyetmələri də müharibəyə cəlb edirlər

    Ermənistanın siyasi-hərbi rəhbərliyi ölkənin orta yaşlı və qoca sakinləri ilə yanaşı, yeniyetmələri də Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara cəlb edib.

    “Report” xəbər verir ki, işğalçı ölkə rəhbərliyinin beynəlxalq konvensiyaları və normaları kobud şəkildə pozmasını sübut edən videogörüntülər sosial şəbəkələrdə elə ermənilərin özləri tərəfindən yayılıb. Görüntülərdə erməni hərbçilərinin 12-13 yaşlı yeniyetmədən istifadə etdiyi əks olunur.

    Bütün bunlar onu göstərir ki, ermənilər Azərbaycan Ordusuna qarşı döyüşlərdə yeniyetmələrdən də istifadə edirlər. Bununla da döyüş meydanında heç bir qanun tanımayan düşmənin çoxsaylı beynəlxalq qanunları, o cümlədən BMT-nin, UNİCEF-in, Paris konvensiyasının uşaq hüquqları ilə bağlı konvensiya və normalarını pozması sübuta yetirilir.

    Qeyd edək ki, bir neçə gün bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın hərbi xidmətə çağırılmış orta yaşlılarla və qocalarla görüşünü əks etdirən videogörüntülər yayılmışdı.
    Paşinyanın orta yaşlı, qoca əsgərlər qarşısındakı “ürəyinizdə qələbə ilə gedin” şüarını səsləndirməsi hərbi qulluq üçün yararlı olmayan bu şəxslərin cəbhəyə yola salındığını göstərir.

    This video clearly shows that Armenia uses child soldiers against Azerbaijani military.
    By doing so Armenia is in a clear breach of many international conventions and norms, few to name: @UN Convention on the rights of the Child & @UNICEF Paris Convention. pic.twitter.com/DttsiemaXP
    — Gáládriel (@Turkiina) October 24, 2020

  • Hikmət Hacıyev: “Ermənilərin hədəfi kənd və mülki şəxslər idi”

    “Günün fotosu. Ermənistan tərəfindən atılan raketin zərərsizləşdirilməsi. Kəndə yaxınlaşdı. Hədəf kənd və mülki şəxslər idi. Çox güman ki, gözlənilən trayektoriyadan kənara çıxdı. Ermənistanın müharibə cinayətləri”.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.

    Photo of the day. Disposal of Armenia’s launched missile. Landed in the vicinity of village. Target was village and innocent civilians. Likely diverted from the expected trajectory. #warcrimes of #Armenia pic.twitter.com/PIlpoyor93
    — Hikmet Hajiyev (@HikmetHajiyev) October 24, 2020

  • Hərbi pilotumuz əhalimizə koronavirusla bağlı çağırış etdi – VİDEO

    Azərbaycanın baş leytenant rütbəli hərbi pilotu əhalimizi koronavirusa qarşı ehtiyatlı olmağa çağırıb.

    Müdafiə Nazirliyinin yaydığı videoda o, “biz vətənin keşiyində durmaqla sizi qoruyuruq, siz də maskadan istifadə etməklə hamımızı” deyə çağırış edib.

  • Tələbə-gənclər qurumları mötəbər beynəlxalq təşkilatlara ermənilərdən şikayət ünvanladı

    Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Tələbələr və Məzunlar Platforması Ermənistan silahlı qüvvələrinin cəbhəyanı yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində dinc əhalinin, xüsusilə də gənclərin və uşaqların qətlə yetirilməsi ilə bağlı ATƏT, BMT, UNICEF kimi təşkilatlara müraciətlər ünvanlayıb.

    Müraciətlərdə Ermənistanın siyasi və hərbi rəhbərliyinin birbaşa göstərişi ilə Azərbaycanın döyüş bölgəsindən yüzlərlə kilometrlər uzaqlıqda yerləşən yaşayış məntəqələrinin ağır artilleriya və taktiki-ballistik raket sistemləri vasitəsilə atəşə tutulması barədə məlumat verilir və bildirilir ki, daha iki nəfər gənc erməni tərəfinin hərbi cinayətlərinin qurbanı olub.

    Qeyd olunub ki, Tərtər rayonunun Kəbirli kənd sakini, 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu “Smerç” raketləri ilə həyata keçirilən atəş zamanı yaşadığı evin həyətində öldürülüb. 13 yaşlı Rusiya Federasiyası vətəndaşı, Gəncə şəhərində qonaq olan Mayakov Artur Vladimiroviç isə 17 oktyabr tarixində Gəncə şəhərinin “Skad” raketləri ilə atəşə tutulması nəticəsində aldığı yaralardan müalicə olunduğu xəstəxanada bu gün vəfat edib.

    Vurğulanıb ki, müharibəyə və hərbi əməliyyatların gedişinə heç bir aidiyyəti olmayan dinc mülki insanların, o cümlədən uşaq və gənclərin hədəf alınması Ermənistan rəhbərliyinin çirkin və insanlıq qanunlarından uzaq siyasətinin mahiyyətini ortaya qoyur. Ermənistan dinc vətəndaşlarımızı qətlə yetirməklə və mülki obyektləri dağıtmaqla döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini çıxmağa çalışır.

    Müraciətlərin sonunda dünya ictimaiyyəti Ermənistanı bu qeyri-insani hərəkətlərinə görə qəti şəkildə pisləməyə, törətdiyi müharibə cinayətlərinə görə bu ölkəni məsuliyyətə cəlb etməyə, eləcə də bölgədə sülhün bərqərar edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırılır.

  • Türkiyə-Fransa arasında diplomatik qalmaqal başlayıb

    Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makronu və bu ölkənin İslam dininə qarşı apardığı siyasəti sərt tənqid etməsindən sonra rəsmi Paris Ankaradakı səfirini məsləhətləşmələr aparmaq üçün geri çağırıb.

    Bu barədə “France Presse” agentliyi məlumat yayıb.

    Həmçinin Türkiyənin Fransadakı səfiri İsmayıl Hakkı Musa Fransanın Xarici İşlər nazirliyinə çağırılıb.

    Türkiyə səfirinə bildirilib ki, bunun səbəbi R.T. Ərdoğanın Fransa əleyhinə “aşağlayıcı” çıxışlar etməsidir.

  • Hikmət Hacıyev: “PKK terrorçuları Ermənistan ordusunun sıralarında Azərbaycana qarşı döyüşür” – VİDEO

    Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Ahaber” telekanalına müsahibə verib.

    H.Hacıyev Azərbaycan-Ermənistan arasında baş verən son hərbi toqquşmalar nəticəsində 64 nəfər azərbaycanlı mülki vətəndaşın həlak olduğunu xatırladıb.

    Azərbaycan Prezidentin köməkçisi Ermənistanın bu davranışlarını PKK terror təşkilatının taktikaları ilə müqayisə edib.

    H.Hacıyev həmçinin qeyd edib ki, PKK terrorçularının bir qrupu Ermənistan ordusunun sıralarına qoşularaq Azərbaycana qarşı vuruşur və onlar cəbhənin ön hissələrindədirlər.